Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1069/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnin xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qoyunçuluq yatağına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx publik hüquqi şəxsinin xxxnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Siyəzən Rayon İcra Hakimiyyəti) “Siyəzən rayonunda yerləşən Yuxarı Q alaşıxı qoyunçuluq yatağının X4 adına qeydə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(105)210/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarixli protokoluna əsasən, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin X1 qərara alınmışdır.
2. AZ-İ № 995057 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1998-ci ildə vəfat etmişdir. 3. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1998-ci ildə vəfat etmiş X5 vərəsəsi İddiaçıdır.
4. İddiaçı cavabdehə mü raciət edərək Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X4 adına qeydə alınmasını xahiş etmişdir.
5. Cavabdeh 4 iyun 2020-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. Cavabdeh imtinasının belə əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin müəyyən edilmiş sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələbinə uyğun baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X4 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X11 ilə 6.11.1987 ci il tarixdə nikaha daxil olmuşlar. Ağayev Qabil xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı mərhum həyat yoldaşı X4 yeganə vərəsəsidir. İddiaçının həyat yoldaşı X11 vəfat etməmişdən öncə X12 Komissiyasının qərarına əsasən Siyəzən rayonu Qalaşıxı kəndində yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının dəyərini ödəməklə almışdır. Bununla bağlı iddiaçı tərəfindən DƏDRXnin xxxnə müraciət edilmişdir, lakin 4 iyun 2020-ci il tarixdə imtina cavabı verilmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 müraciəti araşdırılarkən müraciətə əlavə olunmuş “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X2 barədə X19 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun itməsi barədə polis arayışı və qəzet elanı adıçəkilən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsas olmadığı bildirilmişdir. Sözügedən sənədin X19 İslahat Komissiyasının üzvlərinin imzası ilə təsdiq olunmuş 30 dekabr 1997-ci il tarixli 08 saylı protokolun Siyəzən rayon Dövlət Arxivi tərəfindən təsdiq olunmuş surəti X6 22 sentyabr 2019-cu il tarixli ərizəsi ilə idarəyə daxil olmuş və müraciətə 02 oktyabr 2019-cu il tarixli **********66 nömrəli məktubla münasibət bildirilmişdir. Təkrar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Sözügedən daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra daşınmaz əmlak üz ərində hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 bildirilmiş və bu barədə ona 04 iyun 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sovxoz və kolxoz əmlakının satılması, yəni müəyyən qiymətin müqabilində pay almaq hüququ olan subyektə verilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Bununla yanaşı məhkəmədə Q.Ağayevin həmin kolxozda işləməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı tərəf protoko lun məzmununa istinad edərək mərhum Q.Ağayev tərəfindən ödənişin edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli 2-1(105)-323/2022 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov-sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışd ır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-1(102)-1610/2022 nömrəli qərarı ilə (hakimlər: R.Nəbizadə -sədrlik edən X.Məmmədov və S.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli 2-1(105)323/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
16. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qoyunçuluq yatağına məxsus hüququn ərinə məxsus alması barədə cavabdehdən arayış almaq hüququ olmuş, bununla bağlı məhkəmə İPM-in 13-cü mad dəsinə əsasən yardım etmə vəzifəsini yerinə yetirməmiş, yanlış iddia növünün münasibi ilə əvəz edilməsi ilə bağlı yardım etməmişdir.
17. Bundan əlavə qeyd edilmişdiir ki, apellyasiya instansiyası məhkəməsi Siyəzən rayon Aqrar İslahat Komissiyasının 8 nömrəli xx.xx.1997-ci il tarixli protokoluna əsasən, Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin X1 ilə əlaqədar yataqdan və çoban evindən iddiaçının hansı vaxtdan istifadə etməsini, istifadə etdiyi müddətdə Siyəzən rayon İcra Hakimiyyətinin hər hansı etirazının olmasını, hazırda həmin yatağa qeydiyyatın (arayışın) iddiaçının ərinin adına verilməsi ilə bağlı Siyəzən rayon İcra Hakimiyyətinin hər hansı etirazının olmasını, etirazı olduğu halda, onun əsaslarını müəyyən etməmiş, bundan asılı olaraq mübahisəyə hüquqi qiymət verməmi şdir. ç apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(105)-210/2023 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, E.Rəhimov və S.Qafari) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(118)-353/2021 nömrəli qərarı ləğv edilmiş. İddia təmin edilərək Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağına dair mülkiyyət hüququnun X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd edilən əmlak 1997-ci il tarixdə X7 (satılmaqla) mülkiyyətinə verilmiş, onun mülkiyyət hüququ yaranmışdır, həmin vaxdan indiyədək qeyd edilən əmlak onun, o vəfat etdikdən sonra isə vərəsələrinin faktiki istifadəsindədir. Birinci instansiya məhkəməsi öz qənaətini sözügedən əmlakın satılması ilə bağlı ödəniş qəbzinin olmaması, satışın qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməməsi halına istinad etsə də, lakin iş materiallarında olan müvafiq arxiv idarəsinin məktubunda X13 Komissiyasının iclas protokollarında nəinki X4, daşımaz əmlak alan digər subyektlərin də qəbzləri arxivə təhvil verilməmişdir. Be lə olan halda ödəniş qəbzinin arxivə təhvil verilməməsi, bununla da aşkar edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir.
21. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 13.1, 67.6-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddələrinə istinad etmişdir.
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki: 1) Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, cavabdeh qanunvericili yin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 08 nömrəli, xx.xx.1997-ci il tarixli qərarı ilə Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin göstərilən qiymətə Qabil Ağayeva satılması barədə qərar qəbul edildiyi göstərilsə də onun dəyərinin ödənilməsi barədə sənəd təqdim olunmamış, habelə qoyunçuluq yatağının nədən ibarət olması, uzunun və eninin nə qədər olması, hansı istiqamət olması, koordinatları və eyniləşdirmək üçün hər hansı digər bir məlumatın olması aşkar edilməmişdir. 2) "Sovzoz və kolxozların islahatı haqqında" Qаnunun 3-сü maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır kı, sovxoz və kolxoz əmlakının satılması nəzərədə tutulmamış dır. Həmin normaya əsasən sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Bununla əlaqədar bildirilmişdir ki, X3 və ya sovxozda işləməsi barədə heç bir sübut təqdim edilməmişdir. 3) Torpaq Məcəlləsinin 68-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır kı, hazırki iş üzrə mübahisəli daşınmaz əmlakla bağlı nə Ərazi İdarəsinə, nə də məhkəməyə sərhədlərin yerdə müəyyən edilməsinə, onların planı və ölçüsününü tərtib edilməsinə dair heç bir sənəd təqdim edilməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Qanun: Maddə
35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə;...
26. Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüşdür): Maddə 23 Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir.... Maddə
29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.
27. Torpaq Məcəlləsi (qüvvədə olan): Maddə
65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi...
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qəra r qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanıl ır.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Maddə
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyy atından keçirilməsindən sonra yaranır. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olun ur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydi yyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublika sının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi 2.0.4. Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsini təmin etmək; 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək; 2.0.6. daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək;
30. İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qər arı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
34. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Siyəzən rayonunda yerləşən “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının X9 məxsus olması barədə arayışın verilməsinə yönəlmişdir.
35. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. İddiaçının mərhum əri X11 isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməmişdir. Yəni, iddiaçının həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyəne dici sənədləri mövcud deyildir.
36. İddiaçı hüquqmüəyyənedici sənəd kimi mərhum ərinin adına verilmiş X19 İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli iclasının 08 saylı protokoluna istinad edir.
37. Halbuki həmin iclasın protokolunun məzmunundan görünür ki, X14 Komissiyasının xx.xx.1997-ci il tarixli qərar ilə Siyəzən rayon Qalaşıxı qoyunçuluq yatağının və çoban evinin göstərilən qiymətə Qabil Ağayeva satılması barədə qərar qəbul edildiyi göstərilsə də, qoyunçuluq yatağının nədən ibarət olması, uzunun və eninin nə qədər olması, koordinatları və eyniləşdirmək üçün hər hansı digər bir məlumatın olması müəyyən olunmur və yatağın dəyərinin ödənilməsi ilə bağlı hər hansı bir sübut aşkar edilməmişdir.
38. Qeyd olunmuşdur ki, həmin qərar mübahisələndirilən əmlakın mülkiyyətə, icarəyə, ist ifadəyə verilməsi barədə deyil, müəyyən məbləğ müqabilində alqı-satqı qaydasında satılması nəzərdə tutulmuşdur.
39. Göründüyü kimi, torpaq sahəsinin Ağayev Qabilə satılması nəzərdə tutulsa da, lakin alqı-satqı ilə bağlı prosedur başa çatmamışdır. Belə ki, iş materiallarından və işin faktiki hallarından, iddiaçının mərhum əri ilə alqı-satqı müqaviləsi və ya aktı bağlanılması, həmçinin əmlakın dəyəri Ağayev Qabil tərəfindən ödənilməsi sübuta yetirilmir.
40. Ağayev Qabilə “Yuxarı Qalaşıxı” qoyunçuluq yatağının ayrılması ilə bağlı torpağın və tikililərin alqı-satqısına dair aktın tərtib olunması və ya müqavilənin bağlanması torpaq sahəsinin ayrılması üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi m əhz bu barədə qərarda ifadə olunur. Alqı-satqı aktı və ya müqavilə həmin qərara əsaslanır, həmin qərarın icrasının və yatağın dəyərinin ödənilməsinin təmin olunması məqsədlərinə xidmət edir.
41. Məhkəmə kollegiyası bundan əlavə qeyd edir ki, hazırkı qərarın 26 və 27-ci bəndlərində qeyd olunan qüvvədən düşmüş və qüvvədə olan maddi hüquq normalarına əsasən qanunvericilik hər bir halda torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsini vacib şərt kimi müəyyən etmişdir. Belə ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş q aydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
42. İşin araşdırılmış hallarından isə yuxarıda qeyd edilən prosedur qaydasının yerinə yetirilməsi müəyyən olunmur. Belə ki, iş materiallarında satılan torpaq sahəsinin və tikilinin nə planı və ölçüsü, nə də ki, daşınmaz əmlakın X4 adına mülkiyyət hüququn rəsmiləşdirilməsi barədə müvafiq qurumun qərarı nə iddiaçıda nə də ki, arxivdə mövcud deyil.
43. Hazırkı qərarın 28-ci bəndində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsa sdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Lakin iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun X9 məxsus olması barədə arayışın verilməsi üçün qanunvericilikdə göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir.
44. Apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, həmin əmlak məhz yerli Aqrar İslahat Komissiyasının qərarı (iclas protokolu) ilə satılmış, indiki halda isə yerli icra hakimiyyəti orqanı (Siyəzən rayon İcra Hakimiyyəti) tərəfindən həmin əmlakın X2 halı təsdiq edilmiş, habelə həmin əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına al ınmasına etirazının olmadığını bildirmişdir. Həmçinin qeyd edilmişdir ki, indiki halda yerli icra hakimiyyəti orqanı məhz müvafiq ərazidə dövlət əmlakının idarə edilməsi, ondan səmərəli istifadə edilməsinin təmin edilməsi, bu sahədə dövlət maraqlarının və mülkiyyətin qorunması ilə bağlı səlahiyyətli qurum kimi çıxış edir.
45. Göstərilən dəlil ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 29-cu bəndinə qeyd olunan maddi hüquq normasının tələbi baxımından apellyasiya məhkəməsinin qərarında göstərilən səlahiyyətlər yerli icra hakimiyyəti orqanına deyil, məhz AR Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir, həmin səlahiyyətlər isə Əsasnamədə sadalanmışdır, buna görə də, hazırki iş üzrə Siyəzən rayon İcra Hakimiyyətinin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qey də alınmasına etiraz etməməsinin heç bir əhəmiyyəti yoxdur.
46. Qeyd olunmalıdır ki, hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.
47. Məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə ca vabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir.
48. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və nəticədə iş ü zrə düzgün olmayan qənaətə gəlmişdir.
49. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, hazırkı iddia tələbi rədd olunmalıdır.
51. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, bu iş üzrə qəbul edilmiş qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə;...
52. Belə olan halda, iddiaçı mübahisələndirilən yataq üzrə müvafiq icra hakimiyyəti orqanı ilə yeni alqı-satqı müqaviləsi və ya X19 İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli iclasının 08 saylı protokolu ilə satılması nəzərdə tutulmuş “Qalaşıxı” qoyunçuluq yat ağının və çoban evinin satılmış hesab edilməsi barədə məhkəmə qətnaməsi əldə etdikdən sonra yenidən inzibati orqana, tələbi təmin edilmədikdə isə məhkəməyə müraciət edə bilər.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(105)-210/2023 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin Qərar qətidir.