Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1069/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-1069/2022) (Açar sözlər: çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.06.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-430/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli Sərəncamından çıxarışa əsasən, Ləhiş bağ massivində İddiaçı bağ sahəsi ayrılmışdır.
2. Bağlar Təsərrüfatı İdarəsinin 34 nömrəli Orderinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli Sərəncamı əsasında Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 5907 nömrəli bağ İddiaçı ayrılmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək bağ sahəsinə çıxarışın və texniki pasportun verilməsi xahiş etmişdir.
4. Cavabde h 10 sentyabr 2020-ci il tarixli, **********26 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 11 yanvar 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməklə, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışd ır ki, müxtəlif illərdə iddiaçı tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edilsə də, iddiaçıya gah bağ sahəsinin ayrılmasına dair adına verilmiş orderin idarənin arxivində olmaması, gah bağ sahəsinin yerinin vətəndaş tərəfindən təyin edildikdən və naturada istifadəsində olan bağ sahəsinin döngə nöqtələrinin mərz nişanları göstərdikdən sonra koordinatların müəyyən edilməsinə dair müraciətinə baxılacağı, gah da bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrasının qeyri mümkün olması bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qeyd olunan əsaslarla iddiaçının müraciətin dən imtina etməsi əsassızdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, idarənin mütəxəssisləri iddiaçı ilə dəfələrlə əlaqə yaratmağa çalışsalar da, torpaq sahəsinə texniki baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Əlavə olaraq qeyd edirlər ki, vətəndaşın İdarəyə digər müraciətləri zamanı aydın olmuşdur ki, İddiaçı adına verilmiş order İdarənin arxivində aşkar olunmamış və bağ sahəsinin yeri vətəndaş tərəfindən müəyyən edilərək mərzlənməmişdir. İddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir.
8. Cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 113 nömrəli BTK nəzdində 5900-dan 5910-dək olan bağ sahələrinin sxematik xəritəsinin surətini məhkəməyə təqdim etmişdir. Həmin sxematik xəritədə 5900-dan 5910-dək olan bağ sahələrinin nömrəsi, o cümlədən 5907 nömrəli bağ sahəsinin nömrəsi göstərilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3476/2021 nömrəli qərarı ilə (hakim: X8) iddia təmin edilmiş, Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməklə, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinə texniki baxış keçirilməsinin mümkün olmaması, iddiaçının adına verilmiş order İdarənin arxivində aşkar olunmaması və bağ sahəsinin yeri vətəndaş tərəfindən müəyyən edilməməsi imtina üçün əsas ola bilməzdi. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Bakı şəhəri, Sabunçu ərazisindəki 0.12 ha olan 5907 nömrəli bağ sahəsi Bakı ŞİH-in xx.xx.1993-cü il tarixli 2022 nömrəli sərəncamı əsasında verilmiş X1 və İstismarı Birliyinin 34 nömrəli orderi ilə ayrıldığında və həmin Sərəncamın və orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən Sərəncam və order sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı 5907 nömrəli bağ sahəsinə qanuni istifadəçi kimi «Tor paq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı X2 üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-430/2022 nömrəli qərarı ilə (hakimlər: X4 - sədrlik edən və məruzəçi, X5, X6) Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudl aşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış...
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəm ə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesabl aşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Maddə 111.2. Proses iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Apellyasiya instansiyası məhkəmə sinin qərarı “Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
23. Torpaq Məcəlləsinin 65-ci maddəsinin müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün h azırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5).
24. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin "İnventar nömrəsi" və "Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin "Mərtəbə" və "Yeraltı mərtəbə" qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstəril ir. Bundan başqa, "Mərtəbə" qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin "Mərtəbələr üzrə plandakı nömrələr" qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu d övlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir (23.4).
25. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir.
26. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin pla nı və ölçüsü” tərtib edilir.
27. Hazırkı halda, iddiaçının iddia etdiyi torpaq sahəsində onun tərəfindən qanunla müəyyən edilmiş qaydada inşa edilmiş və ya əldə edilmiş hər hansı tikilinin (bina və qurğunun) olduğuna dair məlumat işdə yoxdur. Belə olan halda, mövcud olmayan daşınmaz əmlaka dair texniki pasportun verilməsinə (tərtib edilməsinə) dair tələb əsaslı hesab edilə bilməz.
28. Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməklə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbə gəldikdə, məhkəmə kollegiyası iddianın əsaslılığı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bel ə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 nömrəli Sərəncamından çıxarışa əsasən Ləhic bağ massivində İddiaçı bağ sahəsi ayrılmışdır. X3 İdarəsinin 34 nömrəli Orderinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli Sərəncamı əsasında Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 5907 nömrəli bağ İddiaçı ayrılmışdır. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddəsinin tələbinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəl məsinin dövlət qeydiyyatı üçün əsasdır.
30. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1, 3.1.20-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifələrinə aid edilmişdir.
31. Beləliklə, iddiaçının qeyd olunan normalardan irəli gələn, iddia olunan məzmunda (5907 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməklə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi) tələb hüququ vardır.
32. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğvinə əsas vermir.
33. İcraat üzrə prosessual xərclər İPM-in 110.1, 111.1 və 111.2-ci maddələrinə uyğun həll edilməlidir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə, “5907 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməklə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbi iddianın əsas hissəsini təşkil etdiyindən və “5907 saylı bağ sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tə ləbinin irəli sürülməsi işin hallarının araşdırılmasının hədlərinə təsir etmədiyindən, bununla da, iddiaçı mübahisəni əhəmiyyətsiz hissədə uduzduğundan, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2022-ci il tarixli, 2-1(103)-430/2022 nömrəli qərarı qismən – “Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5907 saylı bağ sahəsinə iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilir. İddia həmin hissədə rədd edilir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Şikayət qalan hissədə rədd edilir. İcraat üzr