Məhkəmə qərarları › İş №2-1(102)-1059/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1059/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1059/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə (Bakı Şəhər İcra Haki miyyəti üçüncü şəxs olmaqla) qarşı torpaq üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2319/2018 nömrəli, 23 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 24 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, “Hüseyn” firması Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvandakı 760.5 kv.metr qeyri-yaşayış sahəsini - 2 mərtəbəli binanı və zirzəmisini satın almışdır. (Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmla kının hüquqi və fiziki şəxslərə satılması haqqında 011485 saylı, 19.10.1998-ci il tarixli şəhadətnamə). Yasamal Rayon İcra Hakimiyyətinin 04.06.2002-ci il tarixli, 165/d-BŞ saylı məktubu və “Hüseyn” firmasının 05.04.2002-ci il tarixli, N-01 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı 18 sentyabr 2002-ci il tarixli “xxxx” MMC-yə, “Hüseyn” firmasına, “xxxx” MMC-yə, “Günəş” İstehsalat Kommersiya firmasına və “Mars FK” LTD şirkətinə yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında sərəncamına əsasən, xxxxdə, 760.5 kv.metr qeyri-yaşayış sahəsinin tutduğu ərazinin və əlavə olaraq ona bitişik 0.107 ha torpaq sahəsinin icarəyə verilməsi şərtilə ümumilikdə 0.184 ha torpaq sahəsi “Hüseyn” firmasına çoxmərtəbəli yaşayış binasının l ayihələşdirilməsi və tikintisi üçün icarəyə verilmiş, firmaya ərazidə yerləşən yaşayış evlərinin və digər obyektlərin sökülməsi, sakinlərin müvafiq qaydada köçürülməsi və onlara müavinət ödənilməsi tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti və “Hüseyn” firması arasında 21 yanvar 2003-cü il tarixli 0159 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən “icarəyə verən” Bakı Şəhər İcra Hakimiyyəti icarə əsasında, sahəsi 1840 kv.metr olan torpaq sahəsini 49 il müddətinə “icarəçi”nin “Hüseyn” firmasının istifadəsinə vermişdir. “Hüseyn” firması (əvvəlki adı), yəni İddiaçı MMC (hazırkı adı) adı ilə 04.12.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov, 377-ci məhəllə, ev 8 ünvanıdır. İddiaçı MMC (b undan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 377-ci məhəllədə çoxmərtəbəli və çoxmənzili yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahiş etmişdir. Cavabdeh daxil olmuş sənədlərin surət olmasına, təqdim edilmiş ayrıc aktına əsasən torpaq sahəsi üzərində müxtəlif təyinatlı tikililərin mövcud olmasına, həmçinin qeyd edilən ünvanda yerləşən yaşayış binalarında yaşayan sakinlərin köçürülməməsinə, yaşayış və qeyri-yaşayış binasının sök ülməsi işlərinin görülməməsinə, eyni zamanda söküntü və əmlakların məhvinə dair sənədlər təqdim olunmamasına istinad edərək 27 mart 2018-ci il tarixli, **********62 saylı məktubla ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə çıxarışın və plan ölçünün verilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18 sentyabr 2002-ci il tarixli sərəncamı və 0159 saylı, 21 yanvar 2003-cü il tarixli müqaviləsi ilə İddiaçı MMC-yə (əvvəlki adı “Hüseyn” firması) ayrılan xxxxdə, ümumi sahəsi 1840 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması, “çıxarış” və “torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İd dia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 fevral 2018-ci il tarixdə cavabdehə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18 sentyabr 2002-ci il tarixli sərəncamı ilə “Hüseyn” firmasına (sonradan İddiaçı MMC) ayrılan, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 377-ci məhəllədə çoxmərtəbəli və çoxmənzilli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə “çıxarış” və “torpaq sahəsinin plan və ölçüsü”nün verilməsini xahiş etmişdir. Cavabdeh **********62 saylı, 27.03.2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh əssassız olaraq bildirmişdir ki, həmin ərazidə sakinlər köçürülməmiş, eyni zamanda, əmlakları n məhvinə dair sənədlər təqdim edilməmişdir. Halbuki, ərazidə yerləşən qeyri-yaşayış sahəsi sökülmüş, onun yerində yeni bina inşa edilmiş, binanın inşaat pasportu və qeyri-yaşayış sahəsinin şəhadətnaməsi təqdim edilmişdir. Bununla bağlı 01 dekabr 2016-cı il tarixdə cavabdehə müraciət edilmiş, ekspert tərəfindən bütün sənədlər yoxlandıqdan sonra onlara sənədin hazır olma vaxtı olaraq 24 dekabr 2016-cı il tarixi göstərilmişdir. Sonradan bu vaxt iki dəfə müxtəlif zamanlarda uzadılmış və sonra xidmətin eksperti əraziyə baxış keçirmişdir. Daha sonra cavabdehin 01 fevral 2017-ci il tarixli **********30 saylı məktubu ilə “Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə müqaviləsi bağlandıqdan sonra müraciətə baxıla bilər” cavabı verilmişdir. 22 fevral 2018-ci il tarixdə cavabdehə müraciət edərək sökül müş qeyri-yaşayış sahəsinin şəhadətnaməsi, inşaat pasportunun surəti, “İddiaçı" MMC-nin (əvvəl “Hüseyn” firması) çıxarışının surəti, sərəncamın surəti, ayrıc aktının surəti, icarə müqaviləsinin surətindən ibarət sənədlər təqdim etmişlər. Torpaq sahəsi üçün çıxarış almaqda məqsəd həmin binanın dövlətə istismara verilməsidir. Hansı ki, həmin binada vətəndaşlar yaşayır və onların mənzillərinin altındakı torpaq sahəsinə bazar qiyməti əsasında icarə haqqının ödənilməsi qeyrimümkündür. Şirkət tərəfindən çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin satın alınması və ya uzun müddətə icarəyə götürülərək icarə haqqının ödənilməsi qeyri-realdır. Belə ki, bina dövlətə istismara veriləndən və sakinlər tərəfindən idarə ediləndən sonra həmin icarə haqqının hansı mənbədən əldə edilməsi naməlum qalır. B elə ki, şəhadətnamə, kadastr planı və ya çıxarış almaq üçün Komitə ilə icarə müqaviləsi bağlanması tələb olunursa, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti ilə aralarında olan müqaviləni ləğv edərək eyni torpaq sahəsinə görə başqa dövlət qurumu ilə həmin qiymət və şərtlərlə müqavilə bağlanmasına etiraz etmir. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Hüseyn” firmasına Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 376-377-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verildikdən sonra iddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin İdarəsi olan “İnterservis” ilə torpaq icarəsi müqaviləsi bağlanmış və icarə haqqı ödənilmişdir. Həmin torpaq sahəsinə şəhadətnamə və plan alınması zəruridir. Həmin sənədlər olmadan bina dövlətə təhvil verilə bilməz. Məhkəmənin 07.06.2018-ci il tarixli, 2-1(81)-2569/2018 saylı qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti 3-cü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş və bildirmişdir ki, daxil olmuş sənədlər surətdir və təqdim edilmiş ayrıc aktına əsasən torpaq sahəsi üzərində müxtəlif təyinatlı tikililər mövcuddur. Belə ki, torpaq sahəsində ümumi tikinti sahəsi 950 kv.metr olan 2 mərtəbəli yarımzirzəmili yaşayış binaları, 120 kv.metr tikintialtı sahəsi olan qeyri-yaşayış (kafe) tikilisi və 530 kv.metr tikintialtı sahəsi olan 12 mərtəbəli yaşayış binası mövcuddur. Həmçinin, qeyd edilən ünvanda yerləşən yaşayış binalarında yaşayan sakinlər köçürülməmiş, yaşayış və qeyri-yaşayış binalarının sökülməsi işləri görülməmişdir. Eyni zamanda söküntü və əmlakların məhvinə dair sənədlər təqdim olunmamı şdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya 22.03.2018-ci il tarixli, **********62 saylı cavab məktubu ünvanlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-2569/2018 nömrəli, 04 iyul 2018ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18 sentyabr 2002-ci il tarixli sərəncamı və 0159 saylı, 21 yanvar 2003-cü il tarixli müqaviləsi ilə İddiaçı MMC-yə (əvvəllər “Hüseyn” firması) ayrılan xxxxdə, ümumi sahəsi 1840 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi he sab etmişdir ki, sənədlərin surət olması, təqdim edilmiş ayrıc aktına əsasən torpaq sahəsi üzərində müxtəlif təyinatlı tikililərin mövcud olması, həmçinin qeyd edilən ünvanda yerləşən yaşayış binalarında yaşayan sakinlərin köçürülmədiyi, yaşayış və qeyri-yaşayış binasının sökülməsi işləri görülmədiyi, eyni zamanda söküntü və əmlakların məhvinə dair sənədlər təqdim olunmadığına istinad edərək formal əsaslarla iddiaçının icarə hüququnun qeydiyyata alınmasından imtina etməklə cavabdeh qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci tarixli, 21(103)-2319/2018 nömrəli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və M.A.Məmmədov) a pelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-2569/2018 nömrəli, 04 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci tarixli, 2-1(103)-2319/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və onları düzgün tətbiq etməmiş, həmçinin şikayətdə qeyd olunan digər halları qanunamüvafiq qaydada araşdırmamışdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir və müvafiq torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Müvafiq torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18.09.2002-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 0159 saylı, 21 yanvar 2003-cü il tarixli torpaq icarə müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunverciliyinin tələblərinə uyğun deyil və qanunvericiliyə əsasən dövlət əmlakı olan tikililərin altında yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sə lahiyyətinə aiddir. Qeyd olunanlardan əlavə, idarəyə təqdim edilmiş ayrıc aktına əsasən torpaq sahəsi üzərində müxtəlif təyinatlı tikililər mövcuddur. Belə ki, müvafiq torpaq sahəsi üzərində ümumi tikinti sahəsi 950 kv.m olan 2 mərtəbəli yarımzirzəmili yaşayış binaları, 120 kv.m tikintialtı sahəsi olan qeyri-yaşayış binası (kafe) və 530 kv.m tikintialtı sahəsi olan 12 mərtəbəli yaşayış binası mövcuddur. Həmçinin, sözügedən ünvanda yerləşən yaşayış binalarında yaşayan sakinlər köçürülməmiş, yaşayış və qeyri-yaşayış binalarının sökülməsi işləri yekunlaşmamışdır. Habelə, İdarəyə söküntü və əmlakların məhv olmasına dair müvafiq sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanuna müvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Lakin yuxarıda qeyd olunan hallar nə birinci, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, iş materialları və şikayətdə qeyd olunan faktlar birinci və apelyasiya instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış, ekspertizanın təyin edilməsi barədə İdarə tərəfindən verilmiş vəsatət təmin edilməmiş və nəticədə məhkəmə tərəfindən iddianın təmin edilməsi barədə ədalətsiz qərar qəbul edilmişdir. Həmçinin, müvafiq inzibati işlə bağlı 23.11.2018-ci il tarixdə keçirilmiş sonuncu məhkəmə iclası barədə bildiriş məhkəmə tərəfindən İdarəyə göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 3 noyabr 2018-ci tarixli, 2-1(103)-2319/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçı və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Resp ublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudl aşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə veri lməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.(maddə 10). Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. (maddə 12) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. (maddə 67.4, 84.1) İşin məhkəmələr tərəfindən m üəyyən edilmiş hallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı 18 sentyabr 2002-ci il tarixli sərəncamı, 11174 saylı 14 yanvar 2003-cü il tarixli inşaat pasportu əsasında ünvan 3də ayrılmış torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti və ‘Hüseyn” firması (hazırkı adı İddiaçı MMC) arasında 21 yanvar 2003-cü il tarixdə 0159 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən “icarəyəverən” icarə əsasında sahəsi 1840 kv.metr olan torpaq sahəsini 49 il müddətinə “icarəçi”nin istifadəsinə vermişdir. Sözügedən icarə müqaviləsi hazırda qüvvədədir. Müqavilənin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi və xitam verilməsi barədə hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, ünvan 3də ayrılmış torpaq sahəsinə dair “Hüseyn” firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında müqavilə 21 yanvar 2003-cü il tarixdə bağlanmaqla artıq 11 aydan çox müddətdə qüvvədə olduğundan iddiaçının mübahisəli torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanuni əsas yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən, «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin apar ılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental p rinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının icarə hüququnun qeydə alınmasından imtina etməkdə haqlı olmamışdır. Şikayətdə daha sonra qeyd edilir ki, müvafiq inzibati işlə bağlı sonuncu - 23.11.2018ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə apelyasiya instansiya məhkəməsinin bildirişi İdarəyə - cavabdehə göndərilməmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 22.11.2018-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdehin nümayəndəsi X2 iştirak etmiş, işin 23.11.2018-ci il tarixə, saat 16:00-a təxirə alınması barədə iclasın sonunda bütün proses iştirakçıları kimi ona da məlumat verilmiş və o, bu barədə müvafiq məhkəmə qəbzinə imza etmişdir. (iş vər 103) Beləliklə kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək torpaq üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığına görə haqlı olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. İddiaçı tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlər mübahisəli torpaq sahəsinə dair onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq norma ları pozulmamışdır. Cavabdeh tərəfindən kasassiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci tarixli, 2-1(103)-2319/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar