Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-106/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinin qanunla qadağan edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ya nında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (Balakən rayonu, Gərəkli bələdiyyəsi üçüncü şəxs olmaqla) “0.08 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-358/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.09.2004-cü il tarixli 17 saylı iclas protokolundan çıxarışa əsasən, iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0.08 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi nin dəyərini 27 nömrəli, 26.09.2004-cü il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir.
2. İddiaçı Gərəkli bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, 0.08 ha torpaq sahəsinə dair müvafiq sənədlərin tərtib edilməsini xahiş etmişdir.
3. Cavabdeh **********32 saylı, 14 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı ərizəsinə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və ya qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə Balakən rayonu Gərəkli bələdiyyəsi ilə aralarında (müvafiq notariat kontorunda) bağlanılmış alqı-satqı müqaviləsini əlavə etməmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən, şəxsiyyəti təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə müvafiq notariat kontorunda bağlanılmış alqı-satqı müqaviləsi) və dövlət rüsumunun ödənilməsi barədə sənədlə yenidən müraciət etdiyi təqdirdə, qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci ins tansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0.08 ha torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı bələdiyyə sədri Mehman Qaybalıyev ona torpaq sahəsinin verilməsinin qarşısını almaq məqsədilə qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, onun xəbəri olmadan 30.06.2017-ci il tarixli qərarla 0.08 ha torpaq sahəsinin verilməsinə dair qərarı ləğv etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2019-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(84)-282/2017 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbi təmin edilərək, cavabdehin üzərinə 0.08 ha torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra, iddiaçı hazırkı iş üzrə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
7. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-353/2021 nömrəli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi olduğundan iddia təmin edilə bilməz.
9. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-358/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və E.Ş.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116 )-353/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları tam və hərtərəfli araşdırmamış, eyni zamanda Gərəkli bələdiyyəsi tərəfindən Bələdiyyənin Müfəssəl planının və Arxiv İdarəsi tərəfindən bələdiyyənin 2012-ci ilədək iclas protokollarında ictimai tikililərlə bağlı bə lədiyyə tərəfindən nəzərdə tutulmuş torpaq sahəsinin ayrılması haqqında qərarın olub - olmaması ilə bağlı vəsatət təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət t ərəfindən tanınan və qorunan hüququdur. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyy ən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərənca m vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə
9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun ol araq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə
10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qayd aları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə
18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpa qları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; [18] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrote xniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası...
4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.2 Ümumi istifadədə olan küçələrin, meydanların, bələd iyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
19. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli, 176 saylı sərəncamı
2. Müəyyən edilsin ki: 2.1. Azərbaycan Respublika sının Torpaq Məcəlləsinə 4-cü maddəsinin 5-ci bəndinin dördüncü abzasında, 6-cı maddəsinin dördüncü, yeddinci – onuncu abzaslarında, 9-cu maddəsinin 3-cü bəndində, 12-ci maddəsinin 5-ci bəndində, 16-cı maddəsinin 8-ci bəndində, 22-ci maddəsinin 5-ci bəndində, 213-cü maddəsinin 8-ci bəndində, 36-cı maddəsinin 2-ci bəndində, 37-ci maddəsində, 40-cı maddəsinin 2-ci bəndində, 40-cı maddəsinin 2-ci bəndində, 47-ci maddəsinin 7-ci bəndinin ikinci cümləsində, 56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsində (xidmət haqqının məbləğinə münasibətdə), 95-ci maddəsinin 3-cü bəndində, 98-ci maddəsinin 4-cü bəndinin birinci abzasında, 102-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
20. A zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən ir əli gəlir.
24. İşdə olan sənədlərdən məlum olur ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.09.2004-cü il tarixli, 17 nömrəli iclasının qərarı ilə Gərəkli kənd sakini İddiaçı bələdiyyənin perspektiv inkişafı üçün saxlanmış ərazidən 0.08 ha həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmış, iddiaçı 0.08 ha torpaq sahəsinin dəyərini Gərəkli bələdiyyəsinə ödəmişdir.
25. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2019-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının Gərəkli bələdiyyəsinə qarşı “ayrıc aktının hazırlanması”na dair tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.20 19-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(84)-282/2017 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbi təmin edilərək, cavabdehin üzərinə 0.08 ha torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi öhdəliyi qoyulmuşdur.
26. Bundan əlavə, Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 02.03.2020-ci il tarixli, 10 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli bələdiyyəsinin 04 saylı 17 fevral 2020-ci il tarixli məktubu əsasında, DƏK və URX-nin Şəki LTİ-nin yerquruluşu planı (№0089) və Şəki Apellyasiya Məhkəməsinin 16.04.2019-cu il tarixli 2-1(107)-2/2019 saylı qərardadı əsasında Gərəkli bələdiyyəsi ərazisindən ayrılmış 0.0 8 ha torpaq sahəsi şimaldan bələdiyyə torpaq sahəsi ilə, cənubdan dövlət torpağı ilə, şərqdən pay torpaq sahəsi ilə, qərbdən avtomobil yolunun qorunma zolağı ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədəuyğundur.
27. Eyni zamanda, cavabdeh orqanın birinci instansiya məhkəməsinə ünvanladığı 15.04.2021-ci il tarixli, **********94 nömrəli məktuba əlavə edilən iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin surətlərindən müəyyən edilir ki, JN0042 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətinə əsasən, Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 verilmişdir. Sa hibə Mehdiyeva 06.08.2008-ci il tarixli “Torpaq alqı-satqı” müqaviləsi ilə 0.19 ha torpaq sahəsini İddiaçı satmışdır. Bununla bağlı, iddiaçının adına AA seriyalı 000786 nömrəli, 08.08.2008-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi və MH seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir.
28. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində isə mübahisəli 0.08 ha torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətinə dair tərtib edilmiş sxem göstərilmiş və qeyd edilmişdir ki, həmin 0.08 ha torpaq sahəsi elektron məlumat bazasına əsasən, yaşayış məntəqələri torpaqlarına aid ictimai tikintialtı torpaq sahəsidir. Sözügedən ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi elektron m əlumat bazasına əsasən, torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina, anbar, tikili və qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Sözügedən torpaq sahəsi kompleks yerquruluşu layihələrinə əsasən, bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı elektron məlumat bazasında məlumat mövcud deyil.
29. Gərəkli bələdiyyəsinin birinci instansiya məhkəməsinə ünvanladığı 20.05.2021-ci il tarixli 08 nömrəli məktubunda qeyd edilir ki, 18 sentyabr 2019-cu il tarixdə 39 və 40 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə məktubla müraciət olunmuşdur. 01.02.2020-ci il tarixdə həmin sözügedən 0.08 ha və 0.10 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinə yerquruluşu planı hazırlanaraq bələdiyyəyə təhvil verilmişdir. Həmin yerqurluşu planı əsasında Bələdiyyə tərəfindən Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə məktubla müraciət olunmuş, 29.02.2020-ci il tarixdə həmin torpaq sahələrinə ayrıc aktı və rəy alınmışdır. Həmin sənədlər əsasında Gərəkli Bələdiyyəsinin 23.06.2020-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə 29.06.2020-ci il 16 saylı, 29.06.2020-ci il 18 saylı məktubla müraciət olunmuşdur. Lakin Dövlət Reyestri Xidmətinin Şəki Ərazi şöbəsinin Gərəkli Bələdiyyəsinə göndərdiyi 31.08.2020-ci il tarixli 248 və 249 saylı məktublarına əsasən, satılması nəzərdə tutulan 0.08 ha və 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olduğundan hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməmişdir.
30. İş materiallarında olan, Dövlət Reyestri Xidmətinin Şəki ərazi şöbəsinin 31.08.2020-ci il tarixli, 249 nömrəli rəyindən görünür ki, Gərəkli bələdiyyəsinin Balakən rayon (şəhər) Gərəkli bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 800 kv.m (0.80 ha) torpaq sahəsi ilə bağlı daxil olmuş 08.07.2020-ci il tarixli ********** saylı mə ktubuna Dövlət Reyestri Xidmətinin Şəki ərazi şöbəsi üzrə daimi komissiyada baxılmışdır. Sözügedən torpaq sahəsi barədə müvafiq sənədlər və komissiya tərəfindən tərtib edilmiş müayinə (baxış) aktı X2 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. TDİT üzrə Dövlət Agentliyinin 26.08.2020-ci il tarixli, ********** saylı məktubuna əsasən, ayrılmış torpaq sahəsi, ərazisində olan mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid olduğundan, həmin torpaq sahəsi barədə müsbət rəy verilməsi və hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməmişdir. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında kı hüquqi mövqeyə görə, qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
32. Qeyd olunmalıdr ki, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırki halda isə işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir və bu torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunla qadağan edilir. Odur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-358/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.