Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1061/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X26” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) 07.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı “X26” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə (üçüncü şəxslər: Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsi və Sabirabad rayon Güdəcühür bələdiyyəsi) qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(106)-456/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamından və torpaq sahəsinin plan ölçüsündən görünür ki, "xxxx" kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühür kənd icra nümayəndəliyinin bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar örüş sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmış, həmçinin torpaq sahəsinin plan çiz gisi tərtib olunmuşdur.
2. JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnaməyə əsasən Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verildiyi müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsinə dair Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılacaq “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. C avabdeh Başçısının 09 dekabr 1999-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edilərək, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin istifadəsinə verilməsi bildirilmiş və həmin torpaq sahəsinə dair "xxxx" kiçik müəssisəsinə «Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə»nin verilməsi xahiş olunmuşdur. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Samir3” kiçik müəssisəsinin adlarına JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Göstəril ən torpaq sahələrindən istifadə hüququndan istifadə edilərək həmin dövrdən göstərilən torpaq sahələrində əkinçilik məşğul olunmuşdur. Lakin, Sabirabad rayon İHB-nin 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə Sabirabad rayonunun Güdəcühur və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyəti Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sabirabad rayon İHBnin 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı qanunsuzdur.
5. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərardadı ilə iddia tələ binə “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması, Sabirabad rayon X1 və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
6. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamı ləğv edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(106)-264/2022 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı Cavabdeh tərəfindən ve rilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-675/2023 nömrəli qərarı ilə cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətləri təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(106)-264/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(106)-296/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yeri nə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır.
10. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl iddiaçı “X26” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir.
11. Şirvan İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2-1(120)1429/2024 nömrəli qərardadı ilə (hakim H.Nəcəfov) iddia mümkün sayılmamışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən sərəncamla onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusunun nədə ifadə olunduğunu əsaslandıra bilmir. Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar t orpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verilməsi barədə JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir ki, tətbiq edilməli olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətninə əsasən örüş sahələrinin ən çoxu 15 ilədək müddətə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə icarəyə verilə bildiyi açıq şəkildə qeyd edilmişdir. İddiaçının 2014-cu ildən sonrakı dövrdə Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciətinin daxil olmadığı, mübahisə predmeti olan torpaq sahəsi isə müvafiq bələdiyyələrlə digər şəxslər arasında bağlanılan icarə müqavilələri əsasında 2014-cü ildən ayrı -ayrı şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilir. Belə olan halda məhkəmə, mübahisələndirilən sərəncamla iddiaçının hər hansı bir hüququnun və qanunla qorunan maraqlarının pozulmadığı, subyektiv hüququnun mövcud olmadığı qənaətinə gəlir.
13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-456/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər: H.Bəhmənov sədrlik edən və məruzəçi, F.Hüseynov və Y.Həşimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəmə sinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquq mövqeyi ilə razılaşaraq bildirmişdir ki, iddiaçı tərəfin dəlili üzrə istinad edilmiş sərəncam və icarə müqaviləsi üzrə torpaqdan istifadə hüququna dair qanunla nəzərdə tutulan 15 il müddət 2014-cü ildə başa çatdığına görə, tərəflərin müqavilə öhdəlikləri də bitmişdir. İstifadə hüququna dair müddət uzadılmadığına görə iddiaçı tərəfin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən istifadəsinin qanuni əsası yoxdur. Odur ki, onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək, yəni subyektiv hüququ yaranmır. Qeyd olunan hal iddia tələbinə baxılmasına prosessual maneə yaradır və iddianın mümkünlük şərtinə cavab vermir.
16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, q ərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. İndiki halda Cavabdeh Başçısınınxx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamına əsasən 1555 ha torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilmişdir. Həm çinin qanunvericiliyin tələbinə əsasən əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə də torpaqdan daimi istifadə hesab olunur. Lakin çox təəssüf ki, məhkəmə qərar qəbul edərkən qanunvericiliyin bu normasını və sərancamda torpağın daimi istifadəyə verilməsinin qeyd edilməsini nəzərə almamışdır. Ona görə də, məhkəmə iddianın mümkün sayılmaması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İndiki halda Cavabdeh Başçısınınxx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamına əsasən 1555 ha torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə də torpaqdan daimi istifadə hesab olunur. Cavabdeh Başçısının 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi Cavabdeh Başçısının 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə "xxxx" kiçik müəssisəsi 1555 ha torpaq sahəsinə daimi istifadə hüququnu itirmiş dir. Məhkəmə bu halı nəzərə almayaraq sonda iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmişdir.
19. Məhkəmə Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamına əsasən 1555 ha torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilməsini və Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə “Muğan” adlanan ərazidən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçınə (əvvəlki adı "xxxx" kiçik müəssisəsi) daimi istifadəyə verilmiş 1555 hektar torpaq sahəsinin 932 hektarının X1 (əvvəlki adı Salmanlı Bələdiyyəsi) mülkiyyətinə verildiyindən bələdiyyənin tələbi əsasında bələdiyyə ilə İddiaçı MMC arasında xx.xx.2000-ci il tarixli, 11 nömrəli "Torpaq icarə müqaviləsi"nin imzalandığını və həmin müqavilənin hal-hazırda da qüvvədə olmasını ara şdırmamış, ona görə də sonda səhv hüquqi nəticəyə gəlmişdir.
20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. ap ellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məlum olduğu kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsinə dair Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir.
25. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması, Sabirabad rayon X1 və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
26. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş ü zrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdiyindən, o indiki adı ilə, yəni əsl iddiaçı “X26” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 09 dekabr 2024-cü il tarixli qərardadında göstərmişdir ki, “«M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci element in mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İddiaçı tərəfin dəlili üzrə istinad edilmiş sərəncam və icarə müqaviləsi üzrə torpaqdan istifadə hüququna dair qanunla nəzərdə tutulan 15 il müddət 2014-cü ildə başa çatdığına görə, tərəflərin müqavilə öhdəlikləri də bitmişdir. İstifadə hü ququna dair müddət uzadılmadığına görə iddiaçı tərəfin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən istifadəsinin qanuni əsası yoxdur. Odur ki, onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək, yəni subyektiv hüququ yaranmır. Qeyd olunan hal iddia tələbinə baxılmasına prosessual maneə yaradır və iddianın mümkünlük şərtinə cavab vermir.”
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadda göstərilmiş hüquqi mövqeyi ilə razı deyil, hesab edir ki, işin halları və sübutlar tam və hərtərəfli araşdırılmamış, nəticə etibarı ilə də, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun olmaması səbəbindən iddianın mümkünsüz sayılması barədə yanlış və əsassız qənaətə gəlmişdir.
29. Belə ki, Cavabdeh Başçısının 15 oktyabr 19 99-cu il tarixli, 112 nömrəli sərəncamından və torpaq sahəsinin plan ölçüsündən görünür ki, "xxxx" kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühür kənd icra nümayəndəliyinin bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar örüş sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmış, həmçinin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur.
30. JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnaməyə əsasən Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bəl ədiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verildiyi müəyyən edilir.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2024-cü il tarixli, **********711100 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı “X26” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dəyişdirilmişdir.
32. Bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yuxarıda göstərilmiş sərəncam və şəhadətnamə olduğu halda, artıq bu sənədlər kifayət edir ki, iddiaçının sözügedən məsələ ilə subyektiv hüququnun olması qənaətinə gəlinsin.
33. Eyni zamanda Sabirabad rayonu İcra Hakimiyyət i başçısının mübahisəli 08 nömrəli, 24 yanvar 2022-ci il tarixli sərəncamının məzmunundan göründüyü kimi, həmin sərəncamda işin hallarına uyğun olmayan məlumatlar yazılmışdır. Belə ki, sərəncamda göstərilir ki, “Torpaq qanunvericiliyinin tələblərinə uyğun uyğun olaraq bələdiyyə orqanları formalaşdırıldıqdan sonra müəssisə torpaq mülkiyyətçisi keçmiş axtaçı Muğan və Salmanlı (birləşdirildikdən sonra Güdəcühür və Muğan Gəncəli) bələdiyyələri ilə müqavilə bağlamalı və torpaqdan istifadə hüququnu davam etdirməli idi. Lakin araşdırmalardan məlum olmuşdur ki, “Samir kiçik müəssisəsi” mövcud qanunvericiliyinin tələblərinə riayət etməmiş, müqavilə bağlanmasını həyata keçirməmiş və torpaqdan istifadə etməmişdir”.
34. Qeyd edilməlidir ki, cavabdehin sərəncamındakı bu qənaəti iş materialları ilə təkz ib olunur, belə ki, Sabirabad rayon Salmanlı bələdiyyəsi ilə "xxxx" müəssisəsi arasında bağlanmış 15 aprel 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Salmanlı bələdiyyəsinin 02 aprel 2000-ci il tarixli, 03 saylı qərarı əsasında bələdiyyənin yarasız və az yararlı 932 hektar torpaq sahəsi uzunmüddətli olaraq "xxxx" müəssisəsinin icarəsinə verilmişdir. Məqsədli təyinat kənd təsərrüfatı məhsulları istehsalıdır.
35. Burada onu qeyd etmək zəruridir ki, bələdiyyə torpaqları təyinatından asılı olmayaraq 49 ilə kimi istifadəyə verilir, müddət göstərilməyibsə 49 il hesablanır.
36. Digər tərəfdən, cavabdehin xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamının, 24 yanvar 2022-ci il tarixdə qüvvədən düşmüş hesab edildiyi halda, o zaman xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamın, ən azından xx.xx.2022-ci il tarixə qədər orada göstərilmiş şərtlərlə qüvvədə olmaqla yanaşı, faktiki olaraq eyni şərtlərlə ( o cümlədən müddət və torpağın təyinatı baxımından) uzadılmış (prolonqasiya) hesab edilməlidir.
37. Lakin apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərin heç birini nəzərə almamış, onları faktiki olaraq tam və hərtərəfli araşdırmamışdır.
38. Bununla yanaşı qeyd edilməlidir ki, Sabirabad rayonu X1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 11 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə verilmiş örüş torpaq sahəsi 2014-cü il tarixdən hal-hazırdakı vaxta qədər "xxxx" MMC tərəfindən 95 ha, X6 87,5 ha, X7 106,37 ha, X8 50 ha, X2 61,5 ha, X3 170 ha, X12 159,98 ha, X11 64,72 ha olmaqla, cəmi 730,35 ha i stifadə edilir.
39. Eyni zamanda Sabirabad rayonu Güdəcühür bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 312 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.1999-cu il tarixli 112 saylı Sərəncamı ilə verilmiş örüş torpaq sahəsinin 2014-cü il tarixdən hal-hazırdakı vaxta qədər X13 tərəfindən 140 ha, X9 tərəfindən 100 ha, X4 tərəfindən 84 ha, X5 tərəfindən 84 ha olmaqla, cəmi 408 ha hissəsi istifadə edilir.
40. Beləliklə hətta sözügedən Bələdiyyələr həmin torpaq sahələrini yalnız 2014-cü il tarixdən sonra yuxarıda göstərilmiş şəxslərin istifadəsinə verməklə, cavabdehin xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamının legitimliyini? həm “de-yure”, həm də “de facto” olaraq tanımışdır.
41. Belə olan halda cavabdeh tərəfindən mübahisəli xx.xx.2022-ci il tarixli, 08 sayl ı sərəncamla, özünün 112 saylı, xx.xx.1999-cu il tarixli sərəncamını, məhz qüvvədən düşmüş hesab edilməsi, sonuncu sərəncamın ən azından xx.xx.2022-ci il tarixə qədər qüvvədə olması anlamına gəlir ki, adıçəkilən bələdiyyələrin iddiaçının qanuni istifadəsinə verilmiş 1555,0 ha torpaq sahəsinin digər şəxslərin istifadəsinə hansı tarixlərdə və əsaslarla istifadəyə verilməsi məsələsinin mütləq qaydada tam və hərtərəfli araşdırılmasını və bu məqsədlə yuxarıda göstərilmiş şəxslərin iş üzrə 3-cü şəxslər qismində cəlb edilmələrini zəruri edir.
42. Burada məhkəmə kollegiyası xatırlatmağı lazım bilir ki, Mülki Məcəllənin 158.1-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
43. Həmin Məcəllənin 719.2-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgə r sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının müddəaları apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticə etibarı ilə də işin halları və işdə olan sübutlar bu baxımdan araşdırılıb, onlara hüquqi qiymət verilməmişdir.
45. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdehin 2014-cü ildən 8 il keçəndən sonra birtərəfli qaydada mübahisəli xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncam qəbul etməsi və bununla da onun özünün xx.xx.1999-c il tarixli, 112 saylı sərəncamının qüvvədən düşmüş hesab etməsi xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamının qanuniliyini şübhə altına almır, əksinə sərəncamın ey ni şərtlərlə eyni müddətə uzadılması kimi anlaşılmalıdır.
46. Burada xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən 1555,0 ha torpaq sahəsində cavabdehin xx.xx.2000-ci il tarixli, 84 nömrəli sərəncamı əsasında su kəməri çəkilməsi və kollektor-drenaj şəbəkəsinin tikintisinə icazə verilmiş, layihə smeta sənədləri tərtib edilmiş, cavabdehin təqdim etdiyi komissiya tərəfindən müvafiq akt tərtib edilmiş, “Noxudlu-3” Nasos stansiyası may 2000-ci il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin X10 İdarəsinə təhvil verilmiş, bu haqda təhvil-təslim aktı tərtib edilmişdir.
47. Lakin apellyasiya istansiyası məhkəməsi bütün yuxarıdakıları nəzərə almadan, tam və hərtərəfli araşdırma aparmadan, “iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyekti v hüququ yoxdur” adı ilə, tələm-tələsik iddianın mümkünsüz olduğu ilə bağlı yanlış nəticəyə gəlmişdir.
48. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 fevral 2017-ci il tarixli, 152s nömrəli Sərəncamında deyilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli,176 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X22”nə uyğun olaraq, aqropark yaradılmaqla pambıq və taxıl sahələrinin genişləndirilməsi və yemçiliyin inkişafı ilə əlaqədar təqdim edilmiş yerquruluşu planına əsasən Sabirabad rayonunun inzibatı ərazisində yerləşən qış otlaq sahələrindən 11300,0 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədi ilə kateqoriyasının deyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi barədə Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
2. Bu sərəncamın 1-ci hissəsi ilə dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 11300,0 hektar torpaq sahəsi mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi yaradılmaqla, qabaqcıl aqrotexniki tədbirlər həyata keçirilməməklə, əkin sahələrinin genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilsin. 3.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
49. Belə olan halda, yəni sözügedən 1555,0 ha torpaq sahəsinin təyinatı dəyişdiyindən cavabdehin 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının müddətinin 49 ilə qədər uzadılması mümkündür.
50. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının qəbulu “İnzibati icraat haqqında” qanun adlanan İV fəslinin və “Etimad hüququnun qorunması prinsipi” adlanan müddəalarına zi ddir.
51. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.