Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1057/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı əlillik dərəcəsinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 06.03.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı əlillik dərəcəsinin 12 noyabr 2019-cu il tarixindən təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-609/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı anadangəlmə 4-cü dərəcəli skalioz xəstəliyi ilə əlaqədar əlil olmuşdur. Onun anadangəlmə əlilliyi ilə bağlı ona 2009-cu ildən əlillik dərəcəsi təyin edilmiş və hər ay müavinət ödənilmişdir. 2019-cu ilin noyabr ayında İddiaçı əlilliyə görə aylıq müavinəti dayandırılmışdır.
2. Cavabdehin xx.xx.2020-ci il qiymətləndirmə tarixli imtinasına görə, iddiaçıya əlavə müalicəyə ehtiyacı olması əsası ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.
3. İddiaçıya xx.xx.2022-ci il tarixindən 3 il müddətində sağlamlıq imkanları məhdud uşaq olduğu səbəbindən əlillik təyin olunmuşdur. Əlilliyin təyin olunması Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, Sağ tərəfli döş tipli anadangəlmə İV dərəcəli kifoskolioz (52 dər). Fəqərələrin torsiyası pazvarı deformasiyası. Döş qəfəsinin asimmetrik qarışıq tip deformasiyası. Hər iki əllərin barmaqlarının daraq sümüklərinin hipoplaziyası, sindakteliyası, barmaqların deformasiyası. Daimi ağrı sindromu. Hər ik i əlin tutma funksiyasının pozulması Ağırlaşma Q67.5 Onurğanın anadangəlmə deformasiyaları, uşaq anadangəlmə onurğa əyriliyi ilə doğulub, hazırda İV dər.kifoskalioz müəyyən olunur.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu =>3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00Q99);” kimi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının əlillik dərəcəsinin dayandırıldığı tarixdən 2019-cu ildən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı əlillik dərəcəsinin 09 sentyabr 2020-ci il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 15 avqust 2005-ci il tarixdə doğulmuşdur. İddiaçı anadangəlmə 4-cü dərəcəli skalioz xəstəliyi ilə əlaqədar əlil olmuşdur. Onun anadangəlmə əlilliyi ilə bağlı ona 2009-cu ildən əlillik dərəcəsi təyin edilmiş və hər ay müavinət ödənilmişdir. 2019-cu ilin noyabr ayında İddiaçı əlilliyə görə aylıq müavinəti dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçının yenidən həkim müayinəsindən keçirilməsi tələb edilmişdir. Həkim müayinələrindən keçirilərək müalicə yolu ilə anadangəlmə əlilliyinin bərpası mümkün olmamışdır. Bu barədə Göyçay Rayon Xəstəxanasında müayinələr keçirilmişdir. Göyçay Rayon Xəstəxanası iddiaçının müalicə yolu ilə anadangəlmə əlilliyinin bərpası mümkün olmaması barədə tibbi rəyini verməsinə baxmayaraq, İddiaçı əlilliyə görə aylıq müavinəti bərpa edilməyərək ödənilməmişdir. Bu barədə iki ildir ki, dəfələrlə müraciət etməyimə baxmayaraq, qızım İddiaçı anadangəlmə əlilliyinin 2022-ci ilin aprel ayından bərpa edilmiş lakin, dayandırıldığı vaxtdan yəni 2019cu ilin noyabr ayından bərpa edilməmişdir. Sonradan yeni göndərişlər təqdim olunmuş və xx.xx.2022-ci il tarixindən 3 il müddətində sağlamlıq imkanları məhdud uşaq olduğu səbəbindən əlillik təyin olunmuşdur.
7. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 20 nömrəli Uşa q Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, Sağ tərəfli döş tipli anadangəlmə İV dərəcəli kifoskolioz(52 dər).Fəqərələrin torsiyası pazvarı deformasiyası. Döş qəfəsinin asimmetrik qarışıq tip deformasiyası. Hər iki əllərin barmaqlarının daraq sümüklərinin hipoplaziyası, sindakteliyası, barmaqların deformasiyası. Daimi ağrı sindromu. Hər iki əlin tutma funksiyasının pozulması Ağırlaşma Q67.5 Onurğanın anadangəlmə deformasiya ları, uşaq anadangəlmə onurğa əyriliyi ilə doğulub, hazırda İV dər.kifoskalioz müəyyən olunur.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00- Q99);” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir və əlillik altsisteminə daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1207/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilmiş, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı əlilliyin 9 sentyabr 2020-ci il tarixindən təyin edilməsi öhdə liyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, sonuncu təyin edilən əlilliyin meyarı əvvəlki təyin olunmuş əlilliklə eynilik təşkil etmişdir. İddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-609/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov /sədrlik edən və məruzəçi/, E.Hüseynov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində xx.xx.2020-ci il tarixli göndəriş əsasında əlillik barədə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İddiaçıya qiymətləndirmə yalnız göstərilən səbəb aradan qalxdıqdan sonra Bakı 20 nömrəli Uşaq Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında həmin tarixdən 3 il müddətinə əlillik təyin edilməsi mümkün olmuşdur. Bu səbəbdən də, iddiaçının 2020-ci il tarixindən əlilliyin təyin olunması tələbi əsassız və qanunsuzdur.
15. Əvvəlki göndərişlərdəki diaqnozlar nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı əyani müayinədə müəyyən olunmuş xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göst ərilən xəstəliklərin əhatə dairəsinə düşməmişdir.
16. Əvvəlki diaqnozların da nəticəsindən aydın olduğu kimi, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün və bu göndərişlərin natamam və yanlış doldurulması səbəbindən Agentlik tərəfindən iddiaçı barəsində həmin tarixdən etibarən əlillik təyin edilməsi mümkün olmamışdır.
17. Oxşar bir işdə, Azərbaycan Respublikasının Ali Məhkəməsi (xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarı) qeyd etmişdir ki, 16-cı bəndə əsasən qeyd edilən hal baş verdikdə (16. göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında) nə Tibbi Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır.
18. B elə olan halda, həmin vaxtda iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyin olunması ilə bağlı imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Şəxsə 2022-ci ilin aprelində əlillik təyin edilməsi onun 2020-ci ilin sentyabr ayından əlillik təyin edilməsi üçün əsas yarada bilməz. Hər bir təyinat həmin anda mövcud olan tibbi göstərişlər əsasında qiymətləndirilir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Ma ddə 3.1.” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla q orunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydaları: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bən d 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilli yin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestr i”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qay dada və (və ya) məhkəməyə verilir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9 6.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrin in şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə əsasən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İlk öncə qeyd edilməlidir ki, İddiaçı anadangəlmə 4-cü dərəcəli skalioz xəstəliyi ilə əlaqədar əlil olmuşdur. Onun anadangə lmə əlilliyi ilə bağlı ona 2009-cu ildən əlillik dərəcəsi təyin edilmiş və hər ay müavinət ödənilmişdir. 2019-cu ilin noyabr ayında İddiaçı əlilliyə görə aylıq müavinəti dayandırılmışdır.
30. Bundan sonra iddiaçıya xx.xx.2022-ci il tarixindən 3 il müddətində sağlamlıq imkanları məhdud uşaq olduğu səbəbindən əlillik təyin olunmuşdur. Əlilliyin təyin olunması Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, Sağ tərəfli döş tipli anadangəlmə İV dərəcəli kifoskolioz (52 dər). Fəqərələrin torsiyası pazvarı deformasiyası. Döş qəfəsinin asimmetrik qarışıq tip deformasiyası. Hər iki əllərin barmaqlarının daraq sümüklərinin hipoplaziyası, sindakteliyası, barmaqların deformasiyası. Daimi ağrı sindromu. Hər iki əlin tutma funksiyasının pozulması Ağırlaşma Q67.5 Onurğanın anadangəlmə deformasiyaları, uşaq anadangəlmə onurğa əyriliyi ilə doğulub, hazırda İV dər.kifoskalioz müəyyən olunur.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu =>3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00Q99);” kimi qeyd olunmuşdur
31. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin səbəbi sonradan yaranmamış, sağ tərəfli döş tipli anadangəlmə İV dərəcəli kifoskolioz (52 dər, Sümükəzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] diaqnozunu anadangəlmə mövcud olmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sağlamlıq vəziyyəti həmin diaqnoz əsasında əvvəllər də qiymətləndirilmiş, “Meyar:3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu” meyarı ilə əlillik təyin edilmişdir.
32. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, sonuncu təyin edilən əlilliyin meyarı əvvəlki təyin olunmuş əlilliklə eynilik təşkil etmişdir. İddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçı ya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-609/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.