Məhkəmə qərarları › İş №2-1(102)-1065/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1065/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1065/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60,5 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-863/2022 saylı, 4 mart 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına əsasən müəyyən olunur ki, 10 noyabr 1982-ci il tarixdə İ.Q.Yesman adına Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutuna mühəndis vəzifəsinə qəbul olunmuş, 2 mart 1987-ci il tarixdə işdən azad edilmişdir. 3 mart 1987-4 dekabr 1989-cu il tarixlərində “Ulduz” Bakı Zavodunda mühəndis texnoloq və texn iki büronun rəisi, 5 dekabr 1989-cu il tarixdən 26 aprel 1990-cı il tarixədək “Cənub” Müstəqil Kooperativində sahə rəisi işləmiş, 27 aprel 1990 - 20 noyabr 1990-cı il tarixlərində “Qarqar” Müstəqil Kooperativinə üzv kimi qəbul edilmişdir. 5 yanvar 1991-ci il tarixdə “Paritet” Kooperativinə kommersiya direktoru vəzifəsinə qəbul edilmiş, 21 fevral 1992-ci il tarixdə işdən azad edilmişdir. 23 fevral 1992 - 9 noyabr 1992-ci il tarixlərində "xxxx" X1 kommersiya direktoru, 10 noyabr 1992-8 fevral 1993-cü il tarixlərində Bakı KimyaƏczaçılıq Zavodunda aparıcı mühəndis, 1 sentyabr 1992-1 avqust 2003-cü il tarixlərində "xxxx" X1 direktor müavini, kommersiya məsələləri üzrə məsləhətçi, 4 avqust 2003-29 iyun 2007-ci il tarixlərində “Azneft” X2 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində energetik, 1 y anvar 2008-ci il tarixdə "xxxx" MMC-də buruq elektriki peşəsinə işə qəbul edilmiş, 1 fevral 2011-ci il tarixdə qazma elektriki vəzifəsinə keçirilmişdir. 30 dekabr 2012-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 7 yanvar 2013-8 yanvar 2018-ci il tarixlərində "xxxx" MMCdə qazma elektriki peşəsində işləmişdir. 9 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-yə qazma elektriki peşəsinə işə qəbul edilmiş, 7 mart 2018-ci il tarixdə dənizdə elektrik peşəsinə keçirilmiş, 2 mart 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, 9 aprel 2021-ci il tarixli cavab məktubunda iddiaçının i şlədiyi buruq elektriki, qazma elektriki və elektrik vəzifələrinin müvafiq siyahıda qeyd olunan buruqlara xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları vəzifələrinə uyğun olmadığı üçün tələbinin təmin edilməsinin mümkün olmadığını bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “ona 60 yaş 6 ayının tamam olduğu gündən, yəni 29 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx x 1960-cı il tarixdə anadan olmuşdur, hazırda 61 yaşı var və onun 38 ildən artıq ümumi iş stajı var. Həmçinin 1 yanvar 2008-ci ildən 26 fevral 2021-ci il tarixədək o, Dənizdə elektrik vəzifəsində işləmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (bundan sonra - Siyahı) 10.1-ci bəndində “fəhlələr” siyahısında göstərilmiş buruqlara xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşəsi ilə onun dənizdə işlədiyi elektrik peşəsinin adları fərqli olsa da, əmək funksiyaları eynilik təşkil edir. Bu sə bəbdən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır.

6. Cavabdehin iddiaya dair etirazın dəlilləri imtina məktubunun əsasları ilə eynidir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6278/2021 saylı iş 29 sentyabr 2021-ci il tarixli (hakim S.Salahova) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60,5 yaşının tamam olduğu 29 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh yalnız peşələrin adlarının eyni olmamasına istinad etmiş, həmin peşəyə görə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyinə qiymət verməmiş, ümumiyyətlə “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi üzrə əmək funksiyas ının nədən ibarət olması və hansı əsasla iddiaçının işlədiyi peşələrə uyğun olmaması barədə sübutu məhkəməyə təqdim etməyərək istinad etdiyi dəlili əsaslandırmamışdır. İddiaçının 29 iyul 2020-ci il tarixə 12 il 6 ay 29 gün güzəştli iş stajı mövcuddur. Hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslıdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.Nağıyeva -sədrlik edən və məruzəçi, V.Baxışova və C.Yusif ov) 2-1(103)-863/2022 saylı 4 mart 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)6278/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” həmin peşələr nəzərdə tutulmamışdır. Siyahın ın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin qazma bəndində (10.1) nəzərdə tutulmuş buruqlara xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşələri iddiaçının işləmiş olduğu peşələrlə eynilik təşkil etmir. İddiaçı güzəştli iş stajını təsdiq edəcək arayış da təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi verərək, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası h üququ vardır....... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 10.1-ci bəndində göstərilən “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi

15. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

16. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhk əmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin möv cudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

17. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələ blər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı v erilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləc ə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Həmçinin məhkəmə kollegiyası qeyd etmək istərdi ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallarına əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşı 29 yanvar 2021-ci il tarixdə tamam olmuş, iddiaçı 42 ildən çox ümumi sığorta stajına malikdir və iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə və yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən peşə olduğu iş materialları ilə öz təsdiqini tapmışdır.

24. Belə ki, işə əlavə olunmuş iddiaçının iş yeri olan "xxxx" MMC-nin 0596 nömrəli, 30 iyun 2021-ci il tarixli arayışına əsasən 1960-cı il təvə llüdlü İddiaçı “SOCAR-AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyətində 1 yanvar 2008-ci il tarixindən 1 fevral 2011-ci il tarixinə qədər “Buruq elektriki” peşəsində, 2 fevral 2011-ci il tarixindən 30 dekabr 2012-ci il tarixinə qədər “Qazma elektriki” peşəsində, 7 yanvar 2013-cü il tarixindən 8 yanvar 2018-ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Neft və Qaz Quyularının qazmaçısı; Əmək müqaviləsi üzrə: Qazma elektriki peşəsində, 9 yanvar 2018-ci il tarixindən 6 mart 2018- ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Elektrik; Əmək müqaviləsi üzrə: Qazma elektriki peşəsində və 7 mart 2018-ci il tarixindən 2 mart 2021-ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Qazmaya xidmət edən elektrik montyoru; Əmək müqaviləsi üzrə: Dənizdə elektrik peşəsində işləmişdir və əmək müqaviləsi ilə müəyyən edi lmiş əmək funksiyalarının icrasını Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən platformalardakı iş yerlərində yerinə yetirmişdir. İddiaçı işlədiyi peşələrin adları eynilik təşkil etməsə də, əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.1-ci bəndində göstərilən “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsinə uyğundur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60,5 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-863/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar