Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1059/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı MMC-nin cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Vergi münasibətləri ilə bağlı mübahisələr, kameral qaydada vergilərin hesablanması, qərarın mübahisələndirilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-3013/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsa sən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********0903000 nömrəli və xx.xx.2018-ci il tarixli **********0903000 nömrəli və xx.xx.2019-cu il tarixli **********702600 nömrəli qərarların ləğv edilməsi, Cəmiyyətin şəxsi hesab vərəqindən həmin qərarlara əsasən işlənilmiş əlavə vergi məbləğlərinin silinməsi, bu məqsədlə Cəmiyyətin vergi orqanına təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş vergi bəyannaməmələrinin yoxlama zamanı nəzərə alınması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********0903000 nömrəli və xx.xx.2019-cu il tarixli **********101100 nömrəli qərarların ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-3301/2019 nömrəli (sədrlik edən hakim R.Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********0903000 nömrəli və xx.xx.2019-cu il tarixli **********101100 nömrəli qərarların ləğv edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-3013/19 nömrəli (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3301/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə əsasən yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddətinin 90 günə qədər artırılması və Vergi Məcəlləsinin 38.7ci maddəsinə əsasən səyyar vergi yoxlamasının 9 aydan çox olmamaqla dayandırılması nəzərdə tutulmuşdur. Qeyd edilən səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən dayandırıldığından, prosessual müddətə əməl edilməməsi barədə məhkəmənin mövqeyi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərinə əməl etməmiş, qərar qəbul edərkən cavabdeh tərəfindən apelyasiya şikayətində qeyd edilən iddiaçının bəyan etdiyi ƏDV bəyannamələrindəki dövriyyə ilə mənfəət vergisi bəyan naməsindəki dövriyyə fərqini ümumiyyətlə nəzərə almamışdır. Halbuki işin faktiki hallarından da məlum olduğu kimi mübahisələndirilən xx xxxx 2019-cu il tarixli **********101100 saylı qərar üzrə hesablama məhz həmin dövriyyə fərqinə əsasən həyata keçirilmişdir. Əldə edilən «qara mühasibatlıq» sənədlərindən də bəlli olduğu kimi 2018-ci ilin oktyabr ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyənin 550027,25 manat (649027,16 / 1,18) olması öz təsdiqini tapır. Odur ki, məhkəmə işin hallarını hərtərəfli tədqiq etmədən oktyabr ayı üzrə vergi orqanın müəyyən etdiyi dövriyyənin doğru olmadığı barədə nəticəyə gəlmişdir. Həmçinin məhkəmə qərarda bildirir ki, mübahisələndirilən qərarlar ilə iddiaçıya ƏDV və mənfəət vergisi hesablanarkən kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 iş günlük müddət ötürül müşdür. Qeyd edilir ki, məhkəmənin qeyd edilən mövqeyi tamamilə əsassızdır və işin hallarının hərtərəfli araşdırılmadığını bir daha təsdiq edir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş bütün dəqiqləşdirilmiş vergi bəyannamələri vergi orqanı tərəfindən vergi ödəyicisinə ünvanlanmış bildiriş (uyğunsuzluq məktubları) əsasında tərtib edilmişdir. Belə olan halda yuxarıda qeyd olunan normanın tələblərinə əsasən cavabdehin bildiriş əsasında iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş vergi bəyannamələri üzrə kameral vergi yoxlamasının keçirilməsinin qanunsuz old uğu bildirilmişdir. Bildirilir ki, məhkəmənin qeyd edilən yanaşması vergi qanunvericiliyə ziddir və iş üzrə mövcud reallığı əks etdirmir. Məhkəmə əsassız olaraq iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarını bildiriş kimi qiymətləndirmiş və yanlış nəticəyə gəlmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsi bildiriş üzrə təqdim edilmiş bəyannamə olmadığından həmin bəyannaməyə münasibətdə kameral vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qərarında ƏDV üzrə hesablanmış qeyd edilən məbləğin vergi orqanı tərəfindən iddiaçının ƏDV üzrə sub-uçot hesabına qoyulan sərəncamlar əsasında dövlət büdcəsinə alındiğı qeyd edilsə də, şəxsi hesab vərəqəsindən də həmin mə bləğin iddiaçı tərəfindən ödəniş tapşırığı verməklə, ödənildiyi bəlli olur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-3013/2019 saylı qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, x x xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsas lanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-3013/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 21(82)-3301/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Vergi Məcəlləsinin 3.8, 16, 24. 36, 37, 53. 54, 67-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, məlum olduğu kimi, iddiaçı cavabdehin qəbul etdiyi «Vergilərin hesablanması barədə» xx xxxxxx 2018-ci il tarixli, **********0903000 nömrəli və xx xxxx 2019-cu il tarixli, **********101100 nömrəli qərarları məhkəmədə mübahisələndirmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx xxxxxx 2017-ci il tarixli **********105977 nömrəli «Səyyar vergi yoxlamasının aparılması barədə» qərarı ilə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci və 38.3-cü maddələrinə əsasən iddiaçı - İddiaçı MMC-nin son 3 illik fəaliyyətinin yoxlanılması növbədən kənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin cavabdehin xx xxx 2019-cu il tarixli **********182306 nömrəli qərarı ilə xx xxxxxx 2017-ci il tari xli **********105977 nömrəli «Səyyar vergi yoxlamasının aparılması barədə» qərar ləğv edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Səyyar vergi yoxlaması davam etdiyi müddətdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən «Operativ vergi nəzarətinin keçirilməsi haqqında» xx.xx.2018-ci il tarixli **********7372 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən iddiaçı - İddiaçı MMC-nin Bakı şəhəri, xxx fəaliyyət göstərdiyi «X1» adlı klinikada operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Operativ vergi nəzarəti tədbirləri keçirildiyi müddətdə MMC-nin müxtəlif fəaliyyət göstəriciləri, o cümlədən əmək müqavilələrinin bağlanması, nağd və nağdsız hesablaşmaların aparılması, pul vəsaitlərinin hərəkət i və s. yoxlanılmış, bu istiqamətlərdə və o cümlədən MMC-nin nağd və nağdsız hesablaşmalar üzrə hər hansı nöqsanlı hal faktı müşahidə olunmamış və qanunvericilikdə nəzərdə tutulan hər hansı bir formada akt, protokol və s. ilə rəsmiləşdirilməmişdir. Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti tərəfindən qəbul edilmiş «Xronometraj metodu ilə müşahidənin aparılması haqqında» xx xxxxxx 2018-ci il tarixli **********7713 nömrəli qərarına əsasən iddiaçı - İddiaçı MMC-nin Bakı şəhəri, xxx fəaliyyət göstərdiyi «X1» adlı klinikada xronometraj metodu ilə müşahidə keçirilmiş və bu tədbir ilə hər günün sonunda klinikanın gündəlik dövriyyəsi müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli VN-14 seriyalı 011154 nömrəli yekun aktdan bəlli olmuşdur ki, ardıcıl 19 gün davam edən xronometraj metodlu müşahidə ilə iddiaçının orta günlük dövriyyəsi ƏDVsiz 5542,49 manat (6.540,14: 1,18) müəyyən edilmişdir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MMC-nin 2018-ci il ərzində təqdim edilmiş aylıq ƏDV bəyannamələri üzrə ƏDV-siz dövriyyəsi yanvar ayı üçün 91639,83 manat, fevral ayı üçün 78067,80 manat, mart ayı üçün 90743,88 manat, aprel ayı üçün 70946,58 manat, may ayı üçün 91639,83 manat, iyun ayı üçün 88245,77 manat, iyul ayı üçün 88245,76 manat, avqust ayı üçün 90187,64 manat, sentyabr ayı üçün 261013,83 manat, oktyabr ayı üçün 123100,17 manat, noyabr ayı üçün 223491,04 manat və dekabr ayı üçün 116392,29 manat olmaqla, 2018-ci il üçün cəmi 1413714,42 manat təşkil etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab e dir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tərəfindən təqdim edilmiş bəyannamələri üzrə orta aylıq ƏDV-siz dövriyyəsi 117809,54 manat, xronometraj metodu ilə müşahidənin aparıldığı ardıcıl 19 gün müddətində iddiaçının 2018-ci ilin noyabr ayı üçün müəyyən edilmiş orta aylıq dövriyyə 138562,25 manat (5542,49 manat x 25 gün, 9 noyabr - bayram günü və 4 bazar günü ) təşkil etdiyi halda, iddiaçının oktyabr 2018-ci il tarixə dövriyyəsinin 550027,25 manat məbləğində müəyyən edilməsi əsaslı hesab edilə bilməz. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdeh xx xxxxxx 2018-ci il tarixli qərarında «əldə olunmuş məlumatlar» əsasında iddiaçının dövriyyəsinin oktyabr 2018-ci il üçün 550027,25 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlsə də, nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyasına «əldə olunmuş məlumatlar»ın nədən ibarət olmasına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx xxxx 2019-cu il tarixində **********101100 nömrəli «Vergilərin hesablanması barədə» qərarın qəbul edilməsi üçün əsas olmuş kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında xx xxxx 2019-cu il tarıxli, **********7487100 saylı məktubda qeyd edilən uyğunsuzluqlar hər hansı əlavə verginin hesablamasını nəzərdə tutan nöqsanlı hallar olmayıb, bəyannamənin tərtibatında yol verilmiş mexaniki səhv halların aradan qaldırılması üçün iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilm əsi tələb edilmişdir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həm səyyar vergi yoxlaması keçirildiyi, həm də xronometraj metodu ilə müşahidə aparıldığı zaman iddiaçının müxtəlif fəaliyyət göstəriciləri yoxlanılmış, lakin cavabdeh tərəfindən hər hansı vergi qanunvericiliyinin pozulması faktını vergi orqanı aşkar etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən vergi qərarlarının qanuniliyinə gəlincə, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə müvafiq o laraq kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Həmin Məcəllənin: - 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral verg i yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvaf iq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq kameral vergi yoxlamasının müddətini Ve rgi Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulamışdır ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən olunmuş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, Vergi Məcəlləsinin 37. 2-ci maddəsinin imperativ tələbinə görə kameral yoxlama üçün 30 günlük müddət vergi ödəyicisinin vergi bəyannaməsinin vergi orqanına təqdim etdiyi vaxtdan hesablanır və bu müddət başa çatdıqdan sonra vergi ödəyicisinin təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamələr əsasında yenidən kameral vergi yoxlaması keçirilməsi yolverilməzdir. Bu zaman vergi orqanı yalnız bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququndan yararlana bilər, lakin cavabdeh mübahisələndirilən qərarları ilə iddiaçıya əlavə dəyər vergisi və mənfəət vergisi hesablayarkən, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqam ətləri»ndə kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması qeyd edilmişdir (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yuxarıda artıq göstərildiyi kimi, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx xxxxxx 2017-ci il tarixli **********105977 nömrəli «Səyyar vergi yoxlamasının aparılması barədə» qərarı ilə Azərbaycan Resp ublikası Vergi Məcəlləsinin 38.1-ci və 38.3-cü maddələrinə əsasən iddiaçı - İddiaçı MMC-nin son 3 illik fəaliyyətinin yoxlanılması növbədən kənar səyyar vergi yoxlaması təyin edilmiş, lakin cavabdehin xx xxx 2019-cu il tarixli **********182306 nömrəli qərarı ilə xx xxxxxx 2017-ci il tarixli **********105977 nömrəli «Səyyar vergi yoxlamasının aparılması barədə» qərar ləğv edilmişdir. Cavabdehin xx xxxx 2019-cu il tarixli **********187491 saylı «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» Qərarına əsasən yenidən İddiaçı MMC üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyun 2016 - may 2019-cu illər üzrə vergi dövrlərini əhatə edən növbəti səy yar vergi yoxlaması təyin edilmiş, yoxlama müddəti 30 gün müəyyən olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən İddiaçı MMC-də əvvəl təyin edilmiş səyyar vergi yoxlaması 1 il 9 ay davam etmiş, sonda cavabdehin özü tərəfindən ləğv edilmiş, yeni, səyyar vergi yoxlaması təyin edilmiş, sonuncu səyyar vergi yoxlamasının müddəti 30 gün müəyyən edilsə də, 5 aydan çox vaxt keçməsinə baxmayaraq yoxlama başa çatmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası onu xüsusi olaraq qeyd edir ki, cavabdeh kasasiya şikayətində özü yazır ki, yoxlamada əldə edilən «qara mühasibatlıq» sənədlərindən istifadə edilmişdir, halbuki bu, Vergi Məcəlləsinin 37-ci maddəsinə ziddir. Bir daha xatırlatmaq zəruridir ki, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada vergilərin hesablanması hüququ vardır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-3013/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1059/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1059/2020
14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver