Məhkəmə qərarları › İş №2-1(102)-1058/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1058/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1058/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Ve rgilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 2-1(105)-629/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********500800 nömrəli qərarlarına əsasən iddiaçı üzrə müvafiq olaraq iyun, iyul və sentyabr 2021-ci il üçün ƏDV üzrə kameral qaydada vergi hesablanmışdır. Həmin əlavə hesablama iyun 2021-ci il üçün 6255,54 manat, iyul 2021-ci il üçün 19040,75 manat, sentyabr 2021-ci il üçün 51 823,25 manat təş kil etmişdir.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli **********677500 nömrəli qərarına əsasən iddiaçı üzrə müvafiq olaraq iyun 2021-ci il üçün 6765,86 manat əlavə vergi məbləği hesablanmış, eyni zamanda xx.xx.2021-ci il tarixli **********499700 nömrəli qərar ləğv edilmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli **********646700, **********647400 nömrəli qərarlarına əsasən iddiaçı üzrə iyul 2021-ci il və sentyabr 2021-ci il üçün müvafiq olaraq 19040,75 manat və 51.837,44 manat əlavə vergi məbləği hesablanmış, eyni zamanda xx.xx.2021-ci il tarixli **********501500 və **********500800 nömrəli qərarlar ləğv edilmişdir.

4. Cavabdehin xx.xx.2022-ci il tarixli **********569600 nömrəli qərarına əsasən iddiaçı üzrə oktyabr 2021-ci il üçün 153838,73 manat əlavə vergi məbləği hesablanmışdır.

5. Cav abdehin xx.xx.2022-ci il tarixli **********821800 nömrəli qərarına əsasən iddiaçı üzrə dekabr 2021-ci il üçün 6761,98 manat əlavə vergi məbləği hesablanmışdır.

6. Cavabdehin xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarına əsasən iddiaçı üzrə oktyabr 2021-ci il üçün 153838,73 manat əlavə vergi məbləği hesablanmışdır.

7. Vergilərin hesablanmasına əsas, iddiaçı tərəfindən ƏDV bəyannamələrində əvəzləşməyə təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi olmuşdur.

8. Riskli vergi ödəyiciləri barədə məlumatlara əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli, "xxxx" MMC xx.xx.2021-ci il tarixli qərarlarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 10 yanvar 2022-ci il tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********500800, xx.xx.2022-ci il tarixli **********646700 və **********6467400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarların ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********500800 nömrəli qərarları ilə iddiaçıya müvafiq olaraq iyul, iyun, sentyabr 2021-ci il üçün ƏDV üzrə kameral qaydada vergi hesablanmışdır. Həmin əlavə hesablama iyun 2021-ci il üçün 6255,54 manat, iyul 2021-ci il üçün 19040,75 manat, sentyabr 2021-ci il üçün 54823,25 manat təşkil etmişdir. Vergi orqanı öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. İddiaçı vergi orqanının gəldiyi qənaəti əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" M MC ilə müxtəlif vaxtlarda mal alqı-satqısı əməliyyatları aparılmışdır. Həmin mallar iddiaçıya təqdim edilmiş və o, öz növbəsində malların dəyərini həmin şirkətlərə ödəmişdir. Eyni zamanda, aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri tərəfindən yerinə yetirilmişdir. Lakin bir müddət sonra vergi orqanı aparılan əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələrini nəzərə almamışdır. Bunu isə digər tərəflərin riskli vergi ödəyiciləri olması ilə əsaslandırmışdır. Halbuki, iddiaçı ilə həmin müəssisələr arasında aparılmış əməliyyatlar onların riskli vergi ödəyiciləri siyahısına salınmasından əvvəl olmuşdur. Bu barədə məlumat əldə etdikdən sonra dərhal həmin şirkətlərlə əməliyyatlar dayandırılmışdır. Bununla bağlı vergi orqanına ətraflı şəkildə məlumat verilsə də, vergi orqanı buna əhəmiyyət verməmiş və əsasız olaraq iddiaçıya kameral qaydada vergi hesablamışdır.

11. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının fəaliyyətinin araşdırılması zamanı 2021-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 4 elektron qaimə faktura, iyul ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 15 elektron qaimə faktura, sentyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 46 elektron qaimə faktura, oktyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 113 elektron qaimə faktura, noyabr ayı üzrə ƏDV bəyannamə sində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 35 elektron faktura, dekabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 5 elektron faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi aşkar edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 2021-ci ilin iyun, iyul və noyabr ayları üzrə ƏDV bəyannamələrinə görə xx.xx.2021-ci il tarixli **********941200 nömrəli, 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə görə xx.xx.2021-ci il tarixli **********527400 nömrəli, oktyabr ayı üzrə ƏDV bəyannaməsinə görə xx.xx.2022-ci il tarixli **********213900 nömrəli və dekabr ayı üzrə ƏDV bəyannaməsinə görə xx.xx.2022-ci il tarixli **********757400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktublara əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayına 6765,86 manat, iyul ayına 19040,75 manat, sentyabr ayına 51837,44 manat, oktyabr ayına 153838,73 manat, noyabr ayına 47051,47 manat, dekabr ayına 6761,98 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********677500 nömrəli, xx.xx.2022-ci il tarixli **********646700 və **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********222000 nömrəli, xx.xx.2022-ci il tarixli ***** *****570000 nömrəli və xx.xx.2022-ci il tarixli **********821800 nömrəli qərarları göndərilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(118)-748/2022 nömrəli qərarı (hakim V.E.Əzizova) ilə iddia təmin edilmiş, iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021- ci il tarixli **********499700, **********501500 və **********500800 nömrəli, xx.xx.2022-ci il tarixli **********646700 və **********6467400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlar ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş "xxxx" MMC, “”Vaylo” MMC, "xxxx" MMC və "xxxx" MMC ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin dəqiq ləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********646700 və **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarların ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 2-1(105)-629/2022 nömrəli qərarı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(118)-748/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********646700 nömrəli, xx.xx.2022-ci il tarixli **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlar ləğv edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilərdi: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi. Cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi yuxarıda sadalanan əməliyyatların riskli hesab edildiyini bildirsə də, məhz hansı səbəbdən əməliyyatların riskli olduğunu açıqlamamış, buna dair vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə dəlil və sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının v ə maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarında iddia tələbinin təmin olunma əsası kimi birinci instansiya məhkəməsinin formal dəlili ilə razılaşaraq və məsələnin ma hiyyətini araşdırmadan qeyd etmişdir ki, alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən hüquqi şəxslərin heç biri həmin əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmamış və ya iddiaçı bu barədə məlumatlı olmamışdır. Bu dəlil formal olmaqla yanaşı yanlış məntiqə əsaslana dəlildir. Ona görə ki, adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Belə ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralıqlarında "xxxx" MMC-nin e-qaimə üzrə satışında 136,3 min manat (ƏDV-si 24,5 min manat) dəyərində “Qara metal qırıntısı” təqdim etməsinə baxmayaraq, vergi ödəyicisinin idxalı və e-qaimə üzrə alışında qeyd edilən malların al ışı müəyyən edilməmişdir. Bunu nəzərə alaraq, əldə olunmamış malların satışı riskli hesab edilmiş və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuşdur. 06-xx.xx.2021-ci il tarixləri aralığında "xxxx" MMC-nin e-qaimə üzrə 583,7 min manat (ƏDV-si 105,1 min) dəyərində 1159,3 ton “Qara metal tullantısı” təqdim etməsinə baxmayaraq, 07.09.21-ci il tarixdə e-qaimə üzrə 355,7 ton “Qara metal tullantısı” aldığı, idxalının və alış aktı ilə mal alışının olmadığı müəyyən edilmişdir (Fərq - 803,6 ton). Bunu nəzərə alaraq, əldə olunmamış malların satışı riskli hesab edilmiş və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2021ci il tarixli qərar qəbul olunmuşdur. "xxxx" MMC tərəfindən mal qalığı olmamasına baxmayaraq xx.xx.202 1-xx.xx.2021-ci il tarixlərdə alışı və ya idxalı müəyyən edilməyən 1.136.224,0 manat dəyərində 1919 ton “Qara metal tullantısı” təqdim olunduğundan əməliyyatlar riskli hesab edilmiş və riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2.438.143,4 manat dəyərində (ƏDV ilə) 4.046,23 ton “Yararsız qara metal tullantıları” təqdim edilmişdir. Təqdim edilən metal qırıntısından yalnız 1 883,18 tonunun vergi ödəyicisinin alışında olması aşkar edilmişdir. Aldığı malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi əməliyyatları riskli hesab edilmiş və riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Nəhayət təqdim edilən elektron qaimə faktura məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 1 011 860 manat (ƏDV daxil) dəyərində 1 573,83 ton “qara metal tullantısı” təqdim edilməsinə baxmayaraq, alışda yalnız 1 471,43 ton “qara metal tullantısı” müəyyən edildiyi üçün əməliyyatlar riskli hesab edilmiş və riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Əslində, həm birinci instansiya, həm də apelyasiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisələr arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir.

20. Məhkəməyə etirazla yanaşı dəlil və sübut kimi "xxxx" MMC-yə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar, həmçinin həmin qərarlar qəbul edilməmişdən əvvəl yaranmış uyğunsuzluqların aradan qaldırılması barədə vergi ödəyicinə ünvanlanmış və hansı qaimə fakturalar üzrə aparılmış əməliyyatların riskli hesab edilməsi barədə məktublar təqdim edilmişdir. Göndərilmiş uyğunsuzluq məktublarında konkret hansı əm əliyyatların riskli hesab olunduğu qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd uyğunsuzluq məktublarına münasibət bildirilməmiş və vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatların həqiqətdə həyata keçirildiyinin sübutlarını iddiaçı inzibati icraata təqdim etməmişdir. Həmin uyğunsuzluq məktubları işə birinci instansiya məhkəməsində baxılarkən dəqiqləşdirilmiş iddia ərizəsinə qarşı verilmiş etiraza qoşma olaraq məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən həmin məktublara qeyd olunan məlumatlar araşdırılmamış və iddiaçıdan bu əməliyyatların həqiqətdə baş verməsi ilə bağlı sübutlar tələb olunmamışdır. Məhkəmə işin faktiki halları ilə tanış olmamış, qanunvericiliyin tətbiqi məsələsi ilə bağlı yanlış mövqe sərgiləmiş və tam araşdırmamış, vergi orqanı tərəfindən sənəd və sübutların təqdim edilməsinə baxmayaraq işin hallarının araşdırılması ilə bağlı əsassız olaraq əlavə sübut və dəlil tələb etmiş və nəticədə vergi ödəyicisinin iddiasının təmin edilməsi istiqamətində qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskl i vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;... Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı k imi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;.... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kə sb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 2021-ci ilin iyun ayında "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 4 elektron qaimə faktura, iyul ayında "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 15 elektron qaimə faktura, sentyabr ayında "xxxx" MMC- dən (VÖEN: **********) əldə edilmiş 46 elektron qaimə faktura, oktyabr ayında "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 113 elektron qaimə faktura, noyabr ayında "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 35 elektron faktura, dekabr ayında "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 5 elektron faktura üzrə əməliyyatlar aparmışdır.

28. Kassasiya şikayətinin dəlillərinə əsasən yuxarıda qeyd edilən əməliyyatlar riskli hesab olunduğundan ƏDV bəyannaməsində əvəzləşdirilməyə əsas vermir. Cavabdeh şikayətini onunla əsaslandırır ki, iddiaçının əməliyyat apardığı hüquqi şəxslər məhz iddiaçı ilə aparılan alqı-satqı əməliyyatlarının nəticəsinə uyğun olaraq riskli vergi ödəyiciləri hesab edilmişlər. Yəni iddiaçı və digər müəssisələr arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra həmin müəssisələrin riskli vergi ödəyiciləri olması barədə qərarlar qəbul edilmişdir.

29. Beləliklə, cavabdeh özü də kassasiya şikayətinin dəlillərində iddiaçı ilə digər müəssisələr arasında aparılan alqı-satqı əməliyyatlarının həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsindən əvvəl baş verdiyini qeyd edir.

30. Kassasiya şikayətinin dəlillərinə əsasən: - İddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatları xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında aparılmış, lakin "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur; - İddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatları 06-xx.xx.2021-ci il tar ixləri aralığında aparılmış, lakin "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur; - İddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatları xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə aparılmış, lakin "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur; - İddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatları xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılmış, lakin "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur; - İddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatları xx.xx.2021-xx.xx.2021-ci il tarixədək aparılmış, lakin "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur.

31. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

32. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəy icisinin apardığı əməliyyatlar da riskli hesab olunur.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

34. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-faktu ralar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

35. Nəzərə almaq lazımdır ki, cavabdehin özü də kassasiya şikayətində iddiaçının digər müəssisələrlə apardığı müvafiq əməliyyatların həmin müəssisələrin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir.

36. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.

37. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin r iskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfində də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir.

38. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir.

39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 de kabr 2022-ci il tarixli, 2-1(105)-629/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar