Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1057/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensi yasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-327/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Bəndatma üzrə X1 Kolonu 3 nömrəli sahəyə fəhlə qəbul olunmuş, xx.xx.1981ci ildə Sovet Ordusunun sıralarına getməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş, xx.xx.1981-xx.xx.1983 illər arasında sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1983-cü ildə “Şirvanneft” Neftqazçıxarma idarəsinin istehsalatın avtomatlaşdırılması sexinə 2-ci dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işin ə qəbul olunmuş, xx.xx.1987-ci ildə dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işi üzrə 3-cü dərəcə verilmiş, xx.xx.1991-ci ildə dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işi üzrə 4-cü dərəcə verilmiş, xx.xx.1997-ci ildə Azərbaycan Respublikası dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ-si xx.xx.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" birgə MMM yaradılmışdır. xx.xx.1997-ci il tarixdə həmin sexdə işini davam etdirmiş, xx.xx.2007-ci ildə həmin sexdə 5-ci dərəcə verilmiş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2009-cu ildən “X2 Limited” şirkəti. İstehsalatın avtomatlaşdırılması sexinə 5-ci dərəcə elektrik mont yoru qəbul edilmiş, halhazıra kimi işləyir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 2020-cİ il 25 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik m ontyorları vəzifəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı xx.xx.1983-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin istehsalatın avtomatlaşdırılması sexində teleavtomatika dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyindən iddiaçının işlədiyi sahə Siyahıda qeyd olunan sahəyə uyğun deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixindən, 57 yaşdan “ Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş” Vətəndaşların pensiya təminatı haqqında Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə t ələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək kitabçasındakı qeydlərə əsasən və həmçinin ümumi və güzəştli iş stajını təsdiq edən arxiv və çalışdığı idarə tərəfindən təqdim edilmiş arayışlarla əmək fəaliyyəti dövründə xx.xx.2006-cı il tarixinə kimi qeyd edilən vəzifələrdə 25 il 4 ay 02 gün ümumi, 22 il 05 ay 20 gün güzəştli pensiya hüququ verən iş stajı vardır. Güzəştli iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal atların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğun olaraq, xx.xx.1983 – xx.xx.2006-cı illərdə X3 Çıxarma İdarəsinin İstehsalatın Avtomatlaşdırılması Sexində dispetçer avadanlığı və teleavtomatika üzrə elektrik montyoru vəzifəsində topladığı iş stajıdır ki, həmin vəzifə də Siyahıda 10.2-ci (Neft, qaz və qaz kondensatının hasilatı bölməsində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər) bəndə uyğundur. Əlavə olaraq, cavabdeh iddiaçının ümumi iş stajı və pensiya təyinatı üçün pensiya kapitalının məbləğini mübahisələndirməmiş və ən azı minimum əmək pensiya məbləğində pensiya təyinatı aparılmasına imkan verdiyini qəbul etmiş, yalnız iddia çının xx.xx.2006-cı il tarixinə kimi güzəştli iş stajının olmasını mübahisələndirmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı öz fəaliyyətini Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2-ci bəndinə uyğun hesab edir. İddiaçının fəaliyyətinin həmin koda uyğun gələ bilməsi üçün isə iddiaçı Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsində, məhz Neft, qaz və qaz kondensatının bölməsində işləməli, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olmalı, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və ya texnoloji qurğuların təmiri üzrə çilingər olmalı idi. İddiaçı isə is tehsalın avtomatlaşdırılması sexində teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işləmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4406/2021 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.2007-ci ilə kimi “Şirvanneft” Neftqazçıxarma idarəsinin istehsalatın avtomatlaşdırılması sexində, xx.xx.2009-cu ildən hal-hazıra kimi “X2 Limited” şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində dispetçer avadanlığı və teleavtomatika üzrə elektrik montyoru peşəsində işləyir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatla rın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarda iddiaçının işlədiyi istehsalın avtomatlaşdırılması sexində teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda göstərilmiş Qərarı ilə təsdiq edilmiş “10.2: Neftin qazılması və hasilatı, neft, qaz kond ensantı, kömür və şistin emalı” koda uyğun hesab edilməsi əsassızdır. Belə ki, iddiaçının neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə işləməsi, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru olması təqdim edilmiş əmək kitabçası və ya arayışları ilə təsdiq olunmur.
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-327/2022 nömrəli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn ) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsi nin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4406/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 il 4 ay 5 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi “Şirvanneft” Neftqazçıxarma idarəsinin istehsalatın avtomatlaşdırılması sexində dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaş a, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a – 19861 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğun olmaqla, onun xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı 12 il 6 aydan artıq təşkil edir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlillərini təkrarlamış və hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraza əsasən iddiaçı kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-327/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri n müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və gös təricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digə r materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməs inin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 23.Məhkəmə kolle giyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Hazırkı iş üzrə iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən) onun xx.xx.2006-cı il tarixə 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmalıdır.
25. İddiaçının ümumi iş stajının olması tərəflər arasında mübahisələndirilməyən hal olub, iş materialları ilə də təsdiqlənir. İddi açının güzəştli iş stajının mövcudluğunu cavabdeh mübahisələndirsə də, iddiaçının işlədiyi peşənin güzəştli olması əmək kitabçası, iş yerindən verilən güzəştli arayışlarla təsdiqləndiyindən, cavabdehin imtinası əsassızdır.
26. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməsi zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut edə bilməmişdir.İşə baxan apellyasiya instansiya məhkəməsi hazırkı qərarın 15-17-ci bəndlərində qeyd olunmuş maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qərar qəbul etmişdir. 27.Yuxanda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 21(103)-327/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.