Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1058/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: neft-qaz istehsalı sahəsində “kimyəvi analiz üzrə laborant” peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X2, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)252/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2018-ci il 18 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının iş stajını təsdiq edən əmək kitabçasının olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 25 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun xx.xx.1975-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Qum adası” (keçmiş Serebrovski) NQÇİ-də 2-ci dərəcəli kimyəvi analiz üzrə laborant peşəsində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx xxxx 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş “Güzəştli pensiya hüququ olan vəzifələrin İ Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablama zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək kitabçasını itirmişdir. Lakin SOCAR Baş Ofisinin Mərkəzi Arxivinin xx xxxx 2019-cu il tarixli arayışından görünür ki, 1973-cü ildən 199 8-ci ilədək neft sənayesində müxtəlif idarələrdə işləmişdir. Həmin arayışda qeyd olunduğu kimi xx.xx.1975-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Qum adası” NQÇİ-də işlədiyi 2-ci dərəcəli kimyəvi analiz üzrə laborant peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li, xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na müvafiq olaraq zərərli peşə hesab olunur. Həmin peşə dəniz şəraitində olduğundan işin xüsusiyyətləri və əmək funksiyalarına görə xüsusilə zərərli olmaqla güzəştli əmək stajı kimi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 21.1, 31.1 və 37.7-ci maddələrinə əsasən iddia tələbinin təmin olunması nı xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3329/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun13-cü maddəsinin “a” bəndinə əsasən tələb olunan xüsusi stajı yoxdur.
7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-252/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin v ə göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunan qadınlar 45 yaşına çatdıqda, azı 15 il sığorta stajına malik olduqda və bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən, bu qanunun 9-cu maddəsində göstərilən güzəştli pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 27-ci maddəsinin 2010-cu ilədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanunun qüvvədə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu qanunun müddəalarına şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilmir.
12. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (68.2). b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
14. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunveri ciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar (x xxxxxx 1997-ci il tarixədək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:... qadınla r — 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa... Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar (x xxxxxx 1997-ci il tarixdən qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:... qadınlar — 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa...
18. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. SOCAR Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli arayışına görə, SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı həqiqətən xx.xx.1973-cü ildə “Orcenikidzeneft” NQÇİ-nin Quyuların Yeraltı Təmiri Sexinin təmir emalatxanasına avtotəmirçi-çilingər şagirdi işinə qəbul edilmişdir. xx.xx.1974-cü ildə 1-ci dərəcəli avtotəmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.1975-ci ildə işdən azad olunmuşdur. xx.xx.1975-ci ildə “Xəzərdənizneftqazsənaye” İB-nin “Qum adası” NQÇİ-nin (keçmiş “Serebrovski” adına NQÇİ) ETİİS-nə 2-ci dərəcəli laborant-surətçıxaran peşəsinə işə qəbul edilmişdir. xx.xx.1975-ci ildə 2-ci dərəcəli kimyəvi analiz üzrə laborant peşəsinə keçirilmişdir. xx.xx.1983-cü ildə MKT-na 4-cü dərəcəli rəngsaz-suvaqçı peşəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə dala ndar peşəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə ev təsərrüfatını kompleks yığışdıran fəhlə peşəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə ev təsərrüfatını kompleks yığışdıran fəhlə 5-ci dərəcəli fəhlə peşəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixli əmrlə işdən azad olunmuşdur.
23. Məhkəmə kollegiyası həmin arayışa əsasən nəzərə alır ki, iddiaçının x xxxxxx 1997-ci il tarixədək 15 ildən artıq iş stajı olmuşdur. Yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndində ümumi staj üçün nəzərdə tutulan 15 illik müddətlə bağlı şərt iddiaçı tərəfindən artıq x xxxxxx 1997-ci il tarixədək ödənilmişdir və həmin tarixədək azı 7 il 6 ay xüsusi staja malik olduğu halda, onun 45 yaşının tamam olduğu vaxtdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa gö rə pensiya hüququ yaranmış olurdu. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan 7 il 6 ay xüsusi staja dair tələbə gəldikdə, İddiaçının istinad etdiyi və 1975-1983-cü illərdə işlədiyi “kimyəvi analiz üzrə laborant” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsində nəzərdə tutulmamışdır.
25. İddiaçıya x xxxxxx 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün onun xx xxxx 2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən tələb olunan (1 №-li Siyahı üzrə) xüsusi stajı olmadığından, yəni iddiaçı istər 45 yaşında, istərsə də 47 yaşında (1 №-li Siyahı üzrə) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etmədiyindən apelyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə düzgün nəticəyə gəlmişdir.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-252/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov İ.K.Dəmirov K.N.Bədəlov