Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1060/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı bakalavr diplomu üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-263 1/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında 21 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin olunaraq Moskva dövlət iqtisadiyyat, statistika və informatika Universiteti tərəfindən iddiaçının adına verilmiş 23 iyul 2015-ci il tarixli bakalavr diplomu üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi cavabdehə həvalə edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 dekabr 2018-ci il tarixli qərarı ilə təmin edilmiş, birinci in stansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. İş kassasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçının vəkili məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmişdir. tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili iddiadan imtina edərək işin icraatına xitam verilməsi barədə ərizəni müdafiə etdiyini və imtinanın nəticələrinin ona aydın olduğunu bildirmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, m əhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İş şikayətlə bağlı Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının icraatında olarkən iddiaçının vəkili məhkəmə kollegiyasına iddiadan imtina olunması barədə ərizə vermişdir. İddiadan imtina edilməsinə dair hüquq norması İPM-in 55-ci maddəsi isə tənzimlənir. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır (İPM-in 55.1-ci maddəsi). Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir (İPM-in 55.2-ci maddəsi). İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir (İPM-in 55.4-cü maddəsi). İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz (İPM-in 55.5-ci maddəsi) Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkilinə iddiadan imtina edilməsinin eyni tərəflər arası nda, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi barədə qanunvericiliyin müddəaları izah edilmiş, iddiadan imtinanın nəticələrinin ona aydın olduğunu bildirib ərizəsini müdafiə etmişdir. İddiaçının vəkili ərizəsində iddiadan imtina etdiyini bildirdiyindən, məhkəmə iclasında da ərizəni müdafiə etdiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minmədiyindən, habelə, iddiadan imtina şifahi məhkəmə baxışına qədər verildiyinə görə cavabdehin razılığının alınmasına zərurət olmadığından iddiaçının vəkilinin imtinasına əsasən icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaç ı Cavabdehnə qarşı bakalavr diplomu üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. Qərardad qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1060/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1060/2019
21.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver