Məhkəmə qərarları › İş №2-1(102)-1069/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1069/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1069/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış hallar üzrə icraatın təzələnməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı c avabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-49/2020 nömrəli, 03 mart 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20.10.2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.metr torp aq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçıya verilməsi qərara alınmış, M.Ə.Rəsulzadə Bələdiyyəsi torpaqların alqı-satqısına dair 20.10.2006-cı il tarixdə akt tərtib edərək möhürlə təsdiq etmişdir.

2. İddiaçı 13 oktyabr 2016-cı il tarixdə ona ayrılmış torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmiş, cavabdeh 14.08.2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı tərəfindən qanuna müvafiq sənədlər təqdim edilməmişdir və yaxud təqdim edilmiş məhkəmə qətnaməsinin Bakı şəhər Ərazi İdarəsinə aidiyyəti yoxdur və torpaq sahəsinə dair idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinə şərait yaradılmamışdır. Ona görə də iddiaçının ərizəsinin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindək i icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsinin şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtina məktubunda göstərdikləri tam qanunsuz və əsassız olduğu üçün cavabdehin 14.08.2018-ci il tarixli imtina məktubu ləğv edilməli və M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisindən iddiaçıya ayrılmış 5000 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi təmin edilməlidir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 okt yabr 2018-ci il tarixli, 2-1(81)3980/2019 saylı qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20.10.2006-cı il tarixli, 231/50 saylı qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 5000 kv.m torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DT və XKnin Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutul an torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır.

7. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-218/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.A ğayev və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(81)-3980/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(102)-1397/2019 saylı qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apel yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-218/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 sentyabr 2019cu il tarixli, 2-1(103)-1944/2019 nömrəli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) M.Ə.Rəsulzadə bələdiyyəsi hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2-1(103)-49/2020 nömrəli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3980/2018 saylı 25 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 oktyabr 2006-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsinin şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə hə valə edilməsi qərara alınmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ərizəsinin təmin edilməsi üçün əsaslar mövcud olduğundan cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuz olmuşdur.

16. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2-1(102)-2082/2020 saylı qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və İ.Ə.Şəfiyev) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 05 avqust 2020-ci il tarixli, 21(103)-49/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. ç) apelyasiya instansiyası məhkəməsində yeni açılmış hallarla bağlı icraat

18. Cavabdeh məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət ilə müraciət edərək hazırkı iş üzrə məhkəmə qərarının icrasının dayandırılmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2-1(103)1944/2019 nömrəli qərarının ləğv edilməsini, Bakı şəhər İcra Hakimiyyətinin, Rəsulzadə Bələdiyyəsinin, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb e dilməsini, ekspertiza təyin edilməsini, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2021-ci il tarixli, 21(103)-49/2020 nömrəli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və M.A.Məmmədov) cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatəti təmin edilməmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizə və vəsatətdə göstərilmiş hallar birinci instansiya və apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh tərəfindən irəli sürülmüş, yəni həm cavabdeh inzibati orqan, həm məhkəmə üçün əvvəlcədən məlum olan hallar olmuşdur. Həmçinin, məhkəmə qərarlarında qeyd olunan də lillərə artıq qiymət verilməklə həmin dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təkzib edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli ərazidə 25.11.2020-ci il tarixdə aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aid deyil, dövlət torpağıdır. Yerləşmə cizgisi, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanının (rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri) rəyi təqdim edilm əmişdir. Bundan əlavə, ərazidən 6-10 kv-luq elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsi faktiki olaraq 4170,0 kv.m-dir. Göstərilən torpaq sahəsinin bir tərəfindən 202,0 kv.m hissəsi hasarın çölündə yerləşir. Həmin hissə və torpaq sahəsinin digər tərəfdən 327,0 kv.m hissəsi qonşu tərəfindən zəbt olunmuşdur.

22. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, qeyd olunan hallar daha əvvəl məlum olmadığından məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün və ədalətli qərarlar qəbul edilməmişdir. Qeyd olunan hallar birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrində işə baxılarkən məlum olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı cavabdeh tərəfindən verilmiş kassas iya şikayətinə yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

25. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məh kəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə. 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ər izə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçü n bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Odur ki, təmin edilə bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün iki şərtin birlikdə mövcud olması vacibdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması məhkəmə icraatının xüsusi növü sayılır və bu icraat digər icraatlardan fərqli xüsusiyyə tlərə malikdir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin.

33. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 100-cü maddəsində müəyyən olmuş yeni sübutlar və ya hallar dedikdə, yalnız o sübutlar və hallardan s öhbət gedir ki, bu sübutlar və hallar məhkəmə araşdırmasını başqa nəticəyə gətirib çıxara bilsin. Yəni, əvvəlki qərarla gəlinən nəticədən fərqli qərar qəbul olunsun.

34. Cavabdeh məhkəmə icraatının təzələnməli olmasına əsas olaraq qeyd edir ki, iddiaçıya verilmiş torpaq dövlət torpağıdır, qeyd edilən torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu əsasları yeni açılmış hal kimi qiymətləndirməmiş və başa çatmış məhkəmə icraatının təzlənməsindən imtina etmişdir. Belə ki, yeni açılmış hallar dedikdə, işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdə n sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır.

36. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24.07.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “Hüquqi müəyyənlik res cudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə nin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını yoluna qoymaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır”.

37. İş materiallarından görünür ki, cavabdehin yeni açılmış hal kimi istinad etdiyi məsələlər əvvəlki məhkəmə instansiyalarında məhkəmə icraatı zamanı məhz cavabdeh tərəfindən irəli sürülmüş və məhkəmələr bu hallara qanuna uyğun şəkildə qiymət vermişlər. Belə ki, 19.09.2017-ci il tarixli X3 və Satış İdarəsi tərəfindən sorğuya ca vab məktubunda bildirilmişdir ki, həmin torpaq sahəsinin üzərində yüksək gərginlikli elektrik xətləri yoxdur. Eyni zamanda, həmin torpaq sahəsinin yaxınlığında yerləşən komplekt transformator məntəqəsində qoşulan 220 və 380 kilovat enerji təchiz edən xətlər ayrılmışdır.

38. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27616 nömrəli ekspert rəyində Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20.10.2006-cı il tarixli, 231/50 saylı qərarı ilə iddiaçıya ayrılmış Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.metr torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən tərtib edilmiş planda göstərilən məlumatlara uyğun olduğu, eləcə də Binəqədi rayonu Rəsulzadə bələdiyyəsinə aid olan torpaq sahələrinin ərazisində yerləşməsi öz təsdiqini tapmışdır.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsində göstərilən hallar hazırkı işə mahiyyəti üzrə baxılarkən məhkəmə araşdırmasının predmeti olduğundan yeni açılmış hal hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsi həmin halların yeni açılmış hal sayılmaması və məhkəmə icraatınin təzələnməsi barədə ərizənin əsassız olması barədə düzgün nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-49/2020 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar