Məhkəmə qərarları › İş №2-1(102)-1064/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1064/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1064/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə (hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1) qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə X1 (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-41/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2009-cu ildə Kəngərli rayonu, Təzəkənd R.Rəhimov adına orta məktəbi bitirmişdir.

2. Rusiya Federasiyasının X12 Universiteti tərəfindən verilmiş bakalavr diplomuna əsasən iddiaçı “heyəti idarəetmə” istiqaməti üzrə tam kursu tamamlayıb 2016cı ildə bakalavr dərəcəsini əldə etmişdir.

3. İddiaçı həmin diplomun ölkə ərazisində tanınması ilə bağlı 20.02.2018-ci il tarixdə elektron ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 26 iyul 2018-ci ıi tarixli məktubla məsələnin hə llindən imtina etmişdir. İmtinanın əsası kimi bildirilmişdir ki, Təhsil Nazirliyində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nı, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ. 1.2 maddəsinin müddəalarını, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinin (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, onun ixtisas üzrə biliklərinin Azərbaycan respublikasında təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən etmişdir və göstərilənlərə əsasən ona verilmiş diplom üzrə ixtisasın tanınması mümkünsüz hesab olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 19 dekabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Rusiya Federasiyası Ural Dövlət-Dağ Universiteti tərəfindən verilmiş 9 iyun 2016-cı il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz, qərəzli və qeyri-oby ektivdir. “Təhsil haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı (1997-ci ildə) “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya əsasən diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkredit asiya olunması, yəni qanuni ali məktəb olmadadır. İkinci şərt isə, tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır. Onun (iddiaçının) təhsil aldığı məktəb Milli universitetdir, yəni dövlət statuslu təhsil ocağıdır. Bundan başqa, təhsil aldığı 2012 – 2016-cı illərdə sessiya dövrlərində o, Yekaterinburq şəhərində yaşamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuzdur və onun diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi cavabdeh tərəfindən təmin olunmalıdır.

6. Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, onun imtinası qanuni və əsaslıdır. Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi Ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Rusiya Federasiyası X12-Mədən Universitetinin tədris dilini bilmədiyindən diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Hesab olunur ki, tədris dilini bilmədən diploma əlavədə qeyd olunmuş fənləri mənimsəmək, kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olmaq qeyri-mümkündür. Qeyd olunanlara əsasən iddiaçının adına RF X12-Mədən Universitet i tərəfindən verilmiş bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Göstərilənlərə və İPM-in 47.2, 68.2, 73.3-cü maddələrinə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (AR NK-nın 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş) 1.6, 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.05.2019-cu il tarixli qərardadı ilə cavabdehə iddiaçının ixtisası üzrə yenidən müsahibə aparılması həvalə edilmişdir.

8. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan 26.07.2019-cu il tarixli məktubla bildirilmişdir ki, “cavabdeh tərəfindən iddiaçı yenidən müsahibəyə dəvət edilmiş, cavabdehin ali təhsil ixtisasının və diplomunun tanınmaması və əvvəlki imtinanın qüvvəsində saxlanılması barədə yekun qərar qəbul edilmişdir.” 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-881/2019 saylı iş) 24 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının Rusiya Federasiyası Ural Dövlət-Dağ Universiteti tərəfindən verilmiş 9 iyun 2016-cı il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan hal ları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh inzibati orqan tutarlı dəlillər gətirməmişdir. İddiaçının məhkəmə icraatında təqdim etdiyi attestatının surətindən görünür ki, ona oxuduğu orta məktəbdə “rus dili” fənni tədris olunmuş və o, həmin fənn üzrə 5 qiymət almışdır. Buradan belə nəticə çıxır ki, iddiaçını cavabdehin tabeliyində olan təhsil ocağı “rus dili” fənnindən 5 qiymətləndirdiyi halda, inzibati orqanın nəzdində yaradılmış müvafiq komissiya onun “rus dili”ni bilməməsini müəyyən etmişdir.”

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 21.07.2020-ci il tarixli qərardadı ilə cavabdehə iddiaçının ixtisası üzrə yenidən müsahibə keçirilməsini həvalə etmişdir. Qərarda qeyd edilmişdir ki, cavabdehin iddiaçıya ünvanladığı 26.07.2018-ci il tarixli imtina məktubunda ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasının müəyyən edilməsinə istinad edilmiş, lakin ekspert qrupunun rəyi, eləcə də məhkəməyədək inzibati icraat materialları təqdim olunmamış, həmçinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 may 2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar keçirilən təkrar müsahibənin nəticəsinə dair də məhkəməyə 26 iyul 2019-cu il tarixli məktub ünvanlansa da, yenə də ekspert qrupunun rəyi, eləcə də məhkəməyədək inzibati icraat materialları təqdim olunmamışdır.

13. Cavabdehin məhkəməyə ünvanlanan 05.02.2021-ci il tarixli məktubunda bildirilir ki, iddiaçının sənədləri ekspert komissiyası tərəfindən yenidən araşdırılmış, ilkin qərar dəyişdirilmədən saxlanılmışdır.

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5məruzəçi, X6 və X3, 2-1(103)-41/2021 saylı iş) 12 mart 2020-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin məhkəməyə ünvanlanan 05.02.2021-ci il tarixli məktubuna əlavə edilmiş rəydən görünür ki, ekspert qrupu iddiaçının tədris dili üzrə biliyini mənfi qiymətləndirmişdir, məhkəmə araşdırması zamanı iddiaçının aldığı ixtisasın mə nimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən olunduğundan onun diploma əlavədə qeyd olunmuş fənləri mənimsəməsi, təcrübə keçməsi, yekun dövlət imtahanından keçməsi və ya diplom işi yazaraq müdafiə etməsinin mümkünlüyü qeyri-realdır.

16. İddiaçı 5 aprel 2021-ci il tarixdə qərarın surətin almış, 27 aprel 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 17. “Təhsil haqqında” Qanunun 44.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respubli kasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı 1997-ci il aprel tarixli “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasına əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır.

19. İddiaçının təhsil aldığı ali məktəb Milli univ ersitetdir yəni, dövlət statuslu təhsil ocağıdır. Bundan başqa iddiaçı təhsil aldığı 2012-2016-cı illər ərzində - sessiya zamanı Yekaterinburq şəhərində yaşamışdır. Rus dilində sərbəst yazır, oxuyur və danışır. Hesab edir ki, cavabdeh təşkilatın tədris dilini bilməməsini əsas gətirməklə imtinası Lissabon konvensiyasının tələblərinə ziddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. Cavabdehin vəkili məhkəmə kollegiya sının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 23. “Təhsil haqqında” Qanun: Maddə 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq h üququ (-). 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

24. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”: 8.27-8.28-ci bəndlər. Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvaf iq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin n ostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; - 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıd akı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhs ilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiy i üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır

32. İddiaçının əsas dəlili ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri apelyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Tədris dilini bilmə səviyyəsi cavabdeh tərəfindən düzgün qiymətləndirilməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, diplomlar o halda tanınır ki, onlar Azərbaycan Resp ublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

34. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının müsahibə zamanı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir.

35. Apelyasiya məhkəməsi 21 iyul 2020-ci il tarixdə qərardad qəbul edərək iddiaçının təhsil haqqında diplomun ölkə ərazisində tanınması və bu barədə müvafiq şəhadətnamənin verilməsi ilə əlaqədar 1 ay müddətində iddiaçının ixtisası üzrə yenidən müsahibənin aparılması cavabdehə həvalə edilmiş, cavabdeh apelyasiya məhkəməsinə göndərdiyi 5 fevral 2021-ci il tarixli məktubunda iddiaçının sənədlərinin ekspert komissiyası tərəfindən yenidən araşdırıldığı və ilkin qərarın dəyişdirilmədən qüvvədə saxlanıldığı bildirilmişdir. Məktuba qoşmada müəyyən məlumatlar təsvir edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsası işdə olan hər hansı sübutla təs diq edilmir.

37. İddiaçı ali məktəbdə təhsili hansı dildə almışdır, ekspert komissiyası iddiaçı ilə nə vaxt müsahibə aparmışdır, müsahibə hansı dildə aparılmışdır, müsahibədə iddiaçıya hansı suallar verilmiş, iddiaçı suallara necə cavab vermişdir, hansı meyarlara görə iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamışdır.

38. Bəhs olunan hallar məhkəmə tərəfindən araşdırılmamışdır.

39. Cavabdehin 5 fevral 2021-ci il tarixli məktuba əlavə etdiyi elektron ərizə sistemində iddiaçının tədris dilini bilmə səviyyəsi ilə bağlı heç bir məlumat əksini tapmamışdır. 40. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbinə görə cavabdeh inzibati aktı yazılı şəkildə əsaslandırmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq edən və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

41. Apelyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olub-olmamasını araşdırmamışdır.

42. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

43. Apelyasiya məhkəməsi məhkəmə araşdırması zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması nəticəsinə gəlmiş, lakin bununla bağlı inzibati işdə hər hansı sübut olmamışdır.

44. Odur ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. İddiaçı kasasiya şikayətində apelyasiya instansiy a məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz.

46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-41/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar