Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1065/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük orqanının sabiq əməkdaşına təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialı) qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-1(103)-561/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 03 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2014-cü il 08 may tarixli, 79 nömrəli məlumat vərəqinə əsasən 2014-cü il 12 iyun tarixində iddiaçıya 23 il 10 ay 10 gün xidmət müddəti üçün yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin məlumat vərəqinə əsasən iddiaçının cəmi təminat xərcliyi 1090,29 manat təşkil etmişdir, əmək pensiyası təminat xərcliyinin 59 faizi – 643,27 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu tarixdən sonrakı dövrlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı iddiaçının xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyi 1127,99 manat təşkil etmiş, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı xidmət illərinin güzəştli sayılan hissəsi ilə birlikdə hər il üçün təmi nat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (23 il 10 ay 10 gün) 665,01 manat məbləğində əmək pensiyası iddiaçıya ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 02 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün yaşa görə əmək pensiyasının vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən yenidən hesablanması, pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pe nsiyaya çıxdıqdan sonra hər il indeksləşdirilməsi, bununla əlaqədar artım məbləğinin pensiyasına hesablanması, dövlət qulluğu vəzifəsində 20 ildən yuxarı qulluq etdiyinə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla əlavələrin pensiyasına hesablanması və 2014-cü il 12 iyul tarixdən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyətinə hərbi xidmətdən sonra maşınqayırma zavodunda başlamış, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə oranı bitirmişdir. 1993-cü il 08 iyul tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmişdir, gömrük komitəsində müxtəlif şöbələrdə rəis müavini və rəis vəzifələrində işləmişdir. 2014-cü il 19 aprel tarixdə pensiya hüququnun yaranması ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir və iddiaçıya 23 il 10 ay 10 gün xidmət müddəti üçün əmək pensiyası təyin edilmişdir. Qanunun tələbinə görə iddiaçıya 20 ildən artıq gömrük orqanlarında xidmət etdiyi üçün vəzifə maaşının və təminat xərcliyinin 80 faizindən hesablanmaqla əmək pensiyası təyin edilməli idi. Bununla bağlı cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını və qanunauyğun olaraq indeksləşdirilməsini tələb etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçıya 2014-cü il 12 iyun tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq pensiya təyin edilmişdir. Həmin maddəyə əsasən hərbi xidmətdən buraxılana qədər 20 təqvim ili və daha çox hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən bur axılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının ayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla pensiya ödənilir. Məlumat vərəqindən aydın görünür ki, iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin üçüncü hissəsinə görə (pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə) pensiyaya çıxmışdır. Belə ki, həmin əsasnamənin 27-ci maddəsinə əsasən gömrük xidməti polkovniki üçün son yaş həddi 60-dır. İddiaçı isə 58 yaşında pensiyaya çıxmışdır və bu səbəbdən də yaşa görə deyil, xidmət illərinə görə pens iya hüququ qazanmışdır. İddiaçıya Qanunun 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyinin 59 faizi məbləğində pensiya təyin edilmişdir. İddiaçıya pensiya təyin olunduqdan sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin yalnız 2018-ci il 10 mart tarixli, 3776 nömrəli sərəncamı olmuşdur. Beləliklə, iddiaçının xidmət illərinin güzəşt sayılan hissəsi ilə birlikdə hər il üçün təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 665,01 manat məbləğində pensiya iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının iddiasının əsası onun dövlət qulluqçusu olması ilə bağlıdır. Lakin iddiaçıya dair sənədl ərdə bu fakt öz təsdiqini tapmır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 03 mart tarixli, 2-1(112)-194/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifəsi üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi iddiaçının pensiyaya qədər tutmuş olduğu vəzifəsinə hal-hazırda uyğun olan vəzifə üzrə təminat xərcliyi nəzərə alınmaqla 20 ildən yuxarı hərbi xidmətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) yəni 3 il 10 ay üçün təminat xərcliyinin 3 faiz əlavə hesablanması, pensiya məbləğinin pensiyaya çıxandan sonra hər il üçün indeksləşdirilməsi və ödənilməsi hissəsində əsaslıdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin olunmayan hissəsində qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 avqust tarixli, 2-1(103)-1166/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 03 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 noyabr tarixli, 2-1(102)-2016/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 avqust tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı dövlət qulluğu vəzifəsində işlədiyi illər nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmiş, birinci instansiya məhkəməsi hərbi qulluqçu kimi pensiyanın yenidən hesablanması vəzifəsini cavabdehə həvalə etmiş, məhkəmə iddia tələbindən kənara çıxmışdır. Apellyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, iddia tələbi ilə bağlı İPM-in 13-cü maddəsinin müddəalarına uyğun qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mü bahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. b. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 aprel tarixli, 2-1(103)-561/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 03 mart tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq, iddi anı qismən təmin etmişdir. Belə ki, iddia ərizəsi və apellyasiya şikayətindən məlum olduğu kimi, iddia faktiki cəhətdən əmək pensiyasının dövlət qulluqçularının pensiya güzəştləri nəzərə alınmaqla yenidən hesablanması ilə əsaslandırılmış, məhkəmə isə tələbə hərbi qulluqla bağlı pensiya qanunvericiliyinin normalarını tətbiq edərək, hüquqi qiymət vermişdir. Eyni əsaslarla məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız saymaqla, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabde h tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının pensiyasının təminat xərcliyinin 59 faizi məbləğdə müəyyən edilməsi ilə əsaslandırılan cavabdehin 2019-cu il 03 iyul tarixli, **********0 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası qərarında göstərmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq, iddia tələbinin faktiki cəhətdən əmək pensiyasının dövlət qulluqçularının pensiya güzəştləri nəzərə alınaraq, yenidən hesablanması ilə əsaslandırması, birinci instansiya məhkəməsinin isə tələbə hərbi qulluqla bağlı pensiya qanunvericiliyinin normalarını tətbiq edərək, hüquqi qiymət vermişdir. Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyi qanuni və əsaslı hesab edilsə belə, bu iddiaçının iddia tələbinin tamamilə rədd olunması üçü n heç bir əsas verməmişdir. Çünki Ali Məhkəmənin mübahisə üzrə bu mövqeyi iddiaçının iddia tələbinin yalnız bir hissəsinə aid oluna bilərdi. İddiaçı pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaçının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması, pensiya kapitalının iddiaçı pensiyaya çıxandan sonrakı hər il üçün indeksləşdirilməsi tələbinə dair” hissəsi məhkəmənin iddia tələbindən kənara çıxması əsası ilə rədd edilə bilməzdi. Çünki qeyd olunan tələblərin pensiyanın hansı əsasla təyin olunmasına heç bir aidiyyəti yoxdur.
19. İddiaçı pensiyaya çıxarkən işlədiyi vəzifəyə uyğun hal-hazırda vəzifə tutan gömrük əməkdaşlarının təminat xərcliyi ən azı 3500 manatdır. İddiaçı pensiyaya çıxarkən təminat xərcli yinin 59 faizindən hesablanmış pensiya məbləğinin təminat xərcliyinin 30 faizinə endiyi aydın görünmüşdür. Çünki hal-hazırda iddiaçının pensiyasının miqdarı 1115 manatdır. 2014-cü ildən bu günə kimi gömrük əməkdaşlarının məvacibləri və təminat xərcliyi dəfələrlə artırılsa da bunun iddiaçının pensiya məbləğinin artırılmasına heç bir təsiri olmamışdır. Cavabdeh tərəf bunu onunla əsaslandırmışdır ki, fəaliyyətdə olan(işləyən) əməkdaşların məvacibləri büdcədənkənar fond hesabına artırıldığı üçün iddiaçıya şamil edilə bilməz. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində edilən dəyişikliyə görə (dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvədədir.) büdcədənkənar fond hesabına əmək haqqına edilən bütün əlavələr təminat xərcliyinə daxil edilirdi və pensiya artımına təsiri olurdu. Ona görə də 2019-cu il 01 yanvar tarixə qədər Gömrük orqanlarında işləyən əməkdaşların məvaciblərinin artırılması maliyyələşmə mənbəyindən asılı olmayaraq, “Əmək pensiyaları haqqında” Qanuna və “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinə görə ona da şamil edilməli idi. Eləcə də “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il edilmiş dəyişikliyə uyğun olaraq, pensiyaya çıxarkən nəzərə alınmayan 10 ay 10 gün əmək stajımın nəzərə alınması və əlavələrin 2014-cü ilin may ayından hesablanmasını zəruri hesab etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
21. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissə sində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 1956-cı il 25 oktyabr təvəllüdlü iddiaçıya 2014-cü il 10 aprel tarixdən (58 yaşında) “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi təsdiq edir ki, o, pensiyaya dövlət qulluqçusu kimi yox, statusu hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli gömrük orqanı əməkdaşı kimi çıxmışdır. Odur ki, onun ümumi pensiya yaşına çatmadığı halda, xüsusi rütbəli şəxs kimi xidmət illərinə görə daha erkən yaşda əmək pensiyasına çıxma imkanından istifadə edərək, üstəlik dövlət qulluqçularına aid edilən üstünlüklərdən yararlanmaq istəyindən ibarət olan hazırkı iddiası əsassızdır.
27. İddiaçının iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə görə, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
28. Bununla yanaşı, həm in normanın tətbiqi üçün “Əmək pensiyaları haqqında” Qanunun dövlət qulluqçularına şamil edilən digər normalarında nəzərdə tutulmuş şərtlər də ödənilməlidir. Belə ki, həmin Qanunun 20.1-ci maddəsinə görə, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanların da xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla).
29. Göründüyü kimi, iddiaçının hazırkı məzmunda iddiasının (o cümlədən, 2014cü il 12 iyul tarixdən hesablama tələbi də daxil olmaqla) təmin olunması üçün o, ərizəsində tələb etdiyi tarixə əmək pensiyası yaşına çatmış olmalı idi (“Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 20.1.7-ci maddələri). 30. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 20.1.7-ci maddələrində təsbit olunmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmədiyindən, onun hazırkı məzmunda tələbi təmin oluna bilməz.
31. İddiaçının “pensiyaya çıxdıqdan sonrakı illər üçün əmək pensiyasının iddiaç ının rütbəsində olan və iddiaçının işlədiyi vəzifədə işləyən əməkdaşların əmək haqlarının artımına uyğun yenidən hesablanması” tələbinə gəldikdə, cavabdehin məhkəməyə təqdim etdiyi etiraza və ona əlavə olunmuş ödəniş cədvəlinə görə, iddiaçıya 2014-cü il 12 iyun tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq (hərbi qulluqçu kimi və xidmət illərinə görə) təminat xərcliyinin 59 faizi məbləğində pensiya təyin edilmişdir. İddiaçıya pensiya təyin olunduqdan sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 mart tarixli, 3776 nömrəli sərəncamı olmuşdur. Beləliklə, iddiaç ının xidmət illərinin güzəştli sayılan hissəsi ilə birlikdə hər il üçün təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 665,01 manat məbləğində pensiya iddiaçının müvafiq kart hesabına köçürülmüşdür.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-1(103)-561/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.