Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-107/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlillik dərəcəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-745/2023 nömrəli q ərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasınının xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş 1165 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, iddiaçıya “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” səbəbi ilə aşağıdakı diaqnoz qoyulmuşdur: “Xora xəstəliyi perforasiya ilə fəsadlaşmış onikibarmaq bağırsağın xroniki xorasına görə laporotomiya (20.01.06) perforativ xoranın tikilməsi, dekompensasiya mərhələsində stenozla fəsadlaşmış onikibarmaq bağırsağın xroniki xorasına görə relaporotomiya (12.04.06), mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası, Vitebski modifikasiyası ilə qastroanast oenteroanastomozun qoyulması cərrahi əməliyyatından sonra, anastomozit əməliyyatdan sonrakı pankreatit və peripankreatitlə fəsadlaşmasına görə rerelaporotomiya (26.04.06), qarın boşluğunun sanasiyası və drenaj edilməsi cərrahi əməliyyatları nəticəsində bitişmə mənşəli nazik bağırsaq keçməzliyinə görə rerelaportomiya (02.06.06), bitişmələrin ayrılması, nazik bağırsaq keçməzliyinin ləğvi cərrahiyə əməliyyatından sonrakı vəziyyət”
2. İddiaçıya ilk dəfə Gəncə 6 saylı şəhər poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında ümumi xəstəlik səbəbindən “Xora xəs. 12 b/b perforasiya ilə ağırlaşmış xorasına görə laporotomiya (xx.xx.2006) perforativ xoranın tikilməsi relaporotomiya (xx.xx.2006), mədənin 2/3-sinin Bilrot 2 üsulu ilə rezeksiyası qastoenteromastonuzun qoyulmasından sonra anost omzit rerelaporotomiya (xx.xx.2006) və xx.xx.2006 qarın boşluğunun sanasiyası və bitişmələri ayrılması c/ə sonrakı vəziyyət” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, Gəncə 4 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında isə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən eyni diaqnozla 1 il müddətinə, Gəncə akad. Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında eyni səbəbdən və eyni diaqnozla 1 il müddətinə, xx.xx.2016-ci il tarixli göndəriş əsasında isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti A.Səhhət adına Gəncə xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 0452003AAJCF nömrəli göndərişi əsasında “Kəskin, qanaxma ilə, xora xəstəliy i, perforasiya ilə fəsadlaşmış 12 b/bağırsaq xorasına görə laporotomiya (xx.xx.2006). Mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası (xx.xx.2006). Pankreatit. Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğunun sanasiyası və drenajlanması (xx.xx.2006). Nazik bağırsağın keçməzliyinin ləğvi (2006) əməliyyatlarından sonrakı vəziyyət. Həzm funksiyasının pozulması. İl-li anemiya. Bağırsağın sorulma funksiyasının pozulması. İl-li anemiya. Bağırsağın sorulma funksiyasının pozulması. Anastamozid. Güdül nahiyəsində qanamaya meyilli xora və kiçik eroziyalar” diaqnozu ilə növbəti dəfə qiymətləndirilərkən göndərişin natamam doldurulması, həkim mütəxəssisin ağırlaşmaları təsdiq etmədiyi əsas gətirilərək ona əlilliyin təyin olunmasından imtina edilmişdir.
4. İddiaçının əlillik vəziyyəti A.Sə hhət adına Gəncə xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 0452003AAJ57 saylı göndərişi əsasında eyni diaqnozla təkrar qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etmədiyi, diaqnoz və ağırlaşmasının əlilliyin təyininə əsas vermədiyi qeyd edilərək ona əlilliyin təyin olunmasından imtina edilmişdir.
5. İddiaçının əlillik vəziyyəti təkrarən A.Səhhət adına Gəncə xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli, 0452003AAL9Q nömrəli göndərişi əsasında eyni diaqnozla qiymətləndirilmiş və xəstədə çəki defisitinin göstərilmədiyi, laborator müayinələrin nəticələrinin diaqnozu inkar etdiyi əsas gətirilərək ona əlilliyin təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qar şı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xəstəliyinə görə ikinci qrup əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, hərbi xidmət zamanı aldığı travma nəticəsində ona 2008-cı ildə müddətli ikinci qrup əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı əlillik təyin edilməmişdir. O, xx.xx.2021-ci ildə təkrar müayinədən keçmiş, yenə ona əlillik təyin olunmamışdır. Cavabdeh qeyd etmişdir ki, diaqnoz və ağırlaşması ona əlilliyin təyininə əsas vermir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsass ızdır. Belə ki, onun üzərində xx.xx.2006-cı ildə “laporotomiya mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası Vitebski modifıkasiyası qastroenteroanastomozun qoyulması” əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra vəziyyəti anostomazit, pankreatit, peripankreatitlə fəsadlaşmışdır. Onun üzərində “qarın boşluğu sanasiyası və drenajlaşması” əməliyyatı icra olunmuşdur. Bununla əlaqədar mütəmadi olaraq müayinə və müalicə olunsa da, səhhətində heç bir müsbət dəyişiklik olmamışdır. Ümumi müayinə və müalicələrin nəticəsi olaraq xəstəliyi ilə əlaqədar iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: 1) Əsas diaqnoz: Z98.8 “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər relaporotomiya: Qarın boşluğu orqanlarının bitişmə xəstəliyi. Xronixora xəstəliyi, perforasiya ilə fəsadlaşmış 12 b/bağırsaq xorasına görə laporotomiya (xx.xx.2006). Mədənin 2/3 hissəsinin Bilrot üsulu ilə rezeksiyası, (xx.xx.2006). Pankreatit. Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğunun sanasiyası və drenajlaşması (xx.xx.2006). Nazik bağırsağın keçməzliyinin ləğvi (2006) əməliyyatlarından sonrakı vəziyyət. Həzm funksiyasının pozulması. İİ-li anemiya. Bağırsağın sorulma funksiyasının pozulması.” 2) Ağırlaşma: K91.1 “Operasiya olunmuş mədə sindromu Anastamozid. Güdül nahiyəsində qanamaya meyilli xora və kiçik eroziyalar”. D64 “Digər anemiyalar İİ-li anemiya” K90 “Bağırsaqda sorulmanın pozğunluqları. Bağırsağın sorulma funksiyasının pozulması” 3)Yanaşı xəstəliklər: K86 “Mədəaltı vəzinin digər xəstəlikləri Pankreatit”, K29 “Qastrit və diodenit Qastroduodenitin kəskinləşməsinə görə qarın boşluğ unun sanasiyası və drenajlanması (xx.xx.2006).” Stasionar müalicədən sonra iddiaçının xəstəliyinin ağır mərhələdə olması aşkardır. Ona görə də, iddiaçının sənədləri əlillik təyin edilməsi üçün həkim komissiyasına 2 dəfə ayrıayrı vaxtlarda göndərilməsinə baxmayaraq, hələ də ona əlillik dərəcəsi təyin olunmamışdır. Hər dəfə cavabdeh tərəfindən əsassız olaraq imtina cavabı verilmişdir. Gəncə şəhər 6 saylı Poliklinikanın 0452003AAJ57 nömrəli göndərişi iddiaçıya əlillik təyin olunması üçün əsas verir. Həmin göndərişdə qeyd olunan kodlar ikinci və ya üçüncü dərəcə əlillik təyin edilməsi üçün əsas meyar kimi göstərilmişdir. Hazırda aradan keçən müddətdə iddiaçının xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin indiyə kimi dəfələrlə xəstəliyi ilə bağlı st asionar, ambulator müalicələr almasına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da, ağır mərhələyə keçmişdir.
8. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etməmiş, iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu vurğulayaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 13 iyul 2022-ci il tarixli, 2-1(112)-2601/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xəstəliyinə görə ikinci qrup əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minənə qədər (xx.xx.2022-ci ilə qədər) və iddiaçıya əlillik təyin edilməsindən imtina edilən vaxt qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər, habelə hal-hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklər iddiaçıda mövcuddur və iddiaçıya 2007-ci ildən 2021-ci ilə qədər fasiləsiz olaraq ikinci dərəcə əlillik müəyyən edilmişdir, belə olan halda artıq iddiaçının 2017-ci ildə ona müddətsiz əlillik təyin edilməsi hüququ olmuşdur. Lakin iddiaçının həmin hüququ cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Halbuki inzibati icraat zamanı işin bütün hallarının araşdırılması, inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə cavabdehin imtinasını formal olduğu üçün əsassız hesab edir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən, onda “Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi – kəskinləşmələrlə, mədənin 2/ 3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyası, perforasiya ilə fəsadlaşmış 12 barmaq bağırsağın xorasına görə laporotomiya (2006), əməliyyatından sonra qarın boşluğu üzvlərinin bitişmə xəstəliyi, pankreatit, qastroduodenit, xroniki hissəvi bağırsaq keçməzliyi, sağtərəfli residivli vetral yırtıq, həzm funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 8 iyun 2023-cü il tarixli, 2-1(103)-745/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövründə aşkar olunan xəstəlik diaqnozu eyni göstəriciləri ilə 2021-ci ilədək davam etməklə ona ikinci dərəcə əlillik verilmişdir. A.Səhhət adına Gəncə Xəstəxanasının poliklinika şöbəsinin həm xx.xx.2021-ci il tarixli 0452003AAJ57 nömrəli, həm də xx.xx.2021-ci il tarixli 0452003AAL9Q nömrəli 088 formalı göndərişlərində əks olunan diaqnozun tərkibində iddiaçının əvvəlki xəstəlik diaqnozunun göstəriciləri təkrarlandığı halda, cavabdeh onun həmin diaqnozunun və ağırlaşmasının əlilliyin təyininə əsas verməməsi səbəbi ilə ona ikinci dərəcə əlillik təyin edilməsindən imtina etmişdir. İş üzrə verilmiş ekspert rəyindən göründüyü kimi, iddiaçının xəstəliyinin son göstəriciləri 2006-2021-ci illərdə əlillik təyin olunarkən ona qoyulmuş xəstəlik diaqnoz unun göstəricilərinə uyğundur. Yəni onun əlilliyinə əsas olan həmin xəstəliyi 2021-ci ildən sonra da, hal-hazıradək öz kəskinliyi ilə davam edir. İddiaçıda aşkar olunan və A.Səhhət adına Gəncə Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0452003AAJ57 nömrəli və xx.xx.2021-ci il tarixli 0452003AAL9Q nömrəli göndərişlərində təsbit olunan xəstəliyin tərkibi ikinci dərəcə əlillik qrupuna uyğun gəlir. Cavabdeh isə iddiaçının xeyrinə olan həmin halların nəzərə alınmasından və inzibati hüquq normaları ilə üzərinə düşən öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır. Cavabdehin son 088 formalı tibbi göndərişlərdə təsbit olunan xəstəliyi üzrə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsindən imtina etməsinin qanunsuz olduğu, bununla da onun qanunla qorunan hüquqlarını pozduğu sü buta yetirilir.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qi ymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azad lıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 19. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətl əndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanı
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; 20. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı Əlilliyin və sağlamlıq imkanl arının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 21. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal işt irak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsi yyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K 55.9, K58-K60.5, K62K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (al tı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayı r və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına mə lumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələ n-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşk il etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxı mından iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
34. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
35. Bu m ənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi meto dikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
36. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv g östəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
37. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
38. Odur ki, bu qərarın 34-37-ci bəndlərində qeyd olunanlar baxımından c avabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
39. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdı r. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 21(103)-745/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.