Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-107/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-107/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il 18.02.2020 Açar sözlər: müharibə veteranı adının və vəsiqənin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi xxx1nın və Fəxrəddin Səfərovun iştirakları ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx x 2019-cu il tarixli, 2-1(107)-386/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, cavabdehin veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx xxxx 2018-ci il tarixli cavab məktubunun rədd edilməsi və iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası torpaqlarının azadlığı uğrunda Ağdam-Füzuli-Tərtər istiqamətlərində gedən dö yüşlərdə 1993-1996-cı illərdə iştirak etmiş, xx xxxxxx 1996-cı il tarixdə hərbi hissədən tərxis olunmuş, göstərilən faktlar onun hərbi biletində öz əksini tapmışdır. Müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair tələblə cavabdehə müraciət etmiş, lakin cavabdehin xx xxxx 2018-ci il tarixli məktubu ilə, iddiaçının hərbi hissəni özbaşına tərk etməsinə istinad olunmaqla imtina edilmişdir. Halbuki, belə bir hal baş versəydi onun adına Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi mövcud olardı. Lakin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsi tərəfindən göndərilmiş məktubda iddiaçının barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi və ya təqsirləndirici materialın aşk ar olunmadığı bildirilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin müharibə veteranı adlarının verilməsinə dair tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. İddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni özbaşına tərk etməsi onun hərbi biletində öz əksini tapmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tari xli, 2-1(84)-1345/2018 saylı qərarı ilə (hakim Kənan Vəliyev) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının hərbi biletində onun döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilsə də, onun hərbi hissəni özbaşına tərk etməsinə dair bir sıra qeydlər aparılmış və həmin qeydlər sonradan üzərində düzəliş aparılmaqla təhrif edilmişdir. Həmçinin, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasını təsdiq edən əmr də mövcud olmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-728/2018 saylı qərarı ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(102)-1096/2019 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi yalnız iddiaçının hərbi biletində aparılan qeydlərə istinad etməklə iddianın əsassız olm ası qənaətinə gəlmişdir. Halbuki, qanunvericilik müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsini təkcə hərbi bilet əsasında deyil, həmçinin arayışlar, şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət alma haqqında arayışlar, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən digər sənədlər əsasında verilməsini nəzərdə tutmuşdur. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş “X saylı hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabından çıxarış”da əks olunmuş cədvəldə iddiaçının Azərbacyan Respublikası Müdafiə Nazirinin xx xxxxxxx 1994-cü il tarixli, 225 saylı əmri ilə tərxis olunduğu qeyd edilmiş, lakin apellyasiya məhkəməsi göstərilən sübuta hər-hansı qiymət verməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli, 2-1(107)-386/2019 saylı qərarı ilə (sədrlik edən Rafail Əliyev, hakimlər Akif Eyvazov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının hərbi xidmətdə olması işin faktiki halları ilə öz təsdiqini tapsa da, ehtiyata buraxılmasını təsdiq edən hər-hansı sübut mövcud olmamışdır. Göstərilən hal iddia tələbinin təmin edilməməsi üçün əsas olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1.1, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3, 7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şik ayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxx 2019-cu il tarixli arxiv arayışına instinad etməklə N saylı hərbi hissənin komandirinin xx xxxxxxx 1994-cü il tarixli 225 saylı və xx xxxxxx 1994-cü il tarixli, 44 saylı nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti barədə aşkar olunmadığını qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin rəisi xxx3un imzası ilə X saylı hərbi hissənin şəxsi heyətin əlifb a qeydiyyatı kitabından çıxarışın surətində əks olunmuş 10-cu sütunda iddiaçının xx xxxxxxx 1994-cü il tarixli, 225 saylı əmrlə tərxis olunduğu göstərilmişdir. İddiaçı hesab etmişdir ki, onun hərbi hissəni özbaşına tərk etməsinə dair dəlillər əsassız olmuşdur. Belə ki, o, hərbi hissəni özbaşına tərk etsəydi barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi olardı. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mahir Əliyevin imzası ilə təqdim olunmuş cavabdeh məktunda isə iddiaçının barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi prokurorluqlarında cinayət işinin və ya təqsirləndirici materialın aşkar olunmadığı qeyd edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “İnzi bati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, 28.1.1 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutl ar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarını ləğv edərkən göstəriş vermişdir ki, məhkəməMüdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından çıxarışın surətində əks olunmuş məlumatları yoxlamalı və və bu məlumatların həqiqi məzmunu məsələsinə qiymət verməlidir. Ali Məhkəmənin qeyd olunan göstərişinə uyğun olaraq, məhkəmə kollegiyası tərəfindən verilən sorğu əsasında Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş xx xxxxxxxx 2019-cu il tarixli arxiv sənədləri və qeydiyyat kartalarına əsasən qeyd edilmi şdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən əldə edilmiş İddiaçı “Uçot kartasında” onun X nömrəli hərbi hissədə xidməti müddəti xx xxx 1993–xx xxxxxx 1996-cı illər göstərilsə də, həmin kartda onun barəsində xx xxxxxxx 1997ci il tarixli Amnistiya aktının tətbiq edildiyi və qeydiyyata xx xxxxxx 1998-ci ildə götürüldüyü göstərilmişdir. Bundan başqa, İddiaçı hərbi biletinin ehtiyata buraxılma barədə 12-ci qrafasında hər hansı bir məlumat yoxdur. Hərbi xidmət keçməsi barədə 15-ci qrafada ehtiyata buraxılması barədə olan qeyd vəzifəli şəxsin imzası və möhürü ilə təsdiq edilməmişdir. Həmin qrafada N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən göstərilmişdir ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılm ış və bu yazının üzərində sonradan düzəlişlər edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxx 2019-cu il tarixli arxiv arayışına əsasən X nömrəli hərbi hissə komandirinin xx xxxxxxx 1994-cü il tarixli, 225 nömrəli və xx xxxxxx 1994-cü il tarixli, 44 nömrəli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ehtiyata buraxılmasını təsdiq edən hər-hansı sübut mövcud olmadığından, inzibati orqanın imtinası qanuni olmuşdur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, N saylı hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabından çıxarışın surətində əks olunmuş 10-cu sütunda iddiaçının xx xxxxxxx 1994-cü il tarixli, 225 saylı əmrlə tərxis olund uğu göstərilmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparanhərbihissə (1) və ya orqanların tərkibində (2) hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezami yyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətivə Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 1-ci hissəsinin dördüncü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə müha ribə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, (...)tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Sadalanmış bu müddəalarınəlaqəli təhlili belə anlaşılır ki, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissələrdə hərbi xidmət keçmiş şəxslərə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaratdığı müvafiq komissiyaların rəyi əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. İddia tələbinin əsaslarına görə sadalanmış müddəaların tətbiqi üçün aşağıdakı hallar müəyyən edilməlidir: - hərbi qulluqçu 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək hərbi xidmət keçməli (1); - hərbi qulluqçunun həmin dövrdə hərbi xidmət keçməsi arayışlar, şəxsi işlər, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud olmalıdır (2). İddiaçımüharibə veteranı adı və vəsiqəsinin verilməsi ücün əsas olan müddət kimi 1993-1994-cü il tarixədək olan dövrü göstərmiş və həmin vaxt Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyinə əsaslanmışdır. xx xxxxxx 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikasının Qanunun: - 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrin ə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; - 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxı lmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Daha sonra, xx xxxx 1992-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: - 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazım i sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər; - 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, müharibə dövründə səfərbərlik, habelə səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilməlidir. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti xx xxxxxxx 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dovrü xx xxx 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərb aycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı xx xxxxxx 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı xx xxxx 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı xx xxxxxxxx 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hər bi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Bu müddəalara uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının hərbi xidmətdən tərxis olması ilə bağlı sübutların təqdim edilməməsinə əsaslanmaqla iddia tələbinin əsassız olması ilə bağlı nəticəsi düzgün hesab olunmalıdır. İddiaçının dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, onun istinad etdiyi dövrə münasibətdə hərbi qulliqçu olmaqla hərbi xidmət keçməsi və tərxis olunması qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri ilə uzlaşmır, çünki hərbi xidmətdən tərxis olunma müddəti 1996-cı ildən sonra başlandığından, 1994-ci ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadal anlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-386/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-107/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-107/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver