Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1057/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə vermək imkanı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, üçüncü şəxsin vəkili Vəkil1 iştirakları ilə, İ ddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: “xxxx” MTK) qarşı “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2-1(103)-1127/2021 saylı qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı məhkəməyə müraciət edərək “xxxx” MMC tərəfindən ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 11 saylı mənzilə mülkiyyət hüququnun daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən mənzili “xxxx”MMC ilə bağladığı müqaviləyə əsasən satın almışdır. Müqaviləyə əsasən mənzilin dəyərini tam ödəmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. Aldığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsinə dair cavabdehə müraciət etsə də, cavabdeh hüquq müəyyənedici sənədlərin təqdim olunmadığına istinadla müraciəti təmin etməkdən əsassız olaraq imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 3.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2-1(8 1)-3130/2018 saylı (hakim – E.Q.Məmmədov) qərarı ilə iddia tələbi təmin edilərək, «xxxx» MMC tərəfindən ünvanda məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 11 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. 4.Məhkəmənin sözügedən qərarını tərəflər mübahisələndirməmişlər, qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. 5.Bundan sonra, “xxxx” Mənzil Tikinti Kooperativi ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3130/2018 saylı, 13 iyul 2018-ci il tarixli qərarının hüquqlarına toxunduğu bildirmiş və buna görə də, hazırkı inzibati iş üzrə icraatın təzələnməsini və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. 6.Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası «xxxx» MTK tərəfindən inşa edilmişdir və həmin kooperativə məxsusdur. 7.Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(81)-3130/2018 saylı (hakim – P.A.Hüseynov) qərardadı ilə «xxxx» MTK tərəfindən verilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə təmin edilərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3130/2018 saylı 13 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, “xxxx” MTK hazırkı inzibati məhkəmə icra atına üçüncü şəxs qismində cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 8.Məhkəmə icraatının gedişində üçüncü şəxs məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər ünvan çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 11 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(81)-7433/2020 saylı (hakim – P.A.Hüseynov) qərarı ilə iddia tələbi təmin edilərək, ünvan inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 11 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dö vlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. 10.Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(81)-7433/2020 saylı (hakim – P.A.Hüseynov) qərardadı ilə üçüncü şəxs “xxxx” MTK-nın ərizəsi təmin edilməmişdir. 11.Məhkəmə qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbiridir. İddia tələbi mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır, belə olan halda əgər gələcəkdə təmin edilərsə, ərizədə qeyd olunan tələb (mənzilin üzərinə həbs qoyulması) gələcəkdə məhkəmə qərarının icrası ilə heç bir bağlılığı və əlaqəsi yoxdur. 12.Məhkəmə ərizənin məhkəmə qərarının icrasına dönüş edilməsi hissəsi ilə əlaqədar olaraq isə qeyd etmişdir ki, tərəflər arasında hazırki iş üzrə məhkəmə mübahisəsi başa çatmamışdır, mübahisə davam edir. Əvvəlki qərarın ləğv edilməsi üçüncü şəxslərin icraata cəlb edilməsi ilə əlaqədar olmuş, məhkəmə araşdırmasının yekunlaşması ilə bağlı deyildir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçının ərizəsində qaldırılan məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirə bilər. 13.Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərardadı ləğv edilməsi, hazırki iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər, mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş verilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat 14.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2021-ci il tarixli 21(103)-1127/2021 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – A.Ə.Hüseyn, hakimlər – V.Ə.Baxışova və A.B.Nuriyeva) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(81)-7433/2 020 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərardadı ləğv edib, ərizənin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 17.Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş və qərardan şikayət verilmədiyi üçün qərar qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qəbul edilmiş qərar birbaşa «xxxx» Mənzil Tikinti Kooperativinin maraqlarına toxunmuş, MTK m əhkəmə prosesində cəlb olunmamış və müvafiq sənədləri təqdim etmək mümkün olmamışdır. Məlumat əldə etdikdən sonra «xxxx» MTK-i 2020-ci ilin avqust ayında həmin inzibati işin təzələnməsi və 3-cü şəxs qismində cəlb olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və işin icraatı təzələnmişdir. Daha sonra «xxxx» MTK-i mübahisəli mənzilin üzərinə müvəqqəti xarakterli müdafiə tədbirləri «həbs» qoyulması və işin icraatına dönüş verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələr əsassız olaraq üçüncü şəxs tərəfindən verilmiş ərizəni və şikayəti təmin etməmişlər. Belə ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi bina «xxxx» MTK-ya məxsusdur, “xxxx” MMC həmin binanın mənzillərinin satılmasında ixtiyarsız şəxs olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Kassasiya şikayətinə qarşı digər tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə iclasında üçüncü şəxsin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 20.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əssasız olduğundan rədd edilməsi, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. 21.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə bax ılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 22.İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 42.1. Üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallar da, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. Maddə 42.2. İnzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Madə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 23.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 24.Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏS İNİN MÖVQEYİ 25.Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. 26.İşin hallarına və kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə tərkibi aşağıdakıları qeyd edir. 27.Hazırkı işin hallarından göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üçüncü şəxs tərəfindən verilmişdir. O, məhkəmədən inzibati aktın icrası ilə bağlı olmayan iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsini tələb etmişdir. 28.İPM-in 43-cü maddəsində iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsinin şərtləri aydın t əsbit edilmişdir: - mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; - ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 29.Beləliklə, iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülə bilməsi üçün üçüncü şəxs tərəfindən bununla bağlı ayrıca iddia qaldırılmalıdır. Çünki bu tədbir məhz iddiaçının hüquqlarının müdafiəsinə yönəlmişdir. Üçüncü şəxs isə ayrıca iddia qaldırmadan hazırkı icraatın gedişində müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizə vermişdir. 30.Digər tərəfdən, üçüncü şəxsin ayrıca icraatda ərizəçi kimi iddia qaldıranadək belə bi r ərizə ilə müraciət etmək hüququ istisna olunmur. Lakin həmin ərizə ilə bağlı onun maddi tələbinin mövcud olması ehtimalı müəyyən olunmalıdır. Hazıkı icraatda belə bir hal da yoxdur. 31.Nəhayət, üçüncü şəxs tərəfindən inzibati aktın icrasının dayandırılması növündə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilə bilməsi üçün də onun tərəfindən iddia qaldırılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, üçüncü şəxsin hazırkı icraatda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermək hüququ olmamaşdır. Apellyasiya məhkəməsi isə bu halı nəzərə almadan sözügedən ərizəni mahiyyəti üzrə araşdırmaqla həll etmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə ərizə mümkün sayılmamalıdır. 33.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrin ə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2021-ci il tarixli, 21(103)-1127/2021 nömrəli qərardadı ləğv edilsin. Üçüncü şəxs «xxxx» MTK tərəfindən verilmiş ərizə mümkün sayılmasın. Qərar qətidir.