Məhkəmə qərarları › İş №2-1(102)-107/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-107/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-107/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elektrik xəttinin və transformator məntəqəsinin yerinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik xəttinin və transformator məntəqəsinin yerinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(103)-746/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında 0,08537 ha torpaq sahəsində yerləşən 133,2 kv.metrdən ibarət fərdi yaşayış evi X2 (iddiaçının atasının) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən fərdi yaşayış evinin texniki pasportuna əsasən, həmin ev 1959-cu ildə inşa olunmuşdur. 2. 29.12.2009-cu il tarixdə vəfat etmiş X2 adına Bakı şəhər 45 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır və iddiaçı da onun qanun üzrə vərəsəsidir.

3. İddiaçı sözügedən fərdi yaşayış evinin yaxınlığından keçən elektrik xəttinin və həmin evə yaxın transformator məntəqəsinin yerinin dəyişdirilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasının texniki cəhətdən mümkün olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6 kV-luq elektrik xəttindən 132 nömrəli komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və 132 nömrəli komplekt transformator məntəqəsinin yerinin dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı evin torpaq sahəsi 1946-cı ildə Bakı şəhəri Duvanlı qəsəbə Sovetliyi tərəfindən onun atası X3 (Avaz) oğluna fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış və atası həmin ərazidə fərdi yaşayış evi tikmişdir. İnşa edildiyi zaman sözügedən evin yaxınlığında heç bir kommunikasiya xətti olmamışdır. 2000-ci ildə həmin evdən 8N metr aralıda yerləşən hərbi hissənin yaxınlığında elektrik yarımstansiyası tikilmiş və həmin ərazidə yaşayan sakinlərin evlərinə elektrik xətləri çəkilmişdir. Daha sonra, həmin elektrik yarımstansiyası hərbi hissənin yaxınlığından iddiaçının yaşadığı evin 15-20 metrliyinə köçürülmüş, lakin bu zaman yerli sakinlərin fikri öyrənilməmiş və razılıqları alınmamışdır. Elektrik yarımstansiyasının köçürüldüyü ərazi də iddiaçının ailəsinə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsinə aiddir. Belə ki, iddiaçının anası “Qəhrəman ana” old uğuna və 14 nəfər ailə tərkibi ilə yaşadıqları ev darısqal olduğuna görə həmin torpaq sahəsi Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 276 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının ailəsinə ayrılmışdır. Mərhum babası həmin sahəni heç bir transformator olmayanda hasarlamış və həmin sahədə çoxsaylı meyvə ağacları əkmişdir. İddiaçı həmin ərazi ilə bağlı sənədləri cavabdehin işçilərinə təqdim etsə də, onlar əhəmiyyət verməmiş, bağın içində bir neçə meyvə ağacına ziyan vurub, torpağın altından 6 kV-luq elektrik xətti çəkmişdirlər. Evlərinin yaxınlığında quraşdırılmış 6 kV-luq elektrik yarımstansiyası ailə üzvlərini qorxu içində saxlayır, dəfələrlə partlayıb, yağışlı havalarda cərəyanı ətrafa yayılır. Elektrik yarımstansiyasının və elektrik xəttinin götürülməsi barədə iddiaçının qaldırdığı mülki iddia Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilərək işin icraatına xitam verilmiş və iddiaçıya inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalı olduğu izah edilmişdir. Həmin mülki iş üzrə məhkəmə icraatı zamanı çoxsaylı məhkəmə ekspertizaları keçirilmiş və verilmiş rəylərdə birmənalı olaraq göstərilmişdir ki, ünvan 2 ünvanın yaxınlığında quraşdırılmış elektrik yarımstansiyası və 6 kV-luq elektrik xətləri mühafizə zonalarının tələblərini pozmaqla quraşdırılmışdır, yarımstansiyanın və elektrik xəttinin yerinin dəyişdirilməsi zəruridir.

6. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim olunmamışdır.

7. İddiaçının qaldırdığı mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/1215 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında 0,08537 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, texniki pasportun göstəricilərinə əsasən, 1959-cu ildə inşa edilmişdir. Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinin "xxxx" ASC-yə ünvanladığı məktuba əsasən 132 nömrəli KTM-nin balansa götürülmə tarixi 1976-cı ildir. “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 330-500 kv-luq gərginlikdən yuxarı olan elektrik xəttinin mühafizə zolağı 30 metr təyin edilmişdir. Sözügedən 132 nömrəli K TM-nin torpaq sahəsindən 12 metr, fərdi yaşayış evindən 19 metr aralıda yerləşməsi nəzərə alınaraq, torpaq sahəsinin və fərdi yaşayış evinin həmin xətlərin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.

8. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2285 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 1-ci massiv, ev 24B ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin yaxınlığından keçən 132 nömrəli KTM-yə daxil olan hava elektrik xətti 6 kv-luqdur. Həmin 6 kv-luq hava elektrik xəttinin dirəyi birbaşa iddiaçının həyətyanı sahəsinin başlanğıcında yerləşir, həmin 6 kv-luq hava elektrik xətti ilə iddiaçıya məxsus qaraj ar asında olan məsafə 8,7 m təşkil edir. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə görə, 6 kv-luq hava elektrik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 m müəyyən edilmişdir. Həyətyanı sahə ilə qarajın, eləcə də trasformatorun yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsinə aid olduğu nəzərə alındıqda, iddiaçıya məxsus həyətyanı sahə, qaraj və transformatorun yerləşdiyi torpaq sahəsi 6 kv-luq hava elektirk xəttinin mühafizə zonasında yerləşir.

9. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7698 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş 132 nömrə li transformator məntəqəsinin pasportundan müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 1-ci massiv, 24B ünvanında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidən keçən transformatora birləşən hava elektrik xəttinin gərginliyi 6 kV-dur (6000 Volt). “Gərginliyi 1000 voltdan yuxarı olan elektirk şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə görə, 6 kV-luq hava elektirik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 m müəyyən edilmişdir. İddiaçıya məxsus həyətyanı sahədə yerləşən qarajla, ərazidən keçən qeyd olunan 6 kV-luq hava xətti arasında olan məsafənin 8 m olduğu nəzərə alındıqda, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən qaraj və qarajın yerləşdiyi həyətyanı sahənin ə razidən keçən 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. İddiaçıya məxsus fərdi yaşayış evi ilə 6 kV-luq hava xətti arasında olan məsafənin 21,3 m olduğu nəzərə alındıqda, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən fərdi yaşayış evinin qeyd olunan 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşmədiyi müəyyən edilir. Ərazidə yerləşən 132 nömrəli 400 kVa tansformatorla qaraj arasında olan məsafə 11,8 m, fərdi yaşayış evi arasında olan məsafə isə 19 m təşkil edir. İddiaçıya məxsus fərdi yaşayış evinin, həmçinin həyətyanı sahəsində yerləşən qarajın odadavamlılıq dərəcəsinin 3-cü dərəcə olduğu və 400 kVa gücündə olan transformatorların yağının çəkisinin 60 kq-dan çox olduğu, həmçinin həmin ünvanda, ər azidə yerləşən 132 nömrəli 400 kVa transformatorla iddiaçıya məxsus fərdi yaşayış evi arasında olan məsafənin 19 m, qarajla isə 11,8 m təşkil etdiyi nəzərə alındıqda, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 4.2.2.24-cü bəndinə əsasən fərdi yaşayış evi ilə qaraj həmin 400 kVa gücündə olan transformatorun yanğın təhlükəsizliyi məsafəsinə düşməklə mühafizə zonasında yerləşir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 12 sentyabr 2023-cü il tarixli, 2-1(112)-8494/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 5 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6 kV-luq elektrik xəttindən 132 nömrəli komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və 132 nömrəli komplekt transformator məntəqəsinin yerinin dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Bir inci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atasına xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş və hazırda iddiaçının (ailə üzvləri ilə birgə) qanuni əsaslarla sahibliyində və istifadəsində olan mübahisəli fərdi yaşayış evi 1959-cu ildə inşa edilmişdir. İddiaçı tərəfindən yerinin dəyişdirilməsi tələb olunan 6 kV-luq elektrik xətti çəkilmiş 132 nömrəli KTM 1976-cı ildən cavabdehin balansındadr. Müvafiq ekspertiza rəyləri ilə Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 1-ci massiv, 24B ünvanında iddiaçıya məxsus həyətyanı sahədə yerləşən qarajla, ərazidən keçən qeyd olunan 6 kV-luq hava xətti arasında olan məsafənin 8 m olduğu nəzərə alındıqda, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən qaraj və qar ajın yerləşdiyi həyətyanı sahənin ərazidən keçən 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi; fərdi yaşayış evinin, həmçinin həyətyanı sahəsində yerləşən qarajın odadavamlılıq dərəcəsinin 3-cü dərəcə olması və 400 kVa gücündə olan transformatorların yağının çəkisinin 60 kq-dan çox olması, həmçinin həmin ünvanda, ərazidə yerləşən 132 nömrəli 400 kVa transformatorla iddiaçıya məxsus fərdi yaşayış evi arasında olan məsafənin 19 m, qarajla isə 11,8 m təşkil etdiyi nəzərə alındıqda, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 4.2.2.24-cü bəndinə əsasən fərdi yaşayış evi ilə qarajın həmin 400 kVa gücündə olan transformatorun yanğın təhlükəsizliyi məsafəsinə düşməklə mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur.

12. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati o rqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM 14.2). Cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdır. İmtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ünvan 1 ünvanın yaxınlığında olan "xxxx" ASC-nin 6 kV-luq elektrik xəttindən 132 nömrəli komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və həmin məntəqənin yerinin dəyişdirilməsinə dair olan müraciətinə yenidən baxılması və iddiaçının tələbinin təmin olunması istiqamətində müvafiq hərəkətlərin edilməsi məqsədilə cavabdehə 1 ay müddət təyin olunmuş, lakin cavabdeh iddiaçının tələbi ilə bağlı hər hansı araşdırma aparmamış və məhkəmə qərardadı icrasız qalmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Elvin Əliyev) 10 iyul 2024-cü il tarixli, 2-1(103)-746/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin dəlillərindən asılı olmayaraq elektrik hava xətləri iddiaçının və ya onun mərhum atasının (yəni əvvəlki mülkiyyətçinin) razılığı olmadan torpaq sahəsinin və fərdi yaşayış evinin onun qanuni istifadəsində olduğu vaxtdan sonra quraşdırıldığından, iddiaçı ünvan 1 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6 kV-luq elektrik xəttindən 132 nömrəli komplekt transformator məntəqəsinə çəkilmiş el ektrik xəttinin və 132 nömrəli komplekt transformator məntəqəsinin yerinin dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli, 4 0 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydaları” 7.1.1.5. Müxtəlif təsisatların yataq korpuslarında, məktəb və digər təhsil müəssisələrində və s. içərisində və yanında yarımstansiyaların tikilməsinə icazə verilmir. Səlahiyyətli dövlət nəzarət orqanlarının razılığı əsasında, quru transformatorlardan istifadə etməklə yaşayış binalarının içərisində və ya yanında yarımstansiyaların yerləşməsinə icazə verilir. Bu halda qüvvədə olan standartlara müvafiq səs-küyün və titrəyişin məhdudlaşdırılması üzrə sanitar tələblər tam yerinə yetirilməlidir. Yaşayış binalarının içərisində və yanında, və ya ayrıca dayanan yarımstansiyaların qurulması və yerləşdirilməsi bu Qaydanın 2-ci hissəsinin tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir.

21. Azərbaycan Respublikası Na zirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 3.1. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”na, tikinti normalarına və başqa texniki normativ hüquqi aktlara uyğun yerinə yetirilərək, müəyyən edilmiş qayda üzrə razılaşdırılmış tikinti layihəsi və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir. 3.2. Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakç ıların, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından aktla sifarişçi tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində qeyd edilən sənədləri X1 Agentliyinə təqdim etməlidir. X1 Agentliyi tərəfindən sifarişçinin, tikintiquraşdırma işlərini yerinə yetirən müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, enerji təchizatı layihəsinin, elektrik xətlərinin çəkilməsi və elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, X1 Agentliyi tərəfindən “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir. 3.6. Elektrik qurğularının quraşdırılmasında çatışmazlıqlar, qoşulma üçün verilmiş texniki şərtlərdən, “Elektrik qurğularının quraşdırılması qaydaları”ndan və başqa normativ sənədlərdən kənara çıxmalar aşkar edildikdə, yaxud həmin qurğulara xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olmadıqda, göstərilən çatışmazlıqlar aradan qaldırılmayana kimi onların istismara buraxılmasına icazə verilmir. 6.1. Azərbayc an Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. 6.3. Dövlət enerji nəzarətinin həya ta keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. 10.21. Enerjitəchizatı müəssisəsi “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus ele ktrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə ləğv edilmişdir)

1. Mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr.

2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir.

3. Elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərind ə cığırlar salınır.

4. Elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır.

5. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: >l<20 kV – 10 m

17. Elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə h üququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayət i mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas m üəyyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ünvan 1 ünvanın yaxınlığında "xxxx" ASC-nin 6 kV-luq elektrik xəttindən 132 nömrəli komplekt transformator məntəqəsinə çəkilmiş elektrik xəttinin və 132 nömrəli komplekt transformator məntəqəsinin yerinin dəyişdirilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələl əri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 i yul 2024-cü il tarixli, 21(103)-746/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar