Məhkəmə qərarları › İş №2-1(102)-1066/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1066/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1066/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hesabatın vaxtında təqdim edilməməsinə görə tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X2, onun vəkili X1 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabd eh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) “maliyyə sanksiyasının silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1763/2020 nömrəli, 11 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən iddiaçıya 14 mart 2019-cu il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində sosial sığorta və işsizlikdən sığorta haqları üzrə maliyyə sanksiyasının silinməs i barədə iddiaçının məktubuna baxılmışdır. “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu 01.01.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçının vergi orqanında olan şəxsi hesab vərəqəsinə borc və artıq ödəmələr barədə müvafiq məlum atlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən daxil edilmişdir. 01.01.2019-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya 19 mart 2019-cu il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinə baxılmışdır. Müraciətdə qald ırılan məsələnin həlli Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid deyildir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət s osial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçıya qanunsuz hesablanmış 128.024,50 manat sanksiyasının silinməsi vəzifəsinin cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, cəmiyyət 20.05.2011-ci ildə dövlət qeydiyy atından keçmişdir. Cəmiyyətin əsas fəaliyyəti müxtəlif növ tikinti, quraşdırma, hasilat və emal işlərini yerinə yetirməkdir. Cəmiyyət fəaliyyətdə olduğu 17 il ərzində qanunvericilikdə nəzərdə tutulmuş bütün ödənişləri vaxtında və tam şəkildə ödəmişdir. Bu ödənişlərə həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə olan ödənişlər də aiddir. Cəmiyyət tərəfindən 2018-ci ilin 2-ci rübü üçün DSMF-yə hesabat təqdim edilmişdir. Həmin hesabatda DSMF-yə hesablanmış əmək haqqından ayırmaların məbləği 128.024,50 manat az göstərilmişdir. Sonradan tərəflərindən dəqiqləşdirilmiş hesabat verilərək bu məbləğ hesabata daxil edilmişdir. DSMF isə onlara heç bir hüquqi əsas olmadan 128.024,50 manat maliyyə sanksiyası tətbiq etmişdir. Bu məbləğ hal-hazırda cəmiyyətin şəxsi vərəqəsində borc kimi göstərilir. Bu maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericiliyə ziddir. Bununla əlaqədar olaraq DSMF-yə müvafiq müraciət edərək borcun silinməsi xahiş olunmuşdur. Lakin DSMF məsələnin onun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid olmadığını bildirilmişdir. Bundan sonra göstərilən borcun silinməsi üçün cavabdehə müraciət edilmiş, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən cəmiyyətin müraciətinə cavab olaraq bildirilmişdir ki, 01.01.2019cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. Göründüyü kimi, hər iki dövlət orqanı səlahiyyə tlərin kimə aid olmasını mübahisələndirsə də, cəmiyyətə qanunsuz olaraq hesablanmış borcun halhazırda Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nəzarəti altında olması hazırkı iddianın ona qarşı qaldırılmasını zəruri edir.

5. Cavabdehin iddiaya qarşı 16.08.2019-cu il tarixli etirazında qeyd edilmişdir ki, mübahisələndirilən məbləğin 01.01.2019-cu il tarixədək hesablandığını nəzərə alaraq, həmin məbləğin hesablanıb-hesablanmaması, hesablandığı halda, təsdiqedici sənədlərin və hesablamanın əsasları barədə məlumatın təqdim edilməsinə dair cavabdehin DSMF-yə ünvanladığı 04.06.2019-cu il tarixli məktubuna 10.07.2019-cu il tarixli məktubla cavab verilmişdir. DSMF-nin məktubunda iddiaçının 2018-ci ilin İİ rüb üçün DSMF-yə təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği i lə DSMF-yə təqdim edilmiş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında 512.098,0 manat fərq yarandığına görə DSMF tərəfindən iddiaçıya 5 iş günü ərzində yaranmış uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün 2018-ci ilin 4 sentyabr tarixində hesabat məlumatlarında olan uyğunsuzluğun aradan qaldırılması üçün elektron qaydada müraciət edilməsi, əks halda, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində dəqiqləşdirilmiş hesabat təqdim edilməmişdir. Nəticədə “Sosial sığorta haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədil məsinə (sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış 128.024,50 manat sosial sığorta haqqı bərpa edilməklə, belə hərəkətlərə təkrar yol verildiyinə görə həmin məbləğin 100 faizi məbləğində, yəni 128.024,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən sonradan 2018-ci ilin 2-ci rübü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilmişdir. Dəqiqləşdirilmiş hesabat qəbul edilmiş və həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Lakin tətbiq edilmiş maliyyə sanksiyası qüvvədə saxlanılmışdır. Cavabdeh hesab edir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Belə ki, iddia ərizəsində də 2018-ci ilin İİ rübü üzrə DSMF-yə hesablanmış əmək haqqından ayırmaların məbləğinin 128.024, 50 manat az göstərildiyi, həmin məbləğin sonradan dəqiqləşdirilmiş hesabat verilərək hesabata daxil edildiyi bildirilmişdir. Göründüyü kimi, hesabatda göstərilən məbləğin az göstərilməsi mübahisələndirilməyən faktdır və həmin məbləğə 100 faiz məbləğində maliyyə sanksiyasının vurulması isə qanunun tələblərindən irəli gəlir. Bundan başqa, qanunvericilikdə maliyyə sanksiyasının tətbiq edildikdən sonra iddia ərizəsində göstərilən əsaslarla ləğvi qanunvericilikdə nəzərdə tutulmamışdır. Etirazın maddi hüquqi əsası kimi “Sosial sığorta haqqında” Qanunun 10, 14, 14.4, İnzibati Prosessual Məcəllənin 48-ci, Mülki Prosessual Məcəllənin 47.2-ci və 154-cü maddələrinə istinad edilmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2019-cu il tarixli 2-1(82)2107/2019 saylı qərardadı ilə (hakim: E.M.Mustafayev) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.08.2019-cu il tarixli 2-1(82)2107/2019 saylı qərardadı ilə (hakim: E.M.Mustafayev) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2107/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilərək iddiaçıya qanunsuz hesablanmış 128.024,50 manat maliyyə sanksiyasının silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu 01.01.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. Belə olan halda, iddiaçı tərəfindən təqdim edilmiş hesabatda uyğunsuzluq olduğundan, sonradan dəqiqləşdirilmiş hesab təqdim edilməsinə baxmayaraq 128.024,50 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyasının cavabdeh tərəfindən iddiaçının hesabından silinməməsi onun hüquqlarını pozmuşdur.

10. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd ed ilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2760/2019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2107/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişd ir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)923/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2760/2019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən əsaslandığı faktiki hallar və sübutları, istinad etdiyi normativ hüquqi aktları və onların qiymətləndirilməsini göstərməmiş, iddiaçının təqdim etdiyi hesab atda uyğunsuzluğun nədə ifadə edilməsi, uyğunsuzluğun cavabdehin təqsirli hərəkəti nəticəsində baş verib-verməməsi əksini tapmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: X.Ə.Sarıyev və İ.Ə.Kərimli) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2107/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İşə baxan məhkəmə işin ədalətli həlli üçün zəruri olan mühüm halları nəzərə almamış, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, iddia tələbi üzrə mübahisə olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə tam və obyektiv araşdırma aparmadan və müəyyən məsələləri ümumiyyətlə tədqiq etmədən iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, iddianın p redmetini təşkil edən maliyyə sanksiyasının tətbiq edilməsində vergi orqanının hər hansı rolu olmamışdır. Başqa sözlə, vergi orqanı qeyd olunan məsələ ilə bağlı meydana çıxmış münasibətlərin subyekti kimi çıxış etməmişdir. Buna baxmayaraq, maliyyə sanksiyasının qanunsuzluğuna istinad edən iddia tələbi bilavasitə vergi orqanına qarşı yönəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbini rəd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

22. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının i clasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

21. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər:... sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə; 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati i craat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 25. “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydası: Bənd 7.15.1 Kameral yoxlama zamanı hesabatın doldurulmasında səhvlər aşkar edildikdə və ya hesabatlar müəyyən olunmuş formada (və ya natamam məlumatlar təqdim edildikdə təqdim edilmədikdə, DSMF orqanı tərəfindən bu barədə sığortaedənə müraciət (Əlavə №10) göndərilir və 5 (beş) iş günü ərzində sığortaedəndən düzəliş edilmiş hesabatın təqdim olunması tələb edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddin də baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya insta nsiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

30. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF tərəfindən tətbiq edilən 128.024,50 manat maliyyə sanksiyasının silinməsini xahiş etmişdir.

31. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməsinə baxmayaraq, 128.024,50 manat məbləğində tətbiq edilmiş maliyyə sanksiyasının cavabdeh tərəfindən iddiaçının hesabından silinməməsi sonuncunun hüquqlarını pozmuşdur.

32. Qeyd olunmalıdır ki, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvə də olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, hazırkı mübahisəyə “Sosial sığorta haqqında” Qanunun 2018-ci ildə qüvvədə olan normalarına əsasən qiymət verilməlidir.

33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Sosial sığorta haqqında” qanunun 21-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçı tərəfindən məlumatın gizlədilməsi deyil, yanlışlığa yol verildiyi müəyyən edilir. Belə ki, iddiaçı tərəfindən 2018-ci ilin İİ rübü üzrə DSMF-yə təqdim edilmiş hesabatlarla həmin dövr üçün vergi orqanların a muzdlu işlə əlaqədar təqdim olunan bəyannamədə göstərilən əmək haqqı arasında fərq yaranmışdır. Yəni, iddiaçı vergi orqanına hesabatı düzgün təqdim etmişdir.

34. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçıya 100 faiz məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün cavabdehə və üçüncü şəxsə apelyasiya instansiyası məhkəməsi tərəfindən vaxt verilməsinə baxmayaraq nə cavabdeh, nə də ki üçüncü şəxs tərəfindən 100 faiz məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsas olmuş (iddiaçının əvvəllər belə hərəkətə yol verməsi, bu barədə ona maliyyə sanksiyası tətbiq edilməsi, maliyyə sanksiyası tətbiq edilməsi barədə cavabdehin qərarının qüvvədə olub-olmaması) hallarının araşdırılması üçün zəruri heç bir sənəd təqdim edilməmişdir. Bu halda, nə qədər ki, zəruri sənədlər mövcud deyil, 100 faiz məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır.

35. Bundan başqa, apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də cavabdeh göstərmişdir ki, iddiaçının 2018-ci ilin İİ rüb üçün DSMF-yə təqdim etdiyi bəyannamədə göstərilən muzdlu gəlir məbləği ilə DSMF-yə təqdim edilmiş vahid rüblük hesabatda göstərilən əmək haqqı fondu arasında fərq yarandığına görə, DSMF tərəfindən iddiaçıya 5 iş günü ərzində yaranmış uyğunsuzluğun aradan qaldırılması və dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi üçün 2018-ci ilin 4 sentyabr tarixində elektron qaydada müraciət edilmiş, əks halda, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.

36. Lakin, bu halın təsdiqi və sənədlərin təqdim edilməsi üçün cavabdehə imkan yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən uyğunsuzluğun aradan qaldırılması üçün bildirişin həqiqətən göndərilməsi, iddiaçıya dəqiqləşdirilmiş hesabatın verilməsi üçün vaxt verilməsi, göstərilən müddətdə dəqiqləşdirilmiş hesabatın təqdim edilməməsi barədə sübutlar təqdim edilməmişdir.

37. Bundan əlavə, kassator hesab edir ki, hazırki iş üzrə vergi orqanının cavabdeh qismində çıxış etməsi prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.

38. Şikayətin bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu 01.01.2019 -cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. Odur ki, bu iş üzrə Vergilər Nazirliyi əsl cavabdehdir.

39. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisələndirilən maliyyə sanksiyasının əsaslı olmasına dair hər hansı sübut təqdim etməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qərar qəbul edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh edilənləri rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2020 saylı, 11 dekabr 20 20-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar