Məhkəmə qərarları › İş №2-1(102)-1066/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1066/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1066/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 2-1(103)-3202/2024 saylı qərarından iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

2. İddiaçı həmin fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, cavabdeh hərəkətsizlik göstərərək müraciətə cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə, ünvan 2 ünvanında çıxarışla mənzilə sahib olmuşdur. Həmin mənzilə mülkiyyət hüququ əldə etdiyi zaman orada Cavabdeh2, Cavabdeh3, X4, X2, Cavabdeh6 və Cavabdeh7 formal olaraq qeydiyyatda olduğunu öyrənmişdir. Həmin şəxslərin qeydiyyatda olmaları iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Halhazırda həmin şəxslərin harada yaşamaları iddiaçıya məlum deyil.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilərək Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iş üzrə əsl cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilmiş, həmçinin iddia tələbi Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması kimi qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərarı ilə (hakim X7) iddia təmin edilmiş, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 3-cü şəxs sözügedən mənzildə qeydiyyatda olsa da, həmin şə xsin qeyd edilən mənzil dair istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. 3-cü şəxsin həmin ünvan üzərində qeydiyyatının formal xarakter daşıması və həmin ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır, bu səbəbdən iddiaçı üçüncü şəxsin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

8. Üçüncü şəxs Cavabdeh7 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ünvan 6 ünvanında yerləşən 10 saylı mənzilə qeydiyyatının bərpa edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki iicraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 2-1(103)-320 2/2024 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X3 və X1) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9766/2023 nömrəli, xx.xx.2024-cü il qərarı üçüncü şəxs Cavabdeh7 aid hissədə ləğv olunmuş, iddia ona aid hissədə təmin edilməmiş, icrada dönüş edilərək Cavabdeh7 ünvan 2 ünvanına qeydiyyatı bərpa edilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa istinad edərək ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması qənaətinə gəlməkdə haqlı olsa da, üçüncü şəxslərdən olan Cavabdeh7 həmin ünvanda yaşayıb yaşamamasını, yəni, iddiaçıya məxsus evdə qeydiyyatda olubolmamasını düzgün müəyyən edə bilməmişdir. Belə ki, iş materiallarında olan 113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 50 nömrəli arayışdan görünür ki, Cavabdeh7 ünvan 3, mənzil 10-da yaşayır. Eyni zamanda Kollegiya tərəfindən keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ev ilə üçüncü şəxsin yaşadığı mənzil fərqli ərazilərdə yerləşir. Belə ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 həyət evidir, üçüncü şəxs isə həmin evdən müəyyən qədər uzaq məsafədə yerləşən iki mərtəbəli bina evinin 10-cu mənzilində yaşayır. Həmçinin məhkəmə kollegiyasının iclası zamanı tərəflərin verildiyi izahatlardan da məlum olur ki, üçüncü şəxs iddiaçıya məxsus evdə yaşamır və hər iki tərəf bir-birini tanımır. İşin hallarından, eyni zamanda üçüncü şəxs tərəfindən təqdim edilən mü qavilələrdən də aydın olur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 90 nömrəli evə mülkiyyət hüququ əldə etməmişdən daha öncədən üçüncü şəxs Cavabdeh7 həmin ünvanda qeydiyyatda olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi üçüncü şəxs Cavabdeh7 yaşadığı ünvandan qeydiyyatdan çıxarılması barədə qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir.

11. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

12. Şikayətdə Mülki Məcəllənin 152.1, 152.2, 158.4-cü maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.

13. Bildirilir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən heç bir araşdırma aparmamışdır. Belə ki, məhkəmə qarşı tərəfin təqdim etdiyi 113 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 50 nömrəli arayışı heç bir araşdırma aparmadan mötəbər sübut kimi qəbul edərək qərara köçürmüş, bu zaman iddiaçının xüsusi mülkiyyətçi kimi hüquqlarına əhəmiyyət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüq uqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın mə qsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üz rə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

20. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi fərdi yaşayış evində qeydiyyatda olan və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş şəxslərin qeydiyyatından çıxarılmasına nail olmaqdan ibarətdir.

21. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini qanunvericiliyin müddəaları baxımından qanuni hesab edərək onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda alınmış şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul etsə də, apellyasiya instansiya məhkəməsi üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh7 şikayəti əsasında işə baxarkən onun qeydiyyatdan çıxarılmasını qanuni hesab etməmişdir.

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini, üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh7 ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasını xahiş edir.

23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Cavabdeh7 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməlidir.

24. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, ünvan 3-da yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur (iş vər 4). Cavabdehin məlumatına görə üçüncü şəxs Cavabdeh7un qeydiyyatı da ü nvan 3 ünvanıdır. İddiaçı özünə məxsus, mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və müdafiə edilən fərdi yaşayış evində üçüncü şəxs Cavabdeh7 barəsində aparılmış qeydiyyatın ləğvini tələb edir.

25. Apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini üçüncü şəxs Cavabdeh7 münasibətdə əsaslı hesab etməyərkən bildirmişdir ki, Cavabdeh7 ünvan 3, mənzil 10-da yaşayır. Eyni zamanda yerli baxış zamanı, iddiaçının yaşadığı ev ilə üçüncü şəxsin yaşadığı mənzilin fərqli ərazilərdə yerləşdiyi müəyyən edilir. Belə ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 həyət evidir, üçüncü şəxs isə həmin evdən müəyyən qədər uzaq məsafədə yerləşən iki mərtəbəli bina evinin 10-cu mənzilində yaşayır.

26. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında əks edilmiş mövqeylə bağlı bil dirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir.

27. Üçüncü şəxs Cavabdeh7 iddiaçıya məxsus evdə yaşamaması, eləcə də həmin evə dair əmlak hüquqlarının mövcud olmaması iş materialları ilə təsdiq edilir.

28. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının mənzil-kommunal təsərrüfatı departamenti 2 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfatı birliyi 113 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatda Cavabdeh7 ünvan 3, mənzil 10-da yaşadığı qeyd edilir (iş vər 82).

29. Beləliklə, göründüyü kimi üçüncü şəxs Cavabdeh7 iddiaçıya məxsus evə dair heç bir hüququ olmamaqla yanaşı, həmin evdə yaşamır. Hətta üçüncü şəxslə iddiaçı bir birlərini tanımırlar. Buna baxmayaraq üçüncü şəxs iddiaçının ünvanında qeydiyyatdadır.

30. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks edilmiş mövqeyə uyğun olaraq Cavabdeh7 ünvan 3-dan qeydiyyatdan çıxarılması qanunidir.

31. Digər tərəfdən, 113 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş arayışda üçüncü şəxsin ünvan 3, mənzil 10-da yaşadığı, Dax il İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışda isə ünvan 3 ünvanında qeydiyyatda olduğu qeyd edilir. İddiaçı üçüncü şəxsin ona məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasını tələb edir. Yəni göründüyü kimi üçüncü şəxsin yaşadığı ünvan ilə qeydiyyat ünvanı fərqlidir və qeydiyyat ünvanı iddiaçıya məxsus fərdi yaşayış evidir.

32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, istər üçüncü şəxs Cavabdeh7 yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onun həmin yaşayış sahəsində yaşamaması baxımından, eləcə də üçüncü şəxsin yaşadığı ünvan ilə qeydiyyat ünvanın fərqliliyi ilə bağlı aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.

33. Göstərilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməli, Cavabdeh7 iddiaçıya məxsus ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehə həvalə edilməlidir.

34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 2-1(103)-3202/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddiası təmin edilsin. Cavabdeh7 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar