Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1067/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1067/21) 09 iyun 2021-ci il Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(103)-112/2020 nömrəli iş üzrə 17.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 iyun 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasında, yəni nəticə etibarı ilə üzərinə düşən vəzifə öhdəliklərini tam yerinə yetirilməsində (pensiyanı yenidən hesablamaması, fərqin müəyyən edilməməsi, yeni pensiya məbləğinin müəyyən edilməməsi və s.) göstərdiyi hərəkətsizliyi, eyni zamanda, “İddiaçı “Koller” Kollektivində 05.12.1987-ci il tarixdən 03. 10.1993- cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 01.01.2006-cı il tarixdən başlayaraq pensiyanın yenidən hesablandıqda yeni pensiya məbləğinin ay üzrə, eləcə də illər üzrə nə qədər təşkil edir?» sorğusuna cavab olaraq təhrif olunmuş məlumatlar verməklə qərarın tam icra olunmamasına, o cümlədən pensiyanın yenidən hesablandıqda heç bir fərq məbləğinin yaranmamasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və bü cür hərəkətlərə son qoyulması; cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş maddi ziyana görə 3000 manat və mənəvi ziyana görə 2000 manat kompensasiya ödənilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Firdovsi Bədəlovun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-959/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17, 78-ci maddələrinə, “Əmək pensiyayaları haqqında” 06 noyabr 2007-ci il tarixli Qanunun 26.2-ci maddəsinə əlavə olunmuş qeydə, həmin Qanuna 17 m ay 2011-ci il tarixli dəyişikliklərlə edilən əlavələrə, yəni 26.3-1, 26.3-2, 26.3-3-cü maddələrinə, həmçinin həmin Qanunun 21.1, 29.2, 37.3-1-ci maddələrinə, İPMnin 58.7, 68.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası əsassızdır.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-959/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 2-1(103)-112/2021 nömrəli iş üzrə 17.03.2021-ci il tarixli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Şeyd a Məhərrəmova) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-959/2020 nömrəli qərarının ləğv edilməsi, iddiaçının iddiasının mümkün sayılmaması qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 1.1, 35.1, 82-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi üzrə hər üç instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Hazırkı iddia tələbində qaldırılan məsələ yeni bir məhkəmə mübahisəsi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası prosesi ilə bağlı tərəflər a rasında yaranmış mübahisədir. Cavabdeh inzibati orqan da öz növbəsində müraciətə imtina xarakterli deyil, mübahisənin icra mərhələsinə aid olduğundan cavab məktubu ünvanlamışdır. Ona görə də hazırkı iddia tələbi mümkün hesab edilməməlidir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
7. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı yaranmış hüquq münasibətləri dəyərləndirilərkən məhkəmə kollegiyası tərəfindən ədalətsizliyə yol verilmişdir. Eləcə də, sübutların bəzilərinin ümumiyyətlə qiymətləndirilməməsi nəticədə əsassız və qanunsuz bir qərardadın çıxarılmasına səbəb olmuş və bununla da o, məhkəməyə müraciət etmək hüququndan məhrum edilmişdir.
8. Belə ki, 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2-1 (81)-155/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya “Koller” Kollektivində 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin (yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin) üzərinə qoyulması qərara alınmışdır.
9. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-825/2019 saylı, 10.04.2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail ra yon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.01.2019-cu il tarixli, 2-1(81 )-155/2019 saylı, qərarı 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmiş, “1999-cu il tarixdən başlayaraq” sözləri “iddiaçının müraciət etdiyi vaxtdan - 31,07.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri ilə əvəz edilmiş, Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2190/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli Qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş; cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı səhəri Səbail rayon şöbəsinin kasasiya şikayəti təmin edilməmiş; Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmiş; Həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan – 31.07.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri “01.01.2006-il tarixdən” sözləri ilə əvəz edilmiş və Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. İddiaçının sifarişi ilə «X1» MMC tərəfindən tərtib olunmuş 198nömrəli, 03.03.2020-ci il tarixli Ekspert rəyi də sübut kimi nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən dəyərləndirilməmişdir.
12. Həmin rəy ilə müəyyən olunmuşdur ki, iddiaçının orta əmək haqqı məbləği 2006-cı ilin 01 yanvar ta rixinə 1609,4 manat təşkil edir və 2008-ci ilin 01 yanvar tarixindən cavabdeh tərəfindən pensiyanın yenidən hesablanmış məbləğləri ilə ekspert tərəfindən hesablanmış məbləğlər arasında fərq artımı mövcuddur.
13. Bundan başqa, Bakı Apelyasiya Məhkəməsinin 16.09.2020-ci il tarixli məhkəmə iclasında, tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 2-1(112)-1440/2020 nömrəİi, 16.09.2020-ci il tarixli qərardadı ilə vəsatət təmin olunaraq, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4212nömrəli, 04.12.2020-ci il tarixli Ekspert Rəyinin “Nəticə» hissəsində göstərilmişdir ki, İddiaçı «Koller» kooperativində işlədiyi dövr üzrə 05.1 2.1987-ci il tarixdən 03.10.1993-cü il tarixinədək aldığı əmək haqqı məbləğlərə müvafiq olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqları nəzərə alınaraq, 01.01.2006-cı il tarixdən 31.12.2019-cu il tarixinədək yenidən hesablandıqda ödənilmiş məbləğ ilə hazırkı tətqiqatla hesablanmış pensiya məbləği arasında artım fərqi yaranır və pensiyanın aylıq məbləği 3502,43 manat məbləğində müəyyən edilir. Adi anlamdan müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə məhkəmə icraatı mümkün deyildisə, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də lüzum olmazdı. Odur ki, təqribən bir il ərzində aparılmış məhkəmə araşdırmalarının son nəticəsi olaraq məhkəmə qərarı çıxarmaq əvəzinə, məhkəmə kollegiyası əsassız və qanunsuz olaraq qeyd olunan qərardadı çıxarmışdır. Qeyd edək ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4212№-li, 04.12.2020-ci il tarixli Ekspert Rəyi ilə tanış olduqdan sonra, Elektron Məhkəmə Sistemində olan vəkilinin «Şəxsi kabinet»indən apelyasiya instansiyası məhkəməsinə «İddia tələbinin dəyişdirilməsi barədə» Ərizə ünvanlanmış və həmin ərizə 17.03.2021-ci il tarixli məhkəmə iclasında da təqdim olunmuşdur.
14. «İddia tələbinin dəyişdirilməsi barədə» Ərizə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsaslandırılmış və aparılan araşdırmalar zamanı iddia predmetinin dəyişdirilməsi zəruriyyəti yarandığı üçün, iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibat Kollegiyasından xahiş edilmişdir ki, «Cavabdeh tərəfindən 01.01.2006-cı il tarixdən 31.12.2019-cu il tarixinədək pensiyanın hesablanması zamanı İddiaçı «Koller» kooperativində işlədiyi dövr üzrə 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixinədək aldığı əmək haqqı məbləğlərə müvafiq olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının nəzərə alınmaması və buna müvafiq olaraq 01.01.2008-2019-cu illərin indeksləşdirmə əmsalları nəzərə alınmaqla pensiyanın aylıq məbləğinin müəyyən edilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və bü cür hərəkətlərə son qoyulması barədə 01.01.2006-cı il tarixdən 31.12.2019-cu il tarixinədək pensiyanın hesablanması zamanı İddiaçı «Koller» kooperativində işlədiyi dövr üzrə 05.12.1987-ci il tarixdən 03.10.1993-cü il tarixinədək aldığı əmək haqqı məbləğlərə müvafiq olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqları nəzərə alınmaqla orta əmək haqq ı məbləğinin müəyyən edilməsi və buna müvafiq olaraq 01.01.2008-2019-cu illərin indeksləşdirmə əmsalları nəzərə alınmaqla pensiyanın müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılsın.
15. Açıq-aşkardır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin olunmuş iddia tələbi ilə hazırkı iddia tələbi fərqli tələblərdir. Məhkəmə kollegiyası “İddia tələbinin dəyişdirilməsi barədə» ərizəyə ümumiyyətlə qiymət verməməklə, sanki həmin dəyişdirilmiş tələbi gizlətməyə cəhd etmişdir. Hansı ki, prosessual hüquq normasının imperativ tələbi olan məhkəmənin proses iştirakçılarına yardım etmək borcunu yerinə yetirməmişdir. “İddia tələbinin dəyişdirilməsi barədə» Ərizənin nə üçün qəbul edilmədiyi və hansı səbəbdən dəyərləndirilmədiyi də qərardadda öz əksini tapmamışdır. H esab edir ki, iddiaçının sifarişi ilə «X1» MMC tərəfindən tərtib olunmuş 198№-li, 03.03.2020-ci il tarixli Ekspert rəyinə, Bakı Apelyasiya Məhkəməsinin 2-1(112)-1440/2020 nömrəli, 16.09.2020-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi barədə verilmiş, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4212№-li, 04.12.2020-ci il tarixli Ekspert Rəyinə və iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə məhkəmə kollegiyası tərəfindən ümumiyyətlə qiymət verməməklə qanuni nöqteyi nəzərdən əsaslı olan iddia tələbini əsassız olaraq mümkünsüz hesab etmişdir.
16. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-112/2021 nömrəli iş üzrə 17.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini və apely asiya şikayəti üzrə araşdırmanın davan etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
18. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 17 may 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kasasiya şikayətinə qarşı etirazda Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-112/2020 nömrəli iş üzrə 17.03.2021-c i il tarixli qərardadından iddiaçının tərəfindən verilmiş kasasiya şikayətinin əsassız olması səbəbindən təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-112/2020 nömrəli iş üzrə 17.03.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlamasını xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləs inin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
24. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə ə laqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 11.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
25. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
26. Həmin Məcəllənin 12.1-ci maddəsinə müvafiq olaraq məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Həmin Məcəllənin 13 -cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
28. Həmin Məcəllənin 54.1-ci maddəsinə müvafiq olaraq inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.
29. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda göstərilmiş prosessual hüquq normalarına riayət etməmiş və nəticə etibarı ilə də iddiaçının prosessual hüquqlarını pozmuşdur.
30. Belə ki, iddiaçı kasasiya şikayətində xüsusi olaraq qeyd etmişdir ki, iddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi iddianın dəyişdirilməsi barədə ərizəsi (İPM-nin 54.1-ci maddəsi) ümumiyyətlə məhkəmə baxışı predmeti olmamış, yəni apelyasiya məhkəməsi sözügedən ərizəyə, bu ərizə sanki məhkəməyə verilməmiş kimi, ona baxmamış və nəticə etibarı ilə hüquqi qiymət verməmişdir ki, bu da iddiaçının həmin dəlilinin əsaslı olması alamına gəlir.
31. Halbuki işin 248-249-cu səhifələrində iddiaçı tərəfindən İPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə mövcud olmaqla, işə 17 mart 2021-ci il tarixində baxılması haqqında məhkəmə iclasının protokolundan (iş səh.251) göründüyü kimi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə həmin ərizəni apelyasiya məhkəməsinə təqdim etmişdir.
32. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən ərizəni məhkəməyə təqdim edilməmiş kimi hərəkət edərək, ona ümumiyyətlə baxmamış və iş üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qərardadında bu barədə heçnə yazmamış, hər hansı bir araşdırma aparmamış və hüquqi qiymət verməmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 21(103)-112/2021 nömrəli qərardadı ləğv edilsin İş baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.