Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1059/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, yaşa görə pensiyanın avtomatlaşdırılmış qaydada təyin olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət t ərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-796/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1958-ci ildə anadan olmuşdur.
2. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət keçmişdir.
3. İddiaçıya məxsus ИТ-İ ******* nömr əli əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
4. İddiaçı tərəfindən 2008- 2010-cu illər üzrə DSMF-nin Bərdə rayon şöbəsinə və müvafiq bank təşkilatına məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər edilmişdir.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 01 aprel 2023-cü il tarixli məktubla bildirmişdir ki, təqdim edilmiş mədaxil qəbzlərinin surətlərinə əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi hesabının sığorta hissəsində (X1 sisteminin “Sığorta" altsisteminin statistika bölümündə) qeydə alınmasına köməklik göstərilməsi üçün Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sor ğu göndərilmişdir. Sözügedən sorğunun nəticəsindən asılı olaraq yaşa görə əmək pensiyası hüququna müvafiq qaydada yenidən baxılacaqdır.
6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, nazirliyin elektron proqram təminatlarında ona aid 2008-2010-cu illər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci ildən 2010-cu ilədək işlədiyi illərin güzəştli şərtlərlə sosial sığorta stajına hesablanmasının öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə sürücü işləmişdir. Daha sonra isə 2008-ci ildən 2010-cu ilədək VÖEN üzrə bütün ödənişlərini, o cümlədən vergiləri və sosial ödəmələri vaxtında edərək, qanuni “taksi” fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 2008-ci ildən 2010-cu ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin “2008-2010-cu illərdə məcburi dövlət sosial sığorta haqlarının sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2-1(114)-2883/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ümumi stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.
12. Gəncə İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(114)-2883/2023 saylı qərarı ilə (hakim X3) iddia təmin edilmiş, İddiaçı 2008-2010-cu illərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pens iyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının cavabdehin müvafiq tabe qurumu tərəfindən bazaya işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Çünki qeyd olunan ödənişlərin edilməsini təsdiq edən müvafiq qəbzlər DSMF-nin Bərdə rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.
14. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-796/2023 nöm rəli iş üzrə 31 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(114)-2883/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1, 25ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdi r.
19. Kassator bildirmişdir ki, 2006 -2016-cı illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedənlər tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B1, B2) və ona uyğun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bunda- sonra - Forma B3) əsasında həyata keçirildiyindən İddiaçı 2008-2010-cu illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma B3 məlumatları təqdim edilmədiyindən həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır. Lakin buna baxmayaraq məhkəmələr iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çat mış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-c u il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı i l yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 221.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanu nuna əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə d air iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayəti nin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir.
31. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Be lə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.1958-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
32. İkinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin tələbindən aydın olur ki, sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onl ara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də, 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur.
33. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda 2008-2010-cu illər üzrə DSMFnin Bərdə rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər etmişdir. Bu faktlar iş materiallarına əlavə edilmiş, arayış, əmək kitabçası və müvafiq ödəniş qəbzləri ilə öz təsdiqini tapır.
34. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının 2008-2010-cu illər üzrə şəxsin hesabına ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində (X1 Sisteminin Sığorta (Hesabat) altsisteminin statistika bölümündə) aşkar edilmədiyindən sosial sığorta stajı kimi nəzərə alına bilməz.
35. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin tam və ya qüsurlu şəkildə X2 qeydiyyata düşməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından onun vəziyyətinin pisləşməsi ilə nəticələnməməli və pensiya hüququnun təminatına mane olmamalıdır. Cavabdeh orqan qanunla ona verilmiş səlahiyyətlərindən istifadə etməklə ödənişlə rin tam və dürüst şəkildə Sistemdə qeydiyyata salınması ilə bağlı tədbirlər görməli idi.
36. İddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının cavabdehin müvafiq tabe qurumu tərəfindən bazaya işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Çünki qeyd olunan ödənişlərin edilməsini təsdiq edən müvafiq qəbzlər DSMF-nin Bərdə rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlər ilə müəyyən edilir ki, onun tərəfindən 2008-2010-cu illər üzrə müvafiq ödənişlər edilmişdir (iş vər 8-13).
37. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən həmin ödənişlər nəzərə alınaraq 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablandığından iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına və əmək pensiyası hüququna malik olmuşdur.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-796/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.