Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1061/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (reyestrdə aparılmış qeydiyyatın) qismən ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasın ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (X12, X4, X9, X5, X6, X7, X17 və X3maqla) "JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)42/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qəbələ rayon Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 nömrəli qətnaməsi ilə iddiaçının mərhum atası X8 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmı ş Qəbələ rayonu Nic qəsəbəsində 0.15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat - tövlə və təndirxanadan ibarət mirasın qəbul edilməsi faktı müəyyən edilmişdir.
2. İddiaçı həmin torpaq sahəsinə və evə çıxarış almaq üçün cavabdeh orqana müraciət etmişdir.
3. Cavabdeh 01 noyabr 2019-cu il tarixli, **********22 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, faktiki torpaq sahəsi JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması mümkün deyildir.
4. Bundan sonr a, iddiaçı JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 07 noyabr 2019-cu il tarixli, **********71 saylı məktubla bildirmişdir ki, şəhadətnamənin ləğv edilməsi onların səlahiyyətinə daxil olmadığından müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nın ləğv olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin mövcud olması ona həyətə və evə dair çıxarış və texniki pasportun alınmasına mane olur. Bu səbəbdən də həm in şəhadətnamə ləğv edilməlidir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsinə texniki səhv olaraq hazırlanmış JN-391 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Texniki səhv olaraq hazırlanmış JN-391 saylı 0.42 ha torpaq sahəsinə dair Torpağın mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Üçüncü şəxslər iddia tələbinə etiraz edərək bildirmişlər ki, iddia ərizəsinin təsviri hissəsinin birinci cümləsində göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X8 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonunun Nic qəsəbəsində 0.15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ü mumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat - tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilməmişdir. Çünki, bu barədə məlumatları olmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində göstərir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-nə müraciət etmiş, lakin ona bildirmişdir ki, miras evin yerləşdiyi torpaq sahəsinə başqalarının adına, yəni onların adlarına mülkiyyət hüququnu təsdiq edən JN-391A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. İddiaçının atası mərhum X14 aqrar islahatı aparılan zaman Azərbaycan Respublikasında yaşamamış və bu səbəbdən onun adı is lahata gedən subyektlərin siyahısına daxil edilməmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)-339/2020 nömrəli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia qismən təmin edilmiş, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən - Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilərkən evin və onun yerləşdiyi 1500 kv.m torpaq sahəsinin X8 mülkiyyətind ə olması nəzərə alınmadığından iddia qismən əsaslıdır. Belə ki, Şəhadətnamə 0.42 ha torpaq sahəsi ilə bağlı verildiyinə və iddiaçının evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinə iddiaçının aidiyyəti olmadığına görə, iddia şəhadətnamənin qalan hissəsinə münasibətdə təmin edilə bilməz.
11. Üçüncü şəxs X18 apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-4/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və M.A.Əsədli) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2 mart 2020-ci il tarix li, 2-1(116)-339/2020 saylı qərarı ləğv edilərək, yeni qərar çıxarılmaqla iddia təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi xüsusatların, yəni Qəbələ rayonu Nic qəsəbəsində X8 adına olan 0.15 ha torpaq sahəsinə aid məkan göstəriciləri qeyd olunmuş texniki və hüquqi sənəd tərtib olunmadığından həmin torpaq sahəsinin JN seriyalı 391 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.42 ha torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün olmadığından iddia təmin edilə bilməz.
14. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassas iya instansiyası məhkəməsindəki birinci icraat
15. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1200/2022 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.N.Bədəlov-sədrlik edən İ.K.Hüseynov və N.İ.Rəsulbəyova) Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-4/2021 nömrəli, 5 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə araşdırılmalı olan əsas məsələ yaşayış evinin kimə məxsus olması ilə bağlıdır. «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» 1990-cı il tarixli olduğundan, şəhadətnamə isə 1999-cu ildə verildiyindən, bu məsələlərin araşdırılması iş üzrə əhəmiyyət kəsb edir. Yaşayış evi üzərində kimin mülkiyyət (və ya gözləni lən mülkiyyət) hüququnun olmasının müəyyən edilməsi hazırkı iş üzrə ona görə vacibdir ki, texniki pasportdan evin yerləşdiyi torpaq sahəsinin koordinatları bəlli deyildir. Belə olan halda isə, üçüncü şəxslərə verilmiş torpaq sahəsi ilə iddiaçının atasının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə qiymət vermək üçün, həmin evin məhz JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ayrılan torpaq sahəsində yerləşməsi halı müəyyən olunmalıdır. Yaşayış evinin iddiaçının atasına məxsusluğu müəyyən olunarsa, həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair digər şəxslərə sonradan şəhadətnamə verilməsinin qanuniliyinin qiymətləndirilməsi məsələsində qeyd olunan hallara qiymət verilməlidir. Bununla yanaşı, təkrar apelly asiya baxışında iddiaçının atasına aid ölüm haqqında şəhadətnamə, iddiaçının atasının vətəndaşlığı ilə bağlı məlumat, atasının ölümündən sonra vərəsəlik işinin açılıb-açılmaması, iddiaçının qanun üzrə vərəsə olub-olmaması (subyektiv hüququn mövcudluğu baxımından), həmçinin iddiaçının doğum haqqında şəhadətnaməsi, üçüncü şəxslərin və torpaq haqqında şəhadətnamədə qeyd edilən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin də müvafiq qaydada tələb olunub tədqiq edilməsi məqsədəmüvafiqdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2022 nömrəli iş üzrə 22 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.Ş.Hüseynov-sədrlik edən, G.İ. Cavadova və A.M. Eyvazov) Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 21(116)-339/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
18. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Üçüncü şəxslər apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-l(102)-1200/2021 saylı qərarının 35-36-cı bəndləri ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının araşdırılmalı məsələlərindən də biri kimi iddia tələbinin əsaslı və əsassız olmasını sübut etmək üçün "Qəbələ rayon Aqrar İsl ahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə 0.42 ha torpaq sahəsi(qeyd olunan tikililər də daxil olmaqla) üçüncü şəxslərə xüsusi mülkiyyət əsasında verilmiş JN391A, kod 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qanuniliyinin qiymətləndirilməsi" və "iddiaçının atasının vətəndaşlığı ilə bağlı məlumat" kimi məsələlər ümumiyyətlə məhkəmə tərəfındən araşdırılmamışdır. Təbii ki, JN-391A, kod 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilərkən heç bir qanunsuzluğa yol verilmədiyi məlumdur, ona görə ki, 042 ha torpaq sahəsi və üzərində olan tikililər (mübahisəli 0.15 ha torpaq sahəsi və üzərində olan tikililər 1990-cı il tarixindən) üçüncü şəxslərin olmuş, 16 iyul 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbayc an Respublikasının Qanunun 4-cü maddəsinə əsasən isə Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Göründüyü kimi X14 1990-cı il fevral ayı tarixindən digər ailə üzvləri birlikdə Azərbaycan SSR-ni (həmin dövrdə Azərbaycan Respublikası SSRİ-nin tərkibində idi) tərk edərək Ermənistan SSR-də daimi yaşamaq üçün köçmüş, həmin ölkənin vətəndaşlığını qəbul etmiş, bir müddətdən sonra isə Rusiya Federasiyasına köçərək, vəfat edən günə kimi orada daimi yaşamış, heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. Həmçinin, Qəb ələ rayonu, Nic kəndində yaşayanların qeydiyyatı aparılan təsərrüfat başına kitablarda X14 və digər ailə üzvləri 1990-cı il tarixindən sonra həmin kitablarda adları qeyd olunmamış, bu fakt sorğu əsasında da verilmiş təsərrüfat başına kitabdan çıxarışda öz əksini tapmışdır. Ona görə də 1996-cı ildən sonra aparılan torpaq islahatı zamanı X10 kənd ərazisindəki torpaq sahələrindən xüsusi mülkiyyətə torpaq verilə bilməzdi və verilmiş halda qanunvericiliyin tələbləri pozulmuş olardı.
21. Digər tərəfdən məlumat olaraq bildiririk ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının(sədrlik edən A.Mahmudov) icraatında hal-hazırki tələb ilə əlaqəli mülki iş vardır. Belə ki, ərizəçi qismində İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər X15, X19, X16, X2, X11, X1 və maraqlı şəxs Qəbələ regional "ASAN xidmət" mərkəzinin Notariat Kontoru olmaqla "mərhum atası X8 xx.xx.2015-ci ildə ölümü ilə əlaqədar ondan miras qalmış Qəbələ rayonunun, Nic qəsəbəsində 0.15 ha torpaq sahəsi, 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m. olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfındən faktiki qəbul edilməsi hüquqi faktı müəyyən edilməsini xahiş etmiş və Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu İl tarixli, 2(025)-1210/2019 nömrəli qətnaməsindən rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti vermişik. Ona görə də hazırki işin icraatının digər şikayət verilən tələb üzrə Şəki Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının qərarı(qətnamə, qərar, qərardad) qanuni qüvvəyə minənədək dayandırılması barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına vəsatət edilmişdir, lakin vəsatətə məhkəmə öz münasibətini bildirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bil ər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 24. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerqurul uşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
26. İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcl udur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜN LÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r. 30.Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X8 (iddiaçının atasının) adına 1500,0 ha torpaq sahəsi, Liter A, bünövrəsi çay daşından, divarları soman kərpicdən hörülmüş, bir mərtəbəli, iki otaqlı, ümumi və yaşayış sahəsi 50,4 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Texniki pasportda M1: 500 miqyasda (ölçüdə) torpaq sahəsinin, M 1:100 miqyasda (ölçüdə) tikilinin planı göstərilmişdir. Texniki pasportun “tikili və qurğuların təsviri” hissəsində evin, çəkilmiş hasarın, torpaq sahəsində yerləşən tövlənin, dəmir qapının ölçüləri, həcmi, ilkin qiyməti və s. qeyd olunmuşdur.
33. Üçüncü şəxs Edik Çotanyan və onun ailə üzvlərinə ayrı-ayrılıqda 0,13 ha, 0,42 ha, 0,92 ha həyətyanı olmaqla torpaq sahələri verilərkən texniki pasportda göstərilən 0,15 ha torpaq sahəsi də “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin tələbləri pozularaq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə daxil edilmişdir.
34. Odur ki, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən-Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən his sədə ləğv edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.