Məhkəmə qərarları › İş №2-1(102)-1060/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1060/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1060/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC və X6) “sərəncamın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin “Yaşayış binasının layihələşdirilməsi haqqında” 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 921 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli müraciəti, Tİ və MNQİ-nin müvafiq qeydiyyat vəsiqələri nəzərə alınaraq, Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsinin icarə əsasında həmin mənzil-tikinti kooperativinin istifadəsinə verilməsi qərara alınmışdır.

2. Bakı şəhər İcra Hakimiyyətinin “"xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmə si haqqında” 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən, "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 02 saylı müraciətini və "xxxx" MTK-nın xx.xx.2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsinin eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilməsi, "xxxx" MTK-ya dair razılaşdırılmış layihə sənədlərinin "xxxx" MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005ci il tarixli sərəncamının 1- ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilərək 0,2316 ha müəyyən edilməsi qərara alınmışdır.

3. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, iddiaçı "xxxx" MTK-nın təsisçilərindən (VÖEN **********) biridir.

4. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 267 nömrəli sərəncamına əsasən "xxxx" MTK-nın istifadəsinə verilmiş 0.73 ha torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 478 nömrəli ayrıc aktı verilmişdir.

5. Təsisçilər "xxxx" ilə "xxxx" MTK-nın ümumi yığıncağına müraciət etmişlər. "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış xx.xx.2 013-cü il tarixli “Əlavə pay haqların təsdiq edilməsinə” dair "xxxx"nda (payçılar Yiğitdöl Hikmet, Əliyev Qabil, İddiaçı və Aslanov Yavər) qeyd olunur: “"xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinin Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binasının layihələşdirilməsi barədə xx.xx.2005-ci tarixli 267 saylı Qərarı əsasında Bakı şəhər Baş Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18.04.-673 sayda xx.xx.2006-cı il tarixdə razılaşdırılmış eskiz layihədə yaşayış sahəsinin “C” və “B” blokların, həmçinin ortada yerləşəcək qeyri-yaşayış ticarət sahəsinin lahiyələndirilməsi, tikilməsi və istismara təhvil verilməsi üçün tələb olunan pul vəsaitləri və digər aktivlər tərəfimizdən əlavə pay kimi Yigitdöl Hikmet 60% və X6 40% nisbətdə təqdim edilməsinə və bu prosesdə digər təsisçilərin məs uliyyət, vəzifə və hüquqlarının məhdudlaşdırılması barədə qərar verməyinizi xahiş edirik. Digər ortaklar Yavər Aslanov və İddiaçı A-2 blokuna və C-2 blokuna sahibdir. A2 və C-2 blokunun bundan sonra məsuliyyəti onlara aiddir. Və moykada olan 24 sot sərəncamı yenə İddiaçı və Yavər Aslanova aiddir. Bu 4 blokdan yəni A-2, C-2 və moyka 24 sot olan yerlərdə Qabil Əliyev, Hikmət Yigitdöl və Azər Qurbanov heç bir haqq tələb edə bilməzlər. A-1, C-1, B-1 və ortadakı ticarət mərkəzindən İddiaçı və Yavər Aslanovdan heç bir haqq tələb edə bilməzlər”. "xxxx" MTK-nın ümumi yığıncağının həmin müraciətlə bağlı hər hansı qərarının olmasına dair iddiaçı tərəfindən sübut təqdim edilməmişdir.

6. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarına əsasən: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82) -185/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı X6 və "xxxx" MMC üçüncü şəxslər qismində olmaqla Bakı şəhəri İcra Hakimiyyətinin "xxxx" MMC-yə yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddiası təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)185/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qərarı ləğv edilərək iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə hüquqi mövqeyini “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində göstərilən əsasların mövcud olmaması ilə əsaslandırmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1956/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçı “X8” MTK-nın kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarından iddiaçı “X8” MTK-nın verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-17/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)69/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması, ərizəçi İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş, "xxxx" MMC-nin istifadəsinə ("xxxx" MMC-nin direktoru X6) verilmiş 0.4984 ha hissəsində tikinti və ya digər hərəkətlərin aparılmasının, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin, sözügedən mübahisə predmetinə dair hər hansı bir sənədləşmənin aparılmasının üçüncü şəxs "xxxx" MMC-yə, direktoru X4 və başqa şəxslərə qadağan edilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı 14 yanvar 2022-ci il tarixdə ca vabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinin Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yaşayış binasının layihələşdirilməsi barədə xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncama əsasən Bakı şəhər Baş Memarlıq və Şəhərsalma Baş idarəsi ilə 18.04-673 saylı xx.xx.2006-cı il tarixində razılaşdırılmış eskiz layihədə yaşayış sahəsinin “C” və “B” bloklarının, həmçinin ortada yerləşəcək qeyri-yaşayış ticarət sahəsinin layihələndirilməsi, tikilməsi və istismara təhvil verilməsi üçün tələb olunan pul vəsaitləri və digər aktiv lər əlavə pay kimi təsisçilərə faiz nisbətində təqdim edilməsi və bu barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin "xxxx"na görə digər ortaqlar Yavər Aslanov və İddiaçı A-2 və C- 2 blokuna sahib olmaqla iddiaçının məsuliyyətinə verilmişdir, eyni zamanda, moykada olan 24 sot ərazi Yavər Aslanov və İddiaçı aid edilməsi razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 0.73 ha torpaq sahəsinin "xxxx" MTK-ya ayrılması barədə xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı "xxxx" MTK-nın sədri Hikmət Yigitdölün etibar etdiyi şəxs tərəfindən dəyişdirilmişdir. Belə ki, "xxxx" MTK-nın sədri Hikmət Yigitdöl hüquqi şəxsə dair qanuni hərəkətlərin aparılması üçün verilmiş etibarnamə əsasında öz xeyrinə, öz mənafeyini üstün tutaraq adına dəyişdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət e tmiş, həmin müraciət isə cavabdeh tərəfindən qanunla əsaslandırılmadan müsbət dəyərləndirilərək Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı ilə Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0.4984 ha hissəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Halbuki, "xxxx" MTKnın sədri Hikmət Yigitdöl tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli etibarnamədə ümumiyyətlə sözü gedən Sərəncamın dəyişdirilməsi, hüquqi şəxsin mülkiyyətində olan əmlaklara dair yalnız bir təsisçinin adından bütövlüklə ə mlaka dair hər hansı bir hüquqi addımlar atılması nəzərdə tutulmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC və X6 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

10. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddianın “Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının qismən (40% nisbətində) ləgv edilməsi” kimi qəbul edilməsini xahiş etmiş və məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

11. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş edərək bildirmişdir ki, iddiaçıya Xətai rayon məhkəməsində ona qarşı qaldırılan iddia ilə baglı mübahisəyə baxılarkən "xxx x" MMC-nin direktoru X2 gedən əmlaka dair sərəncam imzaladığı və "xxxx" MTK-nın təsisçisi X1 mülkiyyətində olan həmin əmlakları öz mülkiyyətinə keçirdiyi məlum olmuş, iddiaçının belə bir sərəncamın mövcudluğundan, "xxxx" MTK-nın təsisçisi X1 əmlakının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı ilə dəyişdirilməsi əsasında "xxxx" MMC-nin direktoru X6 tərəfindən öz xeyrinə özgəninləşdirilməsindən xəbəri olmamış, həmin məhkəmədə "xxxx" MMC-yə qarşı “sərəncamın etibarız hesab edilməsi barədə” qarşılıqlı iddia versə sə, məhkəmənin qərardadı ilə icraata xitam verilmişdir. Beləliklə də sərəncamdan məlumatı olmadığından iddia müddətini ötürmüşdür. Məhkəmədən ötürülmüş müddəti üzürlü sayılmasını xahiş etmişdir.

12. İnzibati iş üzrə üçüncü şəxs "xxxx " MMC-nin direktoru X6 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli etirazda bildirilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində tikinti işləri aparılmasından ötrü verilmiş sərancamı mübahisələndirir. Lakin iddiaçı qeyd olunan inzibati aktın onun maraqlarına toxunduğunu əsaslandırmamış və bunun nədə ifadə olunmasını iddia tələbində qeyd etməmişdir. Belə ki, qeyd olunan sərancama nəzər saldıqda görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərancamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərancamının 1-ci bəndi ilə "xxxx" MTK-na ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir. Qeyd olunan sərancam isə onun maraqlarına toxunmur. Üçüncü şəxs bu qərarın 6-cı bəndində qeyd olunan məhkəmə qərarlarına istinad edərək qeyd etmişdir ki, iddiaçının qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim M.C.Qarayeva) buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

14. Məhkəmə hüquqi mövqeyini aşağıd akı kimi əsaslandırmışdır: “İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı şəhər İcra Hakimiyyəti başçısının 443 saylı sərəncamı xx.xx.2015-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 6 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İşdən görünür ki, iddiaçı mübahisə edilən inzibati aktın mövcudluğu barədə nə vaxtdan məlumatlı olması ilə bağlı konkret mövqe göstərməsə də, onun tikinti işlərinin həyata keçirilməsindən, tikililərin satılmasından təxmini 3 ildir ki (sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1956/2018 saylı, 23 ok tyabr 2018-ci il tarixli qərardadı əsas götürülməklə) məlumatlı oldugu məlum olur”.

15. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1504/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)5223/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərardadı ləğv edilmiş, prosessual müddətin bərpası barədə ərizə təmin edilərək iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı, X6 və "xxxx" MMC üçüncü şəxslər qismində olmaqla, Bakı şəhəri İcra Hakimiyyətinin "xxxx" MMC-yə yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının etibarsız hesab edilməsi tələbinə dair yuxarıda qeyd edilən iş üzrə hər üç instansiyada qəbul edilmiş məhkəmə aktlarına baxış keçirilən zaman İddiaçı inzibati mübahisə üzrə hər hansı instansiyada aparılan məhkəmə icraatında iştirak etməsi faktı müəyyən edilməmişdir. İddiaçı “X8” MTK-nın təsisçisi olması faktı iş materiallarından görünür. Lakin, digər sübutlarla faktiki təsdiq edilmədiyi halda, bu fakt hələ İddiaçı təsisçilərindən biri olduğu MTK-nın tərəf olduğu məhkəmə icraatının gedişindən mütləq xəbərdar olması nəticəsinə gəlməyə əsas deyildir.

18. Eyni zamanda, İddiaçı hazırki iddia tələbinə dair subyektiv hüququnun olubolmaması müəyyənləşdirilərkən, təkcə “X8” MTK-nın təsisçisi olması faktı deyil, yuxarıda qeyd edilən "xxxx" da nəzərə alınmalıdır. Belə ki, iddiaçının subyektiv hüququ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, İddiaçı hazırki mübahisə üzrə təkcə “X8” MTK-nın təsisçisi kimi deyil, eyni zamanda, "xxxx"na əsasən ona aid torpaq sahəsində üçüncü şəxs tərəfindən tikinti aparılması nəticəsində hüquqları pozulmuş ortaq kimi maraqlarına toxunulan şəxs qismində çıxış edir.

19. Qeyd edilən mövqeyi nəzərə alaraq kollegiya bildirmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli sərəncamını ona aid olan hissədə mübahisələndirmək hüququnun olması işin faktiki halları ilə öz təsdiqini tapır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddi açının üçüncü şəxs tərəfindən ərazidə tikintilər aparılmasından və satılmasından xəbərdar olması qənaətinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı apelyasiya şikayətinin məzmunundan və iddiaçı tərəfin izahatından da müəyyən edilir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamından, yuxarıda qeyd edilən "xxxx"na əsasən iddiaçıya aid edilmiş hissəyə üçüncü şəxsin müdaxiləsindən sonra yaranmış mübahisənin məhkəmə qaydasında həlli zamanı - Xətai rayon Məhkəməsinin icraatında olmuş "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” barədə tələbinə dair inzibati işin gedişindən xəbərdar olmuş və həmin sərəncamın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia irəli sürmüş, lakin müvafiq tələb inzibati icraat qaydasında baxılmalı o lduğundan, qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərardad qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə elektron sistemə yerləşdirilmiş və bundan sonra iddiaçının “xx.xx.2015-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı inzibati Məhkəməsinə daxil olmuşdur.

21. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı hazırda mübahisələndirdiyi inzibati akt – xx.xx.2015-ci il tarixli sərəncam barədə məlumatlı olması vaxtı konkret olaraq müəyyən edilə bilməsə də, hazırkı halda Xətai rayon Məhkəməsinin icraatında "xxxx" MMCnin cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” barədə tələbinə dair ilkin iddiası üzrə “sərəncamın etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia irəli sürdüyü zaman məlumatlı olmuş, lakin hüquqlarının müdafiəsi üçün yalnış məhkəməyə müraciət etmişdir. Məhkəmənin aidiyyət məsləsinin həllinə dair yekun qərardadının çıxarılmasından sonra isə hazırkı tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

22. Bakı İnzibati Məhkəməsində işin təkrar baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış Əlavə pay haqların təsdiq edilməsinə dair Ortakların Anlaşmasına əsasən ona verilmiş A-2 və C-2 bloklarının (onların arasında yerləşən torpaq sahəsi daxil olmaqla) yerləşdiyi torpaq sahəsinə aid hissədə "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətin in xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış Əlavə pay haqların təsdiq edilməsinə dair Ortakların Anlaşmasına əsasən İddiaçı verilmiş A-2 və C-2 bloklarının (onların arasında yerləşən torpaq sahəsi daxil olmaqla) yerləşdiyi torpaq sahəsinə aid hissədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır.

24. Məhkəmə qeyd etmişdir ki, "xxxx" tərəflərin imzaları ilə təs diq edilməklə tərtib edilmişdir və hazırda qüvvədədir. Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı imzalanarkən isə qeyd olunanlar nəzərə alınmamışdır. Həmin torpaq sahəsi ilə bağlı aralarında yazılı razılaşmanın olmasına baxmayaraq, iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli sərəncamından məlumatı olmamış, bu barədə ona məlumat verilməmişdir. MTK-nın torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi, qeyd olunan “Ortakların Anlaşmasına” əsasən iddiaçıya aid torpaq sahəsinə müdaxilə edilməsi və onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, iddiaçı həm "xxxx" MTK-nın təsisçisidir, həm də ona aid torpaq sahəsi mübahisələndirilən sərəncama əsasən üçüncü şəxsin istifadəsinə verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

25. Üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

26. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın ona münasibətdə mümkün sayılmamasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və X.A.Cəmilova) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5223/2022 saylı qərarı ləğv edilmiş, İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır.

28. Məhkəmə koll egiyası öz hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, hazırda İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamının qismən (40% nisbətində) ləğv edilməsi barədə iddia ərizəsi əvvəllər onun təsisçilərindən biri olduğu “X8” MTK tərəfindən də mübahisələndirilmişdir. “X8” MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (X6 və "xxxx" MMC üçüncü şəxs qismində olmaqla) iddia ərizəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018ci il tarixli, 2-1(102)- 1956/2018 saylı qərarı ilə “X8” MTK-nın verdiyi kas sasiya şikayəti üzrə icraata xitam verilmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır”.

29. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, eyni zamanda İPM-nin 9.1, 35.3 və 78-ci maddələrinə istinad edilərək şikayətin təmin olunması xahiş edilmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

32. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

35. İddianın mümkünlüyü -35.1 Bu Məcəllədə başqa q ayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər -94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. -94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. -94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat -96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. -96.9. Ali Məhkəmə apellyasiya inst ansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı -98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

33. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə q arşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb ed ən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkə məsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi mə sələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiy a məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı layihələndirilmə barədə sərəncamının ləğv edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

41. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

42. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də n əzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüquqa malik olması şərti də yerinə yetirilməlidir.

43. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılm ası istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətlər i etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

46. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırda iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamının qismən (40% nisbətində) ləğv edilməsi barədə iddia ərizəsi əvvəllər onun təsisçilərindən biri olduğu “X8” MTK tərəfindən də mübahisələndirilmişdir. “X8” MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (X6 və "xxxx" MMC üçüncü şəxs qismində olmaqla) iddia ərizəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21( 103)-1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli, 21(102)- 1956/2018 saylı qərarı ilə “X8” MTK-nın verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1198/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır.

47. İddiaçı hazırkı iddiasında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərəncamının qismən (40% nisbətində) ləğv olunmasını tələb etmişdir. Həmin sərəncamla "xxxx" MMC-nin müraciəti və "xxxx" MTK-nın razılığı nəzərə alınmaqla Xətai rayonu, Xocalı (keçmiş Telnov) prospektindəki 1181-ci məhəllədə xx.xx.2005-ci il tarixli sərəncamın 1 -ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0.73 ha torpaq sahəsinin tikilməmiş 0.4984 ha hissəsi eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilmiş, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək 0.2316 ha müəyyən edilmişdir.

48. İddiaçı tələbinin əsası kimi "xxxx" MTK-nın payçıları Hikmət Yigitdöl, Azər Qurbanov, Yavər Aslanov və özü arasında bağlanılmış "xxxx"na istinad etmişdir. Həmin sənədin məzmunundan görünür ki, yaşayış və qeyri- yaşayış sahələrinin payçılar arasında bölüşdürülməsi (iddiaçının digər payçı Yavər Aslanovla birgə A-2 blokuna və C-2 blokuna sahib olması, moykada olan 24 sot sərəncamın ona və Yavər Aslanova aid olması) qeyd edilmiş və "xxxx" MTK-nın ümumi yığıncağına ünva nlanmışdır. 49. "xxxx"nın məzmunundan müəyyən olunur ki, orada MTK tərəfindən inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin bölüşdürülməsi ilə bağlı məsələ həll edilmiş, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində icarə hüquqlarının hansısa şəxslərə verilməsi məsələsinə münasibət bildirilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, "xxxx" MTK-nın ümumi yığıncağına ünvanlanmışdır, yəni tərəflər gəldikləri razılaşmanın ümumi yığıncaq tərəfindən təsdiqlənməsini xahiş etmişlər. Belə olan halda, ümumi yığıncağın qərarının olmaması "xxxx"nda şərtlərin hüquqi qüvvəsinə təsir etmiş olur.

50. Məhkəmə kollegiyası bəhs olunanlara istinad edərək qeyd edir ki, "xxxx" ilə təsisçilər "xxxx" MTK-nın ümumi yığıncağına müraciət ünvanlamışlar. "xxxx" MTK-nın ümumi yığıncağının həmin müraciətlə bağlı hər hansı qərarının olmasına dair iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Odur ki, "xxxx"na əsaslanmaqla belə iddiaya baxılması istisna olunduğundan, iddiaçının hazırkı mübahisəyə münasibətdə tələb hüququ olmamış, nəticədə o, subyektiv hüquqa malik olmamış, subyektiv hüquqa malik olmadığından cavabdehdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququna malik olmamışdır.

51. Bu baxımdan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı layihələndirilmə barədə sərəncamı ilə bağlı cavabdehin hərəkətləri nəticəsində hüququnun pozulduğunu bəyan etməkdə iddiaçı haqlı sayıla bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının subyektiv hüququnun mövcud olmaması qeyd edilən sərəncamın ləğv olunmasını cavabdehdən tələb etmək imkanını istisna edir. Odur ki, mübahisəyə dair iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün hesab edilməli, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar