Məhkəmə qərarları › İş №2-1(102)-1058/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1058/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1058/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2798/18 saylı 13 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı Iddiaçı mərum əri X Yasamal Xxx **-cü xx-də sahə müvəkkili işləmiş, rütbəsi mayor olmuş, 17.07.2003-cü il tarixdə xidmətdən xaric edilmişdir və onun həmin tarixə cəmi 35 il 4 ay 28 gün xidmət illəri olmuş, 23.09.2016-cı ildə vəfat etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə müraciət edərək ailə başçısını itirməyə gö rə 01.08.2017-ci il tarixdən onun əmək pensiyasına əlavələrin ailə başçısının təminat xərcliyinin 80 faizi miqdarında müəyən edilməsi və ödənilməmiş əmək pensiyasına əlavə məbləğin ödənilməsini xahiş etmiş, cavabdeh 03/89/02-186 saylı 01.03.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən 23.09.2016-cı il tarixində iddiaçının mərhum həyat yoldaşının pul təminatının 35 faizi məbləğində 01 avqust 2017-ci il tarixdən ailə başçısını itirdiyinə görə pensiya təyin olunmuşdur. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinə qarşı iddia qaldıraraq ailə başçısını itirməyə görə 01.08.2017-c i il tarixdən onun əmək pensiyasına əlavələrin ailə başçısının təminat xərcliyinin 80 faizi miqdarında müəyən edilməsi və ödənilməmiş əmək pensiyasına əlavə məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3098/2018 saylı 17 sentyabr 2018-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2798/18 saylı 13 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3098/2018 saylı 17 sentyabr 2018-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin qeyd olunan normalarına əsasən iddiaçıya, onun müraciət etdiyi vaxt artıq qüvvədə olan maddi hüquq normalarının tələbinə görə ailə başçısını itirməyə görə mərhum ərinin təminat xərcliyinin 80 faizindən az məbləğdə pensiya təyin oluna bilməzdi. Belə olan halda cavabdeh ona mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya təyin etməklə hüquqlarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2798/18 saylı 13 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əs asən mərhum atasının təminat xərcliyinin 35 faizi məbləğində əmək pensiyası təyin edilməsi qanuni, iddiaçının tələbi isə qanunsuzdur. Kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 402, 403, 404, 405, 407, 417.4, 418-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2798/18 saylı 13 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2798/18 saylı 13 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2798/18 saylı 13 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2798/18 saylı 13 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Əmək pensiyaları haqqında» Qanunun 17.1-ci maddəsinə əsasən ailə baş çısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur (Həmin 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir). İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 30.05.1956-cı il təvəllüdlü iddiaçının mərum əri X 23.09.2016-cı ildə vəfat etmiş, sonuncu Yasamal Xxx **-cü xx-də sahə müvəkkili işləmiş, rütbəsi mayor olmuş, 17.07.2003-cü il tarixdə xidmətdən xaric edilmişdir və onun həmi n tarixə cəmi 35 il 4 ay 28 gün xidmət illəri olmuşdur. Göründüyü kimi, iddiaçının mərhum əri vəfat edənə qədər Qanunun qeyd olunan 17.1-ci maddəsində nəzərədə tutulan sığorta stajına malik olmuşdur. Lakin işdən görünür ki, iddiaçı 14.07.2017-ci il tarixdə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün cavabdehə müraciətinə sonuncu 01.08.2017-ci il tarixli məktubu ilə imtina cavabı verərək bildirmişdir ki, Qanunun 20.117.2-ci maddəsinə görə mərhum həyat yoldaşının 807,75 manat pul təminatının 35 faizi, yəni 282,71 manat məbləğində 01.08.2017-ci il tarixdən ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Halbuki «Əmək pensiyaları haqqında» Qanununun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: Həmin Qanunun 20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə— ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ataanadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.17.1-ci maddəyə “məbləğində” sözündən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)”sözləri əlavə edilmişdir.); 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik n əticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə— ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər (4 iyul 2008-ci il tarixli 669-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.17.1-ci və 20.17.2-ci maddələrdə “xəsarət (yara, kontuziya və ya zədə)”sözləri “xəsarət (yaralanma, travma, kontuziya)”sözləri ilə əvəz edilmişdir.). Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına əsasən iddiaçıya, onun müraciət etdiyi vaxt artıq qüvvədə olan maddi hüquq normal arının tələbinə görə ailə başçısını itirməyə görə mərhum ərinin təminat xərcliyinin 80 faizindən az məbləğdə pensiya təyin oluna bilməzdi. Belə olan halda apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh ona mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya təyin etməklə hüquqlarını pozmuşdur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2798/18 saylı 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar