Məhkəmə qərarları › İş №2-1(102)-1063/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1063/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1063/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; takelajçı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşından, yəni 08 avqust 2018-ci il tarixdən güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(105)-65/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2003-cü il tarixindən İstiqlal qurğusunda takelajçı-göyərtədə fəhlə işləmişdir.

2. İddiaçı, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 12 oktyabr 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 57 yaşından, yəni 08 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Qubadlı rayonunun Qubadlı şəhərində anadan olmuşdur. İkinci qrup Qarabağ müharibəsi əlilidir. xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası "X2” LTD şirkətində Yarım Dalma üzən X1 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən və fəhlə vəzifəsi təsnifatlarına uyğun olan takelajçı vəzifəsində işləmiş və hal-hazırda işləməkdə davam edir. xx.xx.2018-ci ilə kim i onun ümumi 30 ildən çox əmək stajı vardır. Əmək pensiyası almaq ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəni rədd edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə əmək pensiyası hüququ yoxdur, əmək pensiyası təyin edilməsi qanunaziddir, narazı qaldıqları halda məhkəməyə müraciət edə bilər. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Çünki iddiaçının əmək kitabçası var, bundan əlavə işləməyini təsdiq edən sənədləri, qanuni qüvvədə olan sənədləri və sairə rəs mi sənədləri də cavabdehə təqdim etmişdir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 19 (on doqquz) il 00 (sıfır) ay 13 (on üç) gün təşkil edir. Cavabdehin etirazları:

5. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıs ı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət So sial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "X2” LTD-nin 21 iyul 2021-ci il tarixli arayışında xx.xx.2003xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Yarım Dalma üzən X1 takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, Yarım Dalma üzən X1 işlədiyi takelajçı vəzifəsi yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 27 gün (xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(118)-641/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya, 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2003-cü il tarixindən İstiqlal qurğusunda takelajçı-göyərtədə fəhlə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu bölmə Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şist in emalı, 11-ci bölmə isə metal emalı adı ilə adlanır. Çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər 11-ci "Metal emalı” bölməsinin 11.6-cı bəndinin "a” yarımbəndində göstərilmişdir. İddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu bölməyə uyğundur.

8. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında konkret olaraq fəhlə yazılmaması, onun gördüyü işin qeyd edilən siyahının 10-cu bölməsinə uyğun olmaması kimi qiymətləndirilə bilməz. İddiaçının işlədiyi, hazırda fəaliyyət göstərən müəssisənin arayı şları və özünün ifadələri ilə iddiaçının gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu bölməsinə uyğun olduğunu göstərir. Cavabdeh inzibati orqan bununla bağlı hər hansı araşdırma aparmadan, iddiaçının hansı işləri gördüyünü müəyyən etmədən əsaslandırılmamış imtina etmişdir.

9. Beləliklə, qeyd edilənlər inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. İddiaçıya pensiya 57 yaşdan yox, 60 yaşından təyin edilməlidir. İddiaçıya 60 yaşından əmək pensiyası təyin edilməsi Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanuna müvafiq olaraq və eyni zamanda həmin dəyişikdən əvvəlki normalara uyğun aparıla bilər. Digər əsaslar olmasa belə, qanunvericiliyə qeyd edilən son dəyişiklik əsasında iddiaçının 60 yaşının tamamında ümumi 25 il iş stajına və 12 il 6 ay xüsusi iş stajına malik olduğu üçün onun pensiya hüququ yaranmış olur.

10. İddiaçı üç illik müddəti ötürmədiyi üçün onun pensiyası 60 yaşından tamam olduğu tarixdən təyin edilməli və ödənilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(105)-65/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edil məmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(118)641/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 oktyabr 2021-ci il tarixli, **********3 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən qanunvericiliyin tələbləri baxımından ona güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.

16. İş materiallarına əlavə olunmuş “X2" LTD-nin 21 iyul 2021-ci il tarixli arayışında iddiaçının xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Yarım Dalma üzən X1 takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları nəzərdə tutulmuşdur.

18. Gör ündüyü kimi, xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində Yarım Dalma üzən X1 işlədiyi takelajçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə nəzərdə tutulmuş çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 27 gün (xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir.

19. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinə istinad edilmişdir. b. kassas iya şikayətinə etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şika yət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Şikayətdə apellyasiya instansiyası m əhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, l2 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu bölməyə uyğundur.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını işin faktiki hallar ına uyğun hesab etmir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu bəndində “fəhlələr:” nəzərdə tutulmaqla yanaşı, həmin “fəhlələr”ə məhz hansı peşə, iş və vəzifələri aid etdiyini dəqiq göstərmişdir. Həmin peşə, iş və vəzifələrdə “takelajçı” vəzifəsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının icra etdiyi işin, peşənin və ya vəzifənin həmin siyahıda göstərilən məhz hansı peşə, iş və ya vəzifəyə uyğun olduğunu göstərməyərək yalnız sözügedən Siyahının 10-cu bəndinə uyğunluğuna istinad etməklə düzgün nəticəyə gəl məmişdir. 26. “Takelajçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda yalnız Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmaqla çənlərin və gəmi bölmələrinin daxilində (qapalı şəraitdə) avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları göstərilmişdir.

27. Göründüyü kimi, “takelajçı” vəzifəsi üzrə işlər o halda güzəştli hesab oluna bilər ki, həmin işlər (1) metal emalı sahəsinə aid olsun; (2) çənlərin və gəmi bölmələrinin daxilində icra edilmiş olsun. İddiaçının “takelajçı” vəzifəsini məhz həmin sahədə və həmin ş əraitdə icra etdiyinə dair sübut işdə yoxdur.

28. İddiaçının iş yerindən təqdim edilmiş arayışlarda takelajçı vəzifəsinin xüsusiyyətləri qeyd olunsa da, həmin vəzifənin icra olunduğu sahə (gəminin göyərtəsi) və iş şəraiti istinad edilən Siyahıda nəzərdə tutulmuş şərtləri təmin etmir.

29. Cavabdeh də haqlı olaraq qeyd edir ki, iddiaçının Yarım Dalma üzən X1 işlədiyi takelajçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə nəzərdə tutulmuş çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri sahəsinə aid deyildir.

30. Məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı yuxarıda qeyd edilən siyahı üzrə 12 il 6 aydan artıq güzəştli sığorta stajına malik olmadığından, cavabdehin imtinası qanuna uyğun olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

31. Beləliklə, iddiaçının hazırkı məzmunda tələbi əsaslı hesab edilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 21(105)-65/2023 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar