Məhkəmə qərarları › İş №2-1(102)-1062/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1062/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1062/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcəli əlilliyin təyin edilməsi) 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx. 2022-ci il tarixli, 21(103)-2745/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Balakən rayon Mərkəzi Xəstəxanasının 0228003AAHBN nömrəli xx.xx.2019-cu il tarixli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX qeyri-stabil gərginlik stenokardiyası. xx.xx.2019-cu ildə kəskin miokard infarktı keçirib. Z95.1 Aortokoronar şuntlu transplantatın olması, aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. xx.xx.2019. İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas, diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir.

2. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Balakən rayon Mərkəzi Xəstəxanasının 0228003AAHJ0 nömrəli xx.xx.2020-ci il tarixli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 – Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: İ20.0 Qeyri-stabil stenokardiya, Şiddətlənən stenokardiya. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, xx.xx.2019. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir.

3. Daha sonra, iddiaçının əlillik vəziyyətinə Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH8F saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 – Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Aorta koronar şuntlu transplantatın olması, Əvvəllər keçirilən mioka rd infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin 2020-ci ildə müayinə və müalicəsi haqqında heç bir məlumat verilməmişdir”.

4. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0256003AAN2H nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Əsas diaqnoz: İ20.8 - stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, Ağırlaşma => İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%, Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar, Ağırlaşma => Z95.1 Aortokoronar şuntlu transplantatın olması, 2019, Yanaşı xəstəliklər: İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: diaqnozun ağırlaşmalarını (üç) təsdiq etmək üçün əlavə müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı 14 yanvar 2021-ci il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ona əlilliyin təyin edilməsindən imtina olunması barədə qərarının ləğv edilməsi və cavabdehin üzərinə ona əlilli yin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-523/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “əvvəllər keçirilmiş miokard infarkt; ÜİX qeyri-stabil gərginlik stenokardiyası; xx.xx.2019-cu il tarixdə keçirilmiş kəskin miokard infarkt; aortokoronar şuntlu transplantatın olması; aortokoronar şuntlama əməliyyatı; İİİ dərəcə durğunlu q ürək çatışmamazlığı; qeyri-stabil stenokardiya-şiddətlənən stenokardiya” diaqnozları üzrə xəstəliklərdən əziyyət çəkir. Onda olan xəstəliklərin faktiki olaraq qrup əlilliyin müəyyən edilməsi üçün əsas olduğundan, bu məqsədlə aidiyyəti üzrə cavabdehin tabeliyində yaradılmış tibbi-sosial ekspert komissiyasına müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparan tibbi-sosial ekspert komissiyası əsassız və qanunsuz olaraq 17 dekabr 2020-ci il tarixli qərarla qrup əlilliyin təyin olunmasından imtina etmişdir. Göründüyü kimi, hazırkı rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. Cavabdehin etirazları:

9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda hazırkı qərarın 1-4-cü bəndlərində qeyd ed ilən hallar sadalanmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-7971/2021 nömrəli qərardadı əsasında Məhkəmə Tibbi-Ekspertiza və X2 tərəfindən verilmiş T 55/2022 nömrəli ekspert rəyinə görə, iddiaçının xx.xx.2021-ci il tarixli 0256003AAN2H saylı Forma 88-də qoyulmuş əsas diaqnoz və onun ağırlaşmaları “İ20.8 - stenokardiyanın digər formaları; ürəyin işemik xəstəliyi, stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma => İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%. Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar. Ağırlaşma => Z95.1 aortokoronar şuntlu transplantatın olması 2019 ” aparılmış kliniki, instrumental müayinələrin əsasında müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə “X3”də Exo-KQ müayinədə həmin diaqnoz bir daha təsdiq edilmişdir. Qeyd edilən xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşsə də, onun əlilliyin qiymətləndirilməsi ilk dəfə olduğu üçün Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilmə qaydası”nın 1.5.1-ci müddəasının (şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya so n 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması) tələbləri nəzərə alınmalıdır. Göndərişin tərtib olunması zamanı bu müddəanın tələbləri nəzərə alınmadığı üçün ona əlillik dərəcəsi təyin edilməsinə əsas vermir. Həmin xəstəliklərin reabilitasiyası aparılmış müalicənin effektliliyindən asılıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1408/2022 nömrəli qərarı (hakim A.Ə.Əhədova) ilə iddia təmin edilmiş, iddiaçıya Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişi əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tibbi sənədlərinə, ba rəsində KTM-də EXO-KQ instrumental müayinəsinə əsasən iddiaçıda “stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%, ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar, aorta koronar şuntlu transplantatın olması, insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2” diaqnozu müəyyən edilmişdir, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. İddiaçıda aşkar olunan xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsa snamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyü ekspert rəyi ilə müəyyən olunmuşdur. İddiaçıya qoyulmuş əsas diaqnoz qeyd edilən Meyarların 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına uyğun gəlir.

13. Bundan başqa, iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi üçün tərtib edilmiş ilkin tibbi göndərişdə iddiaçının yuxarıda adıçəkilən Qaydanın tələblərinə uyğun olaraq ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olduğu qeyd edilmişdir. İddiaçı barəsində ümumilikdə ardıcıl olaraq 4 dəfə tərtib edilmiş tibbi göndərişlərdə onun əsas diaqnozunun “stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, durğunluq, ürək çatmamazlığı, ürək ça tmamazlığı İİİ FS” olduğu göstərilmişdir. Tibbi göndərişlərdə əsas diaqnoz dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapmışdır. Başqa sözlə, ilk dəfə tərtib edilən tibbi göndərişdə tələb olunan müalicə müddətinə riayət edildiyi, həmin tibbi göndərişdə imtinanın əsası kimi müddətə deyil, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edildiyi, iddiaçı barəsində tərtib edilmiş sonrakı bütün tibbi göndərişlərdə iddiaçının diaqnozunun dəyişmədiyi, sağlamlıq vəziyyətinin ilkin tibbi göndərişdə olduğu kimi qalması nəzərə alındıqda müddətlə bağlı dəlilə istinad etməklə əlillik təyinatından imtina əsaslı hesab edilə bilməz.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmas ını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2745/2022 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1408/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh qeyd edir ki, Məhkəmə T ibbi-Ekspertiza və X2 tərəfindən verilmiş T55/2022 nömrəli ekspert rəyinin nəticəvi hissəsində də göstərilmişdir ki, göndərişin tərtibi zamanı qanunvericiliyin müddəalarının tələbləri nəzərə alınmadığından göndəriş əlillik dərəcəsinin təyin edilməsinə əsas vermir. Apellyasiya məhkəməsi qeyd edilən və mülki prosessual qanunvericiliyə əsasən sübut hesab edilən rəyə istinad etsə də, ona qiymət verməmişdir. Göründüyü kimi əlilliyin təyini üçün yeganə əsas olan tibbi sənədlərə dair inzibati orqan və ekspert rəyi arasında hər hansı uyğunsuzluq mövcud deyildir. Əlilliyin təyini üçün yalnız bu sənədlərə istinad olunmalı idi.

19. Bundan başqa, cavabdeh əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Məhkəmə heç bir qanuni əsas olmadan Agentli yin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

20. Məhkəmə iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarında nəzərdə tutulan “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olan xəstəliklər olmadan, yəni əlilliyin təyin edilməsinə əsas verən əlillik təyin edən xəstəlik olmamasına rəğmən əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin qoymuşdur. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddət i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... 23. “Əlilliyin qiymətləndirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qəra r qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 24. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir) 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsila lma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30İ31.9, İ33);

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına əlavə”

2. Qan dövranı sisteminin xəstəlikləri Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. Əlavənin 2.2-ci bəndi: - Ürəyin işemik xəstəliyi (İ20-İ25) 2.2.1 stenokardiya (döş inağı) (İ20) Qiymətləndirmə2.2.1.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İ və ya İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) 2.2.1.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) 2.2.1.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS lV (25 Vatt); XÜÇ İİB və ya İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) Əlavənin 2.3-cü bəndi: - Ürəyin xroniki işemik xəstəliyi (İ25) - Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 - Ürək çatışmazlığı İ50 - Kardiomiopatiya İ42 - Paroksizmal taxikardiya İ47 - Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 - Ürək ritminin digər pozuntuları İ49 - Başqa rubrikalarda (başlıqların alt ında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 - Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 - Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları (malformasiyaları) Q20-28 - Qiymətləndirmə-ÜDS-nin mülayim disfunksiyası: XÜÇ İİA mərhələ, ÜDS-nin ciddi disfunksiyası: XÜÇ İİB mərhələ, ÜDS-nin ağır və davamlı disfunksiyası: XÜÇ İİİ mərhələ.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şika yətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclası nda baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilm işdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

30. İş materiallarında olan göndərişlərdən, müayinə aktlarından, həmçinin, ekspert rəyindən aydın görünür ki, iddiaçıda xəstəliyin əsas diaqnozu “İ20.8 - stenokardiyanın digər formaları; ürəyin işemik xəstəliyi, stabil gərginlikli stenokardiya İİ FS” qeyd edilmişdir.

31. Həmin diaqnoz üzrə kodlar həm qiymətləndirmə zamanı qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, həm də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə də təsbit edilmişdir.

32. Bundan başqa, şəxsdə olan ağırlaşmalar, yanakı xəstəliklər də Meyarlarda (Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma => İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%. Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar. Ağırlaşma => Z95.1 aortokoronar şuntlu transplantatın olması 2019) öz əksini tapmışdır.

33. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş tibbi ekspertizanın rəyi ilə də yuxarıda qeyd edilən əsas diaqnoz və ağırlaşmalar öz təsdiqini tapmışdır.

34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin əsassız olması bar ədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni hesab olunmalıdır.

35. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

36. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmama sı və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 37. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

38. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Ş ikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2745/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar