Məhkəmə qərarları › İş №2-1(102)-1059/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1059/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1059/2021 08.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qar şı iş üzrə “ikinci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 2-1(103)635/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1957-ci il tarixində anadan olmuşdur.

2. İddiaçı 31.12.1992-ci il tarixindən 24.09.2007-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və 29.05.2007-ci il tarixində hərbi xidmətdən ehtiyata buraxılmışdır.

3. İddiaçıya 01.10.2007-ci il tarixindən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci qrup əlilliyə görə “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası ödənilir.

4. İddiaçıya 01.09.2008-ci ildən 01.10.2021-ci ilədək ikinci qrup müharibə əlili Prezident təqaüdünə görə 230 manat məbləğində müavinət təyin olunmuşdur.

5. İddiaçı 22.09.2010-cu il tarixində tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Növbəti illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə 01.10.2015-ci il tarixində təkrar müayinə edilmiş və bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 6. 01.10.2016-cı il tarixində şəxsin ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdud luğun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq şəxsin iştirakı olmadan Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. əlillik müddəti 01.10.2021-ci il, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir.

7. İddiaçı cavabdeh orqana müraciət edərək ona müddətsiz əlillik təyin olunmasını xahiş etmiş, cavabdeh isə 27.01.2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

8. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında 03.10.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Res publikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1

0. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2007-ci ildə hərbi xidmətə sülh və müharibə dövründə yararsız olmaqla “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmiş, bu barədə həmin ilin oktyabr ayında o, cavabdehə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsini xahiş etmiş və ona 2-ci qrup əlillik təyin edilmişdir. Lakin həmin ildən 14 gün keçməsinə baxmayaraq ona yenidən 2021-ci ilin oktyabr ayında növbəti komissiya təyin edilmişdir. Halbuki, iddiaçının 63 yaşı var və qanunauyğun olaraq 10 ildən çox müddət keçdiyi üçün onun ikinci qrup müharibə əlilliyi müddətsiz təyin edilməlidir. Beləliklə, cavabdehin imtinası qanunsuz və əsassızd ır.

11. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2401/2020 saylı qərarı ilə (hakim – Pərviz Hüseynov) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibbi göstəriş olan xüsusi hal mövcud deyil. Həmçinin, iddiaçıya fasiləsiz olaraq 10 il müddətindən çox əlillik də təyin olunmamışdır. Eləcə də, iddiaçıya sonuncu dəfə 03.10.2016-cı il tarixində ikinci dərəcəli əlillik təyin edilmişdir və həmin tarixdə iddiaçı tələb olunan yaş həddinə çatmamışdır. 13.Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2401/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Ape llyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-635/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(112)-2401/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Məhkəmə qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsini göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

17. İddiaçı 22.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixl i, 2-1(103)-635/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, ona ilk dəfə əlillik 2007-ci ildə təyin edilmiş, həmin tarixdən isə 14 il keçmişdir. Odur ki, məhkəmənin istinad etdiyi 10 il müddəti tamam olduğundan iddiaçıya əlillik müddətsiz təyin olunmalı idi. Məhkəmə isə bununla bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

19. Bundan əlavə, əlillik dərəcəsinin təyini ilə bağlı səhiyyə müəssisəsinin göndərişinin olmaması ilə bağlı qeyd etmişdir ki, bu məsələ artıq öz həllini tapmışdır. Belə ki, 15 saylı şəhər poliklinikas ı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına 11.03.2021-ci il tarixli 0033003AADR0 nömrəli göndəriş ünvanlanmışdır.

20. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci, “İnzibati icraat haqqında” Qanunun 15.1, 15.2, 19.1, 19.2-ci maddələrinin, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2, 1.6, 2.1, 2.2, 2.3-cü, Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması Əsasnamə”nin 2.2, 4.1, 4.2-ci bəndlərinin tələblərini pozmuşdur. meyarlarına dair b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şi kayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X1 oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixl i 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

25. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.

26. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddət inə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

27. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

28. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan id diaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, hazırkı qərarın 24-27-ci bəndlərində göstərilən normaların təhlilini zəruri hesab edir. Həmin normaların məzmunundan göründüyü kimi, ikinci dərəcəli əlillik aşağıdakı üç haldan b iri olduqda müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda; - Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda.

35. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya münasibətdə göstərilən üç şərtdən hər hansı biri mövcud deyil. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

36. İddiaçı kassasiya şikayətinin dəlillərində ona 10 il müddətində fasiləsiz olaraq ikinci dərəcə əlillik təyin edildiyini bildirsə də, məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik ilk dəfə 2007-ci ildə təyin edilmiş, sonuncu dəfə onun əlilliyi 01.01.2016-cı il tarixində beş il müddətinə uzadılmışdır. Beləliklə, iddiaçının əlilliyi cavabdeh tərəfindən uzadılarkən sözügedən 10 il tamam olmamışdır. Belə olan halda, cavabdeh orqan da haqlı olaraq əlilliyi müddətsiz yox, 5 il müddətinə təyin etmişdir.

37. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, “sonuncu dəfə iddiaçının əlilliyi uzadılarkən 10 il tamam olmamışdır. Ona görə də iddiaçının əlilliyi 5 il müddətinə təyin olunmuşdur. 5 il tamam olduqdan sonra iddiaçı cavabdeh orqana əlilliyin müddətsiz təyin olunması üçün müraciət edə bi lər”.

38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 28-ci bəndində göstərilən normaya uyğun olaraq inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya müddətsiz əlillik təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

39. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 2-1(103)635/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-635/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar