Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1069/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1069/22) (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2-1(103)-417/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ ******* nömrəli hərbi biletə əsasən iddiaçı 16 noyabr 1981-ci il tarixdən 27 dekabr 1983-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
2. İT-l ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1984-cü il tarixindən UM “Bakıtuneltikinti”-də İİİ dərəcəli ekskavator maşinistinin köməkçisi təyin edilmiş; - xx.xx.1984-cü i l tarixdən İİİ hərəkətli kompressorun maşinisti peşəsinə köçürülmüş; - xx.xx.1985-ci il tarixdən İİİ dərəcəli ekskavator maşinistinin köməkçisi peşəsinə köçürülmüş; - xx.xx.1987-ci il tarixdən İV dərəcəli ekskavator maşinistinin köməkçisi dərəcəsi verilmiş; - xx.xx.1987-ci il tarixdən yol inşa maşınlarının və traktorlarının təmiri üzrə İV çilingər peşəsinə köçürülmüş; - xx.xx.1988-ci il tarixdən yol inşa maşınlarının və traktorlarının təmiri üzrə V çilingər dərəcəsi verilmiş; - xx.xx.1988-ci il tarixdən yeraltı işlərin aparılması üçün İV maşinist köməkçisi peşəsinə köçürülmüş; - xx.xx.1989-cu il tarixdən yol təmiri maşınlarının və traktorlarının təmiri üzrə V çilingər peşəsinə keçirilmiş; - xx.xx.1990-cı il tarixdən V dərəcəli kran maşinisti peşəsinə köçürülmüş; - xx.xx.1991-ci il tarixdən V dərəcəli avtodrezin maşinisti peşəsinə keçirilmiş; - xx.xx.1991-ci il tarixdən maşın sürücüsü peşəsinə keçirilmiş; - xx.xx.1992-ci il tarixdən “Bakıtuneltikinti” “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsi İB adlandırılmış; - xx.xx.1992-ci il tarixdən istismar sahəyə 5-ci dərəcəli avtokran maşinisti peşəsinə keçirilmiş; - xx.xx.1993-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsi İB “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsi DŞ adlandırılmış; - xx.xx.1993-cü il tarixdən avtokran maşinisti 6-cı dərəcə verilmiş; - xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsi DŞ “Aztunelmetrotikinti” Səhmdar Cəmiyyəti adlandırılmış; - xx.xx.2012- ci il tarixdən yeraltı işlərdə 6-cı dərəcə ilə avtokran maşinisti keçirilmiş; - xx.xx.2013-cü il tarixdən 6-cı dərəcə ilə avtokran maşinisti keçirilmiş; - xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş; - xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Mexanikləşdirmə kolonunun İstismar sahəsinə 6-cı dərəcə ilə avtokran maşinisti peşəsinə qəbul edilmiş; - xx.xx.2016-cı il tarixdən Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kolonunun İstismar sahəsinə 6-cı dərəcə ilə avtokran maşinisti peşəsinə keçirilmiş; - xx.xx.2016-cı il tarixdən növbəti 7-ci dərəcə verilmişdir.
3. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, A/170 nömrəli arayış a əsasən iddiaçı xx.xx.1984-cü il tarixindən “Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsinə 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə qəbul edilmiş (Əmr № 26/ЛC, xx.xx.1984-cü il); xx.xx.1984-cü il tarixindən 3-cü dərəcə ilə səyyar kompressor qurğusunun maşinisti peşəsinə keçirilmiş (Əmr № 89/ЛC, xx.xx.1984cü il); xx.xx.1985-ci il tarixindən 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə keçirilmiş (Əmr № 168/ЛC, xx.xx.1985-ci il); xx.xx.1987-ci il tarixindən 4-cü dərəcə verilmiş (Əmr № 25/ЛC, xx.xx.1987-ci il); xx.xx.1987-ci il tarixindən 4-cü dərəcə ilə yol tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmiş (Əmr №160/ЛC, xx.xx.1987-ci il); xx.xx.1988-ci il tarixindən 5-ci dərəcə verilmiş (Əmr №38/ЛC, xx.xx.1988ci il); xx.xx.1988-ci il tar ixindən 4-cü dərəcə ilə motovoz maşinistinin köməkçisi (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmiş (Əmr №129/ЛC, xx.xx.1988-ci il); xx.xx.1989-cu il tarixindən 5-ci dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmiş (Əmr № 61/OK, xx.xx.1989-cu il); xx.xx.1990-cı il tarixindən 5-ci dərəcə ilə qaldırıcı kran maşinisti peşəsinə keçirilmiş (Əmr № 45/OK, xx.xx.1990-cı il); xx.xx.1991-ci il tarixindən 5-ci dərəcə ilə avtodrezin maşinisti peşəsinə keçirilmiş (Əmr № 104/KШ, xx.xx.1991-ci il); xx.xx.1991-ci il tarixindən sürücü peşəsinə keçirilmişdir (Əmr № 195/ KШ, xx.xx.1991-ci il); xx.xx.1992-ci il tarixindən 5-ci dərəcə ilə avtokran maşinisti peşəsinə keçirilmiş (Əmr № 38/KŞ, xx.xx.1992-ci il); xx.xx.1993-cü il tarixindən 6-cı dərəcə verilmiş (Əmr № 3/KŞ, xx.xx.1993-cü il); xx.xx.2012-ci il tarixindən 6-cı dərəcə ilə avtokran maşinisti (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmiş (Əmr № 98/KŞ, xx.xx.2012-ci il); xx.xx.2016-cı il tarixindən 7-ci dərəcə verilmişdir (Əmr № Ş-8401, xx.xx.2016-ci il). Halhazırda Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kolonunun mexanizmlərin istismar sahəsində 7-ci dərəcə ilə avtokran maşinisti peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərara müvafiq olaraq həmin siyahının
1. Dağ-mədən işləri maddəsinin 1.2.1 bölməsinin “a” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensi yasına çıxmaq hüququna malikdir və onun zərərli əmək şəraitində işlədiyi əmək stajı 30 il 11 ay 12 gün (otuz il on bir ay on iki gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 2 nömrəli Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsinin bazası əsasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 77 saylı Sərəncamına əsasən "xxxx" İstehsalat Birliyi "xxxx" Dövlət şirkəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 857 saylı Sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti "xxxx" SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhm ləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Mexanikləşdirmə İdarəsi - Mexanikləşdirmə kolonu adlandırılmışdır. Avtonəqliyyat və Mexanikləşdirmə kolonunun yenidən təşkili yolu ilə Nəqliyyat və Xüsusi Texnika Departamenti yaradılmış, Mexanikləşdirmə kolonu - Avtomexanikləşdirmə kolonu adlandırılmışdır.
4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 26 oktyabr 2020-ci il tarixli, **********4 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi 15 mart 1984-cü il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.1985-cı il tarixləri arasındakı dövr ərzində "Bakıtuneltikinti”nin Mexanikləşdirmə idarəsində işlədiyi səyyar kompressor qurğusunun maşinisti, xx.xx.1987-xx.xx.1988-ci il və xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində yol tikinti maşın və traktorların təmiri üzrə çilingər, xx.xx.1992-ci il tarixindən bugünədək avtokran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuş, lakin işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı“nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilm əsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 57 yaşdan, yəni 24 iyun 2020-cu il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1963-cü ildə doğulmuşdur. Güzəştli şərtlərlə pensiya almaq üçün qanunvericiliyə uyğun olaraq işlədiyi müəssisədən arxiv arayışı almışdır. Arayışdan da görünür ki, xx.xx.1984-cü il tarixdən "Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsinə 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə qəbul edilmiş; xx.xx.1984-cü il tarixdən 3-cü dərəcə ilə səyyar kompressor qurğusunun maşinisti peşəsinə keçirilmiş; xx.xx.1985-ci il tarixdən 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə keçirilmiş; xx.xx.1987-ci il tarixdən 4-cü dərəcə verilmişdir; xx.xx.1987-ci il tarixdən 4-cü dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmiş; xx.xx.1988-ci il tarixindən 5-ci dərəcə verilmişdir; xx.xx.1988-ci il tarixindən 4-cü dərəcə ilə motovoz maşinistinin köməkçisi (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmiş; xx.xx.1989-cu il tarixindən 5-ci dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmiş; xx.xx.1990-cu il tarixindən 5ci dərəcə ilə qaldırıcı kran maşinisti peşəsinə keçirilmiş; xx.xx.1991-ci il tarixindən 5-ci dərəcə ilə avtodrezin maşinisti peşəsinə keçirilmiş; xx.xx.1991-ci il tarixindən sürücü peşəsinə keçirilmiş; xx.xx.1992-ci il tarixindən 5-ci dərəcə ilə avtokran maşinisti peşəsinə keçirilmiş; xx.xx.1993-cü il tarixindən 6-cı dərəcə verilmişdir; xx.xx.2012-ci il tarixindən 6-cı dərəcə ilə avtokran maşinisti (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmiş; xx.xx.2016-cı il tarixindən 7-ci dərəcə verilmişdir. Hal-hazırda Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kolonunun mexanizmlərin istismar sahəsində 7-ci dərəcə ilə avtokran maşinisti peşəsində işləyir. Güzəştli şərtlərlə pensiya təyinatı haqqında müraciətinə Filialdan 26 oktyabr 2020-ci il tarixdə **********4 nömrəli məktubla imtina verilmişdir. Cavabdehin bu imtinası qanunsuzdur. O, artıq xx.xx.2006-cı ilə qədər güzəştli şərtlərlə 13 il 7 ay staj toplamışdır. Belə ki, onun çalışdığı avtomobil kranlarının maşinisti vəzifəsi hər iki qərarda nəzərdə tutulmuşdur.
8. Cavabdeh iddia tələbinə yazılı etirazının dəlilləri ilə imtina məktubunun dəlilləri eynilik təşkil etmişdir.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Oğuz rayon Dövlət Arxivinin 43 nömrəli, 4 iyun 2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Oğuz (Vartaşen) rayon Mollalı kəndi “Kalinin” adına kolxozun staj kitablarına əsasən iddiaçı 1980-1981-ci illərdə həmin kolxozda işləmiş, 1980-cı ildə minimum norma 210, iş günü 152, əmək haqqı 437-50, 1981-ci ildə minimum norma 250, iş günü 240, əmək haqqı 897-40 təşkil etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2932/2021 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, İddiaçı İsfəndiyar oğluna 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: iddiaçının 57 yaşının tamam olması; iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; iddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Məhkəmə araşdırılması zamanı iddiaçının kolxozda işlədiyi, hərbi xidmətdə olduğu və əmək kitabçası üzrə işlədiyi müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı ilədək ümumi iş stajının 25 il 12 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının xx.xx.1990-cı ildən xx.xx.1991-ci il tarixə kimi, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixə kimi "xxxx" QSC-də işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında “Dağ-mədən işləri” adlı 1 saylı bölmənin a) yarımbəndində nəzərdə tutulmuş “avtomobil kranlarının maşinistləri” və “kran maşinistləri (krançılar)” vəzifələrinə uyğun olmaqla xx.xx.2006-cı ilədək güzəştli iş stajı 15 il 22 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışı mövcuddur və iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları h aqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2-1(103)-417/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və İ.Ə.Kərimli) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2932/2021 n ömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh hesab edir ki, iddiaçıya məxsus 15 mart 1984-cü il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsində işlədiyi səyyar kompressor qurğusunun maşinisti, xx.xx.1987-xx.xx.1988-ci il və xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində yol tikinti maşın və traktorların tə miri üzrə çilingər, xx.xx.1993-cü il tarixindən bugünədək avtokran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xü susilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ ver ən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və a zı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: İ. Dağ-mədən işləri 20100000 - Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropoli tenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri 20101000 – 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər 2010100a – a) fəhlələr 2010100a – kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, draqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər... 2010100a—13788 - avtomobil kranlarının maşinistləri 2010100a—13790 - kran maşinistləri (krançılar)...
22. Azərbaycan Respublikası Nazirlər K abinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması... 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədə nlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər... kran maşinistləri (krançılar)... 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr:... avtomobil kranlarının maşinistləri...
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırıl ması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilm iş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməs i tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. İddiaçının güzəştli şərtlə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan ümumi staja, o cümlədən 12 il 6 aydan az olmayan güzəştli şərtlə pensiya hüququ verən staja malik olmalıdır.
30. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 1 yanvar 2006-cı ilə qədər onun 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) təsdiq edilmiş “Ə mək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda İ fəslin (Dağ-mədən işləri) 1-ci bölməsinin (Açıqda dağ-mədən işləri və yer səthində işlər) fəhlələrə aid “2010100a—13788” kodunda “avtomobil kranlarının maşinistləri”; “2010100a—13790” kodunda “kran maşinistləri (krançılar)” güzəştli pensiya hüququna malik göstəricilər kimi təsbit olunmuşdur (Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda, eyni adla 1.1.2 və 1.2.1-ci bölmələrində yer almışdır.)
32. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, iddiaçının işlədiyi həmin peşələr Siyahıda qe yd edilmişdir və iş stajı 12 il 6 aydan çoxdur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razıl aşır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2022-ci il tarixli, 21(103)-417/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.