Məhkəmə qərarları › İş №2-1(102)-1068/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1068/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1068/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mü dafiə X1 Şəxsin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2-1(103)-436/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 19 may 2009-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman iddiaçının 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının 25 il 11 ay 6 gün olması nəzərə alınmışdır. 10 dekabr 2018-ci il tarixində iddiaçının müraciəti əsasında pensiyası yenidən hesablanmış, pensiya məbləği 195,17 manat müəyyən edilmişdir. 30 yanvar 2020-ci il tarixində iddiaçı əyani təhsil müddətinin stajına daxil olması və əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, həmin müddət nəzərə alınaraq 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının 30 il 8 ay 22 gün olması müəyyən edilərək əmək pensiyası yenidən hesablanmış və əvvəlki üç il üçün ödənişlərin ödənilməli olması nəzərə alınmışdır.

2. İddiaçının əmək pensiyası 2012-ci il üzrə 142,20 manat, 2013-cü il üzrə 157,83 manat, 2014-cü il üzrə 159,21 manat, 2015-ci il üzrə 160,09 manat, 2017-ci il üzrə 196,96 manat, 2018-ci il üzrə 208,19 manat, 2019-cu il üzrə 214,43 manat və 2020-ci il üzrə 249,85 manat təşkil etmişdir.

3. İddiaçı əmək pensiyasının yenidən hesablanması məqsədilə 3 fevral 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 7 fevral 2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, təqdim edilmi ş əmək kitabçasına əsasən, iddiaçının sığorta stajı bir daha yoxlanılmış və nəzərə alınmamış sığorta stajı aşkar edilməmişdir. İddiaçının əyani təhsil müddətinin sığorta stajına aid edilməsi barədə xahişinə cavab olaraq bildirilmişdir ki, onun pensiyası 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan Əmək pensiyaları haqqındaQanuna əsasən hesablanmışdır və həmin qanunun qüvvədə olduğu dövrdə əyani təhsil müddətinin sığorta stajına aid edilməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009-cu ilin may ayından 1 yanvar 2021-ci il tarixinə qədər olan müddətdə (114 ay) ona ödənilən 85 manat pensiyanın əsası 154,58 manat götürülməklə arada yaranan fərqin 154,5885,0 0=69,58 manat x 114ay=7932,12 manat Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya karına yüklənməsi haqqında, 1 may 2009-cu il tarixindən bugünə kimi olan müddətdə indeksasiyaların yeni təyin olunmuş məbləğdən indeksasiya olunması haqqında və bu indeksasiyaların nəticəsində yaranmış fərqin birdəfəlik ödənişlə cavabdeh tərəfindən pensiya kartına yüklənməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2009-cu ilin may ayında pensiyaya çıxmışdır. O zaman ona pensiya təyin edilərkən əsas kimi 85 manat götürülüb, halbuki bu məbləğ əsas kimi heç bir yerdə işləməyən, yəni iş stajı olmayanlara şamil olunurdu. Onun 30 il 11 ay əmək stajı var, o cümlədən 5 il əyani olaraq təhsil almışdır. Cavabdeh ona pensiya təyin edərkən təhs il aldığı müddəti nəzərə almayıb və əsas kimi 12 iyul 2019-cu ilin Əmək pensiyaları haqqındaQanuna dəyişiklik edilməsi haqqında Qanuna istinad edir. Bu dəyişiklik 2019-cu ildə qəbul olunub, o, isə pensiyaya 2009-cu ildə, yəni dəyişikliklərdən 10 il öncə çıxmışdır. Təhsil müddətinin əmək stajına daxil edilməməsi müvafiq dəyişikliklər qəbul olunandan sonra pensiyaya çıxan vətəndaşlara şamil oluna bilər. Ona pensiya təyin olunarkən əsas kimi 154,58 manat götürülməli idi və 2009-cu ildən bugünədək olan müddətdə pensiyalar bir neçə dəfə təkrar indeksasiya olunub. Pensiyasının indeksasiyası 85 manat üzərindən olunub, halbuki 154,58 manatdan olmalı idi.

6. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, Əmək pensiyaları haqqındaQanunun tələblərinə əsasən, iddiaçının 1 yanvar 2006-cı ilə kimi 25 il 11 ay 06 gün sığorta stajı nəzərə alınmaqla ona 10 may 2009-cu il tarixində (62 yaşında) yaşa görə 75 manat əmək pensiyası təyin edilmişdir. 1 iyul 2011-ci il tarixindən əmək pensiyaları yenidən (sığorta stajına görə) hesablanarkən, iddiaçının müraciəti olmadığı üçün onun təhsil aldığı illər nəzərə alınmadan pensiyası orta əmək haqqına əsasən hesablanmışdır. İddiaçının 3 fevral 2020-ci il tarixli müraciətinə əsasən, onun əmək pensiyası 1 sentyabr 1965 – 23 iyun 1970-ci illərdə təhsil aldığı dövr nəzərə alınmaqla 30 il 8 ay 22 gün sığorta stajına uyğun olaraq 1 fevral 2017-ci il tarixindən yenidən hesablanmış və 196,96 manata çatdırılmışdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq i ndeksləşdirilməsilə əlaqədar iddiaçının pensiya məbləği 1 yanvar 2018-ci il tarixindən 208,19 manat, 1 yanvar 2019-cu il tarixindən 214,43 manat, 1 yanvar 2020-ci il tarixindən 249,85 manata, 1 yanvar 2021-ci il tarixindən 278,33 manata çatdırılmışdır və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləği hesablanaraq 7 aprel 2020-ci il tarixindən hər ay 16,60 manat əsas pensiya məbləğinin üzərinə əlavə edilməklə, cəmi 294,93 manat pensiya ödənilir. İddiaçının yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4804/2021 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olar aq pensiya təyin edilmiş və ödənilmişdir. İddia tələbində göstərilənlərin hüquqi əsası müəyyən edilmədiyindən iddia tələbi əsassızdır.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-436/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn- sədrlik edən və məruzəçi, A.S.Hüseynov və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4804/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsui birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegisasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-436/2022 nömrəli qərarının ləğv edilməsini, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tam və hərtərəfli araşdırma aparmamış, zəruri sənədləri tələb etməmiş, iddiaçıya hüquqi yardım etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müraciəti 2018-ci ildə olub, lakin nədənsə əmək pensiyasının məbləğini 30 yanvar 2020-ci il tarixindən yenidən hesablayaraq qeyd edir ki, bu yalnız son 3 ilə şamil oluna bilər. Demək 2018-ci ildən müraciət qəb ul olunsaydı, pensiya yenidən 2015-2018-ci illər üçün hesablana bilərdi, lakin müraciətinin 2020-ci ildə olduğu nəzərə alındığından pensiya yalnız 2017-2020-ci illər üçün yenidən hesablanıb. Lakin məhkəmə bu halları nəzərə almamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. Əmək pensiyaları haqqında Qanun (1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiya) Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 27.2. (1 yanvar 2010-cu ilədək qüvvədə olan redaksiya). 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarı n 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.

16. Həmin Qanunun hazırda qüvvədə olan redaksiyası: Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1. Sığortaolunanların fərd i hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 29.3. Əmək pens iyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

17. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətd ə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığ ı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, kassatorun məhkəmə tərəfindən tam, hərtərəfli araşdırma a parılmadığına dair dəlilləri əsassızdır.

23. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçıya 10 may 2009-cu il tarixindən 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının 25 il 11 ay 6 gün olması nəzərə alınmaqla yaşa görə 75,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. 10 dekabr 2018-ci il tarixində iddiaçının müraciəti əsasında pensiyası yenidən hesablanmış, pensiya məbləği 195,17 manat müəyyən edilmişdir. 30 yanvar 2020-ci il tarixində iddiaçı əyani təhsil müddətinin stajına daxil olması və əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş və 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının 30 il 8 ay 22 gün olması nəzərə alınaraq əmək pensiyası yenidən hesablanmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qanu nvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi müəyyən edilmişdir. İddia tələbində göstərilənlərin hüquqi əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

26. Odur ki, kassasiya şikayəti təmin edil məməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-436/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 21(103)-436/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar