Məhkəmə qərarları › İş №2-1(102)-1062/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1062/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1062/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Biləsuvar Rayon Mərkəzi X6 şəxsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Biləsuvar Rayon Mərkəzi X6 şəxsi) qarşı “17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarın ləğv edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-489/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında xx.xx.2009-cu il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəh ərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.3 - Baz...; Diaqnozun mətni: Sağ bazunun dirsək oynaq daxili açıq sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.3 - Baz...; Dia qnozun mətni: Sağ bazunun dirsək oynaq daxili açıq sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 0234003AABRİ saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Sağ bazunun dirsək oynaqının açıq sınığı, təkrar osteosintez, kobud qalıqları. Mil-orta sinirdə zədələnmənin qalıqları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Sağ bazunun dirsək oynağının açıq sınığı, təkrar osteosintez, kobud qalıqları. Milorta sinirdə zədələnmənin qalıqları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxan asının xx.xx.2021-ci il tarixli, 0234003AAMB7 saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Yuxarı ətraf qurşağı və bazunun açıq yarası, -Sağ bazunun dirsək sınığı. Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, Osteosintezdən sonrakı pis bitişmə, bazu və dirsəkdə kelloma. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, - Deformasiya, mil orta sinirində zədələnmə hissi pozğunluq, ətrafda dərin əzələ atrofiyası, kəskin funksiya pozğunluğu. Oynaqların kontrakturası, Oynaqların kontrakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin sə bəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Bərpa müalicəsi məsləhət görülür” səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir.

6. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AANKS saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M19 - Digər artrozlar => M19.1 Digər oynaqların posttravmatik artr...; Diaqnozun mətni: Digər oynaqların posttravmatik artrozu, Sağ bazu sümüyünün distal epimetofizinin oynaqdaxili bitişmiş sınığı. Ağırlaşma Oynaqların kontrakturası, Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağr ı sindromu və açıcı kontrakturası ilə (bükmə tamdır, açma-150 dərəcə), saidin 1/3-nin kobud postravmatik çapıqları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir.

7. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AANKS saylı həmin göndərişi əsasında 27 avqust 2021-ci il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş, “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar; “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 Artropatiyalar => M15-M19 - Artrozlar => M19 - Digər artrozlar => M19.1 - Digər oynaqların post travmatik artr...; Diaqnozun mətni: Digər oynaqların posttravmatik artrozu, Sağ bazu sümüyünün distal epimetofizinin oynaqdaxili bitişmiş sınığı; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0009 nömrəli qərarından görünür ki, Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya əlillik verilməsindən imtina edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 11 may 2022-ci il tarixli, T 207/2022 saylı rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən tibb müəssisəsinin göndərişlərində qeyd edilən “digər oynaqların postravmatik artrozu, sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı. Ağırlaşma: oynaqlarm kontrakturası, sağ dirsək oynağınm postravmatik deformasiyaedici artrozu, ağrı sindromu və açıcı kontrakturası ilə (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3-nin kobud postravmatik çapıqları” diaqnozdakı əsas xəstəlik və ağırlaşmaları stasionarda aparılmış kliniki, laborator instrumental müayinələrin nəticələri əsasmda müəyyən edilmiş, müalicə tədbirləri düzgün aparıldığından xəstəliyin dinamikası və proqnozu qənaətbəxş olmuş, müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. Şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respubli kası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarımn məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 19 dekabr 2022-ci il tarixli, 1025 saylı rəyindən görünür ki, 1-3. İddiaçı “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X8 xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu, açıcı kontrakturası (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3də kobud posttravmatik çapıqlar, saidin əzələ atrofiyası. Sağ dirsək oynağının kontrakturası (bükmə 90 dərəcə, açma 140 dərəcə). Sağ aşıq-baldır oynağının tamlığının hissəvi pozulması, əməliyyatdan sonrakı vəziyyət. Sağ orta və mil sinirin posttravmatik neyropatiyası, əlin tutma funksiyasınm pozulması” müəyyən edilmişdir. Əlilliyin təyini məhkəmə-tibbi ekspertlərin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 11 sentyabr 2023-cü il tarixli, T676/2023 saylı rəyindən görünür ki, 1.2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Digər oynaqların posttravmatik artrozu, sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı. Ağırlaşma: oynaqların kontrakturası, sağ dirsək oynağının posttravmatik deformasiyaedici artrozu, ağrı sindromu və açıcı kontrakturası ilə (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3-nin kobud posttravmatik çapıqları” diaqnoz xəstənin anamnestik, kliniki, l aborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarına dair” Əsasnamənin maddələrinin hər hansı birinə aid etmək mümkün olmadı.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü i l tarixli, 3-17-4/2-11803/2024 saylı məktubundan görünür ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə telefon nömrəsi vasitəsilə (******-**-**) əlaqə saxlanılmış və xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olumuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Bak ı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-12112/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.

15. Şirvan İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadı ilə Biləsuvar Rayon Mərkəzi X6 şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

16. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 iyul 2008-ci il tarixdə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. “N” saylı hərbi hissədə xidmət edərkən xəsarət almışdır. Hərbi Həkim Komissiyasının 21 oktyabr 2009-cu il tarixli qərarına əsasən ona “sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili açıq sınığından (xx.xx.2009) sonra tam bərkimiş sümük döyənəyi, dirsək oynağının ön sətinin dəri çapığı, sağ dirsək oynağının birinci mərhələ osteoartrozu ilə fəsadlaşması, oynağın kontrakturası, funksiyasının cüzi dərəcədə pozulması ilə sağ əlin parezi ilə nəticələnmiş s ağ dirsək oynağının travması nəticəsində (xx.xx.2009) mil və orta sinirlərin posttravmatik nevropatiyası, sağ əlin funksiyasının mülayim dərəcədə pozulması diaqnozu qoyulmuş, xəsarətlərin hərbi travma, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirərkən aldığı təsdiq edilmişdir. “Xəstəliklər cədvəlinin 65c, 27b maddəsinin İİ qrafasına, ƏTC-nə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008- ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə“yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək hərbi xidmətdən təxris olunmuşdur. 2009-cu ildən aprel 2021-ci il tarixə kimi əlil kimi pensiya almışdır. Müvafiq qaydada yenidən ona əlillik təyin edilərkən Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Ekspert komissiyasının həmin rəyini xx.xx.2021-ci il tarixdə portaldan götürmüşdür. Lakin hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının ona əlilliyin verilməməsi barədə rəyi qanuni və əsaslı hesab edillə bilməz və qeyd edilmiş xəstəliklə əlaqədar ona əlilliyin verilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulmalıdır. Çünki onun sağ əlinin barmaqları işləmir, heç bir fiziki iş görə bilmir və onların funksiyasının bərpa edilməsi mümkün deyildir. Cavabdeh təşkilat tərəfindən ona əlilliyin təyin edilməməsi barədə qərarı qanunsuz və əsassızdır. Barmaql arının funksiyasının bərpa olunması mümkün deyildir. Əmək qabiliyyəti yoxdur. Sağ əlinin barmaqları işləmədiyindən əmək qabiliyyəti yoxdur. Ona əlilliyin təyin edilməməsi barədə Komissiyasının rəyi qanuni və əsaslı hesab edilə bilməz.

18. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar bir il müddətinə üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 0234003AABRİ saylı göndərişi əsasında baxılmış və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar bir il müddətinə ikinci qrup əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və beş il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci qrup əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAMB7 saylı göndərişi əsasında baxılmış və “əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Bərpa müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AANKS saylı göndərişi əsasında baxılmış və “Göndərişin natamam doldurulmasıSəbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Daha sonra Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AANKS saylı həmin göndərişi əsasında 27 avqust 2021-ci il tarixində iddiaçının əyani müayinəsi həyata keçirilmiş, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

19. Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(120)-122/2024 nömrəli qərarı ilə (hakim F.N.Abbasov) iddia tələbi təmin edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyini n cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının səhhətində baş verən ağırlaşmalar ona əlillik təyinatı ilə bağlı sonuncu imtinanın verildiyi tarixdən həm əvvəl, həm də sonra aparılmış ekspertizanın nəticəsi olaraq tərtib olunmuş ekspert rəylərindəki diaqnozlarda (“Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu, açıcı kontrakturası (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3-də kobud posttravmatik çapıqlar, saidin əzələ atrofiyası. Sağ dirsək oynağının kontrakturası (bükmə 90 dərəcə, açma 140 dərəcə). Sağ aşıq-baldır oynağının tamlığının hissəvi pozulması, əməliyyatdan son rakı vəziyyət. Sağ orta və mil sinirin posttravmatik neyropatiyası, əlin tutma funksiyasının pozulması) öz əksini tapmışdır. İddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, yəni əsaslandırılmış tibbi sənəd cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X4Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarlarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, İddiaçı iş materiallarında olan TSEK müayinələri ekspert rəyləri ilə müəyyən olunmuş xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsində təsbit olunmuş xəstəliklərin əhatə dairəsinə tam uyğunluğu təsdiq olunur. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsini və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

21. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Apellyasiya baxışı zamanı məhkəmənin hüquqi yardımına əsasən İddiaçı ərizə ilə müraciət edərək, iddiasında dəqiqləşmə aparmış, iddiasının “Cavabdehin 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları”nın 8.2-ci bəndinə əsasən orqanizm funksiyalarının pozulması 50-60 faiz olmaqla 02 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbi ki mi təmin olunmasını xahiş etmişdir.

23. Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qəradadı ilə ərizə icraata qəbul edilmişdir.

24. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-489/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən-məruzəçi hakim H.X.Bəhmənov, hakimlər F.C.Hüseynov və P.T.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(120)122/2024 saylı qərarı dəyişdirilmiş, cavabdeh tərəfin 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları”nın 8.2-ci bəndinə əsasən İddiaçı orqanizm funksiyalarının pozulması 50-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının səhhətində baş verən ağırlaşmalar ona əlillik təyinatı ilə bağlı sonuncu imtinanın verildiyi tarixdən həm əvvəl, həm də sonra aparılmış ekspertizanın nəticəsi olaraq tərtib olunmuş ekspert rəylərindəki diaqnozlarda (“Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu, açıcı kontrakturası (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3-də kobud posttravmatik çapıqlar, saidin əzələ atrofiyası. Sağ dirsək oynağının kontrakturası (bükmə 90 dərəcə, açma 140 dərəcə). Sağ aşıq-baldır oynağının tamlığının hissəvi pozulması, əməliyyatdan sonrakı vəziyyət. Sağ orta və mil sinirin posttravmatik neyropatiyası, əlin tutma funksiyasının pozulması”) öz əksini tapmışdır. Göründüyü kimi İddiaçı iş materiallarında olan TSEK müayinələri ekspert rəyləri ilə müəyyən olunmuş xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsində təsbit olunmuş xəstəliklərin əhatə dairəsinə tam uyğunluğu təsdiq olunduğu halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarı həmin xəstəliklərə əsaslanmamış, İddiaçı müayinə etmədən qeyd olunan qərar qəbul etmişdir. Bununla da cavabdeh qanunsuz qərar qəbul etməklə yanaşı, “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərini pozmuşdur. İnzibati orqan olaraq cavabdeh tərəfin qəbul etdiyi qərar, diskresion səlahiyyətlərin məqsədinə uyğun olmamış, bununla da iddiaçının sosial təminat hüquqlarının əsassız pozulması ilə nətcələnən qərar edilmişdir. Bu tip yanaşmaların hüquqi nəticəsi olaraq hüququ təmin olunmuş şəxslər qanuni mənafelərindən məhrum olmuş olurlar və bu da eyni zamanda əsassız məhkəmə mübahisələrinin yaranmasına şərait yaradır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmu ş olsa da, məhkəmə kollegiyasının hüquqi yardımına əsasən, iddiaçı tələbində dəqiqləşmə aparmış və “Cavabdehin 17 oktyabr 2022-ci il tarixli, xxxxxxx0009 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları”nın 8.2-ci bəndinə əsasən orqanizm funksiyalarının pozulması 50-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbi üzrə iddianın təmin olunması kimi qərar qəbul edilməklə, qərar dəyişdirilmişdir. Belə ki, qüvvədə olan Qərar və meyarlara əsasən əlillik dərəcəsi orqanizm funk siyalarının pozulma faizinə görə müəyyən olunur. Kollegiyanın qənaətinə görə iddiaçının səhhətinin pozulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları”nın 8.2-ci bəndinə uyğundur. Odur ki, qərar dəyişdirilməklə, qeyd olunan meyara uyğun qərar qəbul edilməlidir.

27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il ta rixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunun sınığı, Sağ bazu sümüyünün distal epimetofizimin oynaqdaxili bitişmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 2112 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili açıq sınığından (xx.xx.2009) sonra tam bərkimiş sümük döyə nəyi, dirsək oynağının ön səthinin dəri çapığı. Sağ dirsək oynağının birinci mərhələ osteoartrozu ilə fəsadlaşması. Oynağın kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə sağ əlin parezi ilə nəticələnmiş sağ dirsək oynağının travması nəticəsində (xx.xx.2009) mil və orta sinirlərin posttravmatik nevropatiyası, sağ əlin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Digər oynaqların posttravmatik artrozu. Sağ bazu sümüyünün distal epimetofizinin o ynaqdaxili bitişmiş sınığı. Oynaqların kontrakturası. Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu və açıcı kontrakturası ilə (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3-nin kobud postravmatik çapıqları.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Ətraflarda və oynaqlarda əlillik təyinatına əsas verən funksional pozuntular müəyyən edilmir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mey arları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hazırki mübahisədə məhkəmə 3 dəfə ekspertiza təyin etmiş və hər 3 ekspert rəyi vətəndaşın əleyhinə olmuş, həmçinin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində 2 dəfə əyani müayinədə olmuş, hər iki müayinə nəticəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmis. sonuncu dəfə isə məhkəmə qərardadı əsasında əyani müayinəyə dəvət olunsa da, əyani müayinədə iştirak etməkdən imtina etmişdir. Bununla belə məhkəmə iddiaçının xeyrinə qərar qəbul etmişdir. Göründüyü kimi məhkəmə işə baxarkən sırf tibbi sənədləri və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək qeyd edilən diaqnozun olm ası səbəbindən vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert vətəndaşın diaqnozunun olmasını yalnız sənədlər əsasında təsdiqləndiyini qeyd etmiş və ekspert rəyində də hal-hazırda olan diaqnozlarla vətəndaşa əlillik təyinatı aparılmasının mümkün olmaması qeyd edilmişdir. Bununla belə məhkəmə əsassız olaraq ekspert rəyini iddiaçının xeyrinə qiymətləndirmişdir. Bundan əlavə şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların olmaması vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edi lmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının əyani müayinəsi zamanı keçirilən müayinələr nəticəsində göndərişdə qeyd edilən diaqnozların iddiaçıda əlillik səviyyəsində olmaması müəyyən olunduğundan cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyaların ın pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaları Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqani zmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyala rının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. Müddət göstə rilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin ta rixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Bənd 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1 3.3. Artrоzlаr M15M19 1 3.3.16. Qiymətləndirmə baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər 5 0 mü ddətsiz

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki m əlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyek tiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq a pellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğ vinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

38. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 2009-2014-cü illərdə “Sağ bazunun dirsək oynaq daxili açıq sınığı” diaqnozuna görə 3-cü dərəcə əlillik, 2015-ci ildə 1 il müddətinə, 2016-cı ildən isə “Sağ bazunun dirsək oynağının açıq sınığı, təkrar osteosintez, kobud qalıqları. Mil-orta sinirdə zədələnmənin qalıqları”, “Sağ bazunun dirsək oynaqının açıq sınığı, təkrar osteosintez, kobud qalıqları. Mil-orta sinirdə zədələnmənin qalıqlar ı” diaqnozları verilməklə 5 illik müddətə 2-ci dərəcə əlillik verilmişdir.

39. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AANKS saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M19 - Digər artrozlar => M19.1 - Digər oynaqların posttravmatik artr...; Diaqnozun mətni: Digər oynaqların posttravmatik artrozu, Sağ bazu sümüyünün distal epimetofizinin oynaqdaxili bitişmiş sınığı. Ağırlaşma Oynaqların kontrakturası, Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu və açıcı kontrakturası ilə (bükmə tamdır, açma-150 dərəcə), saidin 1 /3-nin kobud postravmatik çapıqları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir.

40. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AANKS saylı həmin göndərişi əsasında 27 avqust 2021-ci il tarixdə iddiaçının əyani müayinəsi həyata keçirilmiş, “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar; “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 Artropatiyalar => M15-M19 - Artrozlar => M19 - Digər artrozlar => M19.1 - Digər oynaqların posttravmatik artr...; Diaqnozun mətni: Digər oynaqların posttravmatik artrozu, Sa ğ bazu sümüyünün distal epimetofizinin oynaqdaxili bitişmiş sınığı; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

41. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0009 nömrəli qərarından görünür ki, Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 19 dekabr 2022-ci il tarixli, 1025 saylı ekspert rəyində tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0234003AANKS saylı göndərişə istinad olunmuşdur.

42. Lakin həmi n göndəriş iş materiallarında mövcud deyildir.

43. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X7 19 dekabr 2022-ci il tarixli, 1025 saylı rəyində İddiaçı “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X8 xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu, açıcı kontrakturası (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3-də kobud posttravmatik çapıqlar, saidin əzələ atrofiyası. Sağ dirsək oynağının kontrakturası (bükmə 90 dərəcə, açma 140 dərəcə). Sağ aşıq-baldır oynağının tamlığının hissəvi pozulması, əməliyyatdan sonrakı vəziyyət. Sağ orta və mil sinirin posttravmat ik neyropatiyası, əlin tutma funksiyasının pozulması” müəyyən edildiyi qeyd edilmişdir.

44. Əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Digər oynaqların posttravmatik artrozu, sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı. Ağırlaşma: oynaqların kontrakturası, sağ dirsək oynağının posttravmatik deformasiyaedici artrozu, ağrı sindromu və açıcı kontrakturası ilə (bükmə tamdır, açma 150 dərəcə), saidin 3-də birinin kobud posttravmatik çapıqları” diaqnoz xəstənin anamnestik, kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir.

45. Kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixli 0234003AANKS saylı göndəriş iş materiallarında mövcud olmasa da, yuxarıda qeyd olunan ekspert rəyindən g örünür ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz və ağırlaşmalar xx.xx.2022-ci il tarixdə aparılmış əyani müayinə zamanı da öz təsdiqini tapmış, eyni zamanda iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş xəstəlik (XBT kodu M19.1) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir.

46. Bununla əlaqədar qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin İddiaçı iş materiallarında olan TSEK müayinələri ekspert rəyləri ilə müəyyən olunmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsində təsbit olunmuş xəstəliklərin əhatə dairəsinə düşməsi barədə gəldiyi nəticə düzgün olmamışdır.

47. Bu baxımdan qeyd edilməlidir, iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 13-cü bölməsinin “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” meyarlarına uyğun qiymətləndirilməli idi.

48. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın n 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 13.3.16-cı bəndinə əsasən “baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər” halında orqanizmin funksiyalarının 50 faiz pozul masına görə müddətsiz əlilliyin təyin edilməsi göstərilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Digər oynaqların posttravmatik artrozu, sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı. Ağırlaşma: oynaqların kontrakturası, sağ dirsək oynağının posttravmatik deformasiyaedici artrozu, ağrı sindromu və açıcı kontrakturası ilə (bükmə tamdır, açma 150 dərəcə), saidin 3-də birinin kobud posttravmatik çapıqları” diaqnoz xəstənin anamnestik, kliniki, laborator, instrumental müayinələri əsasında müəyyən edilmişdir.

50. Sonuncu göndərişdə əksini tapmış diaqnoz (“Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı v əziyyət. Sağ dirsək oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu, açıcı kontrakturası (bükmə tamdır, açma 150 dərəcə), saidin 1/3-də kobud posttravmatik çapıqlar, saidin əzələ atrofiyası. Sağ dirsək oynağınm kontrakturası (bükmə 90 dərəcə, açma 140 dərəcə). Sağ aşıq-baldır oynağının tamlığının hissəvi pozulması, əməliyyatdan sonrakı vəziyyət. Sağ orta və mil sinirin posttravmatik neyropatiyası, əlin tutma funksiyasının pozulması”) ekspertizanın nəticəsi olaraq tərtib olunmuş ekspert rəylərində də öz əksini tapmışdır.

51. Eyni zamanda, qeyd olunur ki, xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi n və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvədə olmuş, apellyasiya məhkəməsi tərəfindən isə həmin göndərişdə olan diaqnozların iddiaçıya müvafiq əlillik dərəcəsinin təyin olunmasına əsas verən xəstəlik olub-olmaması araşdırılmamışdır.

52. Odur ki, yenidən araşdırma zamanı əlillik təyin edilməsi üçün qiymətləndirmənin aparıldığı göndəriş apellyasiya məhkəməsi tərəfindən tələb edilərək, göndərişdə qeyd edilən xəstəliklərin müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə t əsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcudluğu müəyyən edilməlidir.

53. Əgər yuxarıda qeyd edilən bütün hallar araşdırıldıqdan sonra iddiaçıda olan xəstəliklərin yuxarıda qeyd edilən normalarda mövcudluğu halı müəyyən edilərsə, iddiaçıda olan xəstəliyin sadəcə adı qeyd edilməməli, eyni zamanda onun xəstəliyinin hansı altbəndə uyğun gəlməsi, orqanizmin funksiyalarının pozulması faizi və əlilliyin müddəti də müəyyən edilməlidir.

54. Bununla yanaşı əlilliyin hansı tarixdən təyin edilməsinə münasibətdə qeyd edilməlidir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İ ş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi xx.xx.2021-ci il tarixdə təqdim edilmiş və həmin göndəriş əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya əlilliyin təyin edilməsinin mümkün olub-olmaması müəyyən edilməli, işin halları müddətsiz əlilliyin təyin edilməsinə əsas verdikdə isə iddiaçının hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir.

56. Eyni zamanda məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırıl ması ilə bağlı vəzifələrini nəzərdə tutan bu Qərarın 33-cü bəndində istinad olunan normaya əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

57. Bundan əlavə, qeyd edilməlidir ki, Şirvan İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadı ilə Biləsuvar Rayon Mərkəzi X6 şəxsi in zibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

58. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.

59. Yeni apellyasiya baxışı zamanı, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli Qərardadında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alaraq, hazırkı mübahisə üzrə ümumiyyətlə Biləsuvar Rayon Mərkəzi X6 şəxsinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsasların mövcud olub- olmamasına, bundan asılı olaraq iş üzrə üçüncü şəxs qismində iştirakçılığına xitam verilməsi məsələsini də həll etməlidir.

60. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul ed ilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

62. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan h əmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-489/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar