Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-106/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi, notariat hərəkətlərinin aparılmasından imtina edilməsi ilə bağlı hərəkətlərin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1941-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazi rliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(103)2693/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə həmin qurumun xx.xx.2017-ci il tarixli məktubu əsasında İddiaçı iştirakı ilə notariat hərəkətlərinin aparılması dayandırılmışdır.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsi və özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə müvafiq siyahıda adları qeyd olunan şəxslərin iştirakı ilə xx.xx.2015-ci il tarixdən bu günədək hansı tarixlərd ə, hansı notariat kontorlarında və nə kimi notarial əməliyyatların rəsmiləşdirilməsi barədə mümkün məlumatların, o cümlədən onlar tərəfindən verilmiş etibarnamələrin surətinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim olunması, həmçinin həmin şəxslərin iştirakı ilə ölkə hüdudlarından kənarda yerləşən daşınmaz əmlaklarla bağlı, o cümlədən digər notarial hərəkətlərinin aparılmasının dayandırılması xahiş edilmişdir. "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əhəmiyyət kəsb edən şəxslərin siyahısı”ndan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adı 41-ci sırada qeyd o lunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində notariat əməliyyatlarının aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun barəsində hər hansı bir məhdudiyyət və qadağa ilə bağlı heç bir məhkəmə qərarı olmadan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cavabdehə verilmiş qeyri-rəsmi tapşırığa əsasən onun barəsində bütün notariat əməliyyatlarının aparılmasına məhdudiyyət qoyulmuşdur. Qeyri-rəsmi məhdudiyyətin olması barədə 2021-ci ildə şəxsi avtomobilinin idarə edilməsi üçün ailə üzvünə etibarnamə vermək istəyərkən notariat kontoru tərəfindən məlumat verilmişdir. Bundan sonra, qeyri-rəsmi məhdudiyyətin səbəbinin öyrənilməsi ilə bağlı vəkili tərəfindən cavabdehə vəkil sorğusu göndərilmişdir. Vəkil sorğusuna əsasən cavabdeh tərəfindən əmlaka qoyulan məhdudiyyətin səbəbi barədə elektron çıxarış təqdim edilsə də, məhdudlaşdırmanı həyata keçirən orqanların bu barədə qəbul etdiyi müvafiq qərarlarının təsdiq olunmuş surətləri ona təqdim edilməmişdir. Eyni zamanda, qeyri-rəsmi məhdudiyyət tapşırığının səbəbinin öyrənilməsi üçün vəkili tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vəkil sorğusu göndərilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin icraatında onunla əlaqədar hər hansı bir cinayət təqibi ilə bağlı materialın olub-olmaması, onun bu iş üzrə hansı şəxs qismində cəlb edilibedilməməsi barədə məlumatların və cinayət təqibi ilə bağlı müvafiq qərar qəbul edilmişdirsə, təsdiq edilmiş surətlərinin göndərilməsi xahiş olunmuşdur. Bundan əlavə, dəfələrlə İdarənin müstəntiqi ilə əlaqə saxlanılmış və qəbul edilmiş müvafiq qərarların surətlərinin təqdim edilməsi xahiş olunmuşdur. Lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vəkil sorğularına cavab verilməmiş və onun barəsində İdarə tərəfindən qəbul olunmuş hər hansı bir sənəd təqdim edilməmişdir. Üzərinə və əmlakına qoyulmuş qeyri-rəsmi məhdudiyyətin götürülməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında müraciət olunmuş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(005)-91/2022 nömrəli qərarına əsasən onun şikayətinin icraata qəbul edilməsində n imtina olunmuşdur. Məhkəmə hesab etmişdir ki, “məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatlar ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə”. Eyni zamanda, məhkəmə tövsiyə etmişdir ki, notariat əməliyyatlarının aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi üçün qeyri-rəsmi məhdudiyyəti icra edən inzibati orqana qarşı məhkəmədə iddia qaldırıla bilər. Ona görə də pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilmiş və ona iddia tələbinin dəqiqləşdirilərək cavabdehin əsl cavabdehlə əvəz olunması təklif edilmişdir.
7. İddiaçı əri zə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, hazırkı iddia tələbi əsl cavabdehə qarşı qaldırılmışdır və cavabdehin dəyişdirilməsinə heç bir lüzum yoxdur. Belə ki, “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli Qərarının 2.1.2-ci və V bəndinə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Bundan əlavə, cavabdeh inzibati orqan hesab edildiyi üçün məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli məktubla cavab vermiş və notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətlə bağlı müvafiq sənədi məhkəməyə təqdim etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəmə icraatında işə onların iştirakı olmadan baxılması xa hiş edilmişdir. Ona görə də, notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi barədə tələb əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı irəli sürülməlidir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Aysev Almazova) 14 aprel 2023-cü il tarixli, 2-1(112)-1766/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi inzibati orqan kimi müəyyən olunmamışdır. Bu barədə iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 18 iyul 2023-cü il tarixli, 2-1(103)-2693/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respub likası Qanununun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati orqan olaraq “Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları”nın yerli (struktur) və digər qurumları o halda inzibati orqanlar kimi inzibati icraatda cavabdeh ola bilər ki, həmin “yerli (struktur) və digər qurumlar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda göstərilmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda İİ bölmənin İİ bəndində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 2.1-ci yarımbəndində isə Nazirliyin inzibati orqan olaraq nəzərdə tutulmuş qurumları göstəril mişdir. Həmin qurumlar içərisində isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi iddiaçının qeyd etdiyi kimi inzibati orqan anlamında nə hüquqi, nə də fiziki şəxs deyil, idarədir. Odur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bəndində nəzərdə tutulan “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər”ə aid etmək mümkün deyildir.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddi a tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı
8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunveri cilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsas lılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxı rıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozul duğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılm alıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gös tərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən sa xlanılmalıdır.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələ ri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da t ətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən onun barəsində notariat əməliyyatlarının aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə, iddiaçı onun barəsində notariat hərəkətlərinin aparılmasından imtina edilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu qərarın 17-ci bəndində istinad edilmiş qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə ba ğlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdir ilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə mahiyyət baxımından iddiaçıya münasibətdə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi ilə bağlı yaranmışdır və bu mənada həmin hərəkətlərin mübahisələ ndirilməsi ilə bağlı hazırkı iddiaya Ali Məhkəmənin bu qərarın 17-ci bəndində istinad edilmiş qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır.
28. Belə yanaşma həm də ondan irəli gəlir ki, İPM-in 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı həyata keçirilir. Nəzərə alınmalıdır ki, notariat tərəfindən həyata keçirilən hərəkətlər inzibati deyil, mülki hüquq müstəvisində həyata keçirilir və bu baxımdan onu n fəaliyyəti inzibati hüquq fəaliyyəti kimi, həmin fəaliyyətlə bağlı yaranan mübahisələr isə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr kimi qiymətləndirilə bilməz.
29. Bu zaman həmçinin qeyd olunmalıdır ki, məhkəmələrin istinad etdiyi inzibati orqanların siyahısında qurumun adının nəzərdə tutulmaması həmin qurumun inzibati orqan olmasını istisna edə və bu anlamda qəbul oluna bilməz. Bu zaman həlledici olan qurumun adının həmin siyahıda nəzərdə tutulması deyil, həmin orqanın suveren hakimiyyət daşıyıcısı qismində öz adından və inzibati hüquq müstəvisində şəxsə münasibətdə hakimiyyət tədbiri tətbiq etmək səlahiyyətinə malik olmasıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnı z onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
31. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunveri ciliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyiş dirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 21(103)-2693/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.