Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1059/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1971, FİN:xxxxxxx) cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 47 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-71/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh orqanın 19 aprel 2021-ci il tarixli 47 nömrəli Sərəncamına əsasən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan iddiaçının fəaliyyətində yol verilmiş nöqsanlar barədə daxil olmuş çoxsaylı müraciətlər və İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzil li yaşayış binasında mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbinin araşdırılması barədə müvafiq komissiyanın arayışı Şura iclasında və İsmayıllı Rayon icra Hakimiyyəti Həmkarlar Komitəsi ilk təşkilatında müzakirə edilmiş, RİH başçısı yanında Şura iclasında iddiaçıya vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə intizam tənbehinin verilməsi haqqında qərar, İsmayıllı Rayon İcra Hakimiyyəti Həmkarlar Komitəsi ilk təşkilatının iclasında isə iddiaçının vəzifəsindən azad edilməsi barədə RİH başçısının təqdimatına müsbət rəy verilmiş, müvafiq sənədlər münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə təqdim edilmiş, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.4-cü bəndinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Q anununun 25.2.6-cı və 33.1.6-cı maddələrinə əsasən, iddiaçının xx.xx.2021-ci il tarixdən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 07 may 2021-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 47 nömrəli sərəncamının ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990cı il tarixədək İsmayıllı rayon T əsərrüfatlararası konserv zavodunda tabelçi, xx.xx.1992-ci ildən xx.xx.1998-ci il tarixədək İsmayıllı rayonu üzrə Maliyyə İdarəsində büdcə inspektoru, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilədək İsmayıllı rayonu üzrə Maliyyə Şöbəsində xəzinə əməliyyatları şöbəsinin rəisi, xx.xx.2005-ci ildən xx.xx.2006-cı il tarixədək İsmayıllı rayonu üzrə Maliyyə İdarəsinin rəisi, xx.xx.2006-cı ildən xx.xx.2012-ci il tarixədək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının sosial-iqtisadi məsələlər üzrə müavini-şöbə müdiri, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, xx.xx.2013cü il tarixdən barəsində hazırda mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli sərəncam verilənədək isə İsmay ıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medal ilə təltif edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli 47 №-li sərəncamı ilə vəzifəsindən azad edilməklə, dövlət qulluğuna xitam verilmişdir. İddiaçı hesab edir ki, İsmayıllı RİH başçısının barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli 47 №-li sərəncam qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2021 -ci il tarixli, 47 №-li sərəncamın əsaslandırıcı hissəsindən görünür ki, iddiaçının işdən azad edilməsinin əsası olaraq vəzifə salahiyyətlərini həyata keçirərkən guya yol verdiyi nöqsanlar göstərilmişdir. Bu zaman barəsində daxil olmuş çoxsaylı müraciətlərə və İsm ayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbinin araşdırılması barədə müvafiq komissiyanın arayışına, həmin məsələnin Şuranın iclasında və İsmayıllı RİH Həmkarlar Komitəsinin ilk təşkilatında müzakirə edilməsinə, RİH başçısı yanında Şura iclasında iddiaçıya vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə intizam tənbehinin verilməsi haqqında qərara, Həmkarlar Komitəsinin ilk təşkilatı tərəfindən iddiaçının vəzifəsindən azad edilməyi barədə RİH başçısının təqdimatına müsbət rəy verilməsinə istinad olunmuşdur. İsmayıllı RİH başçısı vəzifəsini müvəqqəti icra edən RİH başçısının müavini Mahmud Süleymanovun xx.xx.2021-ci il tarixli 08 saylı sərəncamı ilə iddiaçının fəaliyyətinin araşdırılmas ı qərara alınmışdır. Sözügedən sərəncamın surəti iddiaçıya təqdim edilməməklə həmin sərəncamla tanış edilməmiş, xidməti fəaliyyətinin araşdırılmasına səbəb olan hallar barədə məlumatlandırılmamışdır. Qeyd edilən sərəncamın icrası ilə əlaqədar tərtib edilmiş arayışda göstərilmişdir ki, fəaliyyətində yol verdiyi nöqsanlar barədə daxil olmuş çoxsaylı müraciətlərə və İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbindən araşdırmada adıçəkilən sənədlərə vizual baxış keçirilmişdir. İddiaçının fəaliyyətini araşdıran komissiya fəaliyyəti ilə əlaqədar tərtib etdiyi arayışda heç bir hüquqi əsas olmadan bildirmişdir ki, son iki il ərzində vətəndaş müraciətlərinə seçmə üsulu ilə baxış keçirilərkən guya mü raciətlərin böyük əksəriyyətində iddiaçının məmur kimi özbaşınalıq etməsi, vətəndaşlarla kobud rəftarı, RİH başçısını aldatması, məsələyə qərəzli yanaşması, problemlərin həlli ilə bağlı heç bir əməli iş görməməsi, müraciətlərə düzgün şəkildə baxmadığı müəyyən edilmişdir. Halbuki, iddiaçı qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin ənənəvi olaraq '“Xalq" qəzetində və digər rəsmi mətbuatda dərc olunan hesabat xarakterli məqalələrində 2018-2019-cu illər üçün İsmayıllı rayonunda vətəndaşların müraciətlərinə baxılması işinə dair iradların olmadığı xüsusi olaraq vurğulanmışdır. Daha sonra konkret müraciətlərə əsaslanan komissiya, arayışında X2 ərizəsinə istinad edərək göstərmişdir ki, K.Ç.Kərim ovun ərizəsi araşdırılmadan cavablandırılmışdır ki, bu da vətəndaşın iddiaçının hərəkəti barədə müxtəlif dövlət orqanlarına təkrar müraciətlərinin artmasına səbəb olmuşdur. Halbuki K.Ç.Kərimovun müraciəti ilə əlaqədar iddiaçı qeyd edir ki, K.Kərimov müraciətində məhkəmə qaydasında əmlakının ondan alındığına istinad etdiyindən ona göndərilən cavab məktubunda məsələyə mülki məhkəmə icraatı qaydasında baxıldığı və mübahisə ilə əlaqədar məhkəmə qətnaməsinin olması nəzərə alınaraq mübahisə ilə bağlı məsələnin İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. RİH-də baxılan müraciətlərlə əlaqədar cavab məktublarına bir qayda olaraq RİH hüquq şöbəsində baxılır və müvafiq viza verilir. Bundan sonra həmin cavab məktubuna RİH başçısı tərəfindən dərkənar qoyularaq cavab məktubu vətənd aşa göndərilir. İddiaçı hesab edir ki, К.Ç.Kərimovun müraciətinin yuxarıda sözügedən qaydada cavablandırılması zamanı iddiaçı tərəfindən işdən azad edilməsinə əsas olan hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, müraciətin cavablandırılmasının hüquqi cəhətdən əsaslandırılmasına bilavasitə cavabdehin hüquqşünası cavabdehdir. Həmçinin, sözügedən arayışda qeyd olunan Elay Əliyevlə əlaqədar məsələ ilə bağlı iddiaçı məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab etmişdir ki, İsmayıllı RİH-in sabiq başçısı növbəti əmək məzuniyyətində olduğu zaman iddiaçının İsmayıllı RİH başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra etdiyi müddətdə İsmayıllı Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2019-cu il tarixli ********* nömrəli məktubda Kürdmaşı kəndində ölüm lə nəticələnən cinayət hadisəsinin istintaqı zamanı İsmayıllı RİH başçısının Kürdmaşı İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi vəzifəsində işləyən E.Əliyevin yol verdiyi pozğun hərəkətlər nəticəsində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.6.7-ci maddələrinin tələblərinin pozulduğu bildirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası müvafiq qaydada məlumatlandırıldıqdan sonra E.Əliyevin hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə İsmayıllı Rayon Prokurorluğunun yuxarıda sözügedən məktubuna RİH başçısı yanında Etika komissiyasında baxılaraq E.Əliyevin yol verdiyi hərəkətləri ilə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanunu nun 5.6.7-ci maddələrinin və "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4cü maddəsinin tələblərinin pozulduğuna istinad edilərək E.Əliyev dövlət qulluğundan azad edilmişdir. E.Əliyevin atası, əmisi və digər ailə üzvlərinin E.Əliyevin işə bərpa olunması ilə bağlı müraciətinə cavab olaraq iddiaçı tərəfindən onlara məhkəməyə müraciət etmələri izah edilmişdir. İddiaçı hesab edir ki, yuxarıda göstərilən qanunsuz əməllərə yol vermiş E.Əliyevin dövlət qulluğundan azad edilməsi qanuni və ədalətli, iddiaçının onun barəsində verdiyi sərəncamın sonradan ləğv edilərək E.Əliyevin əvvəlki vəzifəsinə bərpa edilməsi isə qanunsuz və əsassız olmuşdur. Eyni zamanda bu hal iddiaçının işdən azad edilməsi üçün yetərli əsas hesab edilə bilməz. İddiaçı barəsində verilən xx.xx.2021-ci il tari xli, 47 №li sərəncamın əsaslandırıcı hissəsində göstərilən İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasının bölgüsü ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 428 nömrəli sərəncamına əsasən ayrılmış vəsait hesabına İsmayıllı şəhərində yaşayış normalarına cavab verməyən binaların sakinlərinin köçürülməsi məqsədi ilə yuxarıda sözügedən binanın tikintisi başa çatdırılıb, həmin bina istismara qəbul edildikdən sonra qeyd olunan yaşayış binasının bölgüsünün və sakinlərinin köçürülməsinin tənzimlənməsi ilə əlaqədar İsmayıllı RİH Başçısının xx.xx.2019-cu il tarixli, 09 №-li sərəncamı və RİH başçısının birinci müavini olaraq iddiaçının sədrliyi, RİH və digər aidiyyəti orqanların vəzifəli şəxslərinin iş tirakı ilə komissiya yaradılmışdır. 2020-ci ilin yanvar ayında bina istismara qəbul edildikdən sonra Azərbaycan Respublikası Mənzil X3 bu sahədə normativ sənədlərin olmamasına görə ixtisaslaşmış qurum kimi yaşayış binasındakı mənzillərin bölgüsünün aparılmasına müvafiq köməklik göstərməsi məqsədilə məktub ünvanlamış, cavabında Agentlik tərəfindən köməklik göstərilməsinin imkan xaricində olduğu bildirilmişdir. Sözügedən binada bölgünün obyektiv və şəffaf təmin edilməsi məqsədi ilə inşa edilmiş 48 mənzilli binadakı otaqların sayı, faktiki sahəsi, köçürülməli olan sakinlərin ailə üzvlərinin sayı və s. xüsusatlar əsas meyar kimi götürülmüş və komissiya tərəfindən müvafiq ilkin təkliflər hazırlanmışdır. Bütün sakinlərin tam yaşayış sahəsi ilə normal təmin olunmaları üçün 3.152 kv.m yaşayış sahə si tələb olunduğu halda, ayrılan vəsaitə uyğun olaraq binada 2.560 kv.m yaşayış sahəsi inşa edilmişdir. Sözügedən binanın sakinlər arasında bölgü ilə əlaqədar məsələ komissiyanın xx.xx.2019-cu il tarixli iclasında komissiya üzvləri tərəfindən müzakirə olunmuş və mənzillərin bölgüsü üçün cədvəl üzrə təqdim edilmiş təkliflər komissiya üzvlərinin yekdil qərarı ilə məqbul hesab edilməklə, komissiyanın qərarının sakinlərin ümumi yığıncağında elan edilməsi, mənzil istismar sahəsi tərəfindən mübahisəli mənzil sahibləri ilə bir daha söhbətlərin aparılaraq, mülkiyyətə dair sənədlərin təqdim edilməsi, eləcə də bölgüdən və köçürülmədən razı qalmayan sakinlərin yazılı müraciətlərinin alınması qərara alınmışdır. Sözügedən iclas komissiyanın xx.xx.2019-cu il tarixli, 2019/04 №-li protokolu ilə rəsmiləşd irilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən 2019/05 №-li, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, 48 mənzilli binanın sakinləri arasında mənzil bölgüsü ilə əlaqədar təkliflərdən narazı qalan və ya mənzildən imtina edən sakinlər komissiyanın iclasında dinlənildikdən sonra, komissiya sakinlərdən daxil olan sənədlərə əsaslanaraq gələcəkdə xoşagəlməz halların, bununla bağlı vətəndaşların şikayətlərinin qarşısının alınması üçün müstəqil ekspertlərin cəlb edilməsi və müvafiq qərarın qəbul edilməsi üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına təqdimat verilməsi qərara almışdır. Bölgü ilə əlaqədar sakinlər arasında fikir ayrılıqları yarandığından RİH sabiq başçısının təşəbbüsü ilə xx.xx.2020-ci il tarixində X5 rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirakı ilə sa kinlərlə görüş keçirilmiş, komissiyanın təklif etdiyi bölgü barədə sakinlərə ətraflı, müfəssəl məlumatlar verilmiş və təklif edilən bölgü sakinlərin diqqətinə çatdırılmışdır. Bir neçə sakin istisna olmaqla, digər sakinlər bölgü ilə razılaşmışlar. Göstərilənlərlə yanaşı, yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə bağlı ölkə ərazisində tətbiq edilən məhdudlaşdırma tədbirlərlə əlaqədar sakinlərlə sonradan görüşlərin keçirilməsi mümkünsüz olmuşdur. İddiaçı qeyd etmişdir ki, 48 mənzilli binanın sakinləri arasında bölgü onun tərəfindən təkbaşına deyil, başçının yuxarıda sözügedən sərəncamı ilə kollegial şəkildə komissiya tərəfindən baxılmış və komissiya tərəfindən yekun qərar qəbul olunmamışdır. Komissiya yalnız təkliflər irəli sürmüşdür ki, bu da hər hansı bir hüquqi məsuliyyət yaratmır. Həmçinin iddiaçı barəsində çıxarılan qərara səbəb kimi, İsmayıllı RİH başçısının xx.xx.2020-ci il tarixli 109 nömrəli sərəncamı ilə verilmiş tapşırıqların yerinə yetirilməməsi qeyd edilmişdir. Halbuki iddiaçı 07 sentyabr-13 oktyabr 2020-ci il tarixlərdə növbəti əmək məzuniyyətində olmuşdur. Bu da öz növbəsində bu səbəbin də əsassız və mötəbər olmadığına sübutdur. Eyni zamanda iddiaçı idarə daxilində təcrid vəziyyətində olduğundan, İsmayıllı RİH binasında keçirilən tədbirlərə, o cümlədən Mənzil komissiyasının iclaslarına dəvət olunmadığı üçün hər hansı tədbir də görə bilməzdi. Bu səbəbdən hesab edir ki, işdən azad edilməsi qərəzli xarakter daşımış, vəzifə səlahiyyətləri həyata keçirilərkən işdən azad edilməsinə əsas verən hər hansı qanun və intizam pozuntusuna yol verilməmişdir.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassız və qanunsuzdur. Ona görə ki, iddiaçı iddia ərizəsində göstərir ki, xidməti fəaliyyətinin araşdırılmasına səbəb olan hallar barədə məlumatlandırılmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixli 08 saylı sərəncamla fəaliyyətinin yoxlanılması barədə şifahi məlumatlandırılmış, sədri olduğu komissiyaların sədrinin əvəz edilməsi haqqında xx.xx.2021-ci il tarixli 11 saylı Sərəncamla komissiyaların işləri ondan təhvil alınmış və sərəncamda göstərilən aidiyyəti məsul işçilərə təhvil verilmişdir. Eyni zamanda fəaliyyəti yoxlanılarkən ona suallar təqdim edilmiş və iddiaçı xx.xx.2021-ci il tarixdə yazılı izahat verərək sualları cavablandırmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, kom issiyanın arayışında heç bir hüquqi əsas olmadan son iki il ərzində vətəndaş müraciətlərinə seçmə üsulu ilə baxış keçirilərkən guya müraciətlərin böyük əksəriyyətində onun məmur kimi özbaşınalıq etməsi, vətəndaşlarla kobud rəftarı, RİH başçısını aldatması, məsələyə qərəzli yanaşması, problemlərin həlli ilə bağlı heç bir əməli iş görməməsi, müraciətlərə düzgün şəkildə baxmadığı müəyyən edilmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi komissiyanın arayışında isə vətəndaş müraciətlərinin böyük əksəriyyətində yuxarıda qeyd edilən nöqsanlardan bəhs edildiyi göstərilir. İddia ərizəsinin X2 müraciətinin araşdırılmadan cavablandırılması nəticəsində müxtəlif dövlət orqanlarına təkrar müraciətlərin artması hissəsi ilə bağlı bildirilmişdir ki, iddiaçının vətəndaşın müraciətini araşdırmadan cavabla ndırması həqiqətən də ərizəçinin müxtəlif dövlət orqanlarına təkrar müraciətlərinin artmasına səbəb olmuşdur. Müraciətin cavablandırılmasına hüquqi cəhətdən bilavasitə RİH hüquqşünasının cavabdeh olması hissəsinə etiraz edilərək bildirilir ki, "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"ın 16-cı bəndinin tələblərinə əsasən tapşırıq bir neçə icraçıya verildikdə bu işin icrasını dərkənarda adı birinci çəkilən şəxs təşkil edir və nəticəsi barəsində məlumat verir. Mövcud qanunvericiliyə uyğun olaraq dərkənarda adı birinci çəkilən şəxs sənədlərin vaxtında və düzgün icra edilməsinə cavabdehdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.4-cü maddələrinə əsaslanaraq Kürdmaşı i nzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi X4 vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli 31 nömrəli Sərəncam imzalamışdır. İddiaçı səlahiyyətinə aid olmayan sərəncam imzalamış, həmin sərəncam RİH başçısı məzuniyyətdən qayıtdıqdan sonra ləğv edilmişdir. Beləliklə, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.7-cı maddəsinin tələblərini pozmuş, qanunvericiliyə əməl etməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməlidir. İddia ərizəsinin 48 mənzilli binanın sakinləri arasında bölgünün təkbaşına deyil, RİH başçısının sərə ncamı ilə yaradılmış komissiya tərəfindən baxılması, komissiya tərəfindən yekun qərar qəbul olunmaması, komissiyanın yalnız təkliflər irəli sürməsi, bunun da hər hansı hüquqi məsuliyyət yaratmaması hissəsi ilə bağlı göstərilmişdir ki, RİH başçısının xx.xx.2019-cu il tarixli 185 saylı Sərəncamı ilə İsmayıllı şəhərində tikilmiş 48 mənzilli yaşayış binasından mənzillərin bölgüsü və sakinlərin köçürülməsi ilə bağlı komissiya yaradılmışdır. İddiaçının sədri olduğu komissiya 11 dekabr və 19 dekabr 2019-cu il tarixlərdə komissiyanın iclaslarını keçirmiş, komissiya üzvlərinə münasibət bildirilməsi üçün bölgü cədvəllərini paylamış, komissiya üzvlərinin etiraz edib-etməməsindən asılı olmayaraq bölgünü sakinlərin ümumi yığıncağında elan edilmişdir. İddiaçının imzası ilə Azərbaycan Respublikasının P rezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinə yazılan arayışda göstərilir ki, Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyasında otaq saylarına, sahəsinə görə mülkiyyətçilər arasında mənzillərin bölgüsü aparılaraq mülkiyyətçilərin ümumi yığıncağında elan olunmuşdur. Mənzilin açarlarının sakinlərdən X1 olması Mənzillərin bölgüsünün aparıldığını və hətta bəzi sakinlərə paylanıldığını sübut edən faktdır. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, Komissiya mərtəbələr üzrə püşkatmanı və köçürülməni həyata keçirməli olduğu halda iddiaçı 48 mənzilli binadakı otaqların sayını, faktiki sahəni, köçürülməli olan sakinlərin ailə üzvlərinin sayını və s. xüsusatları əsas meyar kimi götürmüş, yenidən bölgü aparmış, köçürülməni çətin bir vəziyyətə salmış 19 ailə barəsində qanunsuz bölgü aparmışdır. Halbuki 48 mənzilli bina layihələndirilərkən və inşa edilərkən sakinlərin yaşadıqları mənzil sahəsinin ölçüsü əsas götürülmüş, hər bir sakinə yaşadıqları mənzil sahəsindən daha çox mənzil sahəsi nəzərdə tutulmuşdur. İddiaçının İsmayıllı RİH başçısının xx.xx.2020-ci il tarixli 109 saylı sərəncamı ilə verilmiş tapşırıqların növbəti əmək məzuniyyətində olduğu üçün icra edə bilməməsi hissəsinə etiraz edərək bildirilir ki, məzuniyyətdə olduğu dövrdə köçürülmə ilə bağlı sakinlər kollektiv şəkildə RİH-ə müraciət etdikləri üçün, bu işin təcili olaraq öz həllini tapması zərurəti yaranmışdır. Odur ki, mənzil alacaq bir neçə sakinin narazı olması səbəbini araşdırmaq və yekun qərarın RİH başçısına təqdim edilməsi üçün xx.xx.2020-ci il tarixdə 109 saylı Sərəncam imzalanmış, iddiaçıya etimad göstərilərək komissiyanın sədri təyin edilmişdir. İddiaçı Sərəncamla tanış olmuş, surətini almış, lakin sərəncamla bağlı görüləcək işlər barədə komissiya üzvlərinə heç bir tapşırıq verməmiş, məzuniyyətdən geri qayıtmamışdır. Odur ki, sakinlərin narazılığının səbəblərini araşdırmaq məqsədilə xx.xx.2020-ci il tarixdə 94/1 saylı əmrlə araşdırma komissiyası yaradılmış, RİH başçısının Hüquq şöbəsinin müdiri P.Abbasova komissiyanın sədri təyin edilmişdir. Araşdırma komissiyasının üzvləri yerlərdə sakinlərlə görüşmüş, narazılığın səbəblərini araşdırmış, həqiqətən də bir neçə sakinin mənzil hüquqlarının pozulduğu, onlara mülkiyyətlərində olduğundan az sahəsi olan mənzil bölündüyü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci və 88-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və bu barədə təkliflər bildirilməklə arayış təqdim edilmişdir. İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra ona komissiyanın arayışına münasibət bildirməsi və köçürmənin həyata keçirilməsi üçün müvafiq tədbirlər görməsi tapşırılmışdır. İddiaçı keçən müddət ərzində heç bir iş görməmiş, komissiyanın iclasını çağırmamış, məsələni müzakirə etməmişdir. İddiaçı İsmayıllı şəhərində tikilmiş 48 mənzilli yaşayış binasından mənzillərin bölgüsü və sakinlərin köçürülməsi ilə bağlı yaradılmış komissiyanın sədri olmasına baxmayaraq köçürülmə ilə bağlı müraciət edən şikayətçiləri belə qəbul etməmiş, onları araşdırma komissiyasının sədri P.Abbasovaya yönəltmişdir. İddiaçı hərəkətsizlik göstərərək, RİH başçısının öz səlahiyyətləri daxilində verdiyi göstərişləri yerinə yetirməməklə “Dövlət qulluğu haqqında” Azə rbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərini pozmuşdur. Xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cavabdeh orqanda preventiv tədbirlərin görülməsi, sanitariya-epidemioloji, profilaktik tələblərə və işin təşkilinə nəzarəti həyata keçirmək üçün xx.xx.2020-ci il tarixli, 57 saylı əmrlə RİH başçısının birinci müavini İddiaçı məsul şəxs təyin edilmiş, iddiaçının işi səmərəli təşkil edə bilməməsi rayon üzrə ölüm və yoluxma hallarının artmasına, rayonda xüsusi karantin rejiminin tətbiq edilməsinə səbəb olmuşdur. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. İddiaçı eyni zamanda başqa dövlət qulluqçularının işini ç ətinləşdirən, qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, vətəndaşların dövlətdən narazı qalmasına şərait yaratmışdır. İddiaçının idarə daxilində təcrid vəziyyətində olması, Mənzil Komissiyasının iclaslarına dəvət olunmaması, ona görə də heç bir tədbir görə bilməməsi, bu səbəbdən işdən azad edilməsinin qərəzli olması barədə fikirləri tam əsassızdır. Ona görə ki, xx.xx.2020-ci il tarixdə məzuniyyətdən qayıdıb işə başladığı dövrdə, RİH başçısının dərkənarı ilə icra olunması üçün iddiaçıya 14 ədəd vətəndaş müraciəti, 5 ədəd xidməti sənəd, noyabr ayında 11 ədəd vətəndaş müraciəti, 9 ədəd xidməti sənəd, dekabr ayında 22 ədəd vətəndaş müraciəti, 19 ədəd xidməti sənəd, yanvar ayında 6 ədəd vətəndaş müraciəti, 5 ədəd xidməti sənəd yönləndirilmişdir. İddiaçın ın “Mənzil Komissiyası”nın iclaslarına dəvət olunmaması ilə bağlı bildirilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq komissiyanın sədri iclasın vaxtını, yerini və dəvət olunanların müəyyənləşdirməlidir. Komissiyaların iclaslarının keçirilməsinə, onun iclaslarının qanunamüvafiq protokollaşdırılmasına, qərarlarının icrasına komissiyanın sədri məsuldur ki, iddiaçı məzuniyyətdən qayıtdıqdan sonra fəaliyyəti yoxlanılanadək bütün tədbirlərdə iştirak etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-914/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən aparılmış araşdırma və iş materiallarına əlavə olunmuş vətəndaş şikayətlərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli olduğu halda bunu etməmiş, rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməmiş, həmçinin başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Məhz bunun nəticəsi olaraq iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 25.2.6-cı maddəsinə müvafiq olaraq dövlət qulluğundan azad edilməsi növündə intizam tənbehi tətbiq edilmiş və Qanunun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Cavabdehin iddiaçıya münasibətdə mübahisəli sərəncamı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə müvafiq olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.4-cü bəndinə görə yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir. Məhz bu məqsədlə cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə xx.xx.2021-ci il tarixli 01/183 nömrəli təqdimat göndərilmiş və Əsasnamənin tələblərinə riayət olunmaqla xx.xx.2021-ci il tarixli 47 nömrəli sərəncamla iddiaçı vəzifəsindən azad edilmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-71/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, E.Ş.Hüseynov və G.İ.Cavadova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-914/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
9. Apellyasiy a instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayəti işin faktiki hallarına və iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və kassator əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilə eyni qaydada işə baxan apellyasiya məhkəməsi də bu iş üzrə qərəzli, qanunsuz və əsassız qəbul etdiyi qərarda qeyd edir ki, “cavabdeh tərəfindən göstərilən hallar iş materialları ilə də öz təsdiqini tapır. ” Halbuki iddiaçı tərəf öz iddia ərizəsində və apellyasiya şikayə tində özü barəsində cavabdehin tərtib etdiyi arayışın əsassız olmasını sübut etmiş və arayışa cavab-etiraz olaraq hazırladığı izahatı məhkəməyə təqdim etmişdir. Hər iki məhkəmə instansiyası iddiaçının izahatını və gətirdiyi əsaslandırmanı qətiyyən nəzərə almamış, bununla da aşağı instansiya məhkəmələri bu işə qərəzli və birtərəfli yanaşmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağ lı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; [68] 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; [69] 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin is tintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müdd ətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.... Maddə
33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanu nun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;... Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”
2. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin təşkili... 2.4. Yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir....
14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sü butlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxıl masının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhk əmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İns an Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Belə ki, hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının vəzifədən azad edilməsi zamanı “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı və 33.1.6-cı maddələrinə istinad olunmuşdur. Məhz dövlət qulluğundan azad edilmə qismində inti zam tənbeh tədbiri tətbiq olunması əsası ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. 21. “Dövlət qulluğu haqqında” Qanunun 25.7-ci maddəsinin tələbinə görə bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.
22. Qanunverici 25.2-ci maddənin tələblərinə əsasən, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiq edilməsinin əsaslarının qəti dairəsini müəyyən etməklə, bu halları Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozu lması ilə şərtləndirmişdir.
23. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).
24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəli sərəncamın maddi-hüquqi baxımdan qanuni olması, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının, o cümlədən "Dövlət qulluğu haqqında” Qanunun 25.2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.4-cü bəndinin tələblərinə müvafiq olması, “İnzibati icraat haqqında” Qanunun tələblərinin inzibati orqan tərəfindən gözlənilməsi barədə mövqeyi əsaslı olmuşdur.
25. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-71/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.