Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1067/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsu si Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 21(103)-3449/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il il tarixdə doğulmuş, 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur.
2. İddiaçıya məxsus hərbi bilet, diplom və əmək kitabçasının surətindən, iş yerindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, o, xx.xx.1980-ci il tarixdə “QLAVBAKSTROY”un Avtobaza-2-yə avtomobil təmiri üzrə çilingər kimi işə qəbul olunmuş, xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet ordu sıralarında müddət li xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdə “QLAVBAKSTROY”un Avtobaza-2-yə avtomobil təmiri üzrə çilingər kimi işə qəbul olunmuş, xx.xx.1983-cü il “QLAVBAKSTROY”un 2 №-li avtobazasından köçürmə yolu ilə “QLAVBAKSTROY”un “BQCM” trestinin 13 №-li tikinti idarəsinə 2-ci kateqoriyalı asfaltçı kimi işə qəbul olunmuş, xx.xx.1980-ci il -asfaltçı 4-cü kateqoriyaya layiq görülmüş, xx.xx.1991-ci il - BAK1BAŞTİK.İNTİ İDARƏSİ”nin 13 №li Tikinti İdarəsinin Siyəzən sahəsində 4-cü dərəcəli asfaltçı işinə köçürülmüşdür. xx.xx.1993-cü ildə iş icraçısı vəzifəsinə keçirilmiş və həmin vəzifədə xx.xx.1995-ci il tarixinədək çalışmış, xx.xx.1995-cixx.xx.2001-ci il tarixə qədər “Azərneftyoltikintitəmir” Trestinin 3 №-li Yol Tikintisinin 4 №-li sahəsində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixdə 239 saylı Sərəncamına əsasən ARDNŞ QNQÇ İB-nin “Azərneftyoltikintəmir” Trestinin müəssisələrinin bazasında "xxxx" ASC-nin 3 №-li YolTikinti İdarəsinin bazasında 4 saylı Yol-Tikinti Filialı) yaradılmışdır. xx.xx.2001 -ci il tarixdən xx.xx.2007-ci il tarixədək 4 saylı Yol-Tikinti Filialında iş icraçısı vəzifəsində işləmiş, xx.xx.2007-xx.xx.2017-ci il Səhmdar Cəmiyyətində iş icraçısı vəzifəsində çalışmış, xx.xx.2017- xx.xx.2018-ci il Cəmiyyətdə sahə rəisi vəzifəsində işləmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı B.İddiaçı güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun ümumi iş stajının 23 il 08 ay 18 gün, güzəştli iş stajının 08 il 02 ay 28 gün təşkil etməsi səbəbindən mümkün hesab edilmir. Cavabdeh iddiaçının 1980-1983-cü illərdə və 2001-2005-ci illərdə işlədiyi dövrü nəzərə almaqdan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2018ci il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarında sadalanan sənədlər, həmçinin iş yerindən onun ümu mi və güzəştli stajı ilə bağlı təqdim etdiyi arayışla əsaslandırmışdır. 7.Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil etmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki,iddiaçı B.İddiaçı 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 23 il 08 ay 18 gün və güzəştli iş stajının 08 il 02 ay 28 gün təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, iddiaçı B.İddiaçı iddia ərizəsində ona hüququnun yarandığı 15 dekabr 2018-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə,incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə(istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güz əştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cimaddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4element mövcud olmalıdır: 1. iddiaçının 60 yaşının tamam olması: 2. iddiaçının xx.xx.2019-cu il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 3. iddiaçının 20.10.2.019-cu il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. 4. iddiaçının xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb edilən məbləğdə pensiya kapitalının mövcud olması.
8. İddiaçı B.İddiaçı məxsus ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, o, xx.xx.1980-17.11,1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Dövlət Arxivinin Bakı filialının 07 sen tyabr 2021-ci il tarixli BA- 04114-2021 nömrəli məktubundan məlum olur ki, Bakı Baş Tikinti idarəsininMexanizasiya trestinin 13 saylı Yoltikinti idarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 12 avqust 2021-ci il tarixli 18 nömrəli arayışında iddiaçı B.İddiaçı “Azərneftyoltikintitəmir” Trestinin 3 nömrəli Yol Tikinti idarəsinin 4 nömrəli sahəsində iş icraçısı vəzifəsinə 12 aprel1995-ci il tarixdə 23k nömrəli əmriə işə qəbul edildiyi. 03 sentyabr 2007-ci il tarixədək həmin vəzifədə çalışdığı bildirilmişdir. İş materiallarında olan Dövlət Arxivinin Bakı filialının15 sentyabr 2021-ci il tarixli BA-042592021 nömrəli məktubunda ВВТİ 2 saylı Avtobazasının əmrlər kitabına əsasən, iddiaçı B.İddiaçı 18 avqust 1980-ci il tarixi i 55k nömrəli əmrlə 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edildiyi, BBTİ 2 saylı Avtobazasının 1980-1983-cü illərə dair əməkhaqqı cədvəllərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. İş materiallarında olan iddiaçı B.İddiaçı məxsus 25 avqust 1980-ci il tarixli İT ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, o, xx.xx.1980-xx.xx.1980-ci il tarixlərdə, xx.xx.1982xx.xx.1983-cü il tarixlərdə BBTİ 2saylı Avtobazasında, xx.xx.1983-xx.xx.1990- cı il tarixlərdə “СУ-13” Trestində, xx.xx.1991-xx.xx.1995-ci il tarixlərdə “Bakıyoltikinti” Trestinin 29 nömrəli tikinti idarəsində,xx.xx.1995-xx.xx.2001-ci il tarixlərdə Yol Tikinti İdarəsində, 01 08.2001-01,08.2017-ci il tarixlərdə 4 saylı Yol Tikinti İdarəsində, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə "xxxx"MMC- də, xx.xx.2017-01,08.2018-ci il tarixlərdə "xxxx" ASC- də, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə M-TND” MMC-də, xx.xx.2019-02.11,2020-ci il tarixlərdə"xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur.Belə ki, iddiaçı B.İddiaçı mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 12 avqust 2021–ci il tarixli 18 nömrəli arayışında onun xx.xx.2001-xx.xx.2007-ci il tarixlərdə adı çəkilən müəssisənin 4 nömrəli Yol Tikinti Filialında iş icraçısı vəzifəsində işlədiyi qeyd edilsə də01.01 2006-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçı B.İddiaçı fərdi hesabının sığortahissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məb ləğindənaşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçı B.İddiaçı münasibətdə 55680,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36502,74 manat təşkil edir.Yuxarıda şərh edilənlərin nəticəsi olaraq iddiaçı B.İddiaçı güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun ümumi iş stajının 23 il 08 ay 18 günü, güzəştli iş stajının 08 il 02 ay 28 günü təşkil etməsi səbəbindən mümkün deyildir.. 9.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (E.Əliyev) iddia təmin edilərək, İddiaçı xx.xx. 2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki,iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin hərbi xidmətvə təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (27 il 02 ay 20gün) ümumi iş stajı mövcuddur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərləpensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərininşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “iş icraçıları”(2290000b—24441) peşəsi nəzərdə tutulmuşdur.Göründüyü kimi, iddiaçı tələb olunan güzəştli iş stajına malik olmuşdur.Cavabdehin pensiya kapitalı ilə bağlı olan dəlilinə münasibətdə qeyd edilməlidir ki, pensiya kapitalının mövcud olması ilə bağlı şərtlər xx.xx.2017-ci il tarixdən qüvvədədir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2006-cı il tarixinədək yaranmışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qər ar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-3449/2022 nömrəli qərarı ilə (sədrlik edən – M.N.Tağızadə, hakimlər – A.P.Oruczadə və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6656/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.Əlavə olaraq qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi dövrlərdə iddiaçının işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmaması, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi id diaçının iradəsindən asılı olan hall deyildir və bu əsaslada qeyd edilən dövrlərin iddiaçının iş stajına hesablanmaması və pensiya təyinindən imtina edilməsi iddiaçının hüquqlarını pozur. 14.Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-3449/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pe nsiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 22. “İnzibati icraat haq qında” Qanun Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları. 3.1Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.12006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 4.1.10. Qanu nun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
24. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hiss əsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən e dilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə r azılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətra flı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki,iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətin təmin edilməsindən imtina edilərək, iddiaçı B.İddiaçı güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun ümumi iş stajının 23 il 08 ay 18 günü, güzəştli iş st ajının 08 il 02 ay 28 günü təşkil etməsi səbəbindən mümkün olmaması bildirilmişdir.
34. Eyni zamanda cavabdeh bildirmişdir ki, iddiaçı işlədiyi dövr üzrə məcburi dövlət sosialsığorta haqları ödənilmədiyindən həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçı B.İddiaçı fərdi hesabının sığortahissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindənaşağı olmayan pensiya təminatına imkan vermir.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki,iddiaçıya məxsus əmək kitabçasına əsasən (hərbi xidmət və təhsil illəri nəzərə alınmaqla) iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 28 il 1 ay 15 gündür (1980.xx.xx-1977.09.01 = 2 il 10 ay 24 gün) + (1980.xx.xx-1980.08.18 = 2 ay 22 gün) + (1982.xx.xx-1980.11.18 = 1 il 11 ay 29 gün) + (1983.05.27 – 1982.12.21 = 5 ay 6 gün) + (1995.04.10 – 1983.05.30 = 11 il 10 ay 10 gün ) + (2001.07.31 – 1995.04.12 = 6 il 3 ay 19 gün) + (2006.01.01 – 2001.07.31 = 4 il 5 ay) = 28 il 1 ay 15 gün.
36. İddiaçının 1980-1983-cü illərdə və 2001-2005-ci illərdə işləməsi əmək kitabçası və iş yerinin arayışı ilə təsdiq olunur. 37. 1980-1983-cü illərdə iddiaçı Bakı Baş Tikinti İdarəsinə tabe idarələrdə çilingər işləyib, əmək kitabçası, iş yerinin arayışı, işə qəbulla bağlı dövlət arxivinin sənədi ilə bu hallar təsdiq edilir. Cavabdeh həmin dövrü ona görə nəzərə almır ki, 1980-1983-cü illərə dair əməkhaqqı cədvəllərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir.
38. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 23.2 -ci maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsi nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
39. Odur ki, 1980-1983-cü illər haqlı olaraq məhkəmə tərəfindən iddiaçının sığorta stajına hesablanmışdır.
40. Cavabdehin pensiya kapitalı ilə bağlı olan dəlilinə münasibətdə qeyd edilməlidir ki, pensiya kapitalının mövcud olması ilə bağlı şərtlər xx.xx.2017-ci il tarixdən qüvvədədir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2006-cı il tarixəndək yaranmışdır. Eyni qaydada, 2006-cı ilədək 25 il ümumi staj və 12 il 6 ay güzəştli stajla bağlı tələbin ödənilməsi araşdırılmalı olduğundan iddiaçının 2006-2007-ci ill ər üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulmadığı barədə şikayətin dəlililin araşdırmağa zərurət qalmır.
41. İddiaçının xüsusi stajı ilə bağlı məsələyə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh 2001-ci ilədək iddiaçının 8 il 2 ay 28 gün iş icraçısı peşəsini güzəştli staj kimi qəbul edir. İddiaçı həm də 2001-2005-ci illərdə də eyni iş yerində həmin vəzifədə, yəni iş icraçısı işləmişdir. Bu dövr də onun ümumi stajı yanaşı güzəştli iş stajına da daxil edilməlidir. Cavabdeh eyni iş yerində eyni vəzifənin (iş icraçısının) bir dövrünü qəbul etsə də, digər dövrünü (2001-2005) qəbul etmədiyini hər hansı mötəbər sübutla əsaslandırmamışdır.
42. Cavabdehin kasasiya şikayətinin bu hissəsinə görə iddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 12 avqust 2021-ci il tari xli 18 nömrəli arayışında onun xx.xx.2001-xx.xx.2007-ci il tarixlərdə adıçəkilən müəssisənin 4 nömrəli Yol Tikinti Filialında iş icraçısı vəzifəsində işlədiyi qeyd edilsə də, xx.xx.2006-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
43. Halbuki, 1 yanvar 2006-cı ildən sonrakı dövrü nə iddiaçı ümumi və güzəştli staja daxil edilməsini istəməmiş, nə də hər iki instansiya məhkəməsi həmin dövrü iddiaçının ümumi və güzəştli stajına hesablamamışdır.
44. Mübahisənin predmeti 1 yanvar 2006-cı ilə qədər olan ümumi və güzəştli stajın müəyyən edilməsi ilə bağlı olmuşdur.
45. Odur ki, 2002-2005-ci illəri də iddiaçının sığorta stajına hesablamaqda məhkəmə haqlı o lmuşdur.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “iş icraçıları” (2290000b—24441) peşəsi nəzərdə tutulmuşdur.
47. Beləliklə qeyd edilənlərdən göründüyü kimi 1 yanvar 2006-cı ilədək iddiaçının 25 ildən çox ümumi stajı, 12 il 6 aydan çox güzəştli stajı mövcud olmuşdur.
48. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 21(103)-3449/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.