Məhkəmə qərarları › İş №2-1(102)-1062/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1062/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1062/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməs ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tarixli, 2-1(107)-27/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçı 2007-ci ildə ərizə ilə Zərdab Bələdiyyəsinə müraciət edərək, yaşadığı 25 nömrəli binanın qarşı hissəsindən torpaq sahəsinin ona satılmasını x ahiş etmişdir.

2. Zərdab rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 20 iyul 2007-ci il tarixli 202 nömrəli məktubla Zərdab Bələdiyyəsinə müraciət edərək, İddiaçı 0,002 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi də Zərdab Bələdiyyəsinə rəy verərək, İddiaçı bələdiyyə fondundan ayrılacaq torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmiş, lakin həmin rəydə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.

4. Zərdab Bələdiyyəsinin 25 iyul 2007-ci il tarixli 06 nömrəli qərarı ilə şəhərin 11ci məhəlləsindən 25 nömrəli binanın qarşı hissəsindən 0,002 ha torpaq sahəsinin dəyəri ödənilməklə qaraj tikintisi üçün İddiaçı satılması qərara alınmışdır.

5. İddiaçı tərəfindən Zərdab Bə lədiyyəsinin bank hesabına 03 avqust 2007-ci ildə 20 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən həmin 0,002 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir.

6. İddiaçı sözügedən 0,002 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********54 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş torp aqların alqı-satqısı qaydalarına uyğun olaraq "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməmişdir. Həmin çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət olunduğu təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab Bələdiyyəsinin 25 iyul 2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsin i xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə təqdim etdiyi ödəmə qəbzi torpağın dəyərinin tam ödənildiyini təsdiq etməklə mülkiyyətçinin və alıcının alqı-satqı barədə razılıqlarının olduğunu, Zərdab Bələdiyyəsi ilə aralarında mübahisənin olmadığını və tərtib olunmuş plan və cizgilərin alqı-satqının tam qanuni və qüvvədə olan prosedurlar əsasında aparıldığını təsdiq edir. Buna görə də cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası qanunsuz olmaqla mülkiyyət hüquqlarını pozur.

9. Cavabdeh iddiaya dair etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsinin cənub-şərq istiqamətindən 2,5 metr, cənub-qərb istiqamətindən 0,8 metr məsafədən yüksək gərginlikli elektrik xətti ke çir, həmin torpaq sahəsi Zərdab-Mollakənd yolunun mərkəz oxundan 15 metr, çoxmənzilli yaşayış binasından 9,5 metr məsafədə yerləşir.

10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-414/2021 nömrəli 3 avqust 2021-ci il tarixli (hakim V.Qasımov) qərarı ilə iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı Zərdab Bələdiyyəsi tərəfindən satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil, onun faktiki istifadə etdiyi 0,002 ha torpaq sahəsi isə elektrik xəttinin (220 kv) mühafizə zolağına düşür. Məhkəmənin 22 iyun 2021-ci il tarixli məktubu ilə üçüncü şəxs Zərdab Bələdiyyəsinə sorğu edilərək bələdiyyənin 25 iyul 2007-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçıya satılmış və yerquruluşu planında göstərilmiş 20 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin Zərdab Bələdiyyəsi 08 iyul 2021-ci il tarixli 161 nömrəli cavab məktubunda bildirmişdir ki, bələdiyyədə koordinatları müəyyən edən texnologiya olmadığına görə torpaq sahəsinin yerini koordinatlarla göstərmək mümkün olmadı.

12. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-27/2022 nömrəli 9 mart 2021-ci il tarixli (hakimlər: E.Hüseynov - sədrlik edən və məruzəçi, V.Məlikov və R.Rəfiyev) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində göstərilir ki, məhkəmə ilk növbədə iddiaçıya satılmış 0,002 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməli olması qənaətinə gəlmişdidir, ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanırıda Əmlak Məsələləri Dövlət Xidmətinə bununl a bağlı sorğu edilərək mütəxəssis rəyi alındı. Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş yerquruluşu planında kifayət qədər istinad nöqtələri və koordinatlar mövcud olmadığından faktiki istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək nıümkün olmamışdır. Bundan başqa, həmin torpaq sahəsi naturada elektrik xəttinin (220kv) mühafizə zolağına düşür. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya Zərdab bələdiyyəsi tərəfindən satılmış 0,002 ha torpaq sahəsi elektrik xəttinin (220kv) mühafizə zolağına düşür. Məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə üçüncü şəxs Zərdab bələdiyyəsinə sorğu edilərək bələdiyyənin xx.xx.2007-ci il ta rixli, 06 nömrəli qərarı ilə iddiaçıya satılmış və yerquruluşu planında göstərilmiş 20 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin Zərdab bələdiyyəsi xx.xx.2021-ci il tarixli, 161 nömrəli cavab məktubunda bildirmişdir ki, bələdiyyədə koordinatları müəyyən edən texnologiya olmadığına görə torpaq sahəsinin yerini koordinatlarla göstərmək mümkün olmadı”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu Maddə. 10 Hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2 Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz ə mlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandı rılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 say lı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə Zərdab şəhəri 11-ci məhəllə ünvanında 25 nömrəli binanın qarşısında ona satılmış 0,002 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası ilə məhkəməyə müraciət etmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə iddia verməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixli məktubla imtina vermişdir ki, həmin imtina məktubunda yazılmışdır ki, “müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına uyğun olaraq “Torpaqların alqı-satqısına dair akt” tərtib edilməmişdir. Həmin çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət olunduğu təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır”.

24. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********11 nömrəli məktubuna əsasən həmin torpaq sahəsinin cənub-şərq istiqamətindən 2,5 metr, cənub-qərb istiqamətindən 0,8 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir, həmin torpaq sahəsi Zərdab-Mollakənd yolunun mərkəz oxundan 15 metr, çoxmənzilli yaşayış binasından 9,5 metr məsafədə yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na əsasən, gərginliyi 10 kvt olan elektrik naqillərinin 10 metr mühafizə zonası müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

25. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli **********15 saylı cavab məktubunda göstərilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində aid olub, yaşayış məntəqələrinin hüdudları daxilində, çoxmərtəbəli yaşayış binalarının ümumi istifadəsində olan torpaq sahəsidir. Eyni zamanda, həmin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli (220 kv) elektrik xəttinin mühafizə zolağında yerləşir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

26. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində aid olub, yaşayış məntəqələrinin hüdudları daxilində, çoxmərtəbəli yaşayış binalarının ümumi istifadəsində olan torpaq sahəsidir. Yəni bələdiyyə öz mülkiyyətində olmayan torpaq sahəsini satmışdır.

27. Daha sonra apellyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, “bundan başqa birinci instansiya məhkəməsi iddiaçının "Torpaqların alqı-satqısına dair akt" təqdim etməməsi məsələsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdi q edilmiş və xx.xx.2016-cı ilədək qüvvədə olmuş "Torpaqların alqı-satqısı qaydaları"nın 8-ci bəndinin iyirmi dördüncü abzasının xx.xx.2014-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Lakin iddiaçı nə cavabdehə, nə də məhkəməyə belə bir akt təqdim edə bilmişdir. Belə olan halda, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur”.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hər tərəfli araşdırılmamışdır.

29. Belə ki, əvvəla apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması qənaətinə gələrkən yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli məktuba istinad etmişdir.

30. Halbuki sözügedən məsələ ilə bağlı həmin təşkilat tam səlahiyyətə malik deyil.

31. Belə ki, həmin məsələnin tam və hərtərəfli araşdırılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Xidmətinin yerli rayon şöbəsinə sorğu göndərilməli və məsələ müfəssəl şəkildə dəqiqləşdirilməlidir.

32. Xüsusi ilə də, nəzərə alaraq ki, apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, Zərdab Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən şəhərin 11-ci məhəlləsindən 25 nömrəli binanın qarşı hissəsindən 0,002 ha torpaq sahəsinin dəyəri ödənilməklə qaraj tikintisi üçün İddiaçı satılması qərara alınmışdır.

33. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən Zərdab Bələdiyyəsinə verilmiş rəyə əsasən İddiaçı bələdiyyə fondundan ayrılacaq torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmişdir.

34. Eyni zamanda apellyasiya instansiyası məhkə məsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş və Zərdab Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş yerquruluşu layihəsindən çıxarışa əsasən həmin sənəddə İddiaçı satılmış 0,002 ha torpaq sahəsi əks olunmuşdur. 3 avqust 2007-ci il tarixli qəbzə əsasən İddiaçı tərəfindən Zərdab Bələdiyyəsinin bank hesabına 20 manat pul ödənilmişdir

35. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəməyə Zərdab Bələdiyyəsindən daxil olmuş 6 iyun 2022-ci il tarixli məktubda yazılmışdır ki, “Zərdab Bələdiyyəsinin 25 iyul 2007-ci il tarixli 06 saylı qərarı ilə 20 kv.metr torpaq sahəsi satılmışdır. Bu barədə bələdiyyənin protokollar kitabında torpaq sahəsinin satılması barədə qeydlər aparılmış və h əmin torpaq sahəsi hazırda onun istifadəsindədir.

36. Bunları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati mübahisəyə formal yanaşılması yolverilməzdir, bu səbəbdən mübahisəli torpağa yerində baxış keçirilməli, Zərdab bələdiyyəsinin (işdə 3-cü şəxsdir) də yerli baxışda iştirakı təmin edilməklə işin bütün halları araşdırılmalı və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

37. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 9 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əs asən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-27/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instanisyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar