Məhkəmə qərarları › İş №2-1(102)-107/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-107/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-107/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayıllı rayon Topçu Bələdiyyəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: subyektiv hüquq; qanunsuz inzibati aktın hissəvi ləğvi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İsmayıllı rayon Topçu Bələdiyyəsinə (üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi, X18, X24) qarşı “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X6 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin X3 haqqında Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(07)-393/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qərarından üçüncü şəxs X18 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli qərarı ilə İddiaçınə Topçu kəndinin girəcəyində yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsi ayrılmışdır.

2. JN-0531 seriyalı, 40727018 kol “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, İsmayıllı rayonu Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə satılmış 1.26 hektar torpaq sahəsi yaşıllıq salmaq və iaşə obyektinin tikilməsi üçün X9 verilmişdir.

3. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.12.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, Topçu yemekxanasının hal-hazırda faktiki istifadəsində olan 0.72 ha torpaq sahəsinin 0.58 ha hissəsi JN-0531 nömrəli Dövlət Aktı (X9 aid) əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

4. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək Fariz Əliyevin adına verilmiş 0.06 ha torpaq sahəsinə dair JN-531 saylı Dövlət Aktının ləğv olunmasını xahiş etmişdir.

5. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 17 yanvar 2020-ci il tarixli, **********95 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, həmin dövlət aktının ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqına, İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikint isi üçün ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinin X3 haqqında olan “Topçu Bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 nömrəli qərarının” ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon X6 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsi ayrılmış, müvafiq dövlət orqanı tərəfindən cizgisi çəkilərək, naturada yerində tanıdılmışdır. Torpaq sahəsi həmin vaxtdan hal-hazırkı vaxta kimi dövlət mülkiyyətində olmaqla İddiaçı daimi istifadəsindədir. 1977-ci ildə həmin torpaq sahəsində, balans dəyəri 7870 manat, ümumi sahəsi 81.6 kv.m, diva rları qırmızı kərpicdən, üst örtüyü şiferdən olan yeməkxana binası tikilmişdir və bu bina həmin vaxtdan hal-hazıra kimi “Topçu” yeməkxanası adı ilə fəaliyyət göstərir. Yeməkxana “Azərittifaq”-ın mülkiyyəti olmaqla “İsmayıllı rayon X16 Birliyinin” (yeni adı "xxxx" MMC) balansında olmuşdur. İddiaçı müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli (protokol № 02) qərarı və “Azərittifaq” İdarə Heyətinin 20 sentyabr 2011-ci il tarixli (protokol № 106) qərarına əsasən, "xxxx" MMC ləğv edilərək mülkiyyəti “Topçu” yeməkxanası daxil olmaqla, İddiaçı mülkiyyətinə verilmişdir. Ölkədə aparılmış islahatlarla əlaqədar “Topçu” yeməkxanasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi, tikinti altında yerləşən torpaq sahəsi kimi dövlət mülkiyyətində saxlanılmış, İddiaçı daimi istifadəsində olmuşdur. İs mayıllı rayon məhkəməsinin icraatında olan iddiaçı X14 “Topçu” yeməkxanasını icarə müqaviləsinə əsasən işlədən X15 qarşı “torpaq sahəsindən məcburi çıxarma və sair” tələbinə dair mülki iş üzrə təqdim olunmuş sənədlərdən və məhkəmə araşdırmaları zamanı alınmış mütəxəssis rəyindən aydın olunur ki, İsmayıllı rayon Topçu bələdiyyəsinin 24.09.2003-ci il tarixli 09 saylı qərarı ilə X14 əri, mərhum X10 yaşıllıq salmaq və iaşə obyektinin tikintisi üçün 1.26 ha torpaq sahəsi satılmışdır. Bələdiyyə qərarında göstərilir ki, “Topçu kəndinin şimal zonasından, kəndin kənarından, uzun müddət istifadəsiz, kolluq sahədən 1.26 ha torpaq sahəsi Fariz Əliyevə verilsin. Bələdiyyənin bu qərarına əsasən, Fariz Əliyevin adına mülkiyyət hüququna dair JN-0531, KOD 40727018 nömrəli Dövlət Aktı verilmişdir. Dövlət qu rumu mülkiyyət sənədi hazırlayan zaman naturada torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirməmiş, Fariz Əliyevə verilmiş torpaq sahəsinin koordinatları qərarda göstərildiyi kimi kolluq, yararsız, istifadəsiz sahəyə deyil, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon Kooperativlər İttifaqına, İsmayıllı rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış, 1977-ci ildən tikilərək fəaliyyət göstərən “Topçu” yeməkxanasının tikinti altında yerləşən, dövlət mülkiyyətində olan 0.60 ha torpaq sahəsinin 0.58 ha hissəsi daxil olmaqla onun üstünə vurulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, Fariz Əliyevin adına tərtib edilmiş JN-0531 nömrəli Dövlət Aktı qanunsuz ol duğu üçün ləğv edilməlidir. Bununla bağlı, iddiaçı cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 12.02.2020-ci il tarixli, **********99 nömrəli etirazında qeyd etmişdir ki, İsmayıllı rayonu Topçu bələdiyyəsinin qərarının və həmin qərar əsasında X8 adına hazırlanmış JN0531 saylı saylı Dövlət Aktının ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə də müraciətin icrası mümkün olmamışdır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və bildirmişdir ki, dövlət aktının ləğv edilməsi onun səlahiyyətləri daxilində deyil.

9. Şəki İnzibati Məhkəməsinin 07 may 2020-ci il tarixli qərardadı ilə X18 və X24 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar.

10. X18 və X24 da iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişlər.

11. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-68/2021 nömrəli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, cavabdeh İsmayıllı rayonu Topçu bələdiyyəsinin 1.26 ha torpaq sahəsinin X3 haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X6 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol t ərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli qərarı ilə iddiaçının istifadəsində olan torpaq sahəsi qanunsuz olaraq üçüncü şəxsin mülkiyyətinə verildiyindən iddiaçının tələbi əsaslıdır.

13. Üçüncü şəxs X18 apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-393/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: E.Ş.Hüseynov və V.İ.Məlikov) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021 -ci il tarixli, 2-1(116)-68/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Üçüncü şəxs X18 apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Topçu X1 “Topçu kəndinin şimal zonasından, kəndin kənarından, uzun müddət istifadəsiz, kolluq sahədən” 1.26 ha torpaq sahəsinin verilməsi barədə qərarı 24.09.2003-cü ildə verilmişdir. Həmin qərar əsasında F.Əliyevin adına DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən torpağın mülkiyyətə verilməsinə dair JN-0531, kod 40727018 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi 2013-cü ilə qədər F.Əliyevin mülkiyyətində olmuş, 2013-cü ildə mülkiyyətçi F.Əliyev vəfat etdikdən sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüququ vərəsəlik qaydasında mərhumun həyat yoldaşı Naibə Əliyevaya və oğlu Emin Əliyevə keçmişdir. 2003-cü ildən başlayaraq 2013-cü ilə kimi Fariz Əliyev həmin torpaq sahəsini abadlaşdırmış, orada müxtəlif tikililər, eyni zamanda yeməkxana binası tikmişdir. Onun ölümündən sonra varisləri-həyat yoldaşı Naibə Əliyeva və oğlu Emin Əliyev həmin torpaq sahəsindən istifadə etmiş, əmlak vergisi ödəmiş, lakin onlara "xxxx" MMC və “İddiaçı” tərəfindən heç bir etir az edilməmiş və ya tələb irəli sürülməmişdir və sürülə də bilməzdi. Çünki "xxxx" MMC 2005-ci ildə yaradılmış, onun fəaliyyətinə 2011-ci ildə xitam verilərək iddiaçı “İddiaçı”nə birləşdirilmişdir. Deməli, iddiaçının 2003-cü ildə bələdiyyə qərarı ilə Fariz Əliyevə ayrılmış torpaq sahəsinə iddia etmək hüququ yoxdur.

18. Bundan əlavə, iş materiallarında 20 may 1975-ci il tarixli ZDS qərarı olsa da, 0.60 ha torpaq sahəsinin və yeməkxananın plan cizgisi aşkar olunmamışdır. Yeməkxana binasının və yerləşdiyi torpaq sahəsinin İddiaçınə məxsus olması barədə heç bir qanuni cizgisi, qeydiyyata alınmış sxemi və hər hansı bir mülkiyyət sənədi mövcud deyil.

19. Həmçinin, 1.26 ha torpaq sahəsi dövlət mülkiyyətində yox, bələdiyyə mülkiyyətində olmuşdur və mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış mə ntəqəsi torpaqlarına aiddir.

20. İddiaçının iddia etdiyi kimi, 0.60 ha torpaq sahəsinin dövlət torpaq sahəsi olması fərz olunduğu halda belə, iddiaçı həmin torpaq sahəsini tələb etmək və məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, dövlət torpağı ilə bağlı iddia qaldırmaq hüququ dövlət orqanına məxsusdur. Daşınmaz əşyalar üçün iddia müddəti 6 il olduğu halda, iddiaçı məhkəməyə 2003-cü ildən 17 il keçdikdən sonra, yəni 2020-ci ildə müraciət etmiş, bununla da iddia müddətini ötürməklə, tələb hüququnu itirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası mə hkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ

25. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Hazırkı iş üzrə iddiaçının tələbi İsmayıllı rayonu Topçu bələdiyyəsinin 1.26 ha torpaq sahəsinin X3 haqqında 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarının İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı qərarı ilə İsmayıllı rayon X6 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsidir.

27. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı onda ifadə olunur ki, Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün ayrılmış 0.60 ha torpaq sahəsi onun qanuni istifadəsində ol masına baxmayaraq, (o cümlədən, yeməkxana onun mülkiyyətindədir; torpaq sahəsi isə dövlət torpağı olmaqla onun qanuni istifadəsinə verilmişdir) Topçu bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı ilə X4 torpaqla üst-üstə düşür. Başqa sözlə, Topçu bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli 09 nömrəli qərarı onun torpaq üzərində qanuni istifadə hüququnu pozur (torpaq sahələrinin üst-üstə düşdüyü hissədə) və mülkiyyət hüquqlarına müdaxilə təşkil edir.

28. Kassator isə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Bundan əlavə, torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, ona satılmışdır və iddiaçının iddia etdiyi kimi, dövlət torpaqlarına aid deyildir, həmçinin mübahisələndirilən qərar 2003-cü il tarixli olsa da, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2020-ci ildə, yəni 17 il sonra müraciət etməklə, tələbetmə hüququnu itirmişdir.

29. Məhkəmə tərkibi kassatorun iddianın mümkünlüyünə dair dəlilləri ilə (subyektiv hüququn olmaması və iddia müddətinin ötürülməsi) razılaşmayaraq aşağıdakıları qeyd edir.

30. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli 12 saylı Qərarı ilə İsmayıllı rayon X6 rayon Topçu kəndinin girəcəyində yolun kənarında, sol tərəfdə yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı müvəkkillərinin 06.09.2011-ci il tarixli yığıncağında Kooperativin tabeliyində olan "xxxx" MMC-nin ləğv edilməsi və İddiaçınə birləşdirilməsi qərara alınmışdır. Qərarın surəti “Azərittifaq”ın İd arə Heyətinə göndərilmiş və təsdiq edilməsi xahiş olunmuşdur. Qərar “Azərittifaq”ın İdarə Heyətinin 20.09.2011-ci il tarixli, 106 nömrəli qərarı ilə təsdiq edilmişdir.

31. İddiaçı apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 01.03.2021-ci il tarixli, 06 nömrəli məktubuna əsasən isə müəyyən olunur ki, Azərbaycanda kooperasiya 1888-ci ildə Şamaxıda (Çuxuryurdda) və Xankəndində ilk kooperativlər yarandıqdan sonra təşəkkül tapmış, sonradan bütün regionları əhatə etmişdir. Kooperativlər fəaliyyətlərini mərkəzləşmiş qaydada idarə etmək üçün 1915-ci ildə “X13 Cəmiyyəti“ adlı İttifaq təsis etmişlər. 1920-ci ildə bu İttifaqın bazasında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı “Azərittifaq” təsis olunmuşdur. “Azərittifaq” Azərbaycan müstəqillik qazanan vaxta kimi fəaliyyət göstərmişdir. “Azərit tifaq”ın 1997-ci ildə keçirilən növbədənkənar XİX qurultayında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının adı dəyişdirilərək Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı adlandırılması haqqında qərar qəbul edilmiş, İttifaqın qısaldılmış adı “Azərittifaq “ kimi saxlanılmışdır. “Azərittifaq”ın tərkibinə daxil olan kooperativ təşkilatları əhaliyə pərakəndə ticarət və iaşə xidməti göstərilməsini, kənd təsərrüfatı məhsulları və xammal tədarükünü və satışını, müxtəlif pullu xidmətlərin göstərilməsini həyata keçirir. “Azərittifaq” öz fəaliyyətini 2003-cü ildə XX qurultayda qəbul olunmuş, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməyə uyğun həyata keçirir. Bununla bağlı, ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən kooperativ təşkilatlarının Nizamnamələri Ədliyyə Nazirliyində qeydiy yatdan keçərək adları dəyişdirilmişdir. O cümlədən, İsmayıllı rayon İstehlak Cəmiyyətinin adı dəyişdirilərək 29 dekabr 2004-cü ildə təsdiq olunmuş Nizamnaməyə uyğun İddiaçı kimi (qısaldılmış adı -İsmayıllı RİİK) fəaliyyətini davam etdirir və Nizamnamənin 1.1-ci maddəsində qeyd olunduğu kimi, İddiaçı, İsmayıllı rayon İstehlak Cəmiyyətinin bazasında yaradılmışdır, onun hüquqi varisidir. Sovetlər dövründə İsmayıllı rayon Kooperativlər İttifaqının tərkibində İsmayıllı rayon X16 Birliyi (İsmayıllı - İaşə “ MMC), Kooperativ Sənaye Ticarəti Birliyi (Aqrokoop),X19 Cəmiyyəti, Şəhər İstehlak Cəmiyyəti, X29 Cəmiyyət, X22 Cəmiyyəti, X25 Cəmiyyəti, X17 Cəmiyyəti, X23 Cəmiyyəti kimi qurumlar mövcud olmuş, ötən dövr ərzində tədricən bu təşkilatlar ləğv olunaraq əmlakı rayon Kooperativ Cəmiyyətinin (hal- hazırkı İddiaçı) balansına birləşdirilmişdir. İsmayıllı rayon İstehsal- İstehlak Kooperativinin tərkibində fəaliyyət göstərən "xxxx" MMC-də lüzumsuz xərclərin qarşısını almaq məqsədi ilə rayon İstehsal - İstehlak Kooperativi müvəkkillərinin 06 sentyabr 2011-ci il tarixli (protokol-02) qərarı və “Azərittifaq” İdarə Heyətinin 20 sentyabr 2011-ci il tarixli (protokol-106) qərarı ilə "xxxx" MMC ləğv edilərək, mülkiyyəti, o cümlədən “Topçu” yeməkxanası rayon İstehsal-İstehlak Kooperativinin balansına verilmişdir.

32. Göründüyü kimi, “Topçu” yeməkxanasının yerləşdiyi torpaq sahəsi 20 may 1975ci il tarixdən etibarən Kooperativlər İttifaqına verilmişdır və hal-hazırda da iddiaçının qanuni istifadəsindədir.

33. Həmçinin, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Qəbələ ərazi şöbəs inin iddiaçının vəkili Vəkil1 ünvanladığı 17.02.2020-ci il tarixli məktubda qeyd edilir ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli, 12 saylı qərarı ilə rayonun Kooperativlər İttifaqının nəzdində, İsmayıllı rayonunun Topçu kəndi ərazisində, yolun kənarında yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi dövlət torpağı olmaqla “Topçu” yeməkxanasının istifadəsindədir və bu günədək həmin torpaq sahəsi hər hansı hüquqi və ya fiziki şəxs tərəfindən özəlləşdirilməmişdir.

34. Beləliklə, “Topçu” yeməkxanasının istifadəsində olan torpaq sahəsinin dövlət torpağı olması, həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması iş materialları ilə təsdiq edilir.

35. Bundan əlavə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.12.2019-cu il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyinə əsasən, “Topçu” yeməkxanasının hal-hazırda faktiki istifadəsində olan 0.72 ha torpaq sahəsinin 0.58 ha hissəsi JN-0531 nömrəli Dövlət Aktı ilə üst-üstə düşür.

36. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktından görünür ki, qeyd olunan torpaq sahəsi (1.26ha) Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə X8 xüsusi mülkiyyətinə verilmişdir.

37. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, “Topçu” yeməkxanasının yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi rəyə əsasən, “Topçu” yemekxanasının halhazırda faktiki istifadəsində olan torpaq sahəsinin 0.58 ha hissəsi JN-0531 nömrəli Dövlət Aktı (X8 xüsu si mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə) ilə üst-üstə düşdüyündən, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir.

38. Belə ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, bu zaman, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürsün. Başqa sözlə, inzibati orqanın qəbul etdiyi inzibati aktla (mübahisəl əndirmə haqqında iddialarda) hüququn pozulma ehtimalının mövcud olması üçün şəxs ən azından həmin hüquqa malik olmalıdır. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur. Qanunverici tərəfindən bu qaydanın nəzərdə tutulması hər hansı şəxsin heç bir əsas olmadan iddia qaldırmasının qarşısının alınması məqsədlərinə xidmət edir.

39. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə də əsasən “Subyektiv mənada hüquq normativ-hüquqi aktlar la müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

40. Məhkəmə tərkibinin qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunur.

41. Digər tərəfdən, üçüncü şəxs iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, mübahisələndirilən bələdiyyə qərarının 17 il sonra qəbul edildiyini bildirsə də, məhkəmə tərkibi qeyd olunan dəlili də əsaslı hesab etmir.

42. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, “Topçu” yeməkxanasının yerləşdiyi torpaq sahəsi 1975-ci ildən bəri Kooperativlər İttifaqına ayrılmışdır və sonuncu olaraq 2011-ci ildən iddiaçının qanu ni istifadəsindədir.

43. Üçüncü şəxs kassasiya şikayətində iddia müddətinin ötürüldüyünü bildirsə də, mübahisələndirilən bələdiyyə qərarının əvvəllər iddiaçıya təqdim olunmasına və ya onun bu qərar barədə daha öncə, məlumatlı ola bilməsinə dair işdə sübutlar mövcud deyil. Əksinə, iş materiallarından iddiaçının uzun illərdir ki, “Topçu” yeməkxanasının binasından istifadə etməsi müəyyən olunur (iş materiallarında olan icarə və xidmət müqavilələri; kassa mədaxil orderləri– İ cild: iş v. 134-150).

44. Beləliklə, mübahisəli qərarın iddiaçıya qəbul olunduğu vaxt təqdim olunması və onun daha öncə bu qərar barədə məlumatlı olması və ya ola bilməsi sübuta yetirilmədiyindən, iddiaçı qərardan məlumat əldə etdikdən sonra 30 gün ərzində məhkəməyə müraciət etməklə, qanunvericiliklə müəyyən edilmiş idd ia verilməsi müddətini ötürməmişdir. 45.Qeyd edilənlərə əsasən, iddianın mümkünlük şərtlərinə (subyektiv hüquq və iddia müddəti) cavab vermədiyi ilə bağlı kassatorun dəlilləri əsassızdır. 46.İddianın mahiyyəti ilə bağlı isə məhkəmə tərkibi aşağıdakıları qeyd edir. 47.İşin apellyasiya instanisya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, JN-0531 KOD ********* nömrəli Dövlət Aktına əsasən, X8 mülkiyyətində Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarına əsasən satılmış 1.26 ha torpaq sahəsi vardır. 48.JN-0531 KOD ********* nömrəli Dövlət Aktında torpaq sahəsinin koordinatları əks olunmuşdur.

49. İşə baxan aşağı instansiya məhkəmələri X8 mülkiyyətinə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətində olan yemekxananın yerləşdiyi və iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsini hərtərəfli araşdırmışdır.

50. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.10.2020-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyində qeyd edilir ki, İsmayıllı rayonu Topçu kəndində yerləşən, mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Mübahisəli torpaq sahəsinin 0.58 ha hissəsi JN-0531 KOD ********* nömrəli Dövlət Aktına əsasən X8 mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsində qeyri-yaşayış tikililəri (bir ədəd təzə, bir ədəd köhnə yeməkxana binası) mövcuddur. JN-0531 KOD ********* nömrəli Dövlət Aktında göstərilən 1.26 ha torpaq sahəsi İsmayıllı rayon Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli, 09 saylı qərarına əsasən yaşıllıq salınm ası və iaşə obyektinin tikintisi məqsədi ilə X8 mülkiyyətinə verilmişdir. Sözügedən 1.26 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aiddir. Həmin torpaq sahəsinin 0.58 ha hissəsi Topçu yeməkxanası tərəfindən iaşə obyekti kimi istifadə olunur.

51. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.04.2021-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyinə əsasən, JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə X8 xüsusi mülkiyyətinə verilmişdir. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi İsmayıllı rayonu Topçu kəndinin şimalşərqində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sol kənarında yerləşir. Mübahisəli torpaq sahəsi Top çu kəndinin şimal-şərqində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sol kənarında yerləşir. JN-0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsi şimal tərəfdən bələdiyyə mülkiyyətində olan boş ərazi ilə, şərq tərəfdən magistral yol ilə, cənub və qərb tərəflərdən isə Topçu bələdiyyəsinin sərhədi daxilində yerləşən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Qeyd olunmuş torpaq sahəsi tamamilə yaşayış məntəqəsinə aid torpaqlarda yerləşir. JN- 0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktında qeyd olunan 1.26 hektar torpaq sahəsinin 0.27 hektar hissəsi cənub tərəfdən JN-314 A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0.035 hektar hissəsi isə kəndarası yol ilə üst-üstə düşür. 52.Göründüyü kimi, üçüncü şəxsə torpaq sahəsi ayrılması ilə iddiaçının mülkiyyət hüququnun elementlərindən biri olan –istifadə hüququna müdaxilə edilmişdir.

53. Kassatorun dəlillərindən biri odur ki, torpaq sahəsi bələdiyyə torpağıdır və qanunla müəyyən edilmiş qaydada əldə edilmişdir.

54. Halbuki, Əmlak Məsələləri Dövlət Komitəsinin Qəbələ ərazi şöbəsinin iddiaçının vəkili Vəkil1 ünvanladığı 17.02.2020-ci il tarixli məktubda qeyd edilir ki, İsmayıllı rayon ZDS İcraiyyə Komitəsinin 20 may 1975-ci il tarixli, 12 saylı qərarı ilə rayonun Kooperativlər İttifaqının nəzdində İsmayıllı rayonunun Topçu kəndi ərazisində, yolun kənarında yeməkxana binasının tikintisi üçün 0.60 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi dövlət torpağı olmaqla “Topçu” yeməkxanasının istifadəsindədir və bu günədək həmin torpaq sahəsi hər hansı hüquqi və ya fiz iki şəxs tərəfindən özəlləşdirilməmişdir.

55. Belə olan halda, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi X8 mülkiyyətinə verilməsi istisna edilir. (Torpağın bələdiyyə mülkiyyətində olmasını sübut edən sənəd yoxdur).

56. Bundan əlavə, iddiaçının mübahisələndirdiyi bələdiyyə qərarı iş materiallarında olmasa da (arxivə və cavabdehə verilmiş sorğular əsasında əldə edilməsi mümkün olmamışdır), JN- 0531 seriyalı kod 40727018 nömrəli X26 bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarına istinad edilmişdir. Həmçinin, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi 16.07.2020-ci il tarixli (İ cild: iş v. 162) saylı məktuba əlavədə JN- 0531 seriyalı kod 40727018 nömrəli Dövlət Aktının sözügedən bələdiyyə qərarı əsasında verildiyi qeyd edilmişdir.

57. Eləcə də, iş materiallarında olan Milli Arxiv İdarəsinin X20 Filialı tərəfindən verilmiş Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışda X9 1.26 ha torpaq sahəsi verilməsinin qərara alındığı qeyd olunmuşdur.

58. Beləliklə, məhkəmə tərkibi qeyd edir ki, Topçu bələdiyyəsinin 24.09.2003-cü il tarixli 09 saylı qərarı ilə iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 1.26 ha torpaq sahəsinin X9 verilməsi iş materialları ilə təsdiq olunduğundan, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur.

59. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərarın ləğv edilməsi və cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 60.Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Üçüncü şəxs X18 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-393/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar