Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1058/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmrin mübahisələndirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “201 saylı X5 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2 -1(104)-528/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hərbi qulluqçu olan iddiaçının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir X3 qarşı qanunsuz hərəkət etməyi barədə sonuncunun müraciəti üzrə hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsində araşdırma aparılmış və material üzrə iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 40.3-cü maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
2. Müdafiə nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli 0135gm nömrəli əmri ilə iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 230 nömrəli əmri ilə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbə rəisinin sərəncamına göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 201 saylı X5 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrinin ləğv olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdən müddə tdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən N saylı hərbi hissədə xidmət etmişdir. Vətən Müharibəsi günlərində xidmət etdiyi N saylı hərbi hissənin tərkibində 2-ci dağatıcı taborda döyüşlərdə iştirak etməklə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə hərbi hissə komandanlığı tərəfindən 2 fəxri fərmanla təltif edilmiş, eləcə də, Vətən Müharibəsi iştirakçısı kimi "Kəlbəcərin azad olunmasına görə" medalla təltif edilmişdir. Xidmət müddətində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təyinat vərəqəsi ilə ona SHXÇ üzrə DX-nin Kəpəz rayon şöbə rəisinin sərəncamına qeydiyyata durmaq üçün getməyi əmr edilmişdir. Ona rəsmi əmr verilməsə də, şifahi olaraq məlum olmu şdur ki, ehtiyata buraxılmağına Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir X3 qarşı qanunsuz hərəkət etməsi səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-7/28-615/237 saylı məktubundan da göründüyü kimi "…xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1. və 40.3-cü maddələrinə əsasən haqqında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir". Nə qədər ki, onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir, onun bu əsasla ehtiyata buraxılmasının hüquqi əsası yoxdur, əmr ləğv edilməli, öz əvvəlki işinə xidmətə bərpa edilməlidir. Bütün hallarda "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsində göstərilir ki, barələrind ə istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Onun haqqında qərar çıxarılmış və heç bir təqsiri olmadığı üçün cinayət işi başlanması rədd edilmişdir. Hesab edir ki, məhkəmə qaydası ilə barəsində çıxarılmış əmr etibarsız hesab edilməli və onun işə bərpa edilməsinə və məcburi işburaxma günləri ilə bağlı əmək haqqımın ödənilməsinə dair qətnamə qəbul olunmalıdır. O, əvvəlki işinə bərpa edilmək və əmək fəaliyyətini şərəflə davam etdirmək arzusundadır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin tankodrom rəisi-avtodrom rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən 2022-ci ilin iyun ayında N nömrəli h ərbi hissədə xidmət edən gizir X2 xidməti yerinin digər hərbi hissəyə dəyişdirilməsi məqsədilə sonuncudan 3000 manat məbləğində pul almış, lakin verdiyi vədi yerinə yetirməyərək gizir M.X.İmanova qarşı dələduzluq etmiş, o da, iddiaçı ona qarşı dələduzluq etdiyi üçün Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna bu fakt barədə ərizə ilə müraciət etmişdir. Hərbi Prokurorluqda araşdırma aparılarkən iddiaçının, xidmət yerinin digər hərbi hissəyə dəyişdirilməsi məqsədilə gizir M.İmanovdan 3000 manat məbləğində pul alması öz təsdiqini tapmış, dəymiş ziyanı ödədiyi üçün iddiaçı barəsində bəraətverici əsaslar olmadan, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci və 40.3-cü maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İddiaçının qeyd olunan davranışı nəzərə alınaraq, tədbir görülməsi üçün N nömrəli hərbi hissənin artilleriya poliqonunun direktrisiya rəisi - poliqon rəisi gizir Orxan Hüseynov tərəfindən 15 iyul 2022-ci il tarixdə raportla vəsatət qaldırılmış, 19 iyul 2022-ci il tarixdə isə iddiaçının xidmət yerinin digər hərbi hissəyə dəyişdirilməsi məqsədilə gizir M.İmanovdan pul alması və ona qarşı dələduzluq etməsi barədə hərbi hissədə komissiya tərəfindən akt tərtib edilmişdir. 20 iyul 2022-ci il tarixdə N nömrəli hərbi hissə komandiri həmin vəsatəti təmin edərək, iddiaçının "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" əsasən ehtiyata buraxılması barədə təqdimat vermiş, həmin təqdimat əsasında Müdafiə nazirinin müavini - X4 xx.xx.2022-ci il tarixli 0135gm nömrəli əmri ilə iddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsasna mə"nin 156-cı maddəsinin "e" bəndinə əsasən ehtiyata buraxılmışdır.
6. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 03 may 2023-cü il tarixli 2-1(114)-318/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Müdafiə nazirinin müavini - X5 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan göründüyü kimi, iddiaçı izahatında göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəl lərində N nömrəli hərbi hissənin baş giziri Müsahib İmanovla söhbət edərkən, sonuncuya N nömrəli hərbi hissəyə təyin edilməsi üçün tanış bir şəxsin olmasını və həmin şəxslə danışıb dəqiqləşdirərək ona məlumat verəcəyini demişdir. Təxminən 2 gün sonra istifadəsində olan mobil telefondan M.İmanova zəng vuraraq N nömrəli hərbi hissəyə təyin olunması üçün həmin vəzifəli şəxslə danışdığını və 2700 manat pul müqabilində başqa hərbi hissəyə təyin oluna biləcəyini bildirmişdir. Bir neçə gün sonra M.İmanovun 2700 manat pulunu Göygöl rayonunun Qızılca qəsəbəsində yerləşən Cəlal marketdən götürmüşdür. Lakin fevral ayının sonunda Müsahib zəng edib zabit hazırlıq kursuna sənəd verdiyini bildirərək pulunu geri tələb etmişdir. O, da müsahibin 2700 manat pulunu 2022-ci ilin mart ayında qaytarmışdır. Eyni zamanda, həmin qərardan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, M.İmanova qarşı dələduzluq edərək, onu N nömrəli hərbi hissəyə təyin etdirəcəyi barədə vəd verərək aldığı 3500 manat pulu sonuncuya geri qaytardığını, bununla da əməlindən peşman olduğunu və bəraətverici əsaslar olmadan barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı, X2 etibarından sui-istifadə edərək yüksək vəzifədə xidmət edən şəxsin vasitəsilə onu N nömrəli hərbi hissəyə təyin etdirəcəyinə dair yalan vəd verərək həmin vəzifəli şəxsi özünün vasitəsilə rüşvət verməyə təhrik etməsi, onun pulunu ələ keçirərək vədi üzrə heç bir hərəkət etməyərək dələduzluq əməlinə yol verməsini etiraf etmişdir. Beləliklə, iddiaçının dələduzluq yolu ilə ələ keçirdiy i 3500 manat pulu geri qaytararaq dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışaraq əməlindən peşman olmasını, barəsində cinayət işinin başlanmasının bəraətverici əsaslar olmadan rədd edilməsi barədə müraciətini nəzərə alaraq, onun barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması həmin Məcəllənin 73-1.1 və CPM-nin 40.3-cü maddələrinə əsasən rədd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, cinayət işi üzrə icraata xitam verilmiş olsa da, qərarın məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməlləri tam sübuta yetirilmiş, ziyanı ödəməsi əsası ilə icraata xitam verilmişdir. Lakin bu hal iddiaçının müvafiq Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə, mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Mübahisələndirilən əmrin məzmunu ilə müəyyən olunur ki, iddiaçı Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməllər onun xidməti vəzifəsi ilə bir araya s ığmayan hərəkətlərdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İşin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X5 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir, əmr qanuni və əsaslı, iddia isə əsassızdır.
8. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, Ş.Q.Rzaquliyev və A.V.İsgəndərova) 10 oktyabr 2023-cü il tarixli, 2-1(104)-528/2023 nömrəli qərarı il ə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı kassasiya şikayətində iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilən dəlilləri təkrarlamaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ 14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Maddə 41.0.6. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 15. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
1. Bu Əsasnamə “Hərbi xid mət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Maddə
2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Maddə
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);... Maddə
165. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Maddə
168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
16. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1: Bənd
1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Bənd
2. Hərbi intizam hər bir qulluqçunun hərbi borc unu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Bənd
3. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyü klərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. Bənd
85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Sübut etmə vəzi fəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qe yd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı, X2 etibarından sui-istifadə edərək yüksək vəzifədə xidmət edən şəxsin vasitəsilə onu N nömrəli hərbi hissəyə təyin etdirəcəyinə dair yalan vəd verərək həmin vəzifəli şəxsi özünün vasitəsilə rüşvət verməyə təhrik etməsi, onun pulunu ələ keçirərək vədi üzrə heç bir hərəkət etməyərək dələduzluq əməlinə yol verməsini etiraf etmişdir. Beləliklə, iddiaçının baş gizir Müsahib İmanovun dələduzluq yolu ilə ələ keçirdiyi 3500 manat pulunu geri qaytararaq dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışaraq əməlindən peşman olmasını, barəsində cinayət işinin başlanmasının bəraətverici əsaslar olmadan rədd edilməsi barədə müraciəti nəzərə alınaraq, onun barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması, həmin Məcəllənin 73-1.1 və CPM-nin 40.3-cü maddələrinə əsasən rədd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Başqa sözlə, cinayət işi üzrə icraata xitam verilmiş olsa da, iddiaçının əməlləri tam sübuta yetirilmiş, onun barəsində bəraətv erici əsaslarla deyil, ziyanı ödəməsi əsası ilə icraata xitam verilmişdir. Bu hal, iddiaçının müvafiq İntizam Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə, onun mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Göründüyü kimi, iddiaçının törətdiyi əməlin onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkət olması mübahisəsizdir və bu səbəbdən də cavabdeh onu xidməti uyğunsuzluğa görə ehtiyata buraxmaqda haqlı olmuşdur. Beləliklə də, məhkəmə icraatında cavabdeh - mübahisələndirilən əmri (inzibati aktı) qəbul etmiş inzibati orqan tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut yetirilmişdir.
24. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bi lən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(104)-528/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.