Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1068/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: akkumulyatorçu peşəsi üzrə işləmiş, 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırd a Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 2-1(103)-519/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 20 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 №-li qəra rı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsi, 1989-cu il 26 dekabr tarixdən 1997-cı il 01 yanvar tarixə qədər işlədiyi müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi, əmək haqlarına dair əmr kitablarının X4 filialına təqdim edilməməsi, mexanikləşdirmə müəssisəsinin X4 filialına və Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarda uyğunsuzluqların aşkar edilməsi, həmin cədvəlləri təsdiq edən möhürlə əmək kitabçasındakı möhürlərin fərqli olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 20 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni 2015-ci il 21 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı il 01 yanvar tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li Siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 2006-cı il 01 yanvar tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 2006-cı il 01 yanvar tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 9 ay 10 gün ümumi iş stajı, 15 il 9 ay 7 gün zərərli iş stajını tamamlamışdır. 57 yaşı tamam olan tarixdən, yəni 2015-ci il 21 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh 2020-ci il 20 fevral tarixli, **********1 №-li imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr ta rixli, 189 №li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinəti) almaq hüququ yoxdur. Lakin həmin müddəadan da göründüyü kimi burada istisnalar mövcuddur. Belə ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot si stemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 01 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 01-dən qüvvəyə minir. Beləliklə, qanunvericiliklə həmin müəssisələr də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı il 01 yanvar tarixə yaranmış borcları 2018-ci il 01 aprel tarixdən silinmişdir. İşlədiyi müəssisə tərəfindən MDSS haqları ödənilməmiş olsa da yuxarıda qeyd olunan Qanuna əsasən həmi n borclar silinmişdir. Bu hal isə pensiya hüququnun təmin olunmasına şərait yaradır. Ona görə 2006-cı il 01 yanvar tarixə qədər işlədiyi dövrlər pensiya təyin olunan zaman ümumi və güzəştli iş stajına hesablanmalı idi. Cavabdeh inzibati orqanın «möhürlərin fərqli olması» mövqeyinə dair qeyd edilməlidir ki, o, həmin müəssisədə 1989-cu il 26 dekabr tarixdən 2005-ci il 03 oktyabr tarixə qədər işləmişdir. Həmin müddət ərzində ölkə müstəqilliyini bərpa etmiş və keçmiş sovet üsulunda yaradılmış möhürlər yeni tipli möhürlərlə əvəz edilmiş, bundan başqa müəssisə işlədiyi dövrdə hüquqi şəxs kimi yenidən təşkil olunmuşdur. Odur ki, həmin arqumenti əsassız hesab edilir. Güzəştli iş stajına dair isə onu qeyd edilməlidir ki, işlədiyi «akkumulyatorçu» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «akkumulyatorçular» peşəsinə uyğunlaşdırılmalıdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi 1994-cü il 16 may tarixli, İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur ki, o, 1989-cu il 26 dekabr - 2005-ci il 03 oktyabr tarixləri arasındakı dövr ərzində Şamaxı rayonu “Mexanikləşdirimə müəssisəsi”ndə akkumulyatorçu vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının həmin dövrə aid ümumi və güzəştli iş stajının idarə tərəfindən dəqiqləşdirilməsi məqsədi ilə aparılan araşdırma zamanı 1989-cu il 26 dekabr - 1997-ci il 01 yanvar tarixləri arasındakı dövr ərzində həmin m üəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi və əmək haqlarına dair əmr kitablarının X4 filialına təqdim edilmədiyi məlum olmuşdur. Eyni zamanda, müəssisə tərəfindən X4 Filialına və Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarında uyğunsuzluqlar aşkar edilmiş, həmin əmək haqqı cədvəllərini təsdiq edən möhürlə iddiaçıya məxsus əmək kitabçasındakı möhürlərin fərqli olması müəyyən olunmuşdur. Göstərilən səbəblərdən həmin dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 il tarixdən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xah iş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 04 sentyabr tarixli, 2-1(112)-5461/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 2015-ci il 21 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı il 01 yanvar tarixə yaranmış borcları 2018-ci il 01 aprel tarixdən silinmişdir. İddiaçının işlədiyi müəssisə tərəfindən MDSS haqları ödənilməmiş olsa da yuxarıda qeyd olunan qanuna əsasən həmin borclar silinmişdir. Bu hal isə pensiya hüququn un təmin olunmasına şərait yaradır. Ona görə də iddiaçının 2006-cı il 01 yanvar tarixə qədər işlədiyi dövrlər pensiya təyin olunan zaman ümumi və güzəştli iş stajına hesablanmalı idi. Cavabdeh inzibati orqanın «möhürlərin fərqli olması» mövqeyinə dair onu qeyd etmişdir ki, iddiaçı həmin müəssisədə 1989-cu il 26 dekabr tarixdən 2005-ci il 03 oktyabr tarixə qədər işləmişdir. Həmin müddət ərzində ölkə müstəqilliyini bərpa etmiş və keçmiş sovet üsulunda yaradılmış möhürlər yeni tipli möhürlərlə əvəz edilmiş, bundan başqa müəssisə işlədiyi dövrdə hüquqi şəxs kimi yenidən təşkil olunmuşdur. Odur ki, həmin arqumenti əsaslı hesab etmək olmaz. Bundan əlavə cavabdeh inzibati orqan həm iddia ərizəsinə yazılı etirazda, həm də imtina məktubunda iddiaçının işlədiyi dövrü qəbul etməsə də bunun əksini süb ut edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 2-1(103)-519/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 04 sentyabr tarixli qərarı qismən - hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş və bu hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni 2015-ci il 21 sentyabr tarixdən hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsini tələb etsə də, o, pensiyanın təyin edilməsi üçün ilk dəfə 2019-cu il 11 dekabr tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddəsinin əlavə edilməsi barədə Qanunun qüvvəyə mindiyi 2017-ci il 01 yanvar tarixdən sonra müraciət etdiyindən ona 2015-ci il 21 sentyabr tarixdən hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi deyil, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya ş ikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının isə ondan tələb edilən 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı yoxdur. Belə ki, İddiaçının təqdim etdiyi 1994-cü il 16 may tarixli, ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur ki, o, 1989-cu il 26 dekabr - 2005ci il 03 oktyabr tarixləri arasındakı dövr ərzində Şamaxı rayonu “Mexanikiəşdirmə müəssisəsi”ndə akkumulyatorçu vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının həmin dövrə aid ümumi və güzəştli iş stajının cavabdeh tərəfindən dəqiqləşdirilməsi məqsədilə aparılan araşdırma zamanı 1989-cu il 26 dekabr - 1997-ci il 01 yanvar ta rixləri arasındakı dövr ərzində həmin müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Şamaxı şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarda uyğunsuzluqlar aşkar edilmiş, həmin əmək haqqı cədvəllərini təsdiq edən möhürlə İddiaçıya məxsus əmək kitabçasındakı möhürlərin fərqli olması müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən isə müvafiq istiqamətdə heç bir araşdırma aparılmamışdır.
13. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 2020-ci il 28 noyabr tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tə ləb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən qeyd olunan hallar araşdırılmamış, həmçinin Ali Məhkəmənin tövsiyəsinə riayət olunmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan son ra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var dır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabine ti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır.
18. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 2006-cı il 1 yanvar tarixə 25 ildən artıq ümumi, 15 ildən artıq güzəştli iş stajı mövcuddur.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və iddiaçının “akkumulyatorçu” peşəsi üzrə əm ək fəaliyyətini başa çatdırdığı 2005-ci ildə qüvvədə olmuş 2 №-li Siyahıda “akkumulyatorçular” peşəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur (2320000-XXXİİİ. Ümumi peşələr. 23200000—10047).
24. Eyni ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində “akkumulyatorçular” güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur.
25. İddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunur.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
27. İddiaçının əmək kitabçasındakı və arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
28. İddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli olduğuna dair şikayətin dəlilinə gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 2007-ci il 23 yanvar tari xli, 12 nömrəli Qərarları ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında “akkumulyatorçular” peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi aşkar və qeyd-şərtsiz olaraq nəzərdə tutulması, iddiaçının əmək kitabçasında da onun işlədiyi peşənin adının “akkumulyatorçu” qeyd olunması məhz həmin peşə üzrə hər hansı izahedici arayışa ehtiyacı da aradan qaldırır.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 fevral tarixli, 21(103)-519/2 021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.