Məhkəmə qərarları › İş №2-1(102)-1066/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1066/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1066/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı 01 iyul 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-356/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2020-ci il tarixli, 265 nöm rəli arayışına əsasən bildirilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.

2. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər Azərbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsində, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Azərbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - maşın avadanlıq larının təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək Azərbaycan DRES-nın Mərkəzləşdirilmiş Təmir sexi” - usta vəzifəsində, xx.xx.1988-ci ildə həmin sexdə usta vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə İ qrup usta vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.2007-ci ildə Gəncə gil-torpaq istehsalat sahəsinin texniki xidmət və təmir departamentinin yardımçı istehsalat üzrə təmir sexinə növbə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci ildə "xxxx" MMC-nin Qazan və Turbin Avadanlıqlarının Təmir və Sazla ma İdarəsi - usta İ qrup vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2009-cu ildə "xxxx" ASC - nin turbin avadanlıqlarının təmiri sexi - 10-cu dərəcəli usta vəzifəsi təyin edilmiş, xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2010-cu ildə "xxxx" ASC-nin energetika avadanlıqlarının təmiri idarəsinin təmir sahəsinin THT sexinə 10-cu dərəcəli usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci ildə "xxxx" MMC (hazırda "xxxx" QSC) - usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2019-cu ildə "xxxx" MMC-yə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 07-48 nömrəli, 11 noyabr 2021-ci il tarixli, işin xarakteri haqqında arayışına əsasən iddiaçının xx.xx.1984-cü ildən xx.xx.2006-cı il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 2 nömrəli Siyahısının A) Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13cü bölməsinin “a” bəndinin 28-ci bazasına əsasən 2140000a—18455-qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; B) ) Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci bazasına əsasən 2140000b—23362avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama) və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur.

4. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 8 dekabr 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun ümumi stajı 25 ildən az (24 il 4 ay 1 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “pensiya hüququnun yarandığı 01 iyul 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla ə saslandırılmışdır ki, iddiaçı 1980-ci ilin iyun ayından Goranboy rayonu Qızılhacılı kolxozunda əmək fəaliyyətinə başlamış və bu günədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqdadır. Onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş əməliyyatları dövründə xidmət dövrü üçqat hesablandıqda (“Vətəndaşların pensiya təminatı” haqqında AR Qanununun 68-ci maddəsinin birinci bəndinin ikinci abzasının 11 oktyabr 2005-ci ilədək qüvvədə olan redaksiyasına əsasən) 39 (otuz doqquz) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün ümumi stajı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş əməliyyatları dövründə xidmət dövrü ikiqat hesablandıqda (xx.xx.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında" AR Qanununun 24.0.1-ci maddəsinə əsasən) 38 (otuz səkkiz) il 11 (on bir) ay 28 (iyirmi s əkkiz) gün ümumi stajı vardır. Ümumi stajının 31 (otuz bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gününü zərərli və ağır işlərdə (güzəştli şərtlərlə pensiya hüququ verən staj) çalışıb. xx.xx.1993-cü tarixdən xx.xx.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır”.

7. Cavabdeh iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 1980-1981-ci illərdəki iş stajı əmək kitabçası ilə öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışda Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarına istinad olunur. Halbuki, 57 yaşdan pensiya təyin edilməsi üçün iddiaçının xx.x x.2006-cı ilə qədər ki fəaliyyətinə baxıldığından, həmin dövrdə qüvvədə olmuş qərara istinad olunmalıdır. Bundan əlavə, həmin arayışda konkret peşəyə deyil, ümumi bölmələrə istinad olunmuşdur. İddiaçının işlədiyi məhz hansı dövrlərin məhz hansı peşələrə uyğunlaşdırıldığı və bütövlükdə xx.xx.2006-cı ilə qədər 12 il 6 ay güzəştli iş stajının toplanıb-toplamadığını arayış əsasında müəyyən etmək mümkün deyil.

8. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(112)-4489/2021 nömrəli, qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu 01 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (214000a— 18455) nəzərdə tutulan- qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrində və (2140000b—23398) nəzərdə tutulan qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları peşələrində güzəştli iş stajı 14 il 01 ay 20 gün, ümumi iş stajı 25 il 09 ay 03 gün olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-356/2022 nömrəli qərarı ilə (hakimlər: Aida Hüseyn - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Səadət Bəktaşi) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(112)-4489/2021 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu 01 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi qərarın əsaslandırma hissəsində iddiaçıya 01 iyul 2020-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsini qeyd etsə də, nəticə hissəsində iddianı tam təmin edərək, iddiaçıya 57 yaşı tamam olduğu 01 iyul 2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi göstərmişdir. Həmçinin məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1, 37.7-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, keçmiş müddət üçün alınma mış pensiya məbləğinin bir dəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəasının ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti imtina məktubu və iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-356/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığort a stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: Maddə 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orq anının qərarı əsasında) ikiqat ölçüdə;

17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsini n qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

27. Yuxarıda göstərilən lərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-356/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar