Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1064/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Bakı şəhəri Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Qaraçuxur Bələdiyyəsi və M əmmədova Mənfəət Məmmədəli qızı) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-45/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarından İddiaçı və üçüncü şəxs Məmmədova Mənfəət Məmmədəli qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 12 saylı, 6 fevral 2008-ci il tarixli qərarına əsasən İddiaçı Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində (ayrıc aktında göstərilən yerdə) istifadə etdiyi 400 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilməsi qərara alınmışdır.
2. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********62 saylı 11 noyabr 2014cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin 15 oktyabr 2012-ci il tarixli 05 saylı qərarı ilə ona fərdi yaşayış evi tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 6 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşə n 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırılması:
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin 15 oktyabr 2012-ci il tarixli, 05 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə Bakı şəhəri, Suraxa nı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün hər iki cavabdehə müraciət etmiş, lakin cavabdehlər müraciətlərinə hər hansı cavab verməmişlər. cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1600/2014 saylı 24 dekabr 2014-cü il tarixli qərardadı ilə iddia Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə aid hissədə qeyri-mümkün hesab edilmişdir.
8. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-1600/2014 saylı 24 dekabr 2014-cü il tarixli qərarı ilə (hakim Z.Pirverdiyev) iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
9. Qaraçuxur Bələdiyyəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə 26 aprel 2017-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə mü raciət etmişdir.
10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1600/2014 saylı 18 may 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli 2-1(85)-1600/2014 saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir.
11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2334/2017 saylı 18 may 2017-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-24/2019 saylı iş üzrə 8 may 2019-cu il tarixli qərarı ilə (hakim X.İmanov) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının nəinki mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamış, həmin torpaq sahəsinin ona ayrılması barədə Qaraçuxur Bələdiyyəsinin 12 saylı 6 fevral 2008-ci il tarixli qərarı 2008-ci il üzrə Qaraçuxur Bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabında və həmin qərarların əlavələri ilə birlikdə olan qovluqda aşkar edilməmişdir. Torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi (aktı) bağlanmamış və bununla bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
14. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 ma y 2019-cu il tarixli qərarından Məmmədova Mənfəət Məmmədəli qızı apellyasiya şikayəti vermişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2236/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatın davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat
17. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2-1(112)-2653/2020 saylı qərardadı ilə Məmmədova Mənfəət Məmmədəli qızı üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli 2-1(112)-2653/2020 saylı qərarı ilə (hakim Ş.Məmmədova) iddia rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli torpaq üzərində mülkiyyət hüququ yaranmamış, həmin torpaq sahəsinin ona ayrılması barədə təqdim etdiyi Qaraçuxur Bələdiyyəsinin 12 saylı, 6 fevral 2008-ci il tarixli qərarı isə 2008-ci il üzrə Qaraçuxur Bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabında və həmin qərarların əlavələri ilə birlikdə olan qovluqda aşkar edilmədiyindən həmin qərarın qanuni və əsaslı olması məhkəmə tərəfindən qəbul edilə bilməz. Bundan əlavə mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsinin (aktının) bağlanmaması (bununla bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir) da həmin qərarın heç bir əsasının olmamasını təsdiq edir.
20. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və üçüncü şəxs M.Məmmədova həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. İş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman iddiaçının nümayəndəsi və vəkili vəsatət verərək İddiaçı cavabdeh Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinə qarşı Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 12 saylı 6 fevral 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qəbul etdiyi 30 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-105/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə icraat dayandırılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-105/2021 nömrəli iş üzrə 7 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-45/2022 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in hüquqi mövqeyi ilə razılaşmışdır.
26. İddiaçı və üçüncü şəxs M.Məmmədova həmin qərardan kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
27. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, 1 yanvar 2015-ci ildə onun adına mülkiyyət hüququna dair çıxarış verilib və bu çıxarış hazırda da qüvvədədir. Yəni cavabdeh bələdiyyə qərarının qanuniliyini qəbul edib. Məhkəmə kollegiyası bu halı nəzərə almamışdır. Məhkəmə kollegiyasının istinad etdiyi digər hallar Qaraçuxur Bələdiyyəsinin 12 saylı 6 dekabr 2008-ci il tarixli qərarının qeydiyyat kitabında, qərarların qovluğunda aşkar edilməməsi, alqı-satqı müqaviləsinin olma masıdır. İstinad olunan hallar əsassızdır. Qərarın məzmunundan görünür ki, alqı-satqı müqaviləsi bağlanması nəzərdə tutulmayıb. Torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılıb. Torpağın dəyərinin ödənilibödənilməməsi iddianın təmin olunmaması üçün əsas sayıla bilməz. Əgər torpağın dəyəri ödənilməmişdirsə bələdiyyə bu barədə iddia qaldıra bilərdi. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qərarın verilməsindən 14 il ötür. Qaraçuxur Bələdiyyəsi əvvəlcə torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmadığını iddia etmiş, bu bəhanə təsdiq olunmadıqdan sonra bələdiyyənin belə qərarı olmadığını irəli sürmüş, bu bəhanə də təkzib olunduqdan sonra rüsum ödənilməməsi və digər lüzumsuz müddəalar irəli sürmüşdür. Bələdiyyə qərarlarının qeydiyyatı kitabına münasibətdə bildirilməlidir ki, birinc i instansiya məhkəməsində baxış keçirilmiş qeydiyyat kitabı qaytanlanmayıb və lazımı qaydada möhürlə bələdiyyə sədri tərəfindən təstiq olunmayıb. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini müzakirə edib ona qiymət verməmişdir.
28. Üçüncü şəxs M.Məmmədovanın kassasiya şikayətinin dəlilləri iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Üçüncü şəxs Qaraçuxur Bələdiyyəsi kassasiya şikayətinə qarşı etiraz verərək qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi yerli əhəmiyyətli avtomobil yolunun, eləcə də yeraltı su və magistral qaz xətlərinin mühafizə zolağında yerləşir. Həmçinin mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsi (aktı) bağ lanmamışdır və sənədlərin əsilləri dəfələrlə məhkəmə iclaslarında qarşı tərəfdən tələb edilsə də məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6.2 Bələdiyyə mülkiyyətində o lan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlil ləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Qaraçuxur Bələdiyyəsinin 12 saylı xx.xx.2008-ci il tarixli qərarının 2008-ci il üzrə Qaraçuxur Bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabında və həmin qərarların əlavələri ilə birlikdə olan qovluqda aşkar edilmədiyini, 2008-ci ildə Qaraçuxur Bələdiyyəsinin verdiyi 1 nömrəli sərəncamın 07 mart 2008-ci ildə veril diyini, həmin ilin 12 nömrəli sərəncamının isə 11 aprel 2008-ci il tarixdə “ünvan 1 ünvanında yaşayan vətəndaş X1 istifadə etdiyi torpaq sahəsinə əlavə torpaq sahəsinin ayrılması haqqında” olduğunu, iddiaçı ilə bələdiyyə arasında hər hansı alqı-satqı müqaviləsinin olmadığını, torpağın dəyərinin ödənilməsini təsdiq edən hər hansı sübutun olmadığını, torpağın ayrıc aktının olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələb etdiyi hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina etməkdə haqlı olmuşdur.
40. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamış, həmin torpaq sahəsinin ona ayrılması barədə təqdim etdiyi Qaraçuxur Bələdiyyəsinin 12 saylı, xx.xx.2008-ci il tarixli qərarı isə 200 8-ci il üzrə Qaraçuxur Bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabında və həmin qərarların əlavələri ilə birlikdə olan qovluqda aşkar edilmədiyindən həmin qərarın qanuni və əsaslı olması məhkəmə tərəfindən qəbul edilə bilməz.
41. Bundan başqa, mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsinin (aktının) bağlanması barədə hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi işin halları ilə bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Apellyasiya məhk əməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və üçüncü şəxs Məmmədova Mənfəət Məmmədəli qızının kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-45/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.