Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-106/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tə yinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2024-cü il tarixli, 2-1(103)-1453/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən 2703,68 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçıya məxsus pensiya işində olan ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 iyun 2023-cü il tarixli məktubdan görünür ki, sizə sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar 2 may 2023-cü il tarixində Mərkəzi Filiala müraciətiniz daxil olub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının b ir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün sözügedən Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Bununla əlaqədar ümumi əsaslarla yaşa görə pensiyanız 1 iyun 2023-cü il tarixindən dayandıraraq 2 may 2023-cü il tarixindən hesablanmaqla sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Mərhum həyat yoldaşınız X3 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat olmaqla orta aylıq əmək haqqısı 4224,50 m anat təşkil edib. Bununla əlaqədar mərhuma ödənilməli olan şərti əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 10 ay 26 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4224,50 manat) 80 faizi 3379,60 manat məbləğində müəyyən edilib. Həmin Qanunun 20.7-1-ci maddəsinə əsasən əmək pensiyanız mərhuma ödənilməli olan şərti əmək pensiyasının (3379,60 manat) 80 faizi-2703,68 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtdan mərhum həyat yoldaşı X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməklə təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan mərhum həyat yoldaşı X1 ailə üzvü k imi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1960-cı il tarixində anadan olmuşdur. Həkim işləmiş, hazırda yaşa görə əmək pensiyasına çıxmışdır. Mərhum əri X4 16 il 10 ay 26 gün hakim vəzifəsində çalışmışdır. Onun 09 mart 2023-cü il tarixdə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. O, hüquqi biliyi olmadığından elə həmin vaxt yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi ilə bağlı müraciət etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaçısının əmək pensiyasını bir növdə n başqa növə keçirmək hüququ vardır. O, bununla bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən 20 iyun 2023-cü il tarixli 3-A1/2H-140050/2023 saylı məktubla imtina edilərək, ailə başçısını itirməyə görə əmək pensiyasının 02 may 2023-cü il tarixdən hesablanacağı bildirilmişdir. Halbuki, o, qanunvericiliyin tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasını onu almaq hüququ yarandığı vaxtdan almaq hüququna malikdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 01 may 2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, sabiq hakimin ailə üzvü kimi a ilə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qeyd edirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün süzügedən Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Bununla əlaqədar iddiaçıya ümumi əsaslarla təyin edilmiş yaşa görə əmək pensiyası 01 iyun 2023-cü il tarixdən dayandırılaraq 2 may 2023-cü il tarixdən hesablanmaqla sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başç ısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 1.1. 18 yaşına çatmamış; 1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Q anunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qeyd edirlər ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat olmaqla orta aylıq əmək haqqısı 4224,50 manat təşkil edib. Bununla əlaqədar mərhuma ödənilməli olan şərti əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 10 ay 26 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4224,50 manat) 80 faizi-3379,60 manat məbləğində müəyyən edilib. Həmin Qanunun 20.7-1-ci maddəsinə əsasən əmək pensiyasının mərhuma ödənilməli olan şərti əmək pensiyasının (3379,60 manat) 80 faizi-2703,68 manat məbləğində müəyyən edilərək iddiaçının müvafiq kart hesabına köçürülür. Bundan sonra iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının y asa görə əmək pensiyası hüququnun yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edirlər ki, iddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İnzibati orqana edilmiş xx.xx.2023-cü il tarixli rəsmi müraciətinin nəticəsi kimi ümumi əsaslarla təyin edilmiş pensiya xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Müxtəlif pens iya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Eyni zamanda, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. İş materiallarından da aydın olduğu kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyin edilmiş, rəsmi müraciəti əsasında, eyni zamanda qanunvericiliyin tələbləri nəzərə alınaraq ailə başçısını itirməyə görə pensiya növünə keçirilmişdir. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanaraq aparılır. Yuxarıda da, qeyd edildiyi kimi, hazırkı iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə pensiya, müraciət etdiyi tarixdən hesablanaraq ödənilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 2-1(112)-12254/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hər iki növ (yaşa görə və ailə başçısını itirməyə görə) əmək pensiyasını almaq hüququ eyni vaxtda yarandığından, Azərbaycan Respublikasının qanunları ilə pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilməsi hüququ verildiyindən və əmək pensiyası onu almaq hüququ yarandığı gündən təyin edilməli olduğundan, eləcə də, iş materiallarında iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti, ona cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar aşkar edilmədiyindən və ona xx.xx.2023-cü il tarixdən təyin edildiyi bildirilən yaşa görə əmək pensiyası məbləğinin həmin tarixdən etibarən ödənilməsi müəyyən edilmədiyindən, iş materi allarında yalnız iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizənin olması müəyyən edildiyindən, hazırkı halda iddiaçının müraciəti əmək pensiyasının bir növdən digər növə keçirilməsi kimi qiymətləndirilə bilməz. İddiaçının tələbi əsaslı hesab edilməklə ona hüququ yarandığı tarixdən (xx.xx.2023) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli və ödənilməmiş pensiya məbləği ona ödənilməlidir.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov (sədrl ik edən), K.H.Əkbərov və M.C.Qarayeva) 5 iyun 2024-cü il tarixli, 2-1(103)1453/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12254/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir, əmək p ensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır və bu hüquq əmək pensiyaçısının müvafiq ərizə verməsi ilə həyata keçirilir. Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi isə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Göründüyü kimi, qanunvericilik müxtəlif pensiya hüququ olan şəxslərə əmək pensiyasının bir növündən başqa növünə keçməyi əmək pensiyaçısının müraciəti ilə əlaqələndirir. Yəni hansı pensiya növünə keçməyi əmək pensiyaçısı özü öz istəyi ilə seçir və bu, onun müraciət ilə reallaşır. Hazırkı halda iddiaçı cavabdehə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və onun müraciətinə uyğ un olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü ildən əmək pensiyasının növü dəyişdirilərək iddiaçının yaşa görə əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əmək pensiyasının ilkin təyin edilməsindən fərqli olaraq, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ- pensiya hüququnun yarandığı tarixlə deyil, bu barədə əmək pensiyaçısının müraciət etdiyi tarixlə əlaqələndirilmişdir. Yəni əmək pensiyasının bir növünü alan əmək pensiyaçısı istədiyi vaxt əmək pensiyasının bir növündən başqa növünə keçirilmə üçün müraciət edə bilər, bu seçim hüququ əmək pensiyaçısına məxsusdur və o, bu seçimini müvafiq ərizə verməklə həyata keçirir. Cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. İddiaçının bu ba rədə ərizə ilə müraciət etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli və həmin tarixdən ödənilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.
13. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassızdır, qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə qərar çı xarılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, tətbiq edilməli normalar tətbiq olunmalı olduğu halda tətbiq edilməmişdir, bu səbəblərdən də ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən iddianın rədd edilməsi əsası kimi, iddiaçının ərizə ilə cavabdeh orqana müraciət etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən ödənilməli olduğunu göstərilmişdir. Halbuki, işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçının hər iki növ (yaşa görə və ailə başçısını itirməyə görə) əmək pensiyasını almaq hüququ eyni vaxtda yaranmasına baxmayaraq, cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi bildirilmişdir. Lakin, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti, ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar və hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyası məbləğinin ödənilməsini təsdiq edən sənədlərin olması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə yalnız xx.xx.2023-cü il tarixədək etibarlı olmuş iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini təsdiq edən pensiya haqqında arayış təqdim edilmişdir. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə əmək pensiyasının bir növdən başa növə keçirilməsi barədə ərizə ilə deyil, hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi barədə ərizə ilə müraciət edərək ona ilə başçısını itirməyə görə əmək pensiyasının təyin edi lməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında ona müraciət etdiyi həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İşin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hər iki növ (yaşa görə və ailə başçısını itirməyə görə) əmək pensiyasını almaq hüququ eyni vaxtda yarandığından, Azərbaycan Respublikasının qanunları ilə pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilməsi hüququ verildiyindən və əmək pensiyası onu almaq hüququ yarandığı gündən təyin edilməli olduğundan, eləcə də, iş materiallarında iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti, ona cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar aşkar edilmədiyindən və ona xx.xx.2023-cü il tarixdən təyin edildiyi bildirilən yaşa görə əmək pensiyası məbləğinin həmin tarixdən etibarən ödənilməsi müəyyən edilmədiyindən, iş materiallarında yalnız iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizənin olması müəyyən edildiyindən, hazırkı halda iddiaçının müraciəti əmək pensiyasının bir növdən digər növə keçirilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən iddiaçının tələbi əsaslı hesab edilməklə ona hüququ yarandığı tarixdən (xx.xx.2023) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli və ödənilməmiş pensiya məbləği ona ödənilməlidir. Beləliklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən normalarını, həmçinin Konstitu siya Məhkəməsi Plenumunun həmin normalar və pensiya qanunvericiliyinin müvafiq müddəalarına dair formalaşdırdığı hüquqi mövqelərini nəzərə almamış, bununla da iddiaçının Konstitusiyanın 38 və 60-cı maddələri ilə müəyyən edilmiş sosial təminat, hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2024-cü il tarixli, 2-1(103)-1453/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra– sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz ar zulan ilə yalnız bir pensiya təyin edilir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərin ə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıq dan sonra qiymətləndirilir. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Ma ddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASS ASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı hüququnun yarandığı 09 mart 2023-cü il tarixdən mərhum həyat yoldaşı X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsinə yönəlmişdir.
25. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının həyat yoldaşı X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona ail ə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq iddiaçıya təyin edilmiş ümumi əsaslarla yaşa görə əmək pensiyası 01 iyun 2023-cü il tarixindən dayandıraraq iddiaçıya 02 may 2023-cü il tarixindən hesablanmaqla ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. Daha sonra iddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən təyin edilməsi və yaranmış fərqin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxs lərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsində isə qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarının 6.4-cü maddəsinə görə Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən hesablanmaqla apa rılır. 27. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (həmin qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddə yeni redaksiyada verilmişdir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2-ci maddəsinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
28. Qeyd olunan maddənin əvv əlki redaksiyasında isə qeyd olunmuşdur ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə, bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. 29. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının hüquq unun yarandığı vaxt (09 mart 2023-cü il) və hazırda da qüvvədə olan redaksiyasına əsasən, yaşa görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçərkən ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması bu barədə ərizənin və müvafiq sənədlərin təqdim edildiyi tarixdən həyata keçirilir.
30. Hazırkı halda iddiaçı cavabdehə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və onun müraciətinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü ildən əmək pensiyasının növü dəyişdirilərək iddiaçının yaşa görə əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir.
31. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əmək pensiyasının ilkin təyin edilməsindən fərqli ol araq, əmək pensiyasının bir növündən başqa növünə keçmə vaxtı yeni növ pensiya hüququnun yarandığı tarixlə deyil, bu barədə əmək pensiyaçısının ərizə və sənədlərin təqdim ediliyi tarixlə əlaqələndirilmişdir. Yəni əmək pensiyasının bir növünü alan əmək pensiyaçısı istədiyi vaxt əmək pensiyasının bir növündən başqa növünə keçirilmə üçün müraciət edə bilər, bu seçim hüququ əmək pensiyaçısına məxsusdur, onun iradəsi ilə bağlıdır və o, bu seçimini ərizə və müvafiq sənədlər təqdim etməklə həyata keçirir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRA RA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2024-cü il tarixli, 21(103)-1453/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.