Məhkəmə qərarları › İş №2-1(102)-1067/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1067/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1067/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Birinci iddia üzrə İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə, İkinci iddia üzrə iddiaçılar İddiaçı3 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evinin sökülməsi ilə bağlı vurulmuş ziyana görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Birinci iddia üzrə İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacla rı üçün sökülməsi ilə əlaqədar mülkün 1/3 hissəsinin mülkiyyətçisi qismində kompensasiyanın ödənilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, evin dövlət ehtiyacları üçün sökülməsi məqsədi ilə 58333,33 manat məbləğində kompensasiyanın, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşamağı nəzərə alınaraq, ona ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10%-i miqdarında çətinliklə bağlı ödənişin, cəmi 75833,32 manat məbləğində kompensasiyanın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” və ikinci iddia üzrə iddiaçılar İddiaçı3 və İ ddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 34/36 ünvanının texniki pasportu və baş planında qeyd olunmuş 235 kv.m sahənin 2/3 hissəsinin, yəni 157 kv.m sahədən onun aldığı 53 kv.m sahə çıxıldıqdan sonra qalan 104 kv.m sahənin kompensasiyasının mövcud olan 1500 manat qiymət ilə hesablanmasının və ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2683/2023 nömrəli qərarından ikinci iddia üzrə iddiaçılar İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov (keçmiş Muxtadır/Ağamalıoğlu) küç əsi, 34/36 (mübahisəli yerin ünvanı bəzi sənədlərdə və məhkəmə qərarlarında 34, bəzi sənədlərdə və məhkəmə qərarlarında 36, bəzi sənədlərdə və məhkəmə qərarlarında 34,36, bəzi sənədlərdə və məhkəmə qərarlarında isə 34-36 kimi göstərilmişdir) ünvanında yerləşən fərdi yaşayış evi X16, X13, X14, X32 və X12 adlarına ilkin qeydiyyata alınmışdır. 2. xx.xx.1931-ci il tarixdə mülkiyyətçilər mülkdən imtina etdiyi üçün mülk dövlət balansına keçirilmişdir. 3. ünvan 2 ünvanında yerləşən evə dair X1 adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 122356 nömrəli, xx.xx.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmiş, daha sonra həmin ev üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, adına xx.xx.2010-cu il tarixli, MA seriyalı və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır.

4. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-4889/10 nömrəli qətnaməsi ilə, X4 xx.xx.1935-ci il tarixdə ölümünün qeyd edilmə faktı, X18 01 yanvar 1953-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi, Bakı şəhəri, Muxtadır küçəsi, 34/36 saylı mülkün xx.xx.1931-ci il tarixdə dövlət balansına keçməsinə dair aktın etibarsız hesab edilməsi və həmin mülkün əvvəlki vəziyyətinə, yəni ilk dəfə tarixsiz olaraq X16, X13, X14, X32 və X12 adlarına ilkin hüquqi qeydiyyatdan keçdiyi vəziyyətə qaytarılması və bu barədə, müvafiq qeydiyyatın aparılması vəzifəsinin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

5. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il t arixli, 2(004)-4174/13 nömrəli qətnaməsi ilə 1929-cu il tarixdə X5 ölüm faktı, 1927-ci il tarixdə X7 ölüm faktı, 1931-ci il tarixdə Tutixanım Hüseyn qızının ölüm faktı, 1944-cü il tarixdə X23 ölüm faktının müəyyən edilməsi, mərhum X7, X5, X23 və Tutixanım Hüseyn qızının ərizəçi İddiaçı3 ilə qohum olması faktı təsdiq edilmişdir.

6. Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4174/2013 nömrəli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-4174/13 nömrəli qətnaməsinə mərhum X7 və mərhum X5 İddiaçı3 ulu nənəsi X4 doğma bacıları olması, mərhum X23 İddiaçı3 ulu nənəsinin qardaşı olması, mərhum Tutixanım Hüseyn qızının isə Ağa Aslan oğlunun anası olmasının müəyyən edilməsi kimi izah verilmişdir.

7. Bundan sonra, X7, X4, X5, X23 və X12 adına Bakı şəhər i, Muxtadır küçəsi, 34/36 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 073755 nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın dublikatı verilmişdir.

8. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-7787/14 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Muxtadır küçəsi (Səid Rüstəm) 34/36 nömrəli evin İddiaçı3 Məmmədli qızı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı1 Məmmədli qızının cavabdehlər İddiaçı3 və İddiaçı2 Məmmədli oğluna qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir.

9. Qarşılıqlı iddia üzrə İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-28/2015 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı3 və İddiaçı1 iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri, Muxtadır (Səid Rüstəmov) küçəsi 34/36 saylı evə onların mirası qəbul etmələri faktı müəyyən edilmiş və miras əmlakın 2/3 hissəsinə İddiaçı3, 1/3 hissəsinə isə İddiaçı1 pay hüquqları müəyyən edilmişdir.

10. Qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-2445/15 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.x x.2018-ci il tarixli, 2-1(81)3522/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (hazırki Səid Rüstəmov) küçəsi 34/36 saylı evin 1/3 hissəsinə dair mülkiyyət hüquqlarının İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmiş, qərara əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyaclar ı üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir.

13. Qərarın icrası məqsədi ilə Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmiş, mübahisə predmeti olan daşınmaz əmlak da həmin qərarın əhatə dairəsinə düşmüşdür. 14. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 119.71 kv.m olan evdə İddiaçı3 yaşadığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanaraq, qeyd olunan ev, torpaqların dövlət ehtiyacları məqsədi ilə Cavabdeh tərəfindən satın alınmışdır. Müqavilə bağlanan zaman evə dair İ ddiaçı3 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadığı üçün müqavilədə 43 nömrəli MKİS-nin təqdim etdiyi arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Muxtadır (S.Rüstəmov) küçəsi 34 saylı ev qeyd olunmuşdur. Müqaviləyə əsasən, İddiaçı3 175000 manat pul ödənilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-28/2015 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-3522/2018 nömrəli qərarı icra edilərək ünvan 5 ünvanına dair İddiaçı1 1/3 hissə (xx.xx.2019-cu il tarixli) və İddiaçı3 2/3 hissə (xx.xx.2019-cu il tarixli) paylı mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

16. Birinci iddia üzrə iddiaçı adına hazırlanmış çıx arışa istinad etməklə həmin evin sökülməsinə görə ona kompensasiya ödənilməsi ilə bağlı cavabdeh icra hakimiyyəti orqanına müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması məqsədilə xx.xx.2018-ci il tarixdə İddiaçı3 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya ödənilmişdir. Kompensasiyanın ona çatmalı olan hissəsini əldə etmək üçün İddiaçı3 və ya müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

17. İkinci iddia üzrə iddiaçı evin texniki pasportu və baş planında qeyd olunmuş 235 kv.m sahənin 2/3 hissəsinin, yəni 157 kv.m sahədən onun aldığı 53 kv.m sahə çıxıldıqdan sonra qalan 104 kv.m sahənin kompensasiyasının mövcud olan 1500 manat qiy məti ilə hesablanması və ödənilməsi ilə bağlı cavabdeh icra hakimiyyəti orqanına müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli məktubla imtina edərək bildirmişdir ki, onunla alqı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

18. Birinci iddia üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar mülkün 1/3 hissəsinin mülkiyyətçisi qismində kompensasiyanın ödənilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, evin dövlət ehtiyacları üçün sökülməsi məqsədi ilə 58333,33 manat məbləğində kompensasiyanın, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşamağı nəzərə alınaraq ona ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10%- i miqdarında çətinliklə bağlı ödənişin, cəmi 75833,32 manat məbləğində kompensasiyanın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir (2-1(112)-1357/2021 nömrəli iş).

19. İkinci iddia üzrə iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə mür aciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 34/36 ünvanının texniki pasportu və baş planında qeyd olunmuş 235 kv.m sahənin 2/3 hissəsinin, yəni 157 kv.m sahədən onun aldığı 53 kv.m sahə çıxıldıqdan sonra qalan 104 kv.m sahənin kompensasiyasının mövcud olan 1500 manat qiyməti ilə hesablanmasının və ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişlər (2-1(112)-508/2021 nömrəli iş).

20. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-508/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-508/2021 nömrəli və 21(112)-1357/2021 nömrəli inzibati işlər 2-1(112)-1357/2021 nömrə ilə bir icraatda birləşdirilmişdir.

21. İkinci iddia üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar S.Rüstəmov küçəsi, ev 34/36 ünvanından bütövlükd ə kompensasiya almamış, yalnız yaşadıqları və qeydiyyatda olduqları S.Rüstəmov küçəsi, ev 34 ünvanından istifadəçi qismində müvafiq kompensasiya almışlar. Bu da alqı-satqı müqaviləsi ilə təsdiqlənir. Yasamal Rayon Məhkəməsində DƏDRX-in verdiyi arxiv arayışlarına əsasən sübut olunmuşdur ki, Səid Rüstəmov küçəsi ev 34 və 36 (34/36 ) ünvanları onların ulu nənələri X13 və onun yaxın qohumlarına məxsus olmuşdur. Buna əsasən, DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixində Səid Rüstəmov küçəsi ev 34/36 ünvanlarına, yəni X13, X16, X14, X35 və X21 adlarına çıxarışlar verilmiş və bu çıxarışlarda S.Rüstəmov küçəsi ev 34/36 ünvanında 34 və 36 saylı evlərə X13 və onun yaxın qohumlarının pay hüquqlarının müəyyən olunması bir mənalı şəkildə göstərilmişdir. Bundan əlavə, Cavabdeh xx.xx.1998-ci il tarixli 1 355 nömrəli sərəncamı ilə İddiaçı3 adına yalnız Muxtadır (hazırki S.Rüstəmov) küçəsi ev 34 ünvanına müqavilə bağlanması göstərilmişdir. 2017-ci tarixdə DƏDRX-nin ünvan 7 ünvanlanmış cavab məktubunda da göstərilmişdir ki, Səid Rüstəmov küçəsi ev 34/36 ünvanında yerləşən 34 və 36 saylı evlər və 450 kv.m torpaq sahəsinin sahibləri X8 məxsus olmuş və onun yaxın qohumları olmuşlar. Bundan başqa, onlar Cavabdeh ilə alqısatqı müqaviləsi bağladıqları zaman Səid Rüstəmov küçəsi ev 34/36 ünvanı mövcud olmamışdır. Çünki, İddiaçı1 adına çıxarış əmlak məhv olduqdan sonra, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir.

22. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(112)-111/2023 nömrəli qərardadı ilə X15, X9 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

23. Bakı İ nzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 28 aprel 2023-cü il tarixli, 21(112)-111/2023 nömrəli qərarı ilə İddiaçı1 Bakı şəhər Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi”, İddiaçı3 və İddiaçı2 Bakı şəhər Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbləri rədd edilmişdir.

24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İcra Hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün torpaqların alınması həyata keçirilərkən, mübahisəli ünvanda faktiki yaşadıqlarına görə İddiaçı3 (İddiaçı2 bacısı İddiaçı3 xeyrinə öz payından imtina etmişdir) 177250 manat pul ödənilmişdir (34 saylı evə dair). Digər mülkiyyətçilər Fərid Alnağıyev, Maqsud Kazımov və Validə Bünyad-Zadəyə isə alınma zamanı mülkiyyət hüquqlarına dair çıxarışlar təqdim edildiyindən müvafiq olaraq həmin şəxslərlə müqavilə bağlanmış və pul ödənilmişdir. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, alınma zamanı İddiaçı1 həmin ünvanda yaşamamışdır. Bu hal qanuna qüvvəyə minmiş mirasın qəbulu faktı barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsindən də müəyyən edilir. Belə ki, həmin qətnamə ilə müəyyən edilmiş işin hallarına əsasən, İddiaçı1 ailə quraraq mübahisəli evdən köçmüşdür. İddiaçı1 da bu faktı inkar etmir. Həmçinin, alınma zamanı iddiaçının mülkiyyət hüquqlarına dair çıxarışı da olmamışdır. İşin mübahisəli və hazırkı mübahisənin yaranmasına əsas olan halı ondan ibarətdir ki, İddiaçı1 və İddiaçı3 mübahisəli ünvanda yerləşən 34/36 saylı fərdi yaşayış evinə dair müvafiq olaraq 1/3 və 2/3 hissədə paylı mülkiyyət hüquqları Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Lakin məhkəmə mübahisələri davam etdiyindən və əmlak üzərində məhdudiyyət qoyulduğundan, qətnamənin icrası gecikmiş və onların mülkiyyət hüquqlarına dair çıxarışlar xx.xx.2019-cu il (İddiaçı1) və xx.xx.2019-cu il (İddiaçı3) tarixlərdə verilmişdir. Göründüyü kimi, İcra Hakimiyyəti tərəfindən mübahisəli evin dövlət ehtiyacları üçün alınması həyata keçirilərkən cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusuna yol verilməmiş, İddiaçı3 həmin ünvanda faktiki yaşaması barədə MKİS-in arayışı nəzərə alınaraq ona faktiki yaşadığı sahəyə görə pul məbləği ödənilmiş, digər evlərə görə isə mülkiyyət hüquqlarına dair çıxarışlar nəzərə alınaraq mülkiyyətçilərlə alqı-satqı müqavilələri bağlanmışdır. İş materialları ndan İddiaçı3 müqavilə bağlanan zaman cavabdehə qarşı hər hansı bir etiraz və tələbinin olması müəyyən edilməmiş, həmçinin sonuncu verdiyi notarial ərizədə mübahisəli əmlakla bağlı digər mülkiyyətçilərin hər hansı bir iddiasının olacağı halda cavabdehlik daşımasını qeyd etməsi müəyyən edilir. İddiaçı1 cavabdehə onun adına kod açılması ilə bağlı müraciətləri barədə məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi, İddiaçı1 nə həmin ünvanda yaşamış, nə də ki, alınma baş tutan vaxt onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır. Onun mübahisəli ünvanda yerləşən evə dair payının tanınması barədə məhkəmə qətnaməsi isə 2015-ci il tarixlidir. Belə olan halda, cavabdeh orqan alınma ilə bağlı proseduru qeyri-müəyyən vaxta gözləmək məcburiyyətində olmamış, qətnamənin icra edilib-edilməyəcəyi isə həmin vaxt nə iddiaçılara, nə də ki, cavabdehə bəlli olmamışdır. Həmçinin, mübahisəli ünvanda yerləşən evlərə dair orada yaşayan digər şəxslər mülkiyyət hüquqlarına dair çıxarışlar təqdim etmişdir. Qətnamənin gec icra olunaraq iddiaçılara çıxarışların gec verilməsində Cavabdeh təqsirli hesab edilə bilməz və cavabdeh mülkiyyətçilərlə müqavilə bağlamaqla heç bir qanun pozuntusuna yol verməmişdir. Mübahisəli evə dair sonradan iddiaçıların mülkiyyət hüquqlarının tanınması cavabdehin eyni yaşayış sahəsinə görə təkrar olaraq yenidən onlara kompensasiya verməsinə əsas yaratmır.

25. Mübahisəli ünvanın dəqiqləşdirilməsi ilə bağlı məkhəmə qeyd etmişdir ki, mübahisəli ev söküldüyündən rəy verilməsi və ekspertiza təhqiqatının aparılması mümkün olmamışdır. Məhkəmə iş material larına, işdə olan hüquqmüəyyənedici sənədlərə və məhkəmə qərarlarına, tərəflərin izahatına və cavabdehin yazılı etiraz ərizəsində qeyd etdilən mülahizələrə əsaslanaraq hesab etmişdir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin ünvanı ilkin olaraq ünvan 9imi qeyd edilmişdir. Bu hal, ilkin mülkiyyətçilərin adına verilmiş 2014-cü il tarixli çıxarışın dublikatından da müəyyən edilir. Lakin həmin evlər üçüncü şəxslərə özgəninkiləşdirilərkən ayrı-ayrı ünvanlar kimi (34 və 36) göstərilmişdir. Sonradan isə əmlak üzərində mirasın qəbulu faktı müəyyən edilərkən qətnamə ilə evin ünvanı 34/36 göstərilmişdir. Məhkəməyə 43 saylı MİKS-nin mühəndisi O.Qəhrəmanov tərəfindən xx.xx.2009-cu il tarixində çəkilmiş eskiz təqdim edilmişdir. Həmin eskizə məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında tərəf lərin iştirakı ilə baxış keçirilmişdir. Eskizdə olan sahələri "xxxx" MMC tərəfindən çəkilmiş eskizlərdə olan İddiaçı3, X3, X11 və X19 qızına məxsus sahələrlə müqayisə etdikdə, “Azər Expert" MMC tərəfindən tərtib edilmiş eskizlərdə olan sahələrin 43 saylı MİKS-nin mühəndisi tərəfindən xx.xx.2009-cu il tarixində çəkilmiş eskizdə olan sahələr ilə bir-birini tamamladığını və əmlak kompleksi olduğu açıq aşkar görünür. Eskizdə kompensasiya məbləği almış şəxslərə aid olmuş sahələrin sərhədləri tərəflərindən rəngli cızıqlarla işarələnmişdir: sarı cızıqlarla işarələnmiş sahə - X6 mülkiyyətində olmuş 36 saylı ev, qəhvəyi cızıqlarla işarələnmiş sahə - X2 mülkiyyətində olmuş 36 saylı ev, qırmızı cızıqlarla işarələnmiş sahə - İddiaçı3 və İddiaçı2 istifadəsində olmuş 34/36 saylı ev, narıncı cızıqlarla i şarələnmiş sahə - Bünyat-X17 mülkiyyətində olmuş 34 saylı ev kimi işarələnmişdir. Beləliklə, 43 saylı MİKSnin mühəndisi tərəfindən xx.xx.2009-cu il tarixində çəkilmiş eskizdən görünür ki, 34/36 saylı ev, 34 və 36 saylı evlərin arasında yerləşir. Beləliklə də, 34 və 36 saylı evlərin arasında yerləşən 34/36 saylı evə dair “Azər Expert" MMC tərəfindən çəkilmiş eskizdə əks olunmuş sahələrə görə kompensasiya məbləği müəyyən edilərək, İddiaçı3 ilə Cavabdeh arasında 20 noyabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanması sübuta yetirilir. Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 34/36 nömrəli fərdi yaşayış evi ilə 20 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı3 Cavabdehnə satdığı Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 34 nömrəli fərdi yaşayış ev inin eyni əmlak olduğu öz təsdiqini tapır.

26. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisəli ünvanda yerləşən 34/36 saylı evlə, 34 və 36 saylı evlərin eyni və ya ayrı-ayrı ünvanlar olması yuxarıda qeyd edilənərə əsasən iddia tələbinin həlli baxımından əhəmiyyət kəsb etmir. Belə ki, bu halın müəyyən edilməsi, İddiaçı1 həmin ünvanda yaşamaması və mülkiyyət hüququna dair çıxarışının olmaması və hər iki iddiaçının alınma baş verdikdən sonra mülkiyyət hüququna dair çıxarış əldə etməsi faktını dəyişmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hər iki iddia tələbi kompensasiya ödənilməsi hissəsində əsassız olmaqla təmin edilə bilməz. Məhkəmə hər iki iddia tələbinin digər hissələrinə (daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşamağı nəzərə alınaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10%-i miqdarında çətinliklə bağlı ödənişin verilməsi) qiymət verərək qeyd etmişdir ki, iddia tələbinin kompensasiya ödənilməsi hissələri əsassız olduğundan və tələbin digər hissələri törəmə tələb olduğundan, həmin hissələrdə də iddia tələbləri rədd edilməlidir.

27. İkinci iddia üzrə iddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, ikinci iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

28. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, Ə.M.Rüstəmli və M.N.Tağızadə) 26 oktyabr 2023-cü il tarixli, 21(103)-2683/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

30. İkinci iddia üzrə iddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

31. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, dövlət ehtiyacları üçün torpaqların alınması həyata keçirilərkən mülkün həcminə görə yox, tərəflərin faktiki yaşamalarına görə kompensasiya verilmiş, eləcə də ümumiyyətlə torpağın alınmasının adı belə çəkilməmişdir. Eyni zamanda, hüquqları tanınmış 247,80 kv.m-dən cəmi 49,7 kv.m görə ödəniş edilmiş, qalan 198,1 kv.m görə kompensasiya verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əm lak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmu ş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə

153. Mülkiyyət hüququnun subyektləri... 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə

210. Mülkiyyət hüququna qanun üzrə xitam ver ilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülk i hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (h ərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 35. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanun: Maddə 1.1.2. Torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kim i hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər).... Maddə 11.1. Alınmanın təsirinə məruz qalan şəxslər və torpaqlar bu Qanunun 10.2ci maddəsinə uyğun olaraq sorğu ilə alınmış məlumatlar əsasında alan orqan tərəfindən siyahıya alınır. Siyahıyaalma sorğunun tarixinə (siyahıyaalma tarixi kimi müəyyən edilir) mövcud olan vəziyyətə əsasən aparılır.... Maddə 20.3. maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquql arı istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir....

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

68. Məhkəmə qərarının əsası... 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı ikinci iddiaya münasibətdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ikinci iddiaya münasibətdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılma dığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri mahiyyətcə ikinci iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhk əməsinin araşdırmaları yetərli hesab olunur.

42. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin, mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

43. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşıraq, dövlət ehtiyacı üçün alınmış və hazırkı mübahisənin predmeti olan fərdi yaşayış evi ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Muxtadir (S.Rüstəmov) küçəsi, 34/36 nömrəli fərdi yaşayış evi ilə 20 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı3 Cavabdehnə satdığı Bakı şəhəri, Yasamal rayo nu, Muxtadir (S.Rüstəmov) küçəsi, 34 nömrəli fərdi yaşayış evi eyni əmlakdır. Belə ki, 34/36 saylı ev, 34 və 36 saylı evlərin arasında yerləşir.

44. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 119,71 kv.m olan evdə İddiaçı3 yaşadığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanaraq qeyd olunan ev torpaqların dövlət ehtiyacları məqsədi ilə Cavabdeh tərəfindən satın alınmışdır. Müqavilə bağlanan zaman evə dair İddiaçı3 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadığı üçün müqavilədə 43 nömrəli MKİS-nin təqdim etdiyi arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Muxtadır (S.Rüstəmov) küçəsi 34 saylı ev qeyd olunmuşdur. Mü qaviləyə əsasən, İddiaçı3 175000 manat pul ödənilmişdir.

45. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli evin dövlət ehtiyacları üçün alınması həyata keçirilərkən cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusuna yol verilməmiş, İddiaçı3 həmin ünvanda faktiki yaşaması barədə MKİS-in arayışı nəzərə alınaraq, ona faktiki yaşadığı sahəyə görə pul məbləği ödənilmiş, digər evlərə görə isə mülkiyyət hüquqlarına dair çıxarışlar nəzərə alınaraq mülkiyyətçilərlə alqısatqı müqavilələri bağlanmışdır.

46. Eyni zamanda, İddiaçı3 müqavilə bağlanan zaman cavabdehə qarşı hər hansı bir etiraz və tələbinin olması iş materialları ilə müəyyən edilməmişdir. İddiaçı3 verdiyi notarial ərizədə də mübahisəli əmlakla bağlı digər mülkiyyətçilərin hər hansı bir iddiasının olacağı halda cavabdehlik da şıması barədə öhdəlik götürdüyü müəyyən edilir. Belə olan halda, iddiaçıların kompensasiya məbləğinin düzgün hesablanmaması ilə bağlı hazırkı tələbi əsassızdır.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İkinci iddia üzrə iddiaçılar İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2683/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar