Məhkəmə qərarları › İş №2-1(102)-1061/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1061/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1061/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi 23.06.2021 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1569/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 26 avqust 2003-cü il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, 06.01.2017-ci il tarixdən isə Vergilər Nazirliyinin müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin iqtisadi sahədə mühüm işlər üzrə idarəsinin Əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə keçirilm işdir.

2. Vergilər nazirinin 10.07.2018-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar struktur dəyişikliyi edilmiş, iddiaçı işlədiyi iqtisadi sahədə mühüm işlər üzrə idarə, ümumiyyətlə, ləğv edilərək Departamentin tərkib quruluşu yenidən təsdiq edilmiş və müxtəlif başqa idarə və şöbələr yaradılmışdır.

3. Təşkilati ştat tədbirlərinin həyata keçirilməsi ilə bağlı iddiaçının vergi orqanlarında başqa vəzifəyə keçirilməsi qeyri-mümkün olduğu üçün Vergilər nazirinin 13.07.2018-ci il tarixli əmri ilə iddiaçı 12.07.2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75ci maddəsinin 3-cü hissəsinə əsasən xita m verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür.

4. Vergilər nazirinin “Sərəncamda saxlama müddətinin uzadılması haqqında” 17.10.2018-ci il tarixli əmri ilə iddiaçının nazirliyin sərəncamında saxlanılma müddəti 3 ay müddətinə, 12.01.2019-cu il tarixədək uzadılmış, lakin sonradan həmin əmrə “Sərəncamdan çıxarılma haqqında” 12.12.2018-ci il tarixli əmrlə dəyişiklik edilərək 21.11.2018-ci il tarixdən nazirliyin sərəncamından çıxarılmış hesab edilmişdir.

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin iddiaçıya ünvanlanmış 16.04.2019-cu il tarixli məktubunda iddiaçının dövlət vergi orqanlarına işə bərpa edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış və aidiyyəti üzrə baxılmaq üçün Vergilər Nazir liyinə daxil olmuş 11.03.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilmiş 11.07.2018-13.07.2018ci il tarixlərdə işdə olmamağı barədə əmək qabiliyyətinin olmaması vərəqəsi Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim olunmamışdır. Habelə, iddiaçıya Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentində müvafiq iş təklif edilmiş, lakin onun tərəfindən təklif qəbul edilməyərək imtina edilmişdir. Dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005- ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında işə qəbul olunma q üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq müsabiqə (test imtahanı və müsahibə) qaydasına aparılır.

6. İddiaçı Vergilər Nazirliyinin vəzifəli şəxslərinə ünvanlanmış 31 avqust 2019cu il tarixli şikayət ərizəsində müvafiq vəzifəli şəxslərin ona və ailə üzvlərinə qarşı olan maddi və mənəvi formada qanunsuz ədalətsiz hərəkətləri onun və ailə üzvlərinin maddimənəvi zərər çəkməsinə də səbəb olduğundan, Vergilər Nazirliyindən ona vurulmuş maddi zərərin əvəzi kimi 15.000 manat, hər bir vəzifəli şəxsdən ayrı-ayrılıqda ona vurulmuş maddi zərərin əvəzi kimi 15.000 manat, ona vurulmuş mənəvi zərərin əvəzi kimi 45.000 manat, hər bir vəzifəli şəxsdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 45.000 manat, ümumilikdə, 120.000 manat vəsaitin alınaraq ona verilməsi barəd ə göstəriş verilməsini xahiş etmişdir.

7. İddiaçının maddi və mənəvi zərərin ödənilməsi barədə 31 avqust 2019-cu il tarixli müraciətinə cavab olaraq 19.09.2019-cu il tarixli məktubla bildirilmişdir ki, bundan əvvəl Vergilər Nazirliyinə daxil olmuş eyni məzmunlu müraciəti araşdırılmış və nazirliyin 05.09.2019-cu il tarixli məktubu ilə cavablandırılaraq, qeyd olunmuş ünvana göndərilmişdir. a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə və onun bir sıra vəzifəli şəxslərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən ona qarşı olan maddi və mənəvi formada qanunsuz və ədalətsiz hərəkətləri onun maddi və mənəvi zərər çəkməyinə də səbəb olduğundan, vurulmuş maddi zərərin əvəzi kimi 60.000 manat, ona vurulmuş mənəvi zərərin əvəzi kimi 60.000 manat, ümumilikdə, 120.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən cavabdeh orqanda müxtəlif vəzifələrdə xidmət etmişdir. İşlədiyi müddətdə əmək fəaliyyəti ağır stress şəraitində keçdiyindən onda 2015-ci il tarixdən şəkərli diabet xəstəliyinin əlamətləri aşkar olunmuşdur. 2018-ci il tarixdən Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində vəzifəyə təyin olunan cavabdeh vəzifəli şəxslərin qanunsuz təzyiqləri nəticəsində iddiaçının ağır şəkərli diabet xəstəliyi şiddətlənmişdir. 08.06.2018-ci il tarixdə işdə olarkən cavabdehin vəzifə li şəxslərinin təzyiqi nəticəsində iddiaçının səhhəti pisləşmiş, icazə alaraq evə gedib “103” təcili tibbi yardım xidmətinə zəng edib tibbi yardım istəmişdir. Həmin gün, yəni 08.06.2018-ci il tarixdə iddiaçının valideyni, anası X1 Nazirliyinin vəzifəli şəxs qəbulunda olaraq iddiaçıya olan təzyiqlərin səbəbini soruşmuş, qanunsuz əməlləri dayandırmağı tələb etmişdir. İddiaçının anası qəbulda olarkən müxtəlif təzyiqlərlə qarşılaşmışdır. Bu barədə Vergilər Nazirliyinə şikayət teleqramı ünvanlanmışdır. Teleqrama cavab olaraq 5 iyul 2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Xəstəliyi ilə bağlı 11.07.2018-ci il tarixdən 13.07.2018-ci il tarixə kimi ambulator müalicə aldığı və həmin dövrdə xəstəliyinin şiddətlənməsi ilə bağlı əmək qabiliyyətinin olmadığı halda Vergilər Nazirinin 13.07.2018- ci il tarixli əmri ilə 12.07.2018-ci il tarixdən tutduğu dövlət vergi müfəttişi vəzifəsindən kənarlaşdırılmış və üç ay müddətinə Vergilər Nazirliyinin sərəncamına, 12.12.2018-ci il tarixli əmri ilə 21.11.2018-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Dəfələrlə müraciət etsə də, cavabdeh orqandan gələn cavablar demək olar ki, eyni məzmunludur. İddiaçı hesab edir ki, cavabdeh orqanın vəzifəli şəxsləri tərəfindən onun hüquqları pozulmuşdur. Cavabdeh orqanın vəzifəli şəxslərinin hərəkətləri nəticəsində xəstəliyi ilə əlaqədar səhhətinin ağır vəziyyətdə olduğu halda, ondan heç bir izahat almadan və xidməti barədə heç bir araşdırma aparmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə) tutduğu vəzifədən azad edildiyi barədə aldığ ı məlumat iddiaçıya son dərəcə ağır təsir etmiş və onun səhhəti daha da pisləşmişdir. Bu da cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi zərər kimi qiymətləndirilməlidir.

11. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, cavabdeh orqan təşkilati ştat tədbirlərinin aparılması ilə bağlı iddiaçının başqa vəzifəyə keçirilməsi mümkün olmadığından ilkin olaraq onu tutduğu vəzifədən azad edərək, sərəncama götürsə də, daha sonra digər əməkdaşlarla yanaşı iddiaçının vergi orqanlarında mövcud olan vəzifələrə uyğun olmadığı qənaətinə gələrək onu nazirliyin sərəncamından çıxarmışdır. Göründüyü kimi yuxarıda göstərilmiş hallar tam olaraq qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan əlavə, maddi və mənəvi zərərin ödənilməsi o halda mümkün ola bi lər ki, maddi və mənəvi ziyan bilavasitə vergi orqanının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və ya hərəkətsizliklə iddiaçıya vurulmuş maddi və mənəvi zərərlə səbəbli əlaqə mövcud olsun və vergi orqanının təqsirinin mövcudluğu müəyyən edilmiş olsun. Yəni, iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi kimi formal və sübuta yetirilməyən mülahizələrə istinad etməklə uydurma maddi və mənəvi zərərin vurulmasını tələb edə bilməz. Başqa sözlə iddiaçı öncə işdən azad edilməsi ilə bağlı əmrin qanunsuz olduğunu sübut etməli, daha sonra ona vurulmuş maddi və mənəvi ziyanın bilavasitə həmin əmrin qəbul edilməsi zamanı baş verdiyi, qəbul edilmiş əmrlə vurulmuş maddi və mənəvi ziyan arasında səbəbli əlaqənin olduğu və bu cür əmrin qəbul edilməsində cavabdeh orqanın təqsirinin mövcud olduğu sübuta yetirilməlidir. Belə olan halda, iddiaçının müvafiq vaxtlarda təcili yardımın çağırışı ilə bağlı arayışların sübut kimi iddia ərizəsinə əlavə edilməsi heç də onun sağlamlıq vəziyyətinin məhz cavabdeh orqanın qəbul etdiyi əmr (hərəkətlər) nəticəsində baş verdiyinə dair sübut kimi qəbul edilməsinə və iddianın təmin edilməsinə əsas kimi çıxış edə bilməz və bu hal qanunvericiliyin tələblərinə uyğun deyildir. Çünki qeyd olunan arayışlar yalnız təcili yardımın çağırılmasını sübut edir ki, bu çağırışlara səbəb isə iddiaçının qeyd etdiyi kimi uzun müddət əziyyət çəkdiyi xroniki şəkər xəstəliyi nəticəsində vəziyyətinin ağırlaşması ola bilər ki, həmin xəstəliyin mövcud olmasına görə isə cavabdeh orqan heç bir məsuliyyət daşıya bilməz.

12. Bakı İnzibati Məhkəmə sinin (hakim X5, 2-1(112)-2132/2020 saylı iş) 1 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onlar tərəfindən ödənilməsi istisna olunduğundan iddia əsassızdır

14. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyas iya instansiyası məhkəməsindəki icraat

15. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X11-məruzəçi, X14 və X25, 2-1(103)1569/2020 saylı iş) 30 sentyabr 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 iyun 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

16. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

17. İddiaçının kasasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə q arşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

22. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət o rqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə).

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmla k hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompen sasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 1-ci bənd. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkre t hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

25. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası vurğula yır ki, iddiaçı Ali Məhkəmənin sədrinə ünvanlandığı şikayət ərizələrində barəsində əvvəllər baxılmış işdə iştirak etmiş məhkəmə tərkibinin hazırkı işdə baxılmasına etiraz etdiyini bildirmiş, iddiaçının şikayət ərizəsi məhkəmə tərkibi tərəfindən iddiaçı və cavabdeh tərəfin iştirakı ilə müzakirə edilmiş, hakim tərəfindən işə baxılmasının yol verilməməsi və hakimə etiraz olunması üçün İPM-in 18 və 19-cu maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri olmadığından, hazırkı tərəflər arasında mübahisə predmeti ilə əvvəlki işdə olan mübahisə predmeti fərqli olduğundan İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 21.3-cü maddəsinin tələbinə əsasən iddiaçının etirazı məhkəmə tərkibi tərəfindən baxılmamış saxlanılmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəf indən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçı cavabdehin ədalətsiz hərəkətləri nəticəsində ona maddi və mənəvi formada ziyan vurulduğunu bildirib ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir.

31. İşdə olan sənədlərdən görünür ki, iddiaçı əvvəllər vergi orqanlarında işləmiş, 2018-ci ildə vergi orqanlarında fəaliyyətinə xitam verilmişdir.

32. İddiaçının şikayətinin dəlillərinə görə cavabdehin rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və maraqlarını güdməklə dövlət qulluqçusu kimi vəzifə öhdəliklərini n icrası ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən təzyiqlərə məruz qalmışdır.

33. İddiaçının şəkərli diabet xəstəsi kimi poliklinikada dispanser qeydiyyatda olması, ayrı-ayrı vaxtlarda yaşadığı mənzildə qısa müddətdə bir neçə dəfə tibbi yardım göstərilməsi mübahisə doğurmur.

34. Həmçinin cavabdehin 13 iyul 2018-ci il tarixli əmrindən çıxarışa əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mühüm işlər üzrə idarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 iyul 2018ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hiss əsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilməsi və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsi əmr edilmişdir.

35. İş materiallarından eyni zamanda məlum olur ki, 14 iyul 2018-ci il tarixdə iddiaçının iştirakı ilə “Təhvil-təslim akt”ı və həmin “akt”a Əlavə rəsmiləşdirilmiş və iddiaçı həmin aktları imzalamışdır. Sözügedən 14 iyul 2018-ci il tarixli “Təhvil-təslim akt”ında isə qeyd olunmuşdur ki, “Biz aşağıda imza edənlər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (bundan sonra-Departament) baş direktorunun müavini, ədliyyə müşaviri X3, Təşkilati-təminat şöbəsinin rəhbəri - baş mühasibi ədliyyə müşaviri X12, Təşkilati-təminat şöbəsinin rəhbərinin müavini ədliyyə müşaviri X8, Təşkilati-təminat şöbəsinin baş mütəxəssisi ə dliyyə müşaviri X19, Təşkilatitəminat şöbəsinin müvəkkili, 2-ci dərəcəli hüquqşünas X15, Əməliyyat idarəsinin Operativ nəzarət şöbəsinin rəisi, 1-ci dərəcəli hüquqşünas X7, digər tərəfdən sabiq əməkdaş İqtisadi sahədə mühüm işlər üzrə idarəsinin Əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli hüquqşünas İddiaçı aktı və əlavəsini imzalamaqla təsdiq edirik ki, Vergilər Nazirliyinin 13.07.2018-ci il tarixli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan inventar və avadanlıq bu aktda sabiq əməkdaş qismində qeyd olunan şəxsdən təhvil alınmışdır. Akt və aktın əlavəsi iki nüsxədə tərtib olundu. Akt və aktın əlavəsinin bir nüsxəsi sabiq əməkdaşa təqdim edildi digər nüsxəsi təhvil-təslim işlərinin aparıldığı strukturda saxlanıld ı”.

36. Bəhs olunan sənədlərlə iddiaçının sağlamlığı ilə bağlı işdən azad olunması qeyd edilməmiş, iş otağı və inventarı təhvil verərkən iddiaçı özü şəxsən iştirak etmiş, cavabdehin qanunsuz hərəkətləri nəticəsində sağlamlığına ziyan vurulmasını bildirməmişdir.

37. İddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, müxtəlif xəstəliklər keçirilməsi ilə bağlı sənədlərin surətlərini məhkəməyə təqdim etməsinə baxmayaraq, həmin xəstəliklərin məhz cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı olması işdə olan dəlillərlə sübuta yetməmişdir.

38. İşin faktiki hallarından belə nəticəyə gəlmək olur ki, iddiaçı ona vurulmuş maddi zərərin cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi xəstəliklərin müalicəsi üçün əmlak (pul və s.) sərf e tməsi ilə əlaqələndirir ki, bu halda da yuxarıda göstərildiyi kimi iddiaçıda həmin xəstəliklərin məhz cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə yaranması sübuta yetməmişdir.

39. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur.

40. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin ödənilməli olması istisna olunduğundan şikayət əsassızdır.

41. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

42. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 9 8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1569/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar