Məhkəmə qərarları › İş №2-1(102)-1060/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1060/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1060/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi) Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mər kəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-753/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona pensiya təyin olunması üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzinə müraciət etmişdir.

2. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. İmtinanın əsası kimi göstə rilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, arxiv arayışına və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 22 il 10 ay 13 gün təşkil edir. Həmçinin, xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün araşdırılmasına zərurət yaranmışdır. Təqdim etdiyi arxiv arayışına əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddətdə 1992-ci ildə 2 ay, 1993- cü ildə 11 ay, 1999-cu ildə 6 ay və 2000-ci ildə 8 ay ona əmək haqqı hesablanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə mara qlı şəxs Sənaye və Texnologiyalar üzrə X3 Təhsil Mərkəzinə qarşı ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqi əhəmiyyəti olan faktın - xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı X2 məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair ərizəsini təmin edərək qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq hüquqi yardım barədə sərəncam göndərilmiş və bundan sonra iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Samux rayon Texniki Peşə Məktəbində çağırışa h azırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi müddətin sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildə Azərbaycan Texnologiya Universitetinin Yeyinti ixtisasının axşam şöbəsini bitirmişdir. xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində çalışmışdır. xx.xx.1992-ci ilədək müddətdə isə müxtəlif təsisatlarda, idarə və müəssisələrdə, istehsalat sahələrində işləmişdir. 7. 24.02.2022-ci il ta rixdə iddiaçının 65 yaşı, yəni pensiya yaşı tamam olub. O, bu səbəbdən də yaşa görə əmək pensiyasına çıxmağı üçün müvafiq sənədləri toplayaraq cavabdehə təqdim etmişdir. Cavabdehin bununla bağlı ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubu ilə müraciətindən imtina edilmişdir. Halbuki, pensiya kapitalının qeydə alınmadığı dövrdən əvvəl o, 16 nömrəli Samux rayon Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində çalışmışdır. Peşə məktəbi sonrakı mərhələdə Gəncə regional Peşə Liseyinin filialına çevrilib və 2000-ci ilin 1 sentyabrında fəaliyyəti dayandırılıb. 2000-ci ilədək müddətdə, yəni texniki-peşə məktəbi fəaliyyətini dayandıranadək bu təlim-tərbiyə ocağında çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Filialın ləğvi barədə əmək kitabçasında da kadrlar şöbəsi rəisinin qeydləri mövcuddur. Orada göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən filial ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 405 nömrəli qərarına və Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2020-ci il tarixli F- 546 nömrəli əmrinə əsasən 1 nömrəli X4, 2 nömrəli X4 və 3 nömrəli Gəncə Peşə məktəbi birləşdirilərək onların bazasında "Sənaye və Texnologiyalar üzrə X3 Təhsili Mərkəzi" publik hüquqi şəxs yaradıldığından arxiv Mərkəzə verilmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçının əmək kitabçasına, arxiv arayışına və hərbi biletinin surətinə əsasən onun sığorta stajı 16 il 2 ay 5 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Həmçinin, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 16 il 2 ay 5 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Beləliklə, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək kitabçasında işdən azad olunması barədə əmr olmadığı üçün həmin illər pensiya təyinatına imkan verməyən mübahisəli illərdir. Bununla yanaşı, 1992-ci ildə 2 ay, 1993-cü ildə 11 ay, 1999-cu ildə 6 ay və 2000-ci ildə 8 ay iddiaçıya əmək haqqı hesablanmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçının tələb olunan sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1981/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi 16 saylı Texniki Peşə Məktəbində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qey d etmişdir ki, cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi 16 saylı Texniki Peşə Məktəbində işlədiyi müddətdə 1992-ci ildə 2 ay, 1993-cü ildə 11 ay, 1999-cu ildə 6 ay və 2000-ci ildə 8 ay əmək haqqı hesablanmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır. Lakin cavabdeh orqan tərəfindən hazırlıq iclası zamanı məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda iddiaçının sığorta stajının 16 il 2 ay 5 gün olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik olmadığı göstərilmişdir.

11. Məhkəmə tərəfindən imtina məktubunda və iddiaya yazılı etirazda cavabdeh tərəfindən iddiaçının qəbul edilən (mübahisələnd irilən) sosial sığorta stajlarının müddətlərində olan ziddiyyət araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin müraciəti zamanı onun xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddətdə əmək haqqı aldığı dövrlər sosial sığorta stajı kimi qəbul edilmiş, əmək haqqı almadığı dövrlər isə qəbul edilməmişdir. Sonradan isə məhkəmə araşdırması zamanı iddiaçının sosial sığorta stajının yenidən araşdırılması və müəyyən edilməsi üçün Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filial tərəfindən xidməti məktubla Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edildikdən sonra onun xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddət iddiaçının əmək kitabçasında işdən azad olma əmrinin olmaması səbəbindən bütövlükdə onun sığorta stajı kimi qəbul edilməmişdir.

12. Yəni, cavabdehin iddiaçının sosial sığorta stajında mübahisələndirdiyi dövr onun xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək 16 nömrəli Texniki Peşə Məktəbində işlədiyi müddəti əhatə edir, imtina məktubunda həmin dövrün iddiaçının əmək haqqı aldığı dövr sosial sığorta stajına daxil edilmiş, əmək haqqı almadığı dövr nəzərə alınmamış, sonradan isə həmin müddət bütövlükdə (yəni, tamamilə) sosial sığorta stajı kimi nəzərə alınmamışdır.

13. Məhkəmə cavabdeh orqanın hazırkı vəziyyətdə iddiaya qarşı etiraz əsaslarının (əmək kitabçasının doldurulma qaydalarının pozulması – işdən azad edilmə əmrinin qeyd edilməməsi) imtina məktubundakı imtina əsasla rından (əmək haqqı alınmayan dövrün sosial sığorta stajına hesablanmaması) fərqlənməsini nəzərə alaraq, cavabdehin hər iki dəlilinə qiymət verməklə, aşağıdakılara görə onun mövqeyini əsassız hesab edir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasın da lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

15. İddiaçının xx.xx.1957-cu il tarixdə doğulması, xx.xx.2022-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması da iş materialları ilə öz təsdiqini tapır.

16. Belə ki, iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasında onun xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (2 il 2 ay 3 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (9 il 9 ay 1 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Kommunist Partiyasının Xanlar rayon komitəsində (1 il 1 ay 22 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (2 il 9 ay), xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 №-li Texniki Peşə Məktəbində (8 il) işləməsi qeyd edilmişdir. Həmin dövr 23 il 9 ay 26 gün təşkil edir.

17. Cavabdeh inzibati orqan xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 №li Texniki Peşə Məktəbində işlədiyi müddəti – əvvəlcə iddiaçının bəzi illərdə əmək haqqı almaması əsası ilə (əmək haqqı al dığı aylar nəzərə alınmışdır), daha sonra əmək kitabçasında işdən azad edilmə əmrinin qeyd edilməməsi əsası ilə mübahisələndirmişdir.

18. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1992ci il tarixli 44 №-li əmrlə həmin tarixdən 16 №-li Texniki Peşə Məktəbinə çağırışa qədər hazırlıq üzrə rəhbər vəzifəsinə təyin edilməsi, xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən filial ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilməsi qeyd edilmişdir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin f aktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İddiaçının işdən azad edilmə barədə əmrin tarixi və nömrəsinin qeyd edilməməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, əmək kitabçasının tərtib olunması və orada məlumatların qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən onun düzgün tərtib olunması və məlumatın qeyd edilməsi (edilməməsi) işəgötürənin məsuliyyət sferasına aiddir.

21. Məhkəmə tərəfindən sorğular verilsə də, Samux rayon Peşə Məktəbinin 2000-ci illərin əmək haqqı kitabları mühafizə olu nmaq üçün Samux Rayon Dövlət arxivinə təhvil verilmədiyindən iddiaçının işdən azad edilmə əmrini əldə etmək mümkün olmamışdır.

22. Bununla yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Texnologiyalar üzrə X3 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı həmin arayışı cavabdeh orqana təqdim etsə də, həmin arayış da nəzərə alınmamışdır.

23. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Texnologiyalar üzrə X3 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışında və məhkəmənin sorğusuna xx.xx.2023-cü il t arixli 67 nömrəli cavab məktubunda İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi qeyd edilmiş, daha sonra həmin Mərkəzin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 75 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Məhkəməyə göndərilən məktubda xx.xx.2000-ci il tarixi mexaniki səhv olaraq xx.xx.2000-ci il kimi yazılmışdır.

24. Göründüyü kimi, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr 8 il (xx.xx.1992-xx.xx.2000) təşkil edir və həmin müddət yuxarıda qeyd edilənlərə əsasən onun sosial sığorta stajına daxil edilməlidir.

25. B undan əlavə, iddiaçıya məxsus VU № 073526 nömrəli hərbi biletlə onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 7 gün) hərbi xidmətdə olduğu qeyd edilmiş, həmin müddət cavabdeh orqanın özü tərəfindən mübahisələndirilməmiş və iddiaçının sosial sığorta stajına daxil edilmişdir.

26. İddiaçının mübahisələndirilməyən əmək fəaliyyəti dövrü (15 il 9 ay 26 gün - bu qərarın 48-ci bəndi), mübahisələndirilən əmək fəaliyyəti dövrü (8 il), eləcə də hərbi xidmətdə olduğu dövr (2 il 7 gün) – cəmi 25 il 10 ay 3 gün təşkil etməsi nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur.

27. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-753/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1981/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, əmək haqqı cədvəllərinin müəyyən edilməməsi və ya düzgün tərtib olunmaması, Dövlət Arxivinə təhvil verilməməsi, həmçinin iddiaçının işdən azad edilmə barədə əmrinin tarixi və nömrəsinin qeyd edilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilmə yən və ya düzgün tərtib olunmayan sənədlərə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar.

30. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir.

32. Şikayətdə, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilmə si və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlan ılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

33. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığor tasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

34. İddiaçının əməkhaqqı almadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Eyni zamanda həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının əməkhaqqı almadığı dövrlər üzrə bunun səbəbləri araşdırılmalı olduğu halda araşdırılmamış, əksinə əməkhaqqı cədvəllərinin aşkar olunmamasını iddiaçının ziyanına qiymətləndirilməməli olması qənaətinə gəlmişdir.

35. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır.

36. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən yalnız iddiaçının işlədiyi müəssisənin mövcudluğunu əsas götürərək, əsassız olaraq iddiaçının əməkhaqqı almadığı dövrlərin onun əmək kitabçasında əks olunmasına istinad edərək, iddiaçının işdən azad edilmə barədə əmrin tarixi və nömrəsinin qeyd edilməməsi iddiaçının hərəkə t və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığını bildirərək həmin dövrləri sosial sığorta stajına daxil etmişdir.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icr aatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

39. Cavabdeh kassasiya şikayətinin əsas dəlili kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nm 4.1-ci bəndinə əsaslanaraq qeyd etmişdir ki, “Əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alman sosial sığorta stajı “Sosial sığorta haqqınd a” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir”.

40. Gəncə Apellyasiya Məhkəməsinin qərarında həmin məsələyə toxunulmuş, müzakirə edilmiş və nəticəyə g əlinmişdir ki, iddiaçının əmək kitabçası olduğuna görə və əmək kitabçasında lazımı qeydlər olduğuna görə, yəni onun iş dövrü barədə qeydlərin düzgünlüyü və dəqiqliyi mübahisələndirilmədiyinə görə, eyni zamanda həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olmadığına görə, onun əmək stajını təsdiq edən digər sənədlərin, o cümlədən əmək haqqı cədvəlinin tələb edilməsi zəruri deyildir.

41. Kassator analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına istinad edərək, qeyd etmişdir ki, həmin iş üzrə Məhkəmə Kollegiyasının göstərişi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən həmin iş üzrə iddiaçının mübahisəli iş illərinə dair hərtərəfli araşdırılma aparılmamışdır.

42. Hazırki iş üzrə belə mübahisənin araşdırılmasına zərurət olmamışdır. Çünki işə götürənin təqsiri üzündən tək id diaçıya münasibətdə deyil, bütövlükdə 16 saylı Texniki Peşə məktəbinin işçilərinə münasibətdə, işçilərin əmək fəaliyyətinə aid sənədlər Dövlət Arxivinə ya təhvil verilməmiş, ya da ki, hissəvi və natamam şəkildə verilmişdir.

43. Cavabdeh Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsaslanaraq, guya məhkəmənin iddiaçıya münasibətdə qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmamasını tam araşdırmadığını qeyd etmişdir.

44. Birinci instansiya və apellyasiya instansiyası tərəfindən cavabdehin imtinasının əsasları, o cümlədən apellyasiya şikayətinin dəlilləri, bundan başqa iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmamasını əsasları tam araşdırılmış və qiymət verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 45. “Əmək pensiyaları haqqında” Azərbaycan Resp ublikasının Qanunu: Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

46. Azərbaycan Respublikasının İnzibat i Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasla ndırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

49. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

51. Qanunvericiliyin yuxarı da istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

53. İddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.

54. Bundan əlavə, X3 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi qeyd edilmişdir.

1. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı həmin arayışı cavabdeh orqana təqdim etsə də, həmin arayış da nəzərə alınmamışdır. Göründüyü kimi, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr 8 il (xx.xx.1992-xx.xx.2000) təşkil edir və həmin müddət yuxarıda qeyd edilənlərə əsasən onun sosial sığorta stajına daxil edilməlidir.

2. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hes ab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

55. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-753/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar