Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1060/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlə təmin olunma; kompensasiya ödənilməsi) Giriş hissə: Hakimlər: Rahib Nəbizadə- sədrlik edən və məruzəçi, Zakir Quliyev Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN:xxxxxxx) Cavabdehnə qarşı “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 18 yanvar 2022-ci il tarixli, 2-1(107)30/2022 nömrəli qərar və qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2016-cı il tarixli 118 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı Cavabdehndə “iş axtaran” kimi qeydiyyatdadır.
2. Cavabdeh orqanın məktubuna əlavə edilən “vakansiyaya göndəriş” sənədlərindən müəyyən edilir ki, “Azəriqaz” İB və X3 İdarəsində vakansiyalar olsa da, iddiaçı tələb olunan vəzifəyə uyğun olmadığı üçün işəgötürən orqan tərəfindən işlə təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cаvаbdеhə qarşı “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddət ində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin mart ayında Cavabdehnə heç bir yerdə işləməməsi barədə arayış təqdim etmiş, lakin Mərkəz onu iş axtaran kimi qeydə almışdır. İddiaçı dəfələrlə işlə təmin olunması üçün şifahi şəkildə Mərkəzə müraciət etsə də, Mərkəz 4 il ərzində iddiaçını işlə təmin etməmişdir. COVİD-19 pandemiyası dövründə iddiaçıya məlum olmuşdur ki, Mərkəzdə “işsiz” və ya “iş axtaran” kimi qeydiyyata düşmək arasında fərqlər vardır. Buna görə də o, işlə təmin edilməsi üçün Mərkəzə ərizə ilə müraciət etmişdir. xx.xx.2020- ci il tarixli cavab məktubunda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədlə Mərkəzə yaxınlaşması bildirilmişdir. İddiaçıya Mərkəzin Şahin adlı əməkdaşı şifahi olaraq bildirmişdir ki, iyun ayının 15-də yaxınlaşsın, onu işlə təmin edəcəkdir. İddiaçı Mərkəzi tərk etdikdən sonra aldadıldığını düşünmüş və xx.xx.2020-ci il tarixdə yenidən ərizə ilə Mərkəzə müraciət etmişdir. Məktub xx.xx.2020-ci il tarixdə cavablandırılsa da, verilən cavab iddiaçını qane etmədiyi üçün o, yenidən xx.xx.2020-ci il tarixində Mərkəzə üçüncü dəfə ərizə ilə müraciət etmişdir. İddiaçının Mərkəzə ünvanladığı sonuncu ərizəyə cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Bundan sonra iddiaçı özü Mərkəzə yaxınlaşmış, Mərkəzin rəhbəri və Şahin adlı şəxsin qəbulunda olmuş, lakin onunla kobud və aqressiv şəkildə davranılmışdır. Sonra Mərkəzdə iddiaçıya bir neçə iş yeri arasında seçim etməsini bildirmişlər, iddiaçı isə “Azəriqaz” İB seçərək Mərkəzdən rəsmi göndəriş verilməsini xahiş etsə də, ona göndəriş verilməmişdir. Bundan sonra iddiaçı 15 iyun 2020ci il tarixdə Ağsu rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluğun əməkdaşı telefon vasitəsi ilə Məşğulluq Mərkəzi ilə əlaqə saxlamış və məlum olmuşdur ki, “Azəriqaz” İB ümumiyyətlə iş yoxdur.
5. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim – İlqar Cabbarov) iddianın rədd edilməsi qərara alınmışdır.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işçinin seçimi işəgötürən tərəfindən sərbəst həyata keçirildiyindən cavabdeh orqanın üzərinə belə bir öhdəlik qoyula bilməz. İddiaçı ona dəymiş ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində yarandığını iddia etsə də, bu hal öz təsdiqini tapmamışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2021-ci il tarixli 21(107)-66/2021 saylı qərarına əsasən (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmışdır.
10. İddiaçı xx.xx.2021-ci il tarixində dövlət büdcəsi hesabına vəkillə təmin edilmiş, xx.xx.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-66/2021 saylı qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 21(102)-1350/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2-1(107)66/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. apellyasiya instansiyası məhkəməsində ikinc i icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2022-ci il tarixli 2-1(107)-30/2022 saylı qərarına əsasən (sədrlik edən Elçin Hüseynov, hakimlər Ayaz Mahmudov və Mahir Əsədli) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarının işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2022-ci il tarixli 2-1(107)-30/2022 saylı qərardadına əsasən (sədrlik edən Elçin Hüseynov, hakimlər Ayaz Mahmudov və Mahir Əsədli) apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/ 2020 saylı qərarı 4 il 5 ay müddətində əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərar və qərardadından kassasiya şikayətləri vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya ilə əlaqədar tələbini ilk olaraq cavabdeh olan Cavabdehnə göndərilməsi qaydasını bilməmiş və bunu hüquqi savadsızlığına görə də bilə bilməzdi, bu haqda ona heç kim heç bir söz deməmişdir, hətta məhkəmə orqanları da bu vaxtadək istər rəsmi, istərsə də şifahi olaraq bildirməmişlər. AR inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində “məhkəmənin yardım etmək vəzifəsi” göstərilmişdir. Həmin maddədə göstərilir: Məhkəmə qaldırılan iddialarda yol verilən forma 1 xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibətləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludu.
16. Həmin maddənin tələbləri əsasında bunu 1-ci instansiya məhkəməsi etməli idi, yəni ona rəsmi məlumat göndərməli idi ki, müəyyən etdiyi müddətində o kompensasiya üçün müraciət etsin cavabdehə, aldığı cavabı həmin məhkəməyə qaytarsın və bununla da həmin maddənin tələbləri ödənilərdi. Lakin indiyə kimi də bu haqda məlumat verilməmişdir.
17. İddiaçı tərəfindən qərardaddan verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, tam sağlam adamdır, yol, küçə süpürməkdən savayı hər hansı bir iş-Yaşıllaşdırma idarəsində, inşaat işlərində və digər müəssisə-təşkilatlarda hər hansı bir fiziki iş təklif edilib təmin olunsaydı buna məmnuniyyətlə razı olardı, təki minimum 250-300 manatlıq işlə təmin edilsin, edilməmişdir. Məhkəmələr cavabdeh orqana sorğu verməklə Məşğulluq idarəsinə ilk müraciət etdiyi vaxtdan məhkəməyə müraciət etdiyi dövr arasında nə qədər şəxsi işlə təmin etməsi müəyyənləşdirilməli və bu müddətdə işə götürülənlərlə müqayisədə onun əksikliyinin nədə özünü göstərməsi müəyyən edilməli olduğu halda edilməmişdir. Hansı ki, həmin müddətdə şübhəsiz 100-lərlə şəxs işlə təmin edilmişdir, yəni MPM-in 385.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5.1. İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 5.2. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Maddə 5.3. İşaxtaran kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Maddə 5.4. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Maddə 5.5. Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. Maddə 9.1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün say ılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. İddiaçının əsas dəlili işlə təmin edilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur.
27. İddiaçının iddianın rədd edilməsi ilə bağlı qərardan verilən kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. Apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçının işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli, **********9 nömrəli məktuba əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı 2016-cı ilin mart ayında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1 (işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir) və 5.2 (şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar) maddələrinə əsasən Cavabdehndə 019913 nömrəli qeydiyyat vərəqəsi ilə işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Mərkəzə müraciət edərkən vətəndaş əsas istəyinin X1 X4 İstismarı İdarəsində işlə təmin olunmasına köməklik göstərilməsi olmuşdur. Müraciət edən zaman ona Mərkəzdə mövcud olan vakansiyaların idarə, müə ssisə və təşkilatlar tərəfindən təqdim edilmiş boş iş yerləri əsasında formalaşdığı izah edilmiş və X1 X4 İstismarı İdarəsinə işə qəbulun həmin təşkilatın özü tərəfindən mərkəzləşmiş formada təşkilatın daxili prosedur qaydalarına əsasən müsabiqə əsasında aparıldığı izah edilmişdir.
30. Həmçinin məhkəmə tərəfindən qeyd edilmişdir ki, 2018-ci ildə Dövlət Məşğulluq Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sistemində Məşğulluq altsistemi (MAS) yaratmışdır və İddiaçı 2018-ci ilin dekabr ayından Məşğulluq altsistemində işaxtaran kimi qeydiyyata alınmışdır. Vətəndaş müxtəlif vaxtlarda bir neçə dəfə Mərkəzə işlə bağlı müraciət etmiş və X1 X4 İstismarı idarəsində işlə təmin olunmaq iddiasında olduğunu bildirmişdir.
31. Eyni zamanda apellyasiya baxışı zamanı müəyyə n edilmişdir ki, cavabdeh tərəfindən iki iş yeri üzrə elektron göndəriş verilmişdir. Lakin bütün təşkilatlar iddiaçının işə qəbulundan imtina etmişlər. İddiaçıya bu barədə məlumat verilmiş və işçilərin işə qəbul edilməsində işəgötürənlərin sərbəst olduqları izah edilmişdir.
32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı uzun illərdir ki, pinəçiliklə (ayaqqabı təmiri ilə) məşğuldur və əsas gəlir sahəsi bununla bağlıdır. Buna əsaslanaraq, ona ayaqqabı təmiri biznes ideyası üzrə özünü məşğulluq layihəsinə cəlb olunması tövsiyyə olunmuş və yeni avadanlıqlarla təmin ediləcəyi izah edilmişdir. Lakin iddiaçı özünü məşğulluq layihəsinə cəlb edilməkdən imtina etmişdir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının işlə təmin edilməsinə görə cavabdeh “Mə şğulluq haqqında” Qanunun ona verdiyi imkanlardan istifadə edərək iddiaçını işaxtaran kimi qeydə almış, ona münasib iş təklif etmiş, eyni zamanda özünü məşğulluq layihəsinə cəlb olunması tövsiyyə olunmuş, lakin iddiaçı bundan imtina etmişdir.
34. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının işlə təmin olunması ilə bağlı qanunla ona həvalə edilmiş prosedur qaydalara riayət etmiş, lakin cavabdehdən asılı olmayan səbəblərə görə iddiaçının işlə təmin edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının məşğulluqla bağlı hüquqlarının cavabdeh tərəfindən pozulması sübuta yetməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərarı 4 il 5 ay müddətində əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.
36. İddiaçının qərardaddan verdiyi kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
37. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, mümkünlük həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xid məti vəzifəsinə görə yoxlamalıdır.
38. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçılar hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
39. İddia tələbinin təzminat (kompensasiya) ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırkı mübahisə üzrə, yəni mənəvi ziyan tələbi ilə bağlı iddiaya cavab verməli inzibati orqan olmadığından bu hissədə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.
40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə k ollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
41. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərar və qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 21(107)-30/2022 nömrəli qərarı və qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.