Məhkəmə qərarları › İş №2-1(102)-1058/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1058/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1058/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşağın sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1968-ci il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı2 (xx.xx.2022-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi) “sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(107)-95/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 042335 nömrəli “Doğum haqqında şəhadətnamə” ilə müəyyən edilmişdir ki, Ramazanzadə Elvin Sabir oğlu 10 fevral 2008-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaç ı2dır. 271599 nömrəli “Nikah haqqında şəhadətnamə” ilə müəyyən edilmişdir ki, İddiaçı1 ilə Ramazanzadə (Nəbiyeva) Pərvanə Şaban qızı arasında 12 avqust 1998-ci il tarixdə nikah bağlanmışdır.

2. Zaqatala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 0256003AAGTR nömrəli göndərişi ilə müəyyən olunmuşdur ki, Elvin Ramazanzadə 28 sentyabr 2016cı il tarixdə müayinə olunmuş və nəticə olaraq G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar diaqnozu müəyyən edilmişdir. 3. 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının 24 oktyabr 2016-cı il tarixli müayinə barədə sənədi ilə müəyyən olunmuşdur ki, Elvin Ramazanzadə 22 oktyabr 2016-cı il tarixdə müayinə olunmuş, ona “perinatal ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları ilə, psixi inkişaf geriliyi” diaqnozu qoyulmuş v ə növbəti müayinə 22 oktyabr 2019-cu il tarixə təyin edilmişdir.

4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədi ilə müəyyən olunmuşdur ki, sənəddə əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında “imtina edilib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: xəstənin əlavə müayinə və müalicəyə ehtiyacı var” qeyd edilmiş, qiymətləndirmə tarixi 16 yanvar 2020-ci il göstərilmişdir.

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 5 mart 2020-ci il tarixli,135 nömrəli məktubunda qeyd edilmişdir ki, Ramazanzadə Elvin Sabir oğlu, 2008-ci il təvəllüdlü, Sumaylı kənd sakini “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları” diaqnozu ilə dispanser qeydiyyatındadır. Növbəti müayinə tarixi çatdığı üçün 14 yanvar 2020-ci il tarixdə sənədləri onlayn şəkildə TSEK-ya göndərilmiş və “əlavə müalicəyə ehtiyacı olması, xəstənin əlavə müayinə və müalicəyə ehtiyacı var” cavabı verilmişdir. 6. 16 yanvar 2020-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Ramazanzadənin sağlamlıq imkanları məhdudluğunu səhiyyə müəssisinin 14 yanvar 2020-ci il tarixli, 0256003AAJ7T nömrəli göndərişi əsasında qiymətləndirmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar 14 fevral 2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin 16 yanvar 2020- ci il tarixli qərarının ləğv edilməsi və 10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

8. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 10 fevral 2008-ci il təvəllüdlü övladları Ramazanzadə Elvin Sabir oğlu anadangəlmə generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar diaqnozu ilə xəstə doğulmuşdur. E.Ramazanzadə komissiyalardan keçmiş və ona sağlamlıq imkanı məhdud və ya əlillik dərəcəsi verilmiş və pensiya təyin edilmişdir. İddiaçılar qeyd etmişdirlər ki, heç bir əsas olmadan uşağa təyin edilən pensiyanın verilməsi dayandırılmışdır. E.Ramazanzadənin növbəti müayinə tarixi 22 oktyabr 2019-cu il tarixə təyin edilmiş və sənədlər Zaqatal a rayon Mərkəzi Xəstəxanasına təqdim edilmişdir. Həmin sənədlər elektron qaydada tibbi həkim komissiyasına göndərilmişdir. Oktyabr ayından 3 ay keçdikdən sonra 16 yanvar 2020-ci il tarixdə ekspert komissiyasında imtina edilmişdir. Həmin imtina rəsmi şəkildə iddiaçılara 20 yanvar 2020-ci il tarixdə təqdim edilmişdir. İmtinanın səbəbi olaraq diaqnoz: “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya serebral hipertenziya qıcolmatutmaları (ayda 9-12 dəfə)” imtina edilib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Cavabdeh orqan uşağın sağlamlıq imkanının məhdudluğunu müəyyən etməmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Elvin Ramazanzadənin sağlamlıq imkanı məhdudluğu səhiyyə müəssisəsinin 14 yanvar 2020-ci il tarixli, 0256003AAJ7T saylı göndərişi əsasında 16 yanvar 2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0256003AAJ7T saylı göndərişin təhlili göstərmişdir ki, xəstəlik 10 fevral 2008-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya serebral hipertenziya qicolma tutmalari (ayda 9-12 dəfə)” xəstəliyi, ağırlaşma kimi isə “Miopiya, İnkişaf mərhələlərinin ləngiməsi, İnkişafdan gerilik” xəstəlikləri qeyd edilmişdir. Göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni EEQ müayinəsinin nəticələri qeyd edilməmişdir. Xəstəliyinə görə stasionar müalicə günləri 0 (sıfır) gün göstərilmişdir. Həmçinin göndərişin “Funksional poz ğunluğu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölməsində qıcolmaların tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. Həmçinin qıcolmaların tezliyini müəyyən edən stasionar günləri qeyd edilən kimi sıfır gün göstərilmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.5-ci bəndinə görə “epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar” olduğu halda, sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması nəzərdə tutulmuşdur. Göndərişdə qeyd edilmiş məlumatlar xəstədə Əsasnamənin gö stərilən bəndinə müvafiq halların olmasını əsaslandırmır. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Ramazanzadə Elvin Sabir oğluna səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də SİM təyinatının aparılması mümkün olmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən Elvin Ramazanzadə ətraflı müayinə edilərək keyfiyyətli və dolğun göndəriş rəsmiləşdirildiyi halda sağlamlıq imkanları məhdudluğu qanuna müvafiq olaraq onun iştirakı olmadan qiymətləndirilərək müvafiq qərar veriləcəkdir.

10. İddiaçılar cavabdehin etirazına qarşı yazılı mülahizə təqdim etmişlər. Mülahizədə göstərilmişdir ki, uşağın sağlamlıq imkanlarının məhdudluğuna dair imtina qərarının verilməsinə səbəblər “göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni EQQ müayinəsinin nəticələri qeyd edilməyib, xəstəliyə görə stasionar müalicə günləri “0” göstərilib, həmçinin göndərişin “funksional pozğunluğu” və “xəstəliyinin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölməsində qıcolmalarının tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. Həmçinin qıcolmaların tezliyini müəyyən edən stasionar günlər qeyd etdiyimiz kimi “0” göstərilmişdir. Göndərişdə qeyd edilmiş məlumatlar xəstədə Əsasnamənin göstərilən bəndinə müvafiq halların olmasını əsaslandırmamışdır. Buna görə də sağlamlıq imkanlarının məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İmtinanın səbəbindən göründüyü kimi, imtinanın əsas səbəbi göndərişin natamam doldurulması və xəstənin əlavə müalicəyə ehtiyacı olmasıdır. Hesab edilməlidir ki, xəstənin müalicəyə ehtiyacı varsa, deməli tam sağalmamış, sağlamlıq imkanları məhduddur. Dolayısı ilə cavabdeh təşkilat öz imtinasında xəstənin sağlamlıq imkanlarının məhdudluğunu “əlavə müalicəyə ehtiyacı var” sözləri ilə təsdiq etm işdir. Ramazanzadə Elvin Sabir oğlunun əlilliyi cavabdeh tərəfindən qiymətləndirildiyi vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə qüvvədə olmuşdur. Əsasnamədə səhiyyə müəssisənin göndərişi keyfiyyətsiz doldurulduğu halda, əlilliyin müəyyən olunmasından imtina etmək imkanı nəzərdə tutulmamışdır. Əsasnaməyə görə, bu halda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunmalı və göndəriş sistem tərəfindən geri qaytarılmalıdır. Eyni zamanda, əlilliyi qiymətləndirilən şəxsə dair tibbi-sosial ekspertiza üçün hər hansı bir sənədə zərurət yarandığı halda, TSEK bununla bağlı səhiyyə müəssisələrinə sorğu göndərməlidir.

11. Üçüncü şəxs cavabdehin etirazına qarşı yazı lı mülahizə təqdim etmişdir. Mülahizədə göstərilmişdir ki, göndəriş tam doldurulmuş, xəstənin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsasən epilepsiya və davamlı terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-7 dəfə), kiçik və ya qıcolması tutmalar olduğu halda sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin həmin Əsasnaməsinə əsaslanaraq göndərişdə xəstənin diaqnozu generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları (ayda 8-12 dəfə) xəstəliyi, ağırlaşma kimi isə miopatiya, inkişaf mərhələlərinin ləngiməsi, inkişafdan gerilik xəstəlikləri qeyd olunmuşdur. L akin göndərişdə qeyd edilmiş məlumatlar Əsasnamədə göstərilən bənddə müvafiq halların olması ilə üst-üstə düşür. Bundan başqa, etirazda qeyd edilmişdir ki, guya qıcolmanın tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. Bu düzgün deyildir. Belə ki, göndərişdə qıcolmaların tezliyi ayda 8-12 dəfə olaraq göstərilmişdir. Xarakteri isə generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları xəstəliyi kimi qeyd olunmuşdur. Səhiyyə müəssisəsi kimi göndərilən göndəriş keyfiyyətli, vaxtında və əsaslandırılaraq doldurulmuşdur. Lakin cavabdeh təşkilat xəstənin sağlamlıq imkanlarının məhdudluğunu müəyyən olunmasından imtina edilməsinə dair qərar vermişdir. İmtina etməsinin səbəbi isə xəstənin əlavə müayinə və müalicəyə ehtiy acı olduğunu göstərmişdir. Xəstənin sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsindən imtina edilməsi üçün xəstənin əlavə müalicəyə ehtiyacının olması əsas ola bilməz. Bundan başqa etirazda qeyd olunmuşdir ki. sağlamlıq imkanlarının məhdudluğunun təyinatının aparılması mümkün olmamış və əlavə müalicəyə ehtiyacı barədə qərar verilmişdir. Bu düzgün deyildir. Belə ki, cavabdeh təşkilat tərəfindən xəstənin sağlamlıq imkanlarının məhdud olmasından imtina edilməsinə dair qərar verilmişdir. Əlavə müalicəyə ehtiyacın olması isə həmin qərarın qəbul olunması üçün əsas göstərilmişdir.

12. Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(116)-75/2021 nömrəli qərarı (hakim X2) ilə iddia təmin edilmiş, cavabdehin Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun tə yin edilməsindən imtina olunması barədə 16 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə 10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericilik normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulan normalardan göründüyü kimi göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsasla iddiaçıların oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblə rinə əməl etməmişdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(107)-95/2022 nömrəli qərarı (hakimlər: X5 /sədrlik edən və məruzəçi/ X3 və X6) ilə Şəki İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassa siya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, qeyd edilmişdir ki, Ramazanzadə Elvin Sabir oğluna səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan son ra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.16. T SEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.22. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 4.25. Araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir.

21. Əlilliyin qiymətləndirilməsi qaydası (A zərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətlənd irilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

22. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qa ydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir): 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndin ə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 23. “İnzibati icraat haqqında” Qanun Maddə

24. İşin hallarının obyektiv araşdırılması Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəb ul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

24. İnzibati Prosessual Məcəllə: Maddə

73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zərur i olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. İddiaçıların müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxtda qüvvədə olmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3 və 1.4-cü bəndlərinin tələblərindən göründüyü kimi, 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirmək, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən etmək TSEK-in və həmin Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmətin səlahiyyətlərinə aid edilmişdir.

29. Eyni ilə, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

30. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, o nda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququn a malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

32. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu halla rdan gedir.

33. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

34. Birinci instansiya məhkəməsi və onun qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılsa da, nəticədə İPM-in 73.3-cü maddəsinin müddəalarının tələblərini nəzərə almamışlar.

35. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, Ramazanzadə Elvin Sabir oğluna səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, sağlamlıq imkanl arı məhdudluğunun təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

37. Cavabdehin etiraz və şikayətlərində göstərilənlər səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların natamam olduğunu, deməli, həmin göndərişin – onun verildiyi vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə uyğun tərtib olunmadığı nəticəsinə gəlməyə əsas verir. Həmin norma tələb edir ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislər in ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır.

38. Bundan əlavə, göndərişin verildiyi vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəlik lər və ağırlaşmalar göstərilməlidir.

39. Göndərişdə natamamlığın olduğu qəbul edildikdə, həmin göndərişə münasibətdə cavabdeh tərəfindən “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin həmin normada göndərişin keyfiyyət meyarları göstərilmir. Cavabdeh isə Əsasnamənin 4.22-ci bəndinin Ramazanzadə Elvin Sabir oğluna aid göndərişə münasibətdə tətbiqini zəruri hesab etməmiş, bununla da, həmin göndərişin keyfiyyət meyarına uyğunluğunu qəbul etmiş, müraciətə mahiyyəti üzrə baxmış və həll etmişdir. Lakin cavabdeh tərəfindən hər hansı əlavə inziba ti araşdırma aparıldığına dair işdə məlumat yoxdur.

40. Məhkəmə kollegiyası nəzərə alır ki, müraciətə baxıldığı vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin - 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.25-ci bəndinə əsasən, araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə t əsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir.

41. Normaların məzmunu, həmçinin orada müəyyən edilmiş icraat qaydası və müddətləri belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh müraciətlərə “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, əlavə sübutların toplanması və s.) baxılmasına müddət baxımından iqtidarlı olmamışdır.

42. Bundan fərqli olaraq, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlill iyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir.

43. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılma sı imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).

44. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad edilən normaların tələblərini və işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırman ın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdehin 16 yanvar 2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə 10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-1(107)-95/2022 nömrəli qərarı ləğv edilir. Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 yanvar 2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə 10 fevral 2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar