Məhkəmə qərarları › İş №2-1(102)-1061/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1061/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1061/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.04.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi nə qarşı “üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-703/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Nizami rayon Tibbi Sosial Ekspert Komissiyasının 072150 № li ilkin müayinəsindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən uşaqlıqdan əlil diaqnozu ilə üçüncü qrup əlillik dərəcəsi verilmişdir.

2. İddiaçı ilkin olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək üçüncü dərəcə əlillik, xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında isə “Anadangəlmə ürək qüsuru. Tetrada-fallo. Mədəciklərarası çəpərin subaortal plastika edilməsi. Ağci yər arteriyasının stenozu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçının əlillik vəziyyətinə X7 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: "Ümumi xəstəlik", "X2: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara…; Diaqnozun mətni: Anadangəlmə ürək qüsuru. Tetrado-fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miok ardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0, 113-113.2, 120-125,… " səbəbi ilə xx.xx.2017-ci il tarixdən beş il müddətinə xx.xx.2022-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

4. Forma 88 arayışından görünür ki, xx.xx.1982-ci təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Fallo tetradası, Anadangəlmə ürək qüsuru. Tetrada Fallo/xx.xx.1990/korreksiyasından sonrakı vəziyyət M.A.Ç. subaortal plastika edilməsi Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mitral və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, MÇ İ dərəcə.TrÇ İ dərəcə. Ağciyər ürək çatışmazlığının digər formaları, PA stenozu Ürək ritminin digər pozğunluqları, Mədəcik ekstrasistoliyası Laun 2 His dəstəs inin sağ ayaqcığının tam blokadası, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası. Ürək çatışmamazlığı, QDÇ İİ dərəcə. Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xr.hepatit.Mədəaltı vəzinin digər xəstəlikləri, XR.pankreatit diaqnozu əsasında əlilliyi qiymətləndirilmiş, əlavə müalicəyə ehtiyacının olması səbəbindən əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qiymətləndirməsinə əsasən, İddiaçı növbəti müayinə olmaqla diaqnoz olaraq AÜQ Follo-Tetradası cərrahi korreksiyadan sonrakı vəziyyət. Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası diaqnozu qeyd edilərək əlillik dərəcəsinin təyin edilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəb indən imtina edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, Q00043047NFT nömrəli qiymətləndirməsinə əsasən İddiaçı növbəti müayinə olmaqla diaqnoz olaraq AÜQ FolloTetradası cərrahi korreksiyadan sonrakı vəziyyət. Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası diaqnozu qeyd edilərək əlillik dərəcəsinin təyin edilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir.

7. İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Akademik C. Abdullayev adına X1 Transtorakal exokardioqrafiyanın xx.xx.2022-cil tarixli qiymətləndirməsinə əsasən İddiaçı Sol mədəciyin sistola-diastolik ölçüləri genişlənməyib, sistolik funksiyası azalıb (LVEF-45%). Diastolik funksiyası rel aksativ tipdə pozulub. Seqmentar divar hərəkət pozulması qeyd edilmir. Sol qulaqcıq N, sağ boşluqlar genişlənib. Aorta kökü, qalxan və enən aorta N.Perikard vərəqələri arasında maye qeyd edilmir. İAS və İVS tamdır. Rəngli doppler-exokardioqrafiyada: minMR, İTR, PA üzərində turbulent axın qeyd edilir. AÜQ: Fallo Tetradası, cərrahi korreksiyadan sonraki vəziyyət qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev adına X5 İnstitutu Konsultativ-poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli, müayinəsindən görünür ki, AÜQ:Follo-Tetradası cərrahi korreksiyadan sonrakı vəziyyət (1990). Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası. diaqnozu qoyulub.

9. Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 25 № Nizami rayon TSEK müayinə aktından çıxarışda görünür ki, İddiaçı müddətsiz əmək qabiliyyəti məhdudsuz olan üçüncü qrup əlillik dərəcəsi verilmişdir.

10. Gəncə şəhəri Kardioloji xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin xx.xx.2017-ci il tarixli tibbi kartasının çıxarışın sürətindən görünür ki, İddiaçı Laborator və Funksional Müayinələrin nəticələri: H/b-126 g/l, er-4.4 10121, R/g-0,85, ley-6,0-1091, EÇS-8 mm/s. Qanın Biokimyəvi analizi: Protrombin-94%, Xolesteril -6.5 mmol/l, şəkər-100 mq%, Lax-3 145.qanın ümumi analizi: X/ç-1016, zülal yox, reaksiya turş, ep-1-2, leyk-3-4, er-1-2, selik-, duz sit kr ç/miq. EXQ: Sinus taxikardiyası. Mədəcik ekstrosistoliyaları ilə pozulur. ÜVS-123. EXOKQ: Anadangəlmə ürək qüsuru tetrada fallosunun cərrahi yolla əməliyyatdan sonrakı vəziyyət. Qulaqcıqlar və mədəciklər arası çəpərlərdə şunt yo xdur. Ürəyin qapaqları sağlam və infarktdır. Transpulmonal maksimal qraddiyent-19,43 mm.hd.st. sol mədəciyin qlobal təqəllüs qabiliyyəti cizi olaraq aşağı düşmüşdür. LVEF51,32% Müalicə: /polyarizəedici məhlul/, eqilok 50mq, Aqrenal 75mq, Omez, Preduktal MR, Triqrim, Veraşpiron 25 mq. Evə məsləhət: Aqrenol 1tx1d, Triqrim 1tx2d, Rosemid 1tx1d, Veraşpiron 1tx2d, Preduktal MR 1TX2D, Eqilok1/2x2d, qeyd olunmuşdur.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu xx.xx.2017-ci il tarixli qiymətləndirməyə əsasən İddiaçı anadangəlmə ürək qüsuru. Tetrado-fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç. subaortal plastika edilməsi. Ağ ciyər arteriyasının qapaq Valvilo plastikası.Ağ ciyər arteriyasının stenozu. Mədəcik ekstrasisto liyası. Ürək çatmamazlığı İİ mərhələ qeyd edilmişdir.

12. Gəncə şəhəri Kardioloji xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, İddiaçı Laborator və Funksional müayinələrin nəticələri.(Qan:H/b-123g/l,er-4,22 10221, R/g-0,85, ley-7.45 1091, EÇS-8mm/s.Biokimyəvi analiz-Lax-2.30, Sidiyin ümumi analizi:X/ç-1020, zülal yox, reaksiya turş, ep-3-4, er-yox, selik-, duz sit kr ç/miq. EKQ: Sinus taxikardiyası. ÜVS-120, aritmikdir, tez-tez mədəcik ekstrosostoliyaları ilə pozulur. Hiss dəstəsi sağ ayaqcığının blokadası. Sol mədəcəyin hipertrofiyası. Xroniki koronor çatmamazlıq. EXOKQ: Anadangəlmə ürək qüsuru. Tetrada fallonun korreksiyasından sonrakı vəziyyət. Sistolik diastolik ölçüləri normanın üst göstəricisinə yaxındır. Sistolik funksiya –EF- 38% zəifdir. Qlobal hipokinez izlənildi. Kameralar təmizdir. Rəngli doplerdə İİ dərəcə mitral, İ dərəcə trikuspidal çatmamazlıq izlənildi. Müalicə: polyarizəedici məhlul/, Eqilok, Priasetam. Omez, Genopril 2,5 Kordaron, Maqnerot, Preduktal MR,Mildront 5,0 Triqrim 10 mq, Lassen qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2-ci qrup əlillik dərəcəsinin verilməsi, yaxud 3-cü qrup ömürlük əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il təvəllüdlüdür, anadangəlmə ürək qüsurludur. 1990-cı ildə, yəni 8 yaşı olarkən Rusiya Federasi yasının Moskva şəhərində əməliyyat olunmuşdur. Onun diaqnozu: Follo tetradası, AÜQ-Follo tetradası cərrahi korreksiyasından sonrakı vəziyyətdir. Bundan sonra 10 il ərzində hər il komissiyadan keçmişdir. 18 yaşında 3-cü qrup ömürlük əllik dərəcəsi almışdır. Səhhətinin pisləşməsinə görə xx.xx.2017-ci ildə 5 il müddətinə 2-ci qrup əllilik dərəcəsi almışdır. 2022-ci ilin may ayında 5 il tamam olduğu üçün sosial müavinəti dayandırılmışdır. Bundan sonra o, bir neçə dəfə müayinə və müalicə olunmuş, sənədləri TSEK-ə göndərilmişdir. Lakin hər dəfə ona imtina gəlmişdir. İmtina da onunla əsaslandırılmışdır ki, guya onun əlavə müalicəyə ehtiyacı var. O, bu əsasla ona imtina edilməsi ilə razı deyil. Belə ki, o, istər əvvəlki illərdə, yalnız pandemiya dövrünü 2020-2021-ci illəri çıxmaq şərtilə, istərsə də 2022-ci ildə 3 dəfə müalicə almışdır. Bundan başqa qeyd etdiyi kimi onun qüsurun anadan gəlmədir və əvvəllər ömürlük 3-cü qrup əlillik dərəcəsi var idi. Buna görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

15. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardad ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1744/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmiş, İddiaçı üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da əlilliyin üçüncü dərəcəsinə uyğun gəlir.

18. Digər tərəfdən, iddiaçıya ikinci dərəcə əlillik təyin edilməzdən əvvəl onun “Anadangəlmə ürək qüsuru. Tetrada-fallo. Mədəciklər arası çəpərin subaortal plastika edilməsi. Ağciyər arteriyasının stenozu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlilliyi mövcud olmuşdur ki, cavabdeh orqan ona ikinci dərəcə əlillik təyinatından imtina edəcəyi halda, müddətsiz üçüncü dərəcə əlilliyini saxlamalı idi.

19. Cavabdeh həmin qərard an apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-703/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qismən-İddiaçı müddətsiz əlilliyin təyin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)1744/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

21. Məhkəmə kollegiyası qeyd e tmişdir ki, iddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da əlilliyin üçüncü dərəcəsinin müddətli təyin edilməsinə əsasdır.

22. Əldə edilmiş tibbi rəylə iddiaçının qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozların onun anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğu, müalicə tədbirlərinin xəstəliyin dinamikasına uyğun aparıldığı və iddiaçının hazırda “Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” xəstəliklərindən əziyyət çək diyi öz təsdiqini tapmışdır.

23. İddiaçıya təyin edilmiş xəstəlik- Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ xəstəlik sonuncu qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş xəstəliklərə dair siyahıda 2.2.1 indeksi altında qeyd edilmiş və orqanizmin funksiyasının 35-60 faiz ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Mio kardın revaskulyarizasiyası mümkün olmadıqda qeyd edilmişdir.

24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsinə dair hissəsində ləğv еdilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

26. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bütün diaqnozlar nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı müəyyən olunmuş xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarını n məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T304/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Tibb müəssisinin tərtib etdiyi göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırkı vəziyyətinə uyğun olmuşdur. Belə ki, həmin diaqnozlar şəxsin əyani müayinəsi zamanı KTM göndərilərkən instrumental müayinələrin nəticələri ilə öz təsdiqini tapmışdır. Xəstəliklər tam sağalmırlar, kəskinləşərkən qeydiyyatda olduğu yerdə öz həkimlərində müayinə və müalicəyə cəlb olunurlar.

27. Eyni zamanda iddiaçıda müşahidə olunan hallar 31 faizdən aşağı səviyyədə olduğu üçün əlillik təyinatına əsas deyildir.

28. Əvvəlki diaqnozların da nəticəsindən aydın olduğu kimi, iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində həmin tarixdən etibarən əlillik təyin edil məsi mümkün olmamışdır.

29. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-Sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.

30. Məhkəmə heç bir qanuni əsa s olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

31. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz.

32. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qeyd edir ki, o, qeyd edilən Meyarlar qüvvədə olan zaman TSEK-in imtinasını məhkəmə qaydasında mübahisələndirmişdir. Buna görə həmin Meyarları o iddia tələbinə tətbiq etmişdir. Lakin m əhkəmə nəzərə almamışdır ki, TSEK-in xx.xx.2022-ci il tarixli imtinası mənə ikinci dərəcəli əlilliyin təyin edilməsi ilə əlaqədardır. Onun ilkin iddia tələbindən də göründüyü kimi ikinci dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı TSEK-in imtinasını mübahisələndirməklə yanaşı, həmçinin müddətsiz üçüncü dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddia tələbini dəqiqləşdirərək, müddətsiz olaraq üçüncü dərəcəli əlilliyin təyin edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əlilliyin “təyin edilməsi” kimi ifadə edilsə də, əvvəllər onun müddətsiz üçüncü dərəcəli əlilliyi olduğuna görə iddia tələbi əslində həmin müddətsiz üçüncü dərəcəli əlilliyin bərpa edilməsidir. Çünki müddətsiz üçüncü dərəcəli əlilliyi 2011-ci ildən müəyyən edilib. Buna görə apellyasiya məhkəməsi tərəfindən üçüncü dərəcəli əlilliyin yeni müəyyən edilmiş kimi qələmə verərək, iddia tələbinə 01 iyul 2022-ci ildə qüvvəyə minmiş qanunvericilik aktını tətbiq etməsi düzgün deyil.

34. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı şikayətində qərarının iddia tələbinin təmin edilməməsinə dair hissəsində ləğv еdilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 35. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı nın müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hak imiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”: Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzər də tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə mü əyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyə n edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

37. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin qə rarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 2-ci qrup əlillik dərəcəsinin verilməsi, yaxud 3-cü qrup ömürlük əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Daha sonra İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

42. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - SER TSE-02 037627 nömrəli TSEK-də müayinə aktından çıxarış kötüyünün və TSEK müayinə aktından 992 nömrəli çıxarış surətləri;

43. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyu lmuşdur.

44. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qismən-“İddiaçı müddətsiz əlilliyin təyin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir”. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1744/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

45. Apellyasiya instansiyası məhkəməsi iş üzrə həmin nəticəyə gələrkən öz qərarında (qərarın 40-cı bəndi) göstərmişdir “göründüyü kimi iddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu d a əlilliyin üçüncü dərəcəsinin müddətli təyin edilməsinə əsasdır”.

46. Eyni zamanda apellyasiya məhkəməsi qərarında (qərarın 43, 44, 45-ci bəndləri) yazmışdır ki, “Əldə edilmiş tibbi rəylə iddiaçının qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozların onun anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğu, müalicə tədbirlərinin xəstəliyin dinamikasına uyğun aparıldığı və iddiaçının hazırda “Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” xəstəliklərindən əziyyət çəkdiyi öz təsdiqini tapmışdır. İddiaçıya təyin e dilmiş xəstəlik-Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ xəstəlik sonuncu qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş xəstəliklərə dair siyahıda 2.2.1 indeksi altında qeyd edilmiş və orqanizmin funksiyasının 35-60 faiz ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda qeyd edil mişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cari xəstəliyi ona üçüncü qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.”

47. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi özü də iddiaçının cari xəstəliyinin ona üçüncü qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaratmasını bildirir, lakin əlilliyin müddətsiz təyin edilməsini qanuna uyğun olmayan hal kimi qiymətləndirir və bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş xəstəliklərə dair siyahıda olan 2.2.1-ci indeksinə əsaslanır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək üçüncü dərəcə əlillik, xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında isə “Anadangəlmə ürək qüsuru. Tetrada-fallo. Mədəciklərarası çəpərin subaortal plastika edilməsi. Ağciyər arteriyasının stenozu” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyətinə X7 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Əsas diaqnoz Q24 - Ürəyin digər anadangəlmə inkişaf qüsurları. Anadangəlmə ürək qüsuru. Tetrado fallo (xx.xx.1990) tam korreksiya edilmişdir. M.A.Ç subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası; Ağırlaşma - İ49.3 – Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası. L aun 4; Ağırlaşma - İ50 - Ürək çatmamazlığı İİ mərhələ; Ağırlaşma - Q24.3 - Ağciyər arteriyası qapağının qıfabənzər stenozu. Ağciyər arteriyasının stenozu” səbəbi ilə xx.xx.2017-ci il tarixdən beş il müddətinə xx.xx.2022-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

49. Bundan sonra İddiaçı əlillik vəziyyətinə X7 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli, Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında baxılsa da, hər üç qiymətləndirmə zamanı əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir.

50. Halbuki, elə ilk qiymətləndirmə zamanı - X7 Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişində İddiaçı əvvəlki illərdə olan müayinə-müayinələrlə yanaşı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4 stasionar müalicədə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixədək Bakı Akad.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda müayinədə, xx.xx.2022-ci il tarixdə həkim (terapevt, kardioloq, ümumi cərrah) və instrumental (EXQ, USM, ExoKQ, döş qəfəsinin rentgenoskopiya), laboratoriya (qanda şəkər, qanın ümumi analizi, sidiyin analizi) müayinələrində olduğu qeyd edilmişdir.

51. Həmçinin, həmin göndərişdə iddiaçıya qoyulmuş əsas diaqnoz ona xx.xx.2017- ci il tarixli göndərişdə qoyulmuş əsas diaqnozla eyni olmuş, hətta həmin göndərişdə iddiaçının xəstəliyinin üç ağırlaşma halı qeyd edilsə də, xx.xx.2022-ci il tarixli göndəriş də beş ağırlaşma halı və yanakı xəstəliklər də qeyd edilmişdir.

52. Eyni zamanda cavabdeh orqan xx.xx.2017-ci il tarixli göndəriş əsasında iddiaçıya ikinci dərəcəli əlillik təyin etməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixli göndəriş zamanı onun əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina vermişdir. İddiaçı bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı Akad.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda stasionar müalicədə, xx.xx.2022-ci il tarixdə həkim və 07xx.xx.2022, 07-xx.xx.2022-ci il tarixlərdə instrumental (24 saatlıq EXQ, ExoKQ, döş qəfəsinin rentgenoskopiya), laboratoriya (aspartat aminotransferaza (AST) (SGOT), alanin aminotransferaza (ALT) (SGPT), qanın ümumi analizi, lipid paneli, kreatinin) müayinələrində olmuş və əlilliyinin qiymətləndiril məsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş verilmiş, cavabdeh orqan yenə eyni əsasla – “Əlilliyin təyini üçün müalicə müddəti yetərli deyil. Son illərdə müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı vardır." səbəbi ilə imtina etmişdir. İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli təkrar göndərişi əsasında baxılmış və həmin tarixdə də “İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var" səbəbi ilə imtina edilmişdir.

53. Göründüyü kimi, iddiaçının xəstəliyinin əsas diaqnozu bütün göndərişlərdə eyni olmasına baxmayaraq, xx.xx.2017-ci il tarixdə ona ikinci dərəcə əlillik təyin edilmiş, sonrakı göndərişlərə baxılan zaman isə əlavə müalicəyə ehtiyacının olması əsası ilə əlillik təyinatından imtina edil mişdir. Halbuki, iddiaçının stasionar müalicələrdə, həkim, instrumental və laboratoriya müayinələrində olduğu göndərişlərdə öz əksini tapmış, cavabdeh orqan tərəfindən isə əsassız olaraq əlavə müalicəyə ehtiyacın olması qeyd edilmişdir.

54. Beləliklə əldə edilmiş tibbi rəylə iddiaçının qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozların onun anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğu, müalicə tədbirlərinin xəstəliyin dinamikasına uyğun aparıldığı və iddiaçının hazırda “Anadangəlmə ürək qüsuru. Fallo tetradası korreksiyası əməliyyatı (1990). M.A.Ç. subaortal plastika edilməsi. Ağciyər arteriyasının qapaq Valvilo plastikası. Ağciyər arteriyasının stenozu. Mədəcik ekstrasistoliyası. Ürək çatmamazlığı İl mərhələ” xəstəliklərindən əziyyət çəkdiyi öz təsdiqini tapmışdır.

55. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər (yəni 20 ilə yaxın) üçüncü dərəcə əlilliyin olması, başqa sözlə 15 ildən çox, bununla yanaşı orqanizminin funksiyalarının pozulması faizinin 35-60 faiz aralığında olması işin təkzibolunmaz faktıdır.

56. Bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 4.2-ci bəndinə görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 fa iz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

57. Həmin Qaydaların 4.3-cü bəndinə müvafiq olaraq (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş) “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 6180 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç fai z aralığı müddəti üzrə nəzərə alınır.

58. Cavabdeh kassasiya şikayətində yazır ki, əvvəlki diaqnozların nəticəsindən aydın olduğu kimi, iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud deyil.

59. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, məhz cavabdeh özü iddiaçıya dəfələrlə əlillik dərəcəsi təyin etmişdir.

60. Cavabdehin onun diskresion səlahiyyətinin pozulması ilə bağlı dəlili də əsassızdır, belə ki, İPM-in 74-cü maddəsinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərin ə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

61. Göründüyü kimi, iddiaçının iddiası qanuni və əsaslıdır, belə ki, yuxarıda göstərilmiş maddi hüquq normaları ilə və işin halları ilə tam təsdiq olunur.

62. Belə olan halda cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti isə təmin edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddiaçının kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 21(104)-703/2023 nömrəli qərarı “İddiaçı müddətsiz əlilliyin təyin edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qəra r qəbul edilməklə iddia təmin edilməsin” hissəsində ləğv, həmin hissədə iddia təmin edilsin. İddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar