Məhkəmə qərarları › İş №2-1(102)-106/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-106/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-106/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1961, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1983/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxx 1961-ci il tarixdə anadan olmuş, 19 aprel 1980-cı il tarixdən 06 may 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 09 avqust 1982-ci ildə “Telefontikintiittifaqının” Bakı Tikinti-Montaj İdarəsinə Rabitə montajçısı, 2-ci dərəcəli lehimçi vəzifəsinə, 26 ap rel 1986-cı ildə 3-cü dərəcəli lehimçi vəzifəsinə qəbul edilmiş, 01 yanvar 1988-ci ildə 4-cü dərəcəli kabelçi vəzifəsinə keçirilmiş, 27 yanvar 1993-cü ildə 5-ci dərəcəli kabelçi vəzifəsinə, 27 iyun 1994-cü ildə 6-cı dərəcəli kabelçi vəzifəsinə qəbul edilmiş, 03 yanvar 2000-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 03 yanvar 2000-ci ildə “AZ Evrotel” BM-də Kabel qurğuları üzrə təmir quraşdırma şöbəsinə qəbul olunmuş (16 iyul 2000-ci ildə Kabel qurğuları üzrə təmir quraşdırma şöbəsinin kabelçisinə 8-ci kateqoriya verilmişdir), 02 yanvar 2004-cü ildə Kabel calayıcısı vəzifəsinə keçirilmiş, 01 fevral 2007-ci ildə X2 informasiya və kommunikasiya texnologiyaları üzrə tövsiyələrinə uyğunlaşdıraraq vəzifə adlarının dəyişdirilməsi ilə əlaqədar “TMQT və QD”-nin “Texnoloji qurğularının inkişafı sahəsinin “Fibro-optik” kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində sayılmış (16 may 2011-ci ildə "xxxx" BM təşkilatı-hüquqi formasını dəyişdirərək "xxxx" MMC-yə çevrilmiş, 01 iyun 2022-ci ildə "xxxx" MMC-nin X1 şöbəsinin inkişafı üzrə fiber optik kabellərin istismarı qrupunun kabel-calayıcısı vəzifəsi sayılmışdır), 22 aprel 2019-cu ildə "xxxx" MMC-nin yeni təsdiq edilmiş strukturuna əsasən xətt qurğularının istismarı şöbəsinin kabelkanalizasiya qurğularının tikintisi və təmiri sektoruna kabellehimləyici keçirilmiş, 19 oktyabr 2021-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də işləyir.

3. İddiaçıya aid pensiya kapitalı barədə çıxarışdan müəyyən olunur ki, 1992-ci ilə qədər PSK-sı 7.638,18 manat, 1992-ci ildən 2006-cı ilədək PSK-sı 11383,1 manat, 2006-dan sonra 77.388,55 mana t, cəmi PSK-sı 96.410,38 manat, pensiya kapitalına görə sığorta hissəsi 494,83 manat təşkil edir.

4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 03 sentyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Rabitə bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 26 noyabr 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2007-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində Texnoloji qurğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müraciət etdiyi tarixə 12 il 6 aydan az (8 il 11 ay 23 gün (xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.2004-xx.xx.2007-ci il və xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə m əhkəməyə müraciət edərək ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 25 iyun1961-ci ildə doğulmuş və 1982- ci ildən əmək fəaliyyətinə başlamış, buna dair əmək kitabçası açılmış və qeyd aparılmışdır. 09 avqust 1982-ci il tarixdən X3 Bakı Tikinti-Montaj İdarəsində lehimləyicimontajçı işinə qəbul olunmuş və hal-hazırda da həmin sahədə çalışır. İşlədiyi peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, və zifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na, 01 yanvar 2006-cı ildən sonrakı vəzifə (peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunan Siyahıya əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən vəzifələrdir. 7. "xxxx" MMC tərəfindən verilmiş 17 saylı 25 oktyabr 2021-ci il tarixli Güzəştli arayışda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" MMC-nin Xətt qurğuların istismarı şöbəsinin kabel-kanalizasiya qurğularının tikintisi və təmiri sektorunda 03 yanvar 2000-ci il tarixdən (07 nömrəli 04 yanvar 2000-ci il tarixli əmr) hal-hazıradək kabel-lehimləyicisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulduğu kimi 09:00-17:00-dək qurğuşunlaşdırılmış kabellərin polietilen və polixlorvini l üzlüklü kabellərin lehimlənməsi üzrə kabel-lehimləyicisidir (zərərli faktorla işlədiyindən xüsusi geyim və südlə təmin olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bəndinin 1-ci abzasındakı kabelçilər-lehimləyicilər (kabel-lehimləyiciləri ilə eyni əmək funksiyasını yerinə yetirir, belə ki qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi ilə məşğul olur) vəzifəsi salınmasını nəzərə alaraq güzəştli şərtlə yaşa görə əmək pensiyasına çıxma hüququ verilmişdir. 8. "xxxx" MMC tərəfindən verilmiş 18 saylı 25 oktyabr 2021-ci il tarixli Güzəştli arayışında qeyd olu nmuşdur ki, İddiaçı həqiqətən "xxxx" MMC-nin Xətt qurğularının istismarı şöbəsinin kabel-kanalizasiya qurğularının tikintisi və təmiri sektorunda 03 yanvar 2000-ci il tarixdən (07 nömrəli 04 yanvar 2000-ci il tarixli əmr) hal-hazıradək kabellehimləyicisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulduğu kimi, 09:00-17:00-dək qurğuşunlaşdırılmış kabellərin polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə kabel-lehimləyicisidir (zərərli faktorla işlədiyindən xüsusi geyim və südlə təmin olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalat ların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİX maddəsinin 23100000-12624 bəndinə əsasən kabelçilər-lehimləyicilər (lehimləyici, kabelçi, kabel-calayıcısı, kabel-lehimləyiciləri ilə eyni əmək funksiyasını yerinə yetirir, belə ki, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi ilə məşğul olur) vəzifəsi salınmasını nəzərə alaraq güzəştli şərtlə yaşa görə əmək pensiyasına çıxma hüququ verilmişdir.

9. Cavabdeh imtina məktubu ilə eyni məzmunda iddia tələbinə dair etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3063/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilərək iddiaçıya 60 yaşdan (25 iyun 2021ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Rabitə” adlanan 30-cu bölməsində nəzərdə tutulmuşdur: qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları.

12. Beləliklə, iddiaçın ın 25 iyun 2021-ci il tarixədək qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat 14. "xxxx" MMC tərəfindən verilmiş 130-1-6/255-22 nömrəli 06 sentyabr 2022-ci il tarixli Güzəştli arayışda qeyd olunmuşdur ki, İddiaçı işlədiyi kabel-lehimləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulduğu kimi 09:0017:00-dək qurğuşunlaşdırılmış kabellərin polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə kabel lehimləyicisidir. Güzəştli arayışda iddiaçının zərərli faktorla işlədiyindən xüsusi geyim və südlə təmin olunduğu, 3 tip kabel (TQ, TPP və FO (fiber optik)) ilə işlədiyi, onlardan TQ qurğuşun üzlüklü, TPP və FO isə polietilen üzlüklü olduğu, buna görə də İddiaçı işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Rabitə sahəsinə aid olan 30-cu bəndində göstərilmiş qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər peşəsinin funksiyaları ilə eynilik təşkil etdiyi göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdi ki, iddiaçının əmək kitabçasındakı xx.xx.2007-ci il tarixli qeydə əsasən o, "xxxx" BM-nin Texnoloji qurğuların inkişafı sahəsinin “fibro-optik kabellərinin istismarı qrupunun, BM-nin təşkilatı-hüquqi forması dəyişildiyi üçün isə 01 iyun 2011-ci il tarixli qeydi ilə MMCnin X1 Şöbəsinin “İnkişaf üzrə fiber-optik kabellərin istismarı qrupu”nun kabel-lehimləyicisi kimi fəaliyyət göstərmişdir. Bu qrupların adlarında fiber-optik söz birləşməsinin olması heç də bu işçinin fiber-optik kabellərlə işləməsi məsələsini təsdiqləmir. Sadəcə Qrupun adı belə adlandırılmışdır. Bunu müəssisədə GPON texnologiyasının tətbiqi ilə əlaqədar fiberoptik kabellərin istifadəsinin 2017-ci ildən başlanması da sübut edir. Hətta işçi qeyd olunan illər ərzində fiber-optik kabellərlə fəaliyyət göstərmişsə də belə, fiber-o ptik kabellərin istifadəsi və lehimlənməsi də işçi üçün zərərlidir. Çünki bu kabellər polietilen üzlüklüdür.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1983/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3063/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində iddiaçının xx.xx.2007-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində texnoloji qurğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kab el-calayıcısı vəzifəsində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bəndində “Rabitə” bölməsində nəzərdə tutulan “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu dövr - 12 il 2 ay 21 gün, həmçinin cavabdeh orqanın qəbul etdiyi 8 il 11 ay 23 gün də nəzərə alınmaqla zərərli sahədə onun xüsusi iş stajı ümumilikdə 12 il 6 aydan artıq təşkil edir.

17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunmuş vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müraciət ediyi tarixə 12 il 6 aydan az (8 il 11 ay 23 gün) təşkil edir.

19. İddiaçının əmək kitabçasına əsasən onun 03 yanvar 2000-ci il tarixdə kabelçi vəzifəsinə işə qəbul olunduğu, 02 yanvar 2004-ci il tarixdən 22 aprel 2019-cu il tarixədək kabel-calayıcısı vəzifəsində işlədiyi və MMC-nin yen i təsdiq edilmiş strukturuna əsasən 22 aprel 2019-cu ildən kabel-lehimləyicisi vəzifəsinə keçirildiyi qeyd edilsə də, "xxxx" MMC tərəfindən verilmiş güzəştli iş arayışlarına əsasən iddiaçının 03 yanvar 2000-ci il tarixdən kabel-lehimləyicisi vəzifəsində işlədiyi, MMC-də fiber-optik kabellərin istifadəsinə 2017-ci ildən başlanılsa belə, fiber-optik kabellərin istifadəsi və lehimlənməsi işçi üçün zərərli olduğundan onun işlədiyi vəzifənin zərərli peşə sayıldığı bildirilmişdir. 20. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2-ci hissəsində işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlərin aparılma qaydası qeyd olunmuşdur. Belə ki, həmin Qərarın 3. 2-ci hissəsinin 5-ci bəndinə əsasən işçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricil ərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır....

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iş tirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydad a əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi is tinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Belə ki, hazırkı iş üzrə iddiaçının ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciətindən cavabdeh orqan onun kifayət qədər güzəştli iş stajına malik olmamasını əsas gətirərək imtina etmişdir.

33. Məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırkı işə tətbiq olunan 13 may 2022-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

34. İşin məhkəmələr tərəfindən araşdırılmış hal larından isə iddiaçının xx.xx.2007-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində texnoloji qurğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bəndində “Rabitə” bölməsində nəzərdə tutulan “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər” peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edildiyi və bu dövr - 12 il 2 ay 21 gün, həmçinin cavabdeh orqanın qəbul etdiyi 8 il 11 ay 23 gün d ə nəzərə alınmaqla zərərli sahədə onun xüsusi iş stajının ümumilikdə 12 il 6 aydan artıq təşkil etdiyi müəyyən olunmuşdur.

35. Lakin apellyasiya instansiyası məhkəməsi öz qərarında iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün zəruri olan ümumi və xüsusi iş staja malik olduğunu, eləcə də iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatdığını qeyd etsə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti barədə hər hansı qiymətləndirmə aparmamışdır.

36. Belə olan halda, bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iş üzrə iddiaçıya aid pensiya kapitalı barədə çıxarışa əsasən 1992-ci ilə qədər PSKsının 7.638,18 manat, 1992-ci ildən 2006-cı ilədək PSK-sının 11383,1 manat, 2006-dan sonra 77.388,55 manat, cəmi PSK-sının 96.410,38 manat, pensiya kapitalına görə sığorta hissəsinin isə 494,83 manat təşkil etdiyi müəyyən olunur.

37. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi barədə şərti də iş üzrə öz təsdiqini tapmış olur.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətin in dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1983/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar