Məhkəmə qərarları › İş №2-1(102)-1063/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1063/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1063/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; iddia müddəti ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 2-1(103)-696/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergillər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********7 nömrəli 26.09.2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin əmlaklarının siyahıya alınması qərara alınmışdır.

2. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “əmlakın siyahıya alınmasına dair qərarın icra müddətinin artırılması haqqında” 18.12.2018-ci il tarixli **********451200 nömrəli qərarı ilə vergi borclarını ödəməyən İddiaçı MMC əmlakının siyahıya alınması barədə qəbul edimiş 26.09.2018-ci il tarixli və **********7 nömrəli qərarın icra müddəti 30 iş günü artırılmışdır.

3. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında 05.04.2019-cu il tarixli **********789000 nömrəli qərarı ilə vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 26.09.2018-ci il tarixli **********7 saylı qərara əlavələr (dəyişiklilər) edilməsi qərara alınmışdır

4. İddiaçı MMC cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 26 sentyabr 2018-ci il tarixli **********7 nömrəli qərarın və 05 aprel 2018-ci il tarixli **********789000 saylı qərara əlavənin etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmiş, iddia ərizəsi 27.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli 2-1(112)-3672/2020 nömrəli qərardadı ilə (hakim Nəriman Abıyev) iddia tələbi mümkün sayılmamışdır.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mübahisələndirilən qərarlar 05.04.2019-cu il tarixdə rəsmi qaydada imza olunmaqla İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinə təqdim olunmuşdur. mübahisələndirmə növ ündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarların ona təqdim olunduğu müddətdən 10 aydan çox vaxt keçdikdən sonra, yəni 27.02.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüşdür.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-696/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) apellyasiya şikayətinin rədd edilməsi və Bakı İnzibati Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-3672/2020 nömrəli qə rardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Məhkəmə qərardadının iddiaçıya nə vaxt təqdim edildiyini göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

11. İddiaçı həmin qərardaddan 14.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 2-1(103)696/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbi üzrə buraxılmış müddəti bərpa edərək iddia ərizəsinin icraata götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmənin qərardadında göstərilmiş nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmasa da, məhkəmənin mövqeyinin işin faktiki hallarına uyğun gəlməməsi sonda maddi hüquq normalarının düzgün tətbiq edilməsinə təsir etməsi baxımından məhkəmənin gəldiyi nəticələrin qiymətləndirilməsi zəruridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 2-1(103)-696/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz belə əsasl andırılmışdır ki, iddia qanunla nəzərdə tutulan müddətdə qaldırılmamışdır. Belə ki, işin 6 və 45-ci vərəqlərində olan qərar və arayışdan görünür ki, 05.04.2019-cu il tarixli qərar həmin tarixdə möhür vurulmaqla və imza edilməklə iddiaçının qanuni təmsilçisi tərəfindən qəbul edilmiş, iddia isə 27.02.2020-ci il tarixində birinci instansiya məhkəməsinə təqdim edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və cavabdehin nümayəndəsi izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. B elə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati-Prosessual Məcəllənin İnzibati-Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

17. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmi yyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməs inin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Hazırkı qərarın 17-ci bəndində göstərilən normaların tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər.

27. Hazırkı qərarın 20-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.

28. Birinci instansiya məhkəməsi də göstərilən tələblərə riayət edərək iddia müddətinin ötürülüb-ötürülmədiyini araşdırmış və müəyyən etmişdir ki, cavabdehin 26 sentyabr 2018-ci il tarixli və 05 aprel 2018-ci il tarixli aktlarını iddiaçı 27.02.2020-ci il tarixində mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür.

29. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul etmişdir.

30. Odur ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olduğundan məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.02.2021-ci il tarixli, 21(103)-696/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar